Avqust benton



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə4/101
tarix21.02.2022
ölçüsü1,74 Mb.
#83973
1   2   3   4   5   6   7   8   9   ...   101
Benton PDF.çapı

 

Üç kilsə
. Bu yer çox müqəddəsdir. İki il qabaq 


14 
onun  xüsusi  cəlalı  və  təm-tərağı  olmuşdur.  Lakin  rus  hücumu
6
 
ona çox zərər yetirmiş və bərbad hala salmışdır. Ruslar buradakı 
əhaliyə o qədər zülm etmişlər ki, mindən artıq ailə tar-mar edil-
mişdir. Bundan başqa, onlar monastrın kitabxanasını da dağıtmış, 
onun çapxanasının həriflərini əritmiş, onlardan patron düzəltmiş-
lər. Rusların bu hərəkəti heyrət doğurur, çünki ermənilər rusların 
fədailəridirlər; onlar İran hökumətindənsə, rusların hakimiyyətini 
üstün tuturlar. Əslində, rusların ermənilərə nifrəti ondan qaynaq-
lanır ki, onlar ermənilərin xain olduqlarını bilirlər” (
1
, 92). 
A.Bentonun  bu  qeydi  də  maraq  doğurur:  “Səfərdən  sonra 
süddə hazırlanmış ətirli meyvə yeməkləri, şirniyyatlar yedik, buz 
ilə sərinlədilmiş əla şərablar içdik.” (
1
, 99). 
Başqa səfərnamə tərcümələrimdən bəzilərində qeyd etdiyim 
kimi, burada da vurğulamaq yerinə düşər ki, tarixən Azərbaycana 
(İrana) və ümumiyyətlə, Şərq ölkələrinə müxtəlif adlarla gəlmiş 
bütün avropalılar agent (kəşfiyyatçı) olmuş, xüsusi missiya yerinə 
yetirmişlər. A.Bentonun aşağıdakı qeydləri bunu bir daha sübut 
edir: “Ayın 20-də ordugahı və onun ətrafını gəzməyə çıxdım. Xü-
susən, ordugahda neçə çadır olduğunu və orduda xidmət edənlə-
rin  sayını  bilmək  istəyirdim.  Hesablamalarıma  görə,  ordugahda 
1500-1600  çadır  vardı.  Hər  çadırda  15-20,  bəzən  isə  30  nəfər 
hərbçi yatırdı. Zadəgan və əyanların çadırları daha genişdir. On-
ların  xidmətçiləri  çadırlarının  ətrafında  toplaşır.  Orduda  xidmət 
edənlərin  sayı  təqribən  30  min  nəfərdir.  Onlardan  8  min  nəfəri 
piyadadır” (
1
, 134). 
Əlbəttə,  tərcüməçi  olaraq  A.Bentonun  “Səfərnamə”sindəki 
bilərəkdən  və  ya  bilməyərəkdən  verilmiş  bütün  və  çox  hallarda 
ziddiyyətli təhriflərə  münasibət  bildirdiyimə əmin deyiləm.  De-
mokratik  və  dünyəvi  bir  yolla  və  sürətlə  inkişaf  etməkdə  olan 
Azərbaycanımızda senzura yoxdur. Xatırlatmaq yerinə düşər ki, 
Səddam  Hüseynin  vaxtında  İraqda  senzura  olmamışdır.  Ancaq 
                                                           
6
 1805-ci ildə İran Rusiya ilə müharibədə Gəncə şəhərini əldən vermişdir. Rus 
qoşunları Üç kilsəni də ələ keçirmiş və İrəvanı mühasirə etmişdir. Lakin Abbas 
Mirzənin ordusu rusları geri çəkilməyə məcbur etmişdir.   


15 
çap olunan kitablarda İraq dövlətinin və ya xalqının mənafeyinə 
zidd fikirlər aşkar edilirdisə, o kitabların üzərinə içərisində “Düş-
mənini tanı!” möhürü vurulurdu (
4
, ). Buzdə də belə bir üsul tət-
biq olunsaydı, çox əla olardı, -deyə düşünürəm. 
 

Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə