Axlaq sayesinde indd



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə22/42
tarix14.07.2018
ölçüsü1,69 Mb.
#55523
1   ...   18   19   20   21   22   23   24   25   ...   42

88                                                                          Яхлаг сайясиндя саьлам щяйат 
a)  İmam Cəfər Sadiq (ə) atasından nəql edərək 
buyurur: “Üç nəfərə hörmət düşmür: əməlləri bidət doğuran 
əhlikef insana, zülmkar hökmdar və başçıya, aşkarda günah 
edənə.”
1
Başqa bir hədisdə belə buyurulur:
 ُمﺎﻣِ ْﻻاَو ،ِﻪِﻘ ْﺴِﻔِْﺑ ُﻦِﻠْﻌُﻤْﻟا  ُﻖِﺳﺎﻔْﻟا َو ىﻮَﻬﻟا  ُﺐِﺣﺎﺻ :ْﻢُﻬَﻟ َﺔَﺒْﻴِﻏ ﻻ ٌﺔَﺛﻼَﺛ
ُﺮِﺋﺎﺠْﻟا
“Üç nəfərin qeybəti caizdir: nəfsə qul olanın, aşkar günah 
edən fasiqin, zülmkar başçının.”
2
b) Peyğəmbəri-Əkrəm (s) buyurur:
ٌﺔَﺒْﻴِﻏ  ٍﻖِﺳﺎﻔِﻟ  َﺲْﻴَﻟ
“Fasiqin (aşkar günah edən) qeybəti caizdir.”
3
c) Yenə o həzrətdən belə nəql olunur:
ُﻪَﻟ َﺔَﺒْﻴِﻏ ﻼَﻓ ِﻪِﻬْﺟَو ْﻦَﻋ ِءﺎﻴَﺤْﻟا  َبﺎﺒْﻠِﺟ ﻲﻘْﻟَا ْﻦَﻣ
“Həya pərdəsini götürən kəsin qeybəti caizdir.”
4
ç) “Vəsailüş-şiə” kitabının “ədalət” bölümündə bu 
mövzuya dair hədislər nəql olunub ki, birini nümunə 
olaraq qeyd edirik. İmam Sadiq (ə) buyurur:
 ْﻢَﻠَﻓ ْﻢُﻫَﺪَﻋاوَو ْﻢُﻬْﺑِﺬْﻜَﻳ ْﻢَﻠَﻓ ْﻢُﻬَﺛﱠﺪَﺣَو ْﻢُﻬْﻤِﻠْﻈَﻳ ْﻢَﻠَﻓ  َسﺎّﻨﻟا  َﻞَﻣﺎﻋ ْﻦَﻣ
  ْﺖَﺒَﺟَوَو ُﻪُﻟْﺪَﻋ َﺮَﻬَﻇ َو ُﻪُﺗﱠوُﺮُﻣ  ْﺖَﻠُﻤَﻛ َو ُﻪُﺘَﺒْﻴِﻏ  ْﺖَﻣُﺮَﺣ ْﻦﱠﻤِﻣ َنﺎﻛ ْﻢُﻬْﻔِﻠْﺨُﻳ
ُﻪُﺗﱠﻮُﺧُا
1 . “Biharul-ənvar”, 75-ci cild, səh.253.
2 . “Biharul-ənvar”, 75-ci cild, səh.253.
3 . Yenə orada, səh.236.
4 . Yenə orada, səh.232.


Айятуллащ ял-цзма Мякарим Ширази                                                                   89
“Camaatla ədalətlə davrananın, yalan danışmayanın və 
vədəsinə  əks çıxmayanın qeybəti haram, şəxsiyyəti kamil, 
özü adil və qardaşlığı vacibdir.”
1
Fasiq kimdir və nə üçün qeybəti 
caizdir?
Burada neçə məsələyə izah vermək zəruridir:
1. Görəsən, fasiq və  aşkar günah edənin istisna 
olunması “mövzudan xaric” qəbilindəndir (yəni 
aşkarda günahdan çəkinməyənin pis işləri gizli 
olmadığından, ümumiyyətlə, qeybət mövzusundan 
kənardır), yoxsa onun ardınca danışmaq qeybət sayılsa 
da, deyilən dəlillərə əsasən, qeybəti halal edilib?!
2. Görəsən, fasiqin qeybəti hər bir halda caizdir, 
yoxsa aşkar günah etdikdə?
3.  Əgər bir kəs müəyyən məntəqədə fasiq, başqa 
məntəqədə isə (günahlarını gizlədərək) fasiq kimi 
tanınmırsa, onun qeybəti digər məntəqədə  də 
caizdirmi?
4. Fasiqin qeybətində “əmr be məruf” və “nəhy əz 
münkər”in şərtləri lazımdırmı?
Bu sualların cavabı qeybətin istisna hallarındakı 
dəlilə diqqət yetirdikdə, aydın olur. Hədislərdən belə 
başa düşülür ki, fasiq və aşkarda günah edənə ehtiram 
düşmür. (Qabaqda izah verildiyi kimi, qeybətə yol 
verməyən  əsas məsələ  də insanın ehtiramı idi və 
möhtərəm olmayan kəsin qeybəti isə halal olacaq.) 
Başqa sözlə, belələrinin “ictimai şəxsiyyəti” möhtərəm 
sayılmadığından qeybətinə icazə verilir və abır-
heysiyyətlərini qorumaq lazım deyil. Əgər “la qeybətə 
1 . “Vəsailüş-şiə”, 5-ci cild, səh.393.


90                                                                          Яхлаг сайясиндя саьлам щяйат 
ləhu”  (onun qeybəti caizdir)  və “la hörmətə  ləhu”  (ona 
hörmət düşmür)  kimi ifadələrə  dəqiq  fikir versək, bu 
suallar və izaha ehtiyac duyulmayacaq. Bununla belə
kifayət qədər  əqli və  nəqli dəlillərə  də  əsaslanılır ki, 
artıq şübhə qalmasın.
Demək lazımdır ki, zahirən “fasiq” həya pərdəsini 
götürən və günahlardan çəkinməyən hər kəsə aid olur 
və lakin müəyyən səbəblər üzündən bəzən aşkarda 
günaha  əl atanları fasiq adlandırmaq olmaz. Buna 
əsasən, belələrinin qeybəti yalnız aşkar günah etdikləri 
təqdirdə caiz olur.


Айятуллащ ял-цзма Мякарим Ширази                                                                   91
SUİ-ZƏNN VƏ BƏDBİNLİK
Bədbinlikdən uzaq olan sağlam 
cəmiyyət
Cəmiyyətdə  əmin-amanlıq və  təhlükəsizlik hökm 
sürməyincə sağlam mühitdən söz gedə bilməz. Bunun 
sayəsində azad quruluş və azadlığın sayəsində də hər 
hansı  fikri, cismi, maddi və  mənəvi dəyər və  məhsul 
layiqincə qiymətləndirilə bilər. Demək, onları qorumaq 
üçün həmişə təhlükəsizlik və əmin-amanlıq tədbirləri 
əhəmiyyət daşıyır. Məlumdur ki, yalnız insanların canı 
və malının təhlükəsizliyi və  əmin-amanlığı kifayət 
deyil və  ən mühüm məsələ onların abır-həyasının, 
ictimai  şəxsiyyətinin qorunub-saxlanılmasıdır. Amma 
hər üç əmin-amanlığı təmin edən və böyük əhəmiyyət 
daşıyan başqa bir əmin-amanlığa da ehtiyac var ki, o 
da təəssüflər olsun, maddi təfəkkür tərzinin çarə  qıla 
bilmədiyi “fikri əmin-amanlıq”dır.
Fikri əmin-amanlıq iki qismə bölünür:
1. Fərdi-mənəvi asayiş: Batini asayiş belədir ki, 
insan daim ruhi-psixoloji gərginliklər keçirməsin, 
əyri  fikirlərin təsiri altına düşməsin və ömrü iztirab
həyəcan və narahatlıq içində sovuşmasın.


92                                                                          Яхлаг сайясиндя саьлам щяйат 
2.  İctimai asayiş:  İnsanların bir-birlərinə qarşı pis 
fikirdə olmamaları, düşünməyən mühakimələrə yol 
verməmələri, qarşılıqlı ehtiram hisslərinin qorunması 
ictimai asayişin  əsas  şərtlərindəndir.  Əlbəttə, onların 
hər biri izah tələb etdiyindən, burada biz yalnız ikinci 
qisim haqda danışacağıq.
Məlum olduğu üzrə, hal-hazırda dünyada qanun 
çərçivəsində (nöqsanlara göz yummaq şərtilə) 
cəmiyyətin canı, malı  və müəyyən qədər də ictimai 
asayişinin təhlükəsizliyi mümkün məsələdir. Lakin 
hər iki halda fikri  əmin-amanlığın təmini, xüsusilə
insanlarda  əsassız mühakimələrin qarşısının alınması 
yalnız ilahi məktəblərə, səmavi dinlərə  və  əxlaqi 
üsullara xas olan həqiqətdir. Yalnız maddi ölçülərə 
əsaslanan mövcud qanunlar, onun icraçıları  nə insan 
adlı sirli mövcudun dərinliklərinə yol tapa bilir, nə də 
onun həqiqi duyğularını qiymətləndirə bilir. Məhz dini 
əqidə  və  əxlaqi üsullar çərçivəsində insan əsl yerini 
alır,  əmniyyət və  təhlükəsizliyi təmin edilir. İslam bu 
məsələyə xüsusi əhəmiyyət verərək dəyərli göstərişləri 
ilə diqqəti özünə cəlb edir. Məsələn, möminlərin fikri 
üfüqlərini işıqlandıran bu ayənin obyektivliyinə diqqət 
yetirək:
{ٌﻢْﺛِإ ﱢﻦﱠﻈﻟا  َﺾْﻌَﺑ ﱠنِإ ﱢﻦﱠﻈﻟا َﻦﱢﻣ اًيرِﺜَﻛ اﻮُﺒِﻨَﺘْﺟا اﻮُﻨَﻣآ َﻦﻳِﺬﱠﻟا ﺎَﻬﱡﻳَأ ﺎَﻳ}
“Ey iman gətirənlər, əksər zənlərdən (gümanlardan) 
çəkinin ki, zənnin bəzisi günahdır!”
1
Ayədə qeyd olunan “kəsirən minəz-zənni”  (əksər 
gümanlar) – ifadəsinə  əsasən, demək olar, insanların 
bir-birinə qarşı gümanlarının çoxunu, yaxud əsas 
1 . “Hücurat” surəsi, ayə 12.


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə