Avqust benton



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə16/101
tarix21.02.2022
ölçüsü1,74 Mb.
#83973
1   ...   12   13   14   15   16   17   18   19   ...   101
Benton PDF.çapı

Qarahəsən
. Ayın 9-da dərin dərələri olan enişli-yoxuşlu bir 
ərazidən keçdik və Qarahəsən məntəqəsinə çatdıq. Qarahəsən bu 
regionun ən məşhur yolkəsənlərinin olduğu bir ərazi sayılır. Qa-
rahəsən adlı birisi buradakı bütün yolkəsənləri ərazidən qovmuş 
və bu məntəqədə təkbaşına at oynadırdı. Qarahəsən onun ayaması 
idi. O, hakimiyyəti ələ aldıqdan sonra tövbə etmiş və belə qərara 
gəlmişdi  ki,  köhnə  günahlarını  yusun.  Ona  görə  də  məntəqənin 
abadlaşdırılması və yenidən qurulması ilə məşğul olurdu.  
Qarahəsənin əmri ilə yol kənarında gözəl bir bina inşa etmiş-
dilər. Ancaq təəssüflər olsun ki, onu görmək və  şəklini çəkmək 
fürsətim olmadı. Yolun üstündə daşdan 3 gözlü bir bulaq tikmiş-
dilər. Hər gözün yanında zəncirlə bərkidilmiş cam qoyulmuşdu. 
Müsafirlər cam vasitəsi ilə sudan içirdilər. Bulağın yanında ağac-
ların altında bir köşk də tikmiş və onun içini xalçalarla döşəmiş-
dilər ki, yorğun yolçular bu sərin məkanda istirahət edə bilsinlər.  
Biz bu məntəqədən çıxdıq, çay yatağından keçdik, dəniz kə-
narına  tərəf  yollandıq.  Yol  enişli-yoxuşlu  idi.  Keçdiyimiz  ərazi 


31 
çox gözəl idi. Yaşıl tarlalar, zeytun ağacları və otlaqlarda otlayan 
sürülər göz oxşayırdı.  
Makri  burnundakı  balaca  Miriya  şəhərinə  yetişdik.  Burada 
da at tapmaq müşkül oldu. Başqa müştərilərin çıxarıldığı
19
 kəsif 
bir çayxanaya yerləşdik. Yerləşdiyimiz küçədə daha 3 çayçı var-
dı. Onların hamısı müştəri ilə dolu idi.  
Qarşıda Samotras və İmbros adaları görünürdü. Qədimdə əl-
çatmaz olan Samotras bir sığınacaq olmuşdu, ancaq hazırda, ək-
sinə, yerli hakimlərin zülmü və sitəmi ilə təhlükə dolu bir məkan-
dır. Dənizdən aralı sol tərəfdə Xerson və Dardanel boğazı, daha 
uzaqda isə Troya dağları yerləşir. Onlar, sanki, üfüqün ağ bulud-
ları ilə qarışmışlar. O günün sabahı gözəl zeytun bağları olan əra-
zidən keçdik. Yerli əhalinin tənbəlliyinin və işsizliyinin səbəbini 
başa düşdük; buradakı verimli zeytun bağlarının becərilməsi  elə 
də zəhmət tələb etmir. Az sonra faydalı bir iş görən birinci dəvə 
karvanı gördük. Dəvələr yavaş-yavaş hərəkət edirdilər, ancaq da-
şıdıqları yük ağır idi. 1 nəfər 7 dəvəni idarə edirdi. Onların qarşı-
sında isə uzunqulağa minmiş bir nəfər gedirdi. 

Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə