19
Antik dövrünün fəlsəfəsindən fərqli olaraq, patristika dövrünün
fəlsəfəsi teosentrik olub. Teosentrizmə görə hər bir mövcud olan Ģeyi təyin
edən reallıq təbiət deyil, Tanrıdır.
Xristian
fəlsəfi
ontologiyasının
əsasını
yaradılıĢ
29
,
idrak
nəzəriyyəsinin əsasını isə vəhy amili təĢkil edir. Bütün bu prinsiplər,
ümumiyyətlə, təkcə Xristianlığa deyil, həm də Yəhudilik və Ġslama da aiddir.
29
Xristian ehkamlarına görə Tanrı hər bir Ģeyi heç nədən, öz iradəsi və qüdrəti ilə
yaradıb. Dünyanı yaradandan sonra isə O, onun varlığını təmin edir. Bu cür
dünyagörüĢü kreasionizm adlanır (latınca ―creatio‖ - xəlq etmə, yaratma deməkdir).
20
II FƏSĠL
XRĠSTĠANLIQ VƏ ROMA ĠMPERĠYASINDA YAYILMIġ
BAġQA DĠNĠ-FƏLSƏFĠ TƏLĠMLƏR
Antik fəlsəfənin və müxtəlif dini ənənələrin xristian
dünyagörüĢünün formalaĢmasına olan təsiri
Xristianlıqdan öncə Romanın aristokratik dairələrində müxtəlif
fəlsəfi təlimlər geniĢ yayılmıĢdı. Buna görə də savadlı romalılar qədim
filosofların fikirlərini xristianlıqda tapmaq istəyində idilər
30
.
Xristian apologeti Yustinusun fikrincə, «dünyanın yaranması və
nizamlanması haqqında danıĢanda biz (yəni xristianlar) Platonu, onun yanıb
məhv olması haqqında danıĢanda isə stoikləri təkrarlayırıq…»
31
.
Bir-biri ilə rəqabətdə olan xristian
və
bütpərəst
dünya-görüĢləri
arasında
müəyyən
qar-Ģılıqlı
fikirlər
mübadiləsi
prosesi-nin
getməsi labüd idi. Lakin qeyd
etmək lazımdır ki, antik və
xristian ideyalarının biri digəri
tərəfindən qarĢılıqlı mənimsənil-
məsi prosesi heç də hamı tərə-
findən birmənalı qarĢılanmırdı,
bunun əleyhdarları da az deyildi.
Stoistizm fəlsəfəsinin bir çox məqamları xristianlığın bəzi ideyalarına
çox yaxınlaĢır. Xüsusi ilə bu Senekanın (Seneca) etik və əxlaqi baxıĢlarına
30
Мень А. Дионис, Логос, Судьба. Брюссель: 1992, с.7.
31
Justius. Apologia I, 46.
Ġngiliscə: The First Apology // Excerpted from Ante-Nicene Fathers, Volume 1.
Edited by Alexander Roberts & James Donaldson American Edition, 1885
http://www/newadvent. org/ fathers//0126.htm
Rusca: Апология I // Св. Иустин, философ и мученик. Твор ения. М.,
"Паломник" - "Благовест", 1995. C. 31-105.
http://antology.rchgi.spb.ru/Justin_Martyr/justin_1.htm
21
aiddir. Buna dəlil olaraq onun bəzi fikirləri ilə Bibliyada olan fikirlərin
oxĢarlığını göstərmək olar:
Seneka
Biblya
1. «XoĢbəxt hesab etdiyimiz insan-
ların daxilindən xəbərdar olsanız,
görərsiniz ki, əslində onlar heç də
xoĢbəxt
deyillər, alçaldılmıĢdırlar,
ümidsizdirlər. Onlar yalnız zahirən öz
evləri kimi gözəl bəzəniblər. Bu
yalnız nazik bir suvaqdır».
«Vay halınıza, din alimləri və
fariseylər, ikiüzlülər! Çünki siz
ağardılmıĢ məqbərələrə bənzəyirsi-
niz: çölü gözəl görünür, içi isə ölü
sümükləri və hər cür murdarlıqla
doludur. Siz də beləcə insanlara
zahirən saleh görünürsünüz, daxi-
lən isə ikiüzlülük və fəsadlarla do-
lusunuz». (Matta 23: 27-28)
2. «Sözü bir toxum kimi əkmək la-
zımdır: toxum balaca olsa da, mün-
bit torpaq onu cana gətirir, ona qüvvə
verir və o böyüyür. Əql də belədir»
32
.
«Əkinçi Tanrının kəlamını səpir.
Kəlamın səpdiyi yolun kənarında-
kılar bunlardan eĢitdikləri zaman
dərhal Ģeytan gəlir və ürəklərinə
səpilən kəlamı götürüb aparır».
(Markus, 4: 14, 20)
3. «Bir çox hallarda kitablar fikri-
mizi yayındırır»
33
.
«Çox oxumaq adamı yorur» (Vaiz,
12: 12).
Daha bir maraqlı cəhət ondan ibarətdir ki, Seneka da xristianlar kimi
məhəbbət prinsiplərinə önəm verirdi.
Senekanın bu cür fikirlərinin xristian ideyalara yaxın olması
səbəbindən bəzi xristian xadimləri onun xristian olduğu və hətta apostol
Pavlus ilə məktublaĢdığı haqqında fərziyyələr irəli sürmüĢdürlər. Lakin bunu
sübut edən heç bir əsaslı dəlil yoxdur.
Stoisizmlə Xristianlığın arasında oxĢarlıq həm də Loqosun mövcud
olmasındadır. Lakin stoiklər üçün Loqos Heraklitin dövründən məlum olan
32
Ad Lucilium Epistulae morales (Lusiliusa əxlaqi məktublar). Məktub XXXVIII.
Rusca: Луций Анней Сенека. Нравственные письма к Луцилию. М., Изд-во
"Наука", 1977. Перевод, подготовка издания С. А. Ошерова.
http://www.ancientrome.ru/antlitr/ s eneca/epist/038.htm
33
Ad Lucilium Epistulae morales. Məktub II. Rusca:
http://www.ancientrome.ru/antlitr/seneca/epist/002.htm
22
taledir, xristianlar üçün isə o, eyni zamanda, həm Tanrının sözüdür, həm də
onun oğlu kimi qəbul edilən Ġsadır
34
.
Xristian dünyagörüĢünün formalaĢmasına təsir göstərən daha bir
fəlsəfi məktəb - neoplatonizmdir. Plato fəlsəfəsində əsas yeri ideyalar
haqqında təlim tutmuĢdur. Xristianlıqda isə ideyalar Ġlahi nurlarla əvəz
olunur. Məhz bu nur bütün varlığı əhatə edir və hər bir Ģeyin səbəbidir. Bir
çox tədqiqatçılar hesab edirlər ki, hətta xristian əqidəsinin əsasını təĢkil edən
Trinitarizmin (Ata, Oğul və Müqəddəs Ruh üçlüyü) və neoplatoçu filosoflar
Plotinus, Yamblikos (Jamblichos) və Proklusun (Proclus) triadalar ideyası
arasında müəyyən paralellər mövcuddur
35
.
Plotinus fəlsəfəsində olan mistik baxıĢlar da xristian mistisizmində
dərin izlər buraxmıĢdı. Bu zülmət içində olan, Ġlahi nurdan təcrid olunan,
günah içində olan dünyada o nura can atan və Vahidə (Tanrıya) doğru
yönələn mömin insanlar ideyasına aiddir (Xristianlıqda Vahid üç sifətdə
təzahür edən Tanrıdır). Kappodokiya xristian məktəbinin tanınmıĢ
nümayəndəsi olan Qreqorios deyirdi: «Mən hələ Vahid (Tanrı) haqqında
düĢünməyə baĢlamamıĢ, Üçlük öz nuru ilə məni iĢıqlandırır. Üçlük haqqında
düĢünəndə isə Vahid (Tanrı) məni özünə cəlb edir. Üçdən biri mənə
açılanda, mənə elə gəlir ki, bu Vahiddir, qalan hər Ģey mənim nəzərimdən
qaçır. Çünki mənim ağlım o qədər məhduddur ki, Vahidi dərk etməkdən
baĢqa bir Ģeyə yer qalmır. Üçü isə eyni fikirdə cəmləyəndə mən iĢıq saçan
vahidliyi görürəm. Lakin orada birlik təĢkil edən nuru ayıra bilmirəm».
36
Ümumiyyətlə patristika dövründə bir çox məĢhur xristian ilahiyyatçısı
və filosofu vaxtıykən yeni platoçuların məktəblərində dərs almıĢdırlar.
Onların irəli sürdükləri ideyalarda neoplatonizmin ayrı-ayrı müddəaları ilə
oxĢar cəhətləri vardır. Yeni platoçuların məktəblərini Nazianzlı Qreqorios,
Kesariyalı Basilios kimi tanınmıĢ xristian ilhiyyatçıları bitirmiĢdir. Digər
məĢhur xristian ilahiyyatçısı Origenus isə məĢhur nyeni platoçu Plotinus
birlikdə neoplatonizmin yaradıcısı Ammonius Sakkasın tələbəsi olmuĢdur.
34
Yəhya Ġncili 1:1.
35
Лосский В.Н. Боговидение. Глава 4. М.: АСТ, 2003.
http://www.hesychasm.ru/library/losski/ls4_6.htm#gl4
36
In sanctum baptisma, Or. 40,41. PG36, col.417. Sitat bu kitabdan gətirilir:
Лосский В.Н. Боговидение. Глава 4. М.: АСТ, 2003.
http://www.hesychasm.ru/library/losski/ls4_6.htm#gl4
Dostları ilə paylaş: |