Avqust benton



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə8/101
tarix21.02.2022
ölçüsü1,74 Mb.
#83973
1   ...   4   5   6   7   8   9   10   11   ...   101
Benton PDF.çapı

Tatar-türk
. Vəzir bizə lazımi göstərişlər verdi və bir nəfəri 
yol yoldaşı kimi bizə qoşdu ki, bizi İstanbula kimi müşayiət etsin. 
Osmanlı imperatorluğunda dövlət məktublarını daşıyan rəsmi qa-
sidlərə
14
 tatar deyirlər. Ola bilsin ki, qədimdə qasidləri tatar tay-
falarından  seçirmişlər.    Onların  başında  uca  sarı  papaq  olur  və 
onun yuxarı hissəsində nişan yerləşir. Ancaq geyimləri yerli əha-
linin geyimləri ilə eynidir. Bizimlə gedən qasid, paşanın məktu-
bunu daşıyırdı. Onun vəzifəsi yol boyu bizə ucuz at kiralamaq ol-
sa da, bəzən çaparxanaların
15
 acgöz müdirləri bizdən çox pul alır 
                                                           
13
 Bosnasaray-indiki Sarayevo şəhəri 
14
 Qasid-poçtalyon 
15
 Çaparxana-yol üzərindəki poçtlar 


21 
və onu tatarla bölüşürdülər. Osmanlı ərazisində, xüsusən, türk di-
lini bilməyən müsafirləri asanlıqla aldadırlar. Buna görə özümüzə 
tərcüməçi tutduq. Ancaq bu, elə də nəticə vermədi. Çünki tərcü-
məçini Osmanlı imperiyasının katolik, yunan, ya da erməni yox-
sulları arasından seçirdik. Onlar isə müsəlmanlardan qorxduqla-
rına görə asanlıqla onların təsirinə düşürdülər. Onların fərqli pa-
paqları olurdu və ən yaxşı halda öz hüquqlarını qoruyurdular. Hər 
halda burada, dünyanın başqa ölkələrindən fərqli olaraq, yol yol-
daşının sayı nə qədər çox olsa, daha az effekt verir və əksinə, daha 
çox sui-istifadə olur. 
Bosniya
. Ərazisindən keçdiyimiz Bosniya regionu hiss edilə-
cək  dərəcədə  abadlaşdırılmışdır.  Səfərimizin  19-cu  günündə  Sav 
çayına tökülən Verbaz çayının yatağına çatdıq və Adriatik dənizi-
nin  sahillərini  arxada  qoyduq.  Bosniya  ölkəsini  iki  yerə  bölmək 
olar: Yuxarı Bosniya və Aşağı Bosniya. Hər iki hissə abaddır və 
əhalisi çoxdur. Burada su boldur və bitki örtüyü zəngindir. Bosni-
yanın  əhalisi  Osmanlı  İmperiyasının  tərkibinə  daxil  olan  cənubi 
Avropa ölkələrinin əhalisi ilə müqayisədə daha zəhmətkeşdir. 
Yuxarı Bosniyada yaşıl tarlalar, bir neçə gümüş, mis və də-
mir mədəni mövcuddur. Bura heyvandarlıq baxımından da zən-
gindir və ətraf ölkələrə sürülərlə yaxşı heyvan ixrac edilir. Aşağı 
Bosniyada taxıl istehsal olunur. O, Dalmasa və digər dağlıq mən-
təqələrə göndərilir. 
29-cu gün Trunikdən yola düşdük, çox gözəl meşələrdən və 
tarlalardan keçərək, növbəti günün səhəri böyük Bosnasaray şə-
hərinə yetişdik. Şəhəri çox pis inşa etmişlər. Onun əhalisi təqribən 
70 min nəfərdir. Əhalinin böyük bir qismi şəhər ətrafındakı mis 
və dəmir mədənlərində işləyir. 
Bosnasaray şəhərində qədim bir qala var. Qala çox münasib 
bir mövqeyə sahibdir. Onun kənarında Milyaska adlı kiçik bir çay 
axır. O, Bosniya çayına tökülür. Biz Bosnasarayda atları dəyişdik 
və yolumuza davam etdik. Şəhərdən çıxarkən bir dəstə adam sö-
yüşlərlə bizi təqib etdi. Onlar bizə “kafir” və “köpək uşağı” de-
yirdilər. Təqib edənlər bizim qorxumuzdan və ehtiyatlılığımızdan 


22 
qaynaqlanan etinasızlığımızı görəndə bizə tərəf daş atmağa baş-
ladılar.  Bizim  atları  şallaqlamaqdan  və  oradan  uzaqlaşmaqdan 
başqa əlacımız yox idi.   
Gecəni Pratsa çaparxanasında yatdıq. Bu arada atdan düşər-
kən öz tapançasından açılan atəşlə yaralanmış bir müsəlmanı gə-
tirdilər. Türklər belə hesab edirlər ki, bütün avropalıların təbabət-
dən başı çıxır. Çünki onların gördükləri avropalılar ya həkim ol-
muşlar, ya da özlərini “doktor” kimi təqdim etdişlər. Buna görə 
də israrla məndən xahiş etdilər ki, cərrah kimi yaralı müsəlmana 
kömək edim. Əlbəttə, mən heç cür razılaşmadım ki, yaranı əmə-
liyyat edim. Ancaq yaranı bir az yudum və onların verdikləri çirk-
li pambıqdan başqa bir şey olmadığından öz dəsmalımla onu sa-
rıdım. Təəssüflə düşünürdüm ki, yaralı öləcəkdir. Çünki mənim 
israrımla Bosnasaraydan gətirilən cərrah elə də səriştəli deyildi və 
tibbdən heç xəbəri olmayan məndən daha təhlükəli idi.  
Çaparxananın sakinləri çox mehriban idilər. Türklərin çoxu 
arvadlarını  örtülü  və  gözdən-qulaqdan  uzaqda  saxlayır.  Bizim 
orada olmağımıza görə daha ehtiyatlı hərəkət edirdilər. Biz orada 
olduğumuz müddətdə bir nəfər də olsa, qadın görmədik. Beləcə, 
dini təəssübkeşlik ucbatından o bədbəxt yaralı zərif və məhəbbət 
dolu qadın qayğısından məhrum qaldı. 
Ərazi ağaclarla zəngin idi və əkin sahələri gözə az dəyirdi. 
Ancaq yaxşı tarlalar vardı. Yol dar olsa da, yaxşı vəziyyətdə idi, 
bəzi yerlərdə çökəklər gözə dəyirdi. Bütün bataqlıq sahələrdə yo-
lun səthi qaldırılmış, altına daş döşənmişdi. Yolumuz bütövlükdə 
cənub-şərq istiqamətinə doğru uzanırdı. 

Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə