16
I FƏSİL
QƏNSTƏNTINƏ (İSTANBUL). MAY 1807
Birinci məktub
Əziz dostum, mənim Aralıq dənizi
sahilində yerləşən Espla-
tu
7
məntəqəsindən 2000 fərsəngdən
8
artıq bir məsafədə, yol boyu
Osmanlı imperiyasının naməlum torpaqlarından keçərək İstanbu-
la qədər uzanan səfərimə marağını
nəzərə alaraq, bu
məktubu sə-
nə yazıram. Ancaq təəssüf edirəm ki, bunun üçün daha münasib
təchizata sahib deyiləm. Çünki səfər məsələsi qəflətən ortaya çıx-
dı və mən tələm-tələsik yola çıxmalı oldum. Hətta lazımi əşyala-
rımı belə götürmək imkanım olmadı. Mənə əmr olundu ki, dərhal
Raquzdan Fransa Silahlı Qüvvələrinin baş komandanı general
Marmunun korpusunun yerləşdiyi Dalmas vilayətinin Esplatu li-
manına hərəkət edim və oradakı iki zabitlə birlikdə İstanbula ge-
dim və Osmanlı sarayındakı Fransa səfiri general Sebastiyaninin
(1772-1851) komandanlığı altında xidmət edim.
Biz 3 nəfər zabit 1807-ci ilin mart ayının 14-də yola düşdük.
General Marmunun Türkiyə sərhədindəki məmurlara məktubları,
əhalisi etimadsız və ehtiyatlı olan Türkiyədəki səfərimizi asanlaş-
dırmalı idi. Biz Trunikdəki Bosniya paşasından lazımi göstərişlər
alıb İstanbul səfərimizi davam etdirməli idik.
Biz gəmi ilə şimal-şərqə, yəni Sinə tərəf hərəkət etdik. Hava
çox pis idi və biz gecə mənzil başına yetişənə qədər çox əziyyət
çəkdik. Mənzil başında dövlət məmurları bizi xoş qarşılamadılar.
Biz başa düşdük ki, Dalmasın əhalisi mədəniyyətdən uzaq qal-
mışlar. Onlarda ünsiyyətsizlik və yekəxanalıq var idi. Burada an-
caq zorbalıq qanunu işləyir. Bizi müşayiət edənlərin vəziyyətləri
o qədər də ürəkaçan deyildi. Onlar bizim onların bizə qarşı xoşa-
gəlməz rəftarından şikayət etməyə imkanımızın olmadığını başa
düşərək bizi yağışın altında və soyuqda saxlayırdılar. Bu vəziy-
7
Esplatu-Dalmas vilayətində bir limandır.
8
Fərsəng (fərsəx)- 6 km-ə bərabər uzunluq ölçüsüdür.
17
yətdə biz islandıq və üşüdük. Bu üzdən də onları xəncərlə hədə-
lədik. Bundan sonra bizi çox namünasib bir sığınacağa yerləşdir-
dilər, ancaq şam yeməyi belə vermədilər. Dalmasda mehmanxana
yoxdur. Ona görə də qonaqpərvər bir şəxsə rast gəlməyən qonaq-
lar, bədbəxt vəziyyətə düşür və ortada qalırlar.
Növbəti günü günortaya qədər kiraladığımız atları gözləməli
olduq.
Dostları ilə paylaş: