23
şırdı. Albanlardan olan quldurları “arnavut” adlandırırdılar. Bə-
lədçimiz bizi quldurlarla qorxutsa da, biz ona elə də əhəmiyyət
vermir və yolumuza davam etmək istəyirdik. Çünki sığınacaqda
çox qalsaydıq, o zaman serb quldurlarının diqqətini cəlb edər və
onların hücumuna məruz qalardıq.
Keçdiyimiz ərazi elə də gözəl deyildi. O, Dalmas kimi hər
cür bitkidən məhrum idi. Səhrada ara-sıra görünən 1-2 ağac yek-
nəsək ətrafı, az da olsa, maraqlı edirdi. Öz sənayesi ilə tanınan
Taşılıtsadan keçdik.
Pripol
. Ayın 25-də Lim çayının sahilində yerləşən Pripol şə-
hərinə çatdıq. Lim çayı Drina çayına tökülür. Pripolda bələdçimiz
bir dostu ilə rastlaşdı və onunla o qədər araq içdi ki, biz onu böyük
çətinliklə atına mindirə bildik.
O gecə çox ağır-ağır hərəkət etməyə məcbur olduq, çünki xid-
mətçilər məst bələdçimizin atdan yıxılmamasına diqqət edirdilər.
Məcburən yol üstündəki ilk sığınacaqda dayandıq ki, bələdçimiz
özünə gəlsin. Onun özünə gəlməsi xeyli vaxt apardı. Zənnimcə,
Məhəmməd peyğəmbər alkoqollu içkiləri qadağan etməkdə haqlı
imiş, çünki bu vəhşi təbiətli xalq içməyin həddini bilmir. Axırda
məcbur olduq ki, bələdçimizi və onun yoldaşlarını təhdid etməklə
yola çıxmağa məcbur edək. Əgər o gecə xoşagəlməz insanlarla
(
qaçaq-quldurlarla-tərcüməçi
) rastlaşsaydıq, təhlükəli vəziyyətə
düşəcəkdik. Mən qorxurdum, çünki Serbiya ilə sərhəddə idik. Bu-
rada hər yan yolkəsənlərlə doludur. Sabahısı bir kənddən keçdik.
Quldurlar kəndi yandırmış, əhalisini əsir götürmüşdülər.
Dostları ilə paylaş: