Avqust benton



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə17/101
tarix21.02.2022
ölçüsü1,74 Mb.
#83973
1   ...   13   14   15   16   17   18   19   20   ...   101
Benton PDF.çapı

Gözəl Üçhamam
. Qarahəsən mahalının sonunda bir gözət-
çixana vardı. Geniş səhranın bir tərəfində xarabalıqlar görünürdü. 
Onlar mənim və yol yoldaşlarımdan birinin marağına səbəb oldu. 
Biz  bələdçimizin  də  diqqətini  ora  yönəltdik.  Çünki  xarabalıqlar 
və sınıq-dağınıq sütunlar içində gözəl bir hamam gözə dəyirdi. O, 
üç tikilidən ibarət idi. Onlar dağılmamışdılar. Tikililərin ən böyü-
yü daşdan tikilmişdi və günbəzli tavanı vardı. Bu tikilinin geniş 
daxilində hücrələr yerləşirdi. Heç şübhəsiz ki, onlar növbə gözlə-
yənlər  üçün  nəzərdə  tutulmuşdu.  Hücrələrin  hər  birinin  qapısı 
vardı. Qalan iki tikili bir-birinə bənzəyirdi. Bu tikililərin hər biri 
iki hissədən təşkil olunmuşdu. Onların da tavanları günbəzli idi 
və  işıq  yuxarıdakı  bacalardan  düşürdü.  Hər  birində  olan  kiçik 
otaqlar  soyunub-geyinmək  üçün  idi.  Böyük  otaqların  daxilində 
ortada  kiçik  hovuzlar  vardı.  Onların  içindən  xoş  məzəli  isti  və 
duzlu mineral su axırdı. Bu tikililər kəsif və azca dağılmış olsalar 
                                                           
19
 Yəqin ki, xarici qonaqların gəlişi ilə yerli müştərilərin çayxanadan çıxarıl-
masından söhbət gedir. 


32 
da,  onları  bərpa  etmək  mümkün  idi.  Camaat  danışırdı  ki,  ətraf 
dağlardan birinin  başında qədim bir məbəd vardır. O, dağılma-
mışdır. Mən onu görmədim və adını da öyrənə bilmədim. Ancaq 
o, böyük ehtimalla, qədim Kastrosaros, yaxud da Sarum şəhərinin 
qalıqları idi. Yola düşəndən sonra bələdçimiz bizə  lağ elədi.  O, 
belə hesab edirdi ki, biz qorxulu bir işə girişmişik. 

Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə