Axlaq sayesinde indd



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə23/42
tarix14.07.2018
ölçüsü1,69 Mb.
#55523
1   ...   19   20   21   22   23   24   25   26   ...   42

Айятуллащ ял-цзма Мякарим Ширази                                                                   93
qismini “bədbinlik” və ya səhv təsəvvürlər təşkil 
edir. Bunu nəzərə alaraq Qurani-Kərim insanları 
bir-birinə düşüncə baxımından bədbin edən,  fikri 
əmin-amanlıqlarını pozan və kütləni sarsıda bilən bu 
təhlükəni aktual bir məsələ kimi açıqlayır. “Bə`zəz-zənni 
ismun”  (zənnin bəzisi günahdır)  –ibarəsi haqda da 
bunu demək olar ki, insanların gümanlarında həqiqət 
olsa da, şübhəsiz, bir qismi günah və həqiqətə ziddir. 
Burada düşünən beyinlər gümanın bütün növlərindən 
çəkinməyi məsləhət görür. Hədislərdə  də möminləri 
sui-zəndən (bədgümandan) çəkindirən çoxlu tövsiyələr 
vardır. Peyğəmbəri-Əkrəm (s) buyurur:
ِءﻮ ﱡﺴﻟا ﱠﻦَﻇ ِﻪِﺑ ﱠﻦَﻈُﻳ ْنَاَو ُﻪ َﺿْﺮِﻋَو ُﻪَﻟﺎﻣ َو ُﻪَﻣَد  ِﻢِﻠ ْﺴُﻤْﻟا َﻦِﻣ َمﱠﺮَﺣ َﻪﻠﻟا ﱠنِا
“Allah-Taala müsəlmanın qanı, malı, abır-heysiyyətini 
və ona qarşı bədgümanlığı haram etmişdir.”
1
Bu hədis də  əmin-amanlığın dörd qisminin (mal, 
can, abır-heysiyyət və fikir) birgə gəlməsi və birgə də 
haram edilməsi diqqəti xüsusi cəlb edir.
Bədbinlik və bədgümanlığın səbəbləri
Psixoloji baxımından bədgümanlıq bəzən yüngül, 
bəzən də sərtləşərək ruhi-psixoloji xəstəlik kimi özünü 
büruzə verir. Hər iki halın müxtəlif səbəbləri ola bilər. 
Məsələn:
1. Bəzən bədgümanlıq ədavət, kin-küdurət, paxıllıq 
və qisas hissindən qaynaqlanır.  İnsan qarşı  tərəfdən 
zor gücü və yaxud dili ilə qisas ala bilmədiyindən
düşüncələrində  fitnələrə  əl ataraq pis fikirlərə düşür, 
onu daim mühakimə  və  məzəmmət edərək nəfsinə 
1 . “Məhəccətül-beyza”, 5-ci cild, səh.268.


94                                                                          Яхлаг сайясиндя саьлам щяйат 
təsəlli verir. Yəni xarici aləmdə nail ola bilmədiyini 
təsəvvür və fikirlərində tapır və beləcə, öz əməlindən 
saxta ləzzət, rahatlıq alır. Bu isə bir növ “təxəyyülə uyma 
və  sığınma”, “həqiqətdən ruhi sapınma” adlanır və 
müasir psixologiyanı da maraqlandıran məsələlərdən 
biridir. Bir sıra izahlarda deyilir ki, istəklərinə xarici 
aləmdə nail ola bilməyən insanlar özlərinə qapılaraq 
daxildə hiss etdiyi boşluğu xam xəyallar və  əbəs 
düşüncələrlə doldurmağa çalışırlar. Bəzən onları 
yuxuda, bəzən də öz təxəyyül və poetik hisslərində 
axtarırlar. Adətən, böyük şair adını qazananlar şairlik 
istedadından əlavə, həyatda itkilər, narahatlıqlar, ağrı-
acılar, uğursuz eşq və məhəbbətlərlə də üzləşirlər. Onlar 
məşuq itkisini təxəyyülündə, poetik duyğularında, 
ədəbi incəliklərində arayıb-axtardığından təxəyyül 
qüvvələri, poetik hissləri hədsiz artır. Necə deyərlər, 
lirik şeirlər daha gözəl, daha cəlbedici olur. Bir sözlə
“təxəyyülə uyma” insanda bir çox psixoloji hadisələri, 
o cümlədən, bədbinlik və  bədgümanlıq kimi hissləri 
cücərdə bilir.
2. Nikbinlik insanın saflığından qaynaqlandığı 
kimi, bədgümanlıq da mənəvi çirkinlik və aludəlikdən 
baş qaldırır. Yəni “müqayisə” zamanı insan başqalarını 
ya yaxşı, ya da pis görür. Bu xislət özünü savadsız və 
ya nadan təbəqə arasında daha artıq büruzə verir.
3.  Bəzən insan vicdan məhkəməsində  bədbinliyə 
düçar olur, günahlarına  şərik axtarmağa çalışaraq 
başqalarına qarşı pis fikirlərə düşür, öz çirkin əməllərini 
yozaraq onları adiləşdirib, demək istəyir ki, belə işlərə 
əl atan təkcə o deyil.
4. Bəzən də bədgümanlıq təkəbbür və xudbinlikdən 


Айятуллащ ял-цзма Мякарим Ширази                                                                   95
baş qaldırır. Məsələn, özlərini başqalarından üstün 
bilənləri çox vaxt başqalarının nöqsanları maraqlandırır, 
cürbəcür ehtimallarla onların dəyərini endirir, özlərini 
isə yüksəldirlər.
5.  Bəzən isə ata-ana və ya müəllimin təlqinləri 
bədbinliyin amillərindən birinə çevrilir.
6. Pis adamlarla yoldaşlıq da onun səbəblərindəndir. 
Bəzən insanın münasibətlərində meyar oturub-
durduğu, yoldaşlıq etdiyi adamlar olur. Hətta onun bir 
kənd, şəhər, ölkə, yaxud millət barəsində təfəkkür tərzi 
yoldaşlıq  əlaqələri ilə bilavasitə bağlı olur. Yoldaşları 
pis olanlar, təbiidir ki, hamıya qarşı bədbin olacaqlar. 
Bu məsələ hədislərdə belə açıqlanır:
ِرﺎﻴْﺧَ ْﻻﺎﺑ ﱢﻦﱠﻈﻟا َءﻮُﺳ  ُثِرﻮﺗ ِرا ْﴍَ ْﻻا ُﺔ َﺴَﻟﺎﺠُﻣ
“Pis adamlarla oturub-durmaq yaxşı insanlara qarşı 
bədbinlik gətirir.”
1
7.  Bəzən də  bədgümanlıq səbəbsiz olmur. Yəni bir 
zaman və ya mühitə hakim olan fitnə-fəsaddan yaranan 
“Oxşar hadisələrin yayılması və çoxluğu eyni faktorun 
reallığına  əsas verir!” – fikri insanda bədbinliyə  səbəb 
olur.
Bədbinliyin ictimai zərərləri
Bədbinliyin ictimai zərərləri və  mənfi  təsirləri 
olduqca çoxdur:
1. Bədgümanlıq ictimai reallıqları  dərk etməyə 
mane olur. Bu xislətə düçar olan və hamıya bədbinliklə 
baxanlar hadisələrin və ictimai səhnələrdəki 
fəaliyyətlərin səbəblərini ayırd edə bilməyib, çoxlu 
1 . “Biharul-ənvar”, 74-cü cild, səh.197, hədis: 31.


96                                                                          Яхлаг сайясиндя саьлам щяйат 
səhvlərə yol verir, öz aləmində hər şeyi həqiqətə zidd 
görürlər. Elə buna görə  də  həmişə geridə qalır,  ələ 
düşən fürsət və dəyərli şəxslərdən faydalanmır və hər 
yerdə düzgün nəticə çıxara bilmirlər.
2. Bədbinlik və  bədgümanlıq ictimai həmkarlığa, 
qəlblərin bir-birinə qovuşmasına böyük manedir. 
Həmin xislət insanı  fərdi həyata, tək yaşamağa, 
guşənişinliyə, ondan baş qaldıran digər səhv fikirlərə 
doğru çəkir, başqasına etimadın, inamın qarşısını alır, 
həmkarlığın əsasını qırır.
3. Başqalarının eyiblərini arayıb-axtarmaq da 
bədgümanlıqdan baş qaldırır. Buna biz qeybət və onun 
təsirləri bəhsində də toxunmuşduq və Qurani-Kərimin 
“Hücurat” surəsinin 12-ci ayəsini də misal çəkmişdik.
4. Bəzən bədbinlik  ədavət və kin-küdurətə, hətta 
qanlı döyüşlərə  də  səbəb olur. Nəticə etibarilə ailə 
ocaqları dağılır, böyük və layiqli şəxslər qətlə yetirilir. 
Qurani-Kərimin “Hücurat” surəsinin
 ﺎًﻣْﻮَﻗ اﻮُﺒﻴ ِﺼُﺗ نَأ اﻮُﻨﱠﻴَﺒَﺘَﻓ ٍﺄَﺒَﻨِﺑ  ٌﻖِﺳﺎَﻓ ْﻢُﻛءﺎَﺟ نِإ اﻮُﻨَﻣآ َﻦﻳِﺬﱠﻟا ﺎَﻬﱡﻳَأ ﺎَﻳ}
 
{َينِﻣِدﺎَﻧ ْﻢُﺘْﻠَﻌَﻓ ﺎَﻣ  َﲆَﻋ اﻮُﺤِﺒ ْﺼُﺘَﻓ ٍﺔَﻟﺎَﻬَﺠِﺑ
(Ey iman gətirənlər!  Əgər fasiq şəxs sizə bir xəbər 
gətirsə, dərhal onun doğruluğunu araşdırın ki, yoxsa 
bilmədən bir qövmə pislik edər, sonra da etdiyinizə 
peşman olarsınız!) – ayəsinin nazil olması ilə bağlı 
deyilir: “Vəlid ibn Əqəbənin bədbinliyi nəticəsində 
az qalmışdı ki, bir tayfa dağılsın. Verilən ayə  xəbərin 
doğruluğunun araşdırılmasını göstəriş verərək 
gözlənilən faciənin qarşısını alır.” (Bəziləri Vəlidin bu 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə