Avqust benton



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə3/101
tarix21.02.2022
ölçüsü1,74 Mb.
#83973
1   2   3   4   5   6   7   8   9   ...   101
Benton PDF.çapı

ölçüsü-tərcüməçi
) düzgün 
deyildi və topun özündə də nasazlıq mövcud idi. 
Bu uğursuzluqdan sonra Sərdar və adamlarının gözündə bir 
qəpiklik qiymətim qalmadı. (
1
, 103). 
Şəxsi keyfiyyətlərinə gəlincə, Avqust Benton həris və dünyagir 
olmuşdur. Bunu onun aşağıdakı qeydləri də təsdiq edir: “Bu arada 
şahənşah hədiyyə olaraq mənə şirniyyat dolu məcməyilər göndər-
mişdi. Əlbəttə, gümüşdən çox gözəl düzəldilmiş məcməyilərin özlə-
rini mənə hədiyyə etsəydilər, daha çox sevinərdim (
1
,
 
131). 
A.Benton  Türkiyə  əhalisini  etimadsız  və  ehtiyatlı  (
1
,  17), 
türkləri tənbəl və etinasız (Avq, 54), türkləri, ümumiyyətlə, mü-
səlmanları təkəbbürlü (
1
, 20) və vəhşi təbiətli (
1
, 28) adlandırır, 
halbuki başqa bir yerdə yazır ki, əksər hallarda rəis, varlı və ya 
kasıb eyni məclisdə oturur, onlar arasında təşəxxüs və özünü dart-
ma  olmur  (
1
,  57),  yaxud  türk  Yusif  Məhəmməd  paşanın  insani 
keyfiyyətlərindən (
1
, 21-22), eləcə də, İsmayıl bəyin ədalətindən 
və quruculuğundan ağızdolusu danışır (
1
, 36-37). Yaxud da əsə-
rin başqa bir yerində İbrahim paşanın, onların görüşünə gəlmiş 12 
yaşlı oğlu oğlu Hezad bəy haqqında yazır ki, o, xoşsifət və çox 
vüqarlı idi. Bizim uşaqlarımız zadəgan nəslindən olsalar da, belə 
vüqarlı və mətanətli olmurlar (
1
, 29). Bosnasaray əhalisinin türk 
paşalarını sevmədiyini yazan Avqust Benton, guya, onların zalım 


12 
olduqlarını qeyd edir. Ardınca isə əhalinin onları yarımmüqəddəs 
olduqlarına inandığını vurğulayır. (
1
, 24). Əgər paşalar zalım ol-
saydılar, əhali onları yarımmüqəddəs hesab edə bilərdimi? 
“Səfərnamə”nin  başqa  bir  yerində  isə  oxuyuruq:  “Dənizin 
kənarında Türkiyənin sədr-əzəminin qoşununun bir hissəsini gör-
dük. Gözəl atlar və qoşundakı nizam-intizam bizi təəccübləndirdi. 
Silivriya və burnu dolanandan sonra sahilə yaxınlaşdıq. Bu arada 
bir  dəstə  əsgər  bizə  tərəf  atəş  açdı”  (
1
,  46).  Yaxud  da,  “Ancaq 
günümüzdə bu millət (
türklər-tərcüməçi
) pozulub; insanlar təhdid 
və yaltaqlıq yolu ilə vəzifə sahibi olmağa çalışırlar. Bu işdə heç 
bir  yoldan  çəkinmirlər.  Həqiqətdə, şərəf hissi  itmişdir.  Bununla 
belə, türklər öz qürurlarını qoruyub saxlayırlar (
1
, 57). Ziddiyyətli 
fikirlərdir, deyilmi? 
A.Bentonun aşağıdakı  qeydləri də  maraqlıdır: “Dəniz sahi-
lindəki müsəlmanlar arasında ancaq biz xristian idik. Buna bax-
mayaraq onlar (
türklər-tərcüməçi
) bizi bir ailənin üzvləri kimi qə-
bul edir və çalışırdılar ki, bizə olan ehtiramlarını mümkün qədər 
tez  biruzə  versinlər.  Onlar  bizə  müraciətdə  “Rəisim”,  “Ağam” 
mənasını ifadə edən “Əfəndim” və ya “Sultanım” ifadələrini işlə-
dir, bizə qəlyan çəkməyi, yaxud da qəhvə içməyi təklif edirdilər. 
Əlacsız olanda bir neçə belə təklifə qarşı üzrxahlıq edib qəbul et-
mirdik... Arada atlarımızı bir neçə yoxsul türkə əmanət etmişdik, 
ancaq onların atları oğurlayacağı düşüncəsi ilə bir an da olsa, nara-
hatçılıq keçirmədik. Çünki Türkiyədə insanlar əmanətə xəyanət et-
mirlər. Burada tacir dükanını tərk edəndə açıq qoyduğu dükanının 
qapısının ağzına çəpəki bir taxta parçası qoyur. Bunun mənası odur 
ki, sahibkar yoxdur. Yolkəsənlərin olduğu və ticarətin inkişaf etdi-
yi bir ölkədə belə bir vəziyyət insana qəribə gəlir (
1
, 51-52). 
Başqa bir qeydə nəzər salaq: “Mənim əlimdə Sultanın lazımi 
fərmanları var idi. Buna görə yol boyu hər yerdə bizim atlarımızı 
dəyişməli və yol xərclərimizi qarşılamalı idilər. Bosfordan keçib 
Türkiyənin Asiya yaxasında, İstanbulun qarşısında yerləşən Üs-
küdara daxil olduq və atlarımızı dəyişmək üçün çaparxanaya get-
dim. Onlar Sultanın məktubuna əhəmiyyət vermədilər. Buna görə 
də atlar üçün pul verməyə məcbur oldum... Yozqat və Ankaranın 


13 
hakimi Çobanoğlunun vilayətində də bütün yol boyu məndən pul 
tələb etdilər və çaparxananın sahibləri Sultanın fərmanına məhəl 
qoymadılar.” (
1
, 54-55). Mümkünmü? Əlbəttə, yox! Hətta indinin 
özündə belə Şərq xalqları öz şahsevənliyi ilə məşhurdur! Aşağı-
dakı qeydləri isə A.Bentonun yuxarıdakı fikirlərinin özü tərəfin-
dən təkzibindən başqa bir şey deyildir: “Mənim hərbi mundirimin 
qızılı paqonları və düymələri çaparxananın rəisinin diqqətini çək-
mişdi. O, mənim çox zəngin olduğumu güman edərək, bir qrup 
şəxsi ardımca göndərmişdi ki, meşədə məni soysunlar. Ancaq İz-
mitdə bizə qoşulan şərafətli bir müsəlman bu məsələdən xəbər tu-
taraq qrup üzvlərini təhdid etmişdi ki, hökumətə şikayət edəcək-
dir. O, bununla da o alçaq niyyətlini öz fikrindən daşındırmışdır” 
(
Avq
, 61). 
Başqa bir qeydə baxaq: Onlardan hardasa iyirmi nəfəri suyu-
nun istiliyi az qala qaynamaq dərəcəsində olan hovuzda yuyunur-
dular. Hovuza girməmişdən qabaq onun suyunu yoxladım. Mənə 
elə gəldi ki, çox kəsifdir, o üzdən də hovuza girməkdən vaz keç-
dim. 15 gün idi ki, onun suyunu dəyişməmişdilər (
1
, 118). Ağla-
batandırmı? Əsla! 
A.Bentonun növbəti qeydlərində oxuyuruq: “İran torpağına 
ayaq basanda artıq səfərim daha az dözülməz hala gəlmişdir. Çün-
ki burada hər kəs mənə qarşı nəzakət və ehtiramla münasibət bəs-
ləyir. Əlbəttə, bunların hamısı zahiridir, səmimi deyil (
1
, 85). Əs-
lində, A.Benton nə qədər qeyri-səmimi olmalıydı ki, ona göstəri-
lən nəzakət və ehtiramı zahiri hesab etsin? Bilə bilmirəm! Digər 
bir yerdə A.Benton yazır: “Sərdara xəbər göndərdim ki, səfərimi 
davam etdirmək istəyirəm. Hətta mənə at verməsələr də, piyada 
yola  çıxacam”  (
1
,  102).  Həqiqətdən  kənar  olduğu  qədər  də  gü-
lüncdür, deyilmi? 
Hər  yerdə  hörmət  və  izzət  görmüş  A.Bentonun  aşağıdakı 
qeydləri isə təəccüb və ikrah doğurur: “Bir müddət vəhşi insanla-
rın arasında qalandan sonra, nəhayət  ki,  3 nəfər  mədəni  və xoş 
davranışlı avropalı ilə rastlaşdım.” (
1
, 128). 
A.Bentonun bəzi qeydləri isə, sözün geniş mənasında maraq 
doğurur. O, yazır:

Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə