Avqust benton



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə12/101
tarix21.02.2022
ölçüsü1,74 Mb.
#83973
1   ...   8   9   10   11   12   13   14   15   ...   101
Benton PDF.çapı

Kumanova
.  Kumanova  200-300  ailənin  yaşadığı  kiçik  bir 
şəhərdir. Şəhərin ortasında üçbucaq şəkilli bir meydan salınmış-
dır. Onun ətrafındakı dükanlarda soğan, kartof, üzüm satırlar. Bir 
neçə dükanda (
çayxanada-tətcüməçi
) isə boş-bekar müsəlmanlar 
çay içməklə vaxt keçirirlər. Burada xeyli gəzdik. Hətta məscidin 
ətrafında dolaşdıq, ancaq heç kim bizə qarşı hörmətsizlik etmədi. 
Növbəti gün bənövşə rəngli ölkənin bənövşə rəngli İstip şəhərin-
dən keçdik. Bu şəhərin tikililəri tünd rəngli daşlardan tikilmiş, ət-
raflarına alçaq hasar çəkilmiş və künclərində bürclər ucaldılmış-
dır. Şəhərin ətrafında qədim qalanın qalıqları gözə çarpır.  
Vardar çayına tökülən Bravnitsa çayının üstündən çox gözəl 
bir körpü tikmişdilər. 8 tağlı körpü daşdan inşa olunmuşdu.  
Aprelin 2-də enişli-yoxuşlu və kələ-kötür bir məntəqədən ke-
çəndən sonra gözəl əkin sahələri olan bir dərəyə daxil olduq. Ha-
va çox yaxşı idi. Biz burada bahar fəslinin ilk çiçəklərini və ya-
şıllıqlarını gördük. 
Rumeli vəzirinin  müavininin  idarə  etdiyi Rodoviç şəhərinə 
yetişdik. Gec olmasına baxmayaraq, bizə at vermədilər. Ona görə 


27 
də  həmin  günü  və  gecəni  xaraba  bir  karvansarayda  keçirməyə 
məcbur  olduq.  Əgər  bura  istirahət  üçün  münasib  olsaydı,  türk 
ağaların xoşagəlməz münasibətinə görə məcburən burada qalma-
ğımızdan o qədər də narahat olmazdıq. Onların bədxahlığından 
savayı, bələdçimizin tənbəlliyi də problem idi. O, hər gün daha az 
yol qət etməyimizi istəyirdi. Halbuki, biz istəyirdik ki, fransızla-
rın fəaliyyət göstərdikləri İstanbula  mümkün qədər tez yetişək, 
onlara  qoşulaq,  onların  əməliyyatında  iştirak  edək,  eşitdiyimiz 
bəd xəbərlərin nə dərəcədə doğru olduğunu öyrənək. Növbəti gün 
gözəl məntəqələr və əkin sahələrinin arası ilə 12 fərsəx yol qət 
etdik. Ancaq Strumitsada yenidən bizi saxladılar. Belə ki, rəsmi 
formada  bədcins  və  bədxah  hakim-türk  Əli  bəyin  yanına  gedib 
ədəb-ərkanla yolumuza davam etməyə icazə istəsək də, o, icazə 
vermədi. Bizim Əli bəylə görüşümüzdə mənim diqqətimi çəkən 
ədəbli bir qazı da iştirak edirdi. 1 saat keçəndən sonra mən qazını 
ziyarət etməyə getdim. Onun İstanbuldan gəldiyini bildiyim üçün 
paytaxt sakinlərinin ədəb və tərbiyəsindən bəhs etdim. Nəticədə 
onu öz tərəfimizə çəkə bildim və o, bizə at verilməsi üçün göstəriş 
verdi. O gecə biz dərhal yola düşdük.  
Böyük Qarasu çayına tökülən Kiçik Qarasu çayından keçdik. 
Bəzi  xəritələrdə  bu  çayın  adı  Cəmbəli  su  kimi  verilmişdir.  Bu, 
həmin qədim Strimon çayıdır.  
Əlbəttə,  biz  onun  kənarında  vaxt  keçirə  bilmədik.  Əksinə, 
sürətlə yolumuza davam etdik və axşama Demerissaya çatdıq. Bu, 
əyri-üyrü çay yatağı ilə Estrimenə axan bir çayın sahilində yerlə-
şən böyük bir şəhərdir. Şəhərin ətrafında çoxlu gözəl meyvə bağ-
ları salınmışdır. Onların arasında füsunkar göllər vardır. Bu göl-
lərdən birinin sahilində ağacdan gözəl bir malikanə tikilmişdir. O, 
Abu Lard paşaya məxsus idi. Paşa zahirən yaxşı adam təsiri ba-
ğışlayırdı və biz ümid edirdik ki, o, bizi layiqli bir şəkildə qonaq 
edəcəkdir. Lakin gözlədiyimizin əksi oldu. 
Bizi bütün şəhərdə gəzdirdilər. Bu müddətdə böyük bir dəstə 
səs-küylə ardımızca gəlirdilər. Sonunda bizi  yuvaya oxşar kiçik 
və kəsif bir evdə yerləşdirdilər. 


28 
Atdan yıxıldığıma görə hər iki ayağım şişmişdi və bərk ağrı-
yırdı. Bütün bunlar mənim narahatlığımı daha da artırırdı. Ərazi-
nin  namünasib  olmasına  və  səfər  yorğunluqlarına  baxmayaraq, 
səbr etməkdən başqa əlac yox idi. Burada da bizə at vermək istə-
mirdilər. Axır ki, bizə o qədər də yararlı olmayan bir neçə at ver-
dilər və biz çətinliklə özümüzü Saraya çatdırdıq. 

Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə