Aydın Əli-zadə



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə12/57
tarix11.10.2017
ölçüsü0,72 Mb.
#4454
1   ...   8   9   10   11   12   13   14   15   ...   57

 
30 
Xristianlığı  qəbul  edən  ilk  qnostiklərdən  biri  Əhdi-Cədiddə  adı  çəkilən 
Simon Maq olmuĢdur
49
. Orada o cadugər kimi təsvir olunur. Bu adam həvari 
Petrusun əleyhdarı olub və Müqəddəs Ruhu pulla  almaq istəyib
50
.   
  Xristian  ənənəsində  Simon  bütün  küfrlərin  atasıdır.  O  özünü  ilahi 
hesab edirdi.  Ġrineus  (Irenaus)
51
  yazırdı  ki,  Simon  özünü  tanrı  elan  edərək, 
Helena  adında  bir  qadını  Tir  Ģəhərinin  fahiĢəxanasından  pulla  almıĢdır. 
Helena onu hər yerdə müĢayət edirdi. Simon Helenanı özünün  ilk təfəkkürü 
(yun. Ennoia) adlandırırdı. 
  Sonra  Ennoia  Atadan  ayrılıb  aĢağı  dairələrə  enmiĢdir.  Orada  o, 
məlakələri yaratmıĢdı. Dünyanı yaradan qüvvələr də ondan yaranmıĢdı. Ata 
haqqında  isə  o  qüvvələrin  xəbəri  yox  idi.  Sonra  bu  qüvvələr  Ġlk  təfəkkürü 
(Helenanı) əsir götürdülər və Atadan onu təcrid etdilər. Nəhayət onlar onu 
insan  bədəninə  saldılar.  O  da  müvəqqəti  olaraq  nəsildən  nəsilə  müxtəlif 
insanların  bədənlərində  yaĢayırdı.  Helenanı  bu  əsarətdən  xilas  etmək  üçün 
Ata özü yerə endi. Eyni zamanda o insanları da xilas etmək üçün gəldi. 
Simonun ardıcılları magiya ilə məĢğul olublar və əxlaqsız  həyat tərzi 
sürüblər. Onları simonianlar adlandırırdılar
52

Simon  Maqın  ideyalarına  oxĢar  ideyalara  Misirin  Naq  Xammadi 
vadisində  tapılmıĢ  qnostik  apokriflərdə  də  rast  gəlmək  olar.  Orada  da  Ali 
Tanrı  öz  Təfəkkürünü  (Əqlini)  doğur.  Sonra  o  Əql  dünyanı  yaradır,  lakin 
sonra yaratdığı qüvvələr tərəfindən əsir edilir
53

                                                 
49
 Həvarilərin  iĢləri  7:  5-24. 
50
  ―Simoniya‖  sözü  Simon  Maqın  adından  yaranıb.  Simoniya  Xristianlıqda  kilsə 
vəzifələrini  pulla almaq  adətinə deyilir.  Bu adət bir zamanlar  çox  geniĢ yayılmıĢdı. 
51
  Lionlu  Ġrineus  (130-200)  xristian  ilahiyyatçısı,  Lion  Ģəhərinin  yepiskopu, 
qnostisizmin əleyhinə «Adversus haereses» (Hereslərin əleyhinə) kitabını yazmıĢdır. 
52
 Irenaeus, Adversus haereses I, 23: 1-4.  
Ġngiliscə:  Irenaeus  Against  Heresies  //  Ante-Nicene  Fathers.  The  Writings  of  the 
Fathers  Down  to  A.D.  325.  Volume  I.  T&T  Clark,  Edinburg;  WM.  B.  Eerdmans 
Publishing Company, Grand  Rapids, Michigan:  1885.   
http://www.ccel.org/fathers2/ANF-01/anf01-46.htm# P3596_ 621006   
Rusca:  Св.  Ириней  Лионский.  Творения.  —  М.:  «Паломник»,  «Благовест», 
1996.  Репринтное  воспроизведение  издания:  Сочинения  святаго  Иринея, 
епископа Лионскаго. — СПб,  1900.  http://khazarzar.skeptik.net/books/irenaeus/ah 
53
 Naq Hammadi codex, II,  6; ―Exegesis on the Soul‖//  The Naq hammadi Library  in 
English. Revized  edition, San-Francisco, 1988,  pp. 181-187. 


 
31 
 
 
Naq-Hammadidə tapılmıĢ qnostik 
əlyazmaların nümunələri 
 
 
Daha 
bir 
xristian 
qnostiki Dositey idi. O deyir-di 
ki,  əslində  Xristos  olan  xi-
laskar  o  özüdür.  Digər  bir 
Menandr  adlı  qnostik  haq-
qında  Yustinus  xəbər  verir.  O 
da  özünü  bəĢəriyyətin  xilaska-
rı elan edib
54
. 
Qnostiklərin  Ġsa  haq-
qında  da  maraqlı  fikirləri  var 
idi.  Məsələn,  Kerint  (Cerin-
thus)  deyirdi  ki,  bu  dünya 
birinci  Tanrı  tərəfindən  yara-
dılmamıĢdı.  O  ondan  da  qüd-
rətli  bir  qüvvə  tərəfindən  ya-
radılmıĢdır. Ġsa isə o qüvvə-nin 
yerə 
göndərilmiĢ 
nüma-
yəndəsidir.  O,  Ġosif  və  Mari-
yanın  oğlu  olub,  möminlikdə 
hamıdan  mükəmməl  idi.  Ġlahi 
ruh  (Xristos)  ona  göyərçinin 
timsalında enib. Bundan son-ra 
o  Atanın  adından  möcü-zələr 
edib.  Ġlahi  ruh  (Xristos)  onu 
tərk  edəndən  sonra  Ġsa  tək 
qalıb,  onu  incidib  öldü-rüblər. 
Sonra  isə  o  dirilib.  Xristos  isə 
incidilə  bilməzdi,  çünki  onun 
baĢqa təbiəti vardır
55
.
 
Bu  fikirlərə  oxĢar  fikir-
ləri ən məĢhur qnostiklərdən
 
                                                 
54
 Justinus. Apologia I, 26, 4.  
Ġngiliscə:  The  First  Apology  //  Excerpted  from  Ante-Nicene  Fathers,  Volume  1, 
Edited  by  Alexander  Roberts  &  James  Donaldson.  American  Edition,  1885. 
http://www.newadvent.org/fathers//0126.htm 
Rusca:    Апология  I  //  Св.  Иустин,  философ  и  мученик.  Твор ения.  М., 
"Паломник" - "Благовест",  1995.  C.  31-105.   
http://antology.rchgi.spb.ru/Justin_Martyr/justin_1.htm 


 
32 
biri  olan  Karpokrat  da  ifadə  edirdi.  O  hesab  edirdi  ki,  dünya  Tanrıdan 
aĢağıda  yerləĢən  məlakələr  tərəfindən  yaradılıb.  Ġsa  isə  Ġosifin  oğludur. 
Lakin onun mənəviyyatı o qədər uca və ali olub ki, o Atanın olduğu səmalar 
haqqında  yaddaĢını  qoruyub  saxlaya  bilmiĢdir.  Bu  səbəbdən  Ata  ona  bir 
qüvvə  vermiĢdi. Bu qüvvə  dünyanın keĢiyində duran arxontlardan qorunub 
Ġsaya  çatmıĢdı.  Bu  Ġlahi  qüvvə  Ġsanı  ucaltmıĢdı.  Arxontların  təsirindən 
qurtulmuĢ hər bir insan da  Ġsaya bənzər olur, hətta ondan da üca ola bilər. 
Karpokrat  və  onun  tələbələri  hesab  edirdilər  ki,  Ģər  və  xeyir 
anlayıĢlarını  yalnız  kamil  olmayan  insan  düĢüncəsi  yaradır.  YüksəlmiĢ,  əsl 
biliyə  (qnosisə)  malik  insan  hər  bir  əməldən  keçməlidir  və  müxtəlif  həyat 
tərzi  keçirməlidir.  Bunları  etməsə,  onun  ruhu  ölümündən  sonra  yenidən 
bədənə salınıb, dünyaya gələcək
56

Qnostik ideyalara çox yaxın olan digər xristian heretiki Markionun (II 
əsr)  fikrincə  2  Tanrı  mövcuddur.  Kiçik  Tanrı  olan  Əhdi-Ətiq  Tanrısı  bu 
dünyanın yaradıcısıdır. O, ədalətlidir, lakin mərhəmətsizdir. Deməli o kamil 
deyil. Bu dünyanın yaradıcısından fərqli  olaraq, məhəbbət  və xeyir Tanrısı 
vardır.  Onun  mövcud  olması  haqqında  dünyanı  yaradan  Tanrının  xəbəri 
yoxdur  və  onun  haqqında  məlumat  Əhdi-Cədiddə  vardır.  Əhdi-Ətiq  ilə 
Əhdi-Cədiddə olan Tanrı haqqında ziddiyyətli məlumatları  biri-birinə  qarĢı 
kəskin  qoyan  Markion  öz  fikirlərini  ―Antiteza‖  adlanan  risaləsində 
yazmıĢdır.  Məhəbbət  Tanrısı  haqqında  bəyan  edən  Ģəxs  Ġsadır.  Lakin  onun 
tələbələri  onu  Əhdi-Ətiqin  tanrısı  ilə  çaĢdırıblar.  Rəsmi  kilsə  də  bu  yanlıĢ 
yolla  gedir.  Bu  səbəbdən  Markion,  Lukasın  ―düzəldilmiĢ‖  Ġncilini  və 
Pavlusun  on  məktubunu  qəbul  edərək,  baĢqa  Əhdi-Cədid  kitablarını  inkar 
edirdi.  Onun  fikrincə,  maddiyyat  Ģər  olduğuna  görə,  xristianlar  həyatlarını 
zahidlikdə keçirməlidirlər, evlənməməlidirlər. Yalnız yaradıcı Tanrını  inkar 
edib, əsl Tanrını (Xristosu) qəbul edən adamlar xilas ola bilərlər. 
Ən  tanınmıĢ  xristian  qnostiklərindən  biri  Vasilid  olub.  O,  II  əsrin 
birinci  yarısında  Ġsgəndəriyyədə  yaĢayıb.  Vasilid  eyni  zamanda  xristian 
ilahiyyatçısı idi. Onun əsərlərindən fraqmentlər Ġsgəndəriyyəli Klemensin və 
Origenusun kitablarında  gətirilir. Onun fəlsəfi fikirləri  haqqında  isə Ġrineus 
və Hippolitus (Hippolytus
 
)
57
 xəbər vermiĢdirlər. 
Ġrineusa  görə,  Vasilid  hesab  edirdi  ki,  Tanrı  altı  qüvvəni  yaradıb, 
onlardan isə çoxlu sayda məlakələr əmələ gəlib. Bu hiyerarxiyanın sonunda  
                                                                                                                   
55
 Irenaus, Adversus haereses I, 26.  
56
 Irenaus, Adversus haereses I, 25.  
57
  Romalı  Hippolitus  (170-236)  –  məĢhur  xristian  ilahiyyatçısı,  «Refutatio  omnium 
haeresium» (Bütün hereslərin təkzib  edilməsi)  kitabının  müəllifi. 


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə