Aydın Əli-zadə



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə10/57
tarix11.10.2017
ölçüsü0,72 Mb.
#4454
1   ...   6   7   8   9   10   11   12   13   ...   57

 
26 
Onun nuru  düĢüncə imkanını bağlayır.  Bu hal  içki  içmədən sərxoĢ olmaya  
bənzərdir
45

Musanın  peyğəmbərliyi – birbaĢa Tanrının  vəhyidir. Onu Ģüurla dərk 
etmək olmaz. Bunu yalnız  imanla qəbul etmək  lazımdır. Beləliklə Tanrı və 
dinə aid baĢqa Ģeylər haqqında bilik Ġlahi ekstaz (yaxud vəhy) vasitəsi ilə və 
yaxud Ġlahi kitab (Əhdi-Ətiq) vasitəsi ilə alına bilər. 
Filon fəlsəfəsində Tanrı yaratdığı dünyadan daha ucadır. Bu səbəbdən, 
bu yaradılıĢı O, Loqos  vasitəsi  ilə həyata keçirib. Loqos Tanrının sözüdür, 
onun atributudur. O əvvəllər Tanrının özündə olub, sonra isə ondan ayrılaraq 
sərbəstlik  qazanıb.  Loqosu  Filon  Tövratın  birinci  kitabında  hallanan  ―…və 
Tanrı  dedi‖ sözlərində çıxarırdı (1:  3). Lakin sonra ona  yunan fəlsəfəsində  
olan meyarları aid edirdi. Yəni Loqos haqqında Filonun fikirləri antik fəlsəfi 
irsin  yəhudi  ənənəsi  ilə  qarıĢmasından  irəli  gəlmiĢdir.  Buna  Filon  öz  Ģəxsi 
fikirlərini də əlavə edirdi. 
Yunan  fəlsəfəsində  olduğu  kimi  Loqos  dünya  nizamıdır,  gözəllik  və 
harmoniyadır. Ondan hər Ģeyin təbii əlaqələri, forması müəyyənliyi yaranır. 
Eyni zamanda, Loqos  ideyaların toplusudur. Dünya bu  ideyaların obrazı  ilə 
Tanrı tərəfindən yaradılıb.  
Sonra isə Filon Loqos anlayıĢına Əhdi-Ətiq, yəni yəhudi dünyagörüĢü, 
nöqteyi-nəzərindən  baxır.  Burada  monoteizm  və  kreasionizm  həlledici  rol 
oynayır. Tanrı dünyanı öz sözünün (Loqosun) qüdrəti  ilə yaradır. Loqos hər 
bir  Ģeydə  Tanrıya  bərabərdir  və  Onun  obrazıdır.  Onun  vasitəsi  ilə  dünya  
yaradılır. 
Ġnsan  torpaqdan  Tanrının  obrazına  bənzər  yaradılıb.  Onun  Ģüuru  da 
Ġlahi Loqosa bənzərdir. Yəni kosmik  və  insanda olan Loqoslar  mahiyyətcə 
birdirlər, birlik təĢkil edirlər. Belə olan təqdirdə, insanın məntiqi cəhətindən, 
ətraf  mühitin  dərk  edilməsi  və  onun  barəsində  düĢüncələr  məxluqatdan 
Tanrıya  doğru  atılan  addımlardır.  Dünyanın  varlığı  və  gözəlliyi  insanı 
Tanrının varlığını dərk etməsinə gətirməlidir. Beləliklə məntiqi fikir bir növ 
Ġlahi ilham kimi qəbul edilə bilər. 
Buna  görə  də,  Filona  görə,  yunan  fəlsəfəsi  və  Ġlahi  vəhy  olan  Əhdi-
Ətiq  birbirinə  zidd  deyillər,  çünki  hər  ikisi  Loqosun  məhsuludur.  Əhdi-
Ətiqdə  Loqos  özünü  peyğəmbərlərə  vəhy  vasitəsi  ilə  açmıĢdı,  yunan 
fəlsəfəsində  isə  məntiqdə,  düĢüncədə.  Ona  görə  də  Musanın  və  Platonun 
müdrikliyinin  mənbəyi  birdir.  Lakin  buna  baxmayaraq,  Plato  və  Pifaqoras 
                                                 
45
  De  Abrahamo,  15-24.  //  The  Works  of  Philo  Judaeus.  The  contemporary  of 
Josephus, translated  from the  Greek By  Charles  Duke Yonge.  London, H.  G.  Bohn, 
1854-1890.   http://www.earlychristianwritings.com/yonge/book22.html 


 
27 
(Pythagoras)  təkcə  düĢüncə  ilə  monoteizmə  yaxınlaĢmamıĢdırlar.  Onlar, 
Filonun  fikrincə,  Əhdi-Ətiqlə  tanıĢ  idilər.  Bu  fikri  gələcəkdə  xristianlar  da 
təkrarlayırdılar. 
Filon  Loqosu  ―Tanrının  oğlu‖,  ―Səmavi  Adəm‖  və  baĢqa  adlarla  
adlandırırdı.  Bu  adlar  onun  Tanrı  ilə  dünya  arasında  bir  vasitəçi  olduğuna 
iĢarə edir. 
Loqosa  bu  cür  baxıĢ  Filona,  Müqəddəs  Kitabı  alleqorik  yozmalara 
məruz qoyma imkanı yaratmıĢdı, onu fəlsəfələĢdirirdi. Bu nöqteyi-nəzərdən 
onu  gələcəkdə  yaranan  orta  əsr  ilahiyyatının  yaradıcısı  adlandırmaq  olar. 
Əhdi-Ətiq rəvayətləri uzaqlarda olan transsendent
46
 Tanrının deyil, Loqosun 
məhsuludur. Məsələn, yəhudilərin  Misirdən köçməsini Filon ruhun  bədənin 
əsarətindən  azad  olması  kimi,  yəhudilərin  səhrada  uzun  illər  boyu 
qalmasını
47
 insanın bu dünyada yolçu olması kimi yozurdu. 
Filonun  antik  fəlsəfənin  yəhudi  dini  ilə  qarıĢdırması  cəhdi  yəhudi 
ortodoksları  tərəfindən  rədd  edildi.  Lakin  onun  fəlsəfəsindən  xristianlar 
istifadə 
etdilər.  Onlar  Filonun  Loqosunu  simalaĢdırıb  Ġsa  ilə 
eyniləĢdirmiĢdilər.  Bu  ideya  Yəhya  Ġncilində  öz  əksini  tapmıĢdı. 
Xristianlıqda  olan  Ata  (Tanrı)  –  Oğul  (Loqos)  münasibətləri  Filonun 
fəlsəfəsindən  baĢlayır.  Yəhudi  dini  ənənələrinin  yunan  fəlsəfəsi 
kateqoriyaları  ilə  izah  edilməsi  Romada  müxtəlif  xalqlar  üçün  yeni  Dinin 
prinsiplərini aydınlaĢdırırdı  və bu amil xristianlığın yayılmasında  müstəsna 
rol oynamıĢdı. 
 
Qnostisizm 
 
                                                 
46
  Transsendent  (latınca  ―transcendere‖  –  həddi  aĢmaq)  -  Ġnsan  düĢüncəsinin 
imkanlarından  daha uca məkanlarda  yerləĢən varlıqlar  və anlayıĢlar. 
47
 Peyğəmbər  Musanın rəhbərliyi  altında  Misirdən Fələstinə  köç edən  yəhüdilər  bu 
torpaqlara  yaxınlaĢandan  sonra,  Fələstində  yaĢayan  yerli  xalqların  qüdrətindən 
qorxmuĢ,  və  Tanrının  əmrindən  yayınaraq  onlarla  müharibə  etməkdən  imtina 
etmiĢdilər.  Buna  görə  Tanrı  bu  nəsil  üçun  Fələstin  torpaqlarını  yasaq  etmiĢ  və, 
beləliklə,  yəhudilər  uzun  illər  boyu  səhralarda  qalmıĢ  və  köçəri  həyat  sürmüĢdülər. 
Təxminən  40  ildən  sonra,  günaha  batan  yəhudilərin  yeni  nəslinin  bir  qismi 
fələstinlilərlə  döyüĢmək  və  Tanrının  əmrini  yerinə  yetirməyə  hazır  olduqlarını 
bildirmiĢdilər.  Bundan  sonra  Tanrı  onlara  Fələstin  torpağına  daxil  olmağa  icazə 
verdi.  Lakin  Musa  artıq  dünyasını  dəyiĢmiĢdi  və  buna  görə  Fələstinə  kirə  bilmədi. 
Bundan  sonra  bir  neçə  ilin  ərzində  gedən  müharibələrin  nəticəsində  yəhudilər 
Fələstini fəth etdilər.  (Saylar,  13,  14). 


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə