Avqust benton



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə13/101
tarix21.02.2022
ölçüsü1,74 Mb.
#83973
1   ...   9   10   11   12   13   14   15   16   ...   101
Benton PDF.çapı

Serres şəhəri
. Qədimdə bu şəhərin adı Saray olmuşdur. O, 
hazırda çox abaddır. Sarayın yerləşdiyi vilayətin hakimi nüfuzlu 
və zəngin şahzadə İsmayıl bəydir. O, özünə cah-cəlallı və gözəl 
bir  qəsr  tikdirmiş  və  onu  yaxşıca  bəzəmişdir.  İsmayıl  bəyin  40 
min  nəfərdən  ibarət  qoşunu  var.  Onların  yarısı  süvaridir.  Əlavə 
olaraq,  o,  albanlardan  təşkil  olunmuş  10  min  nəfərdən  ibarət 
muzdlu ordu saxlayır. İsmayıl bəyin ədaləti sayəsində bu vilayət 
olduqca  abaddır.  Onun  göstərişi  ilə  yollar  təmir  edilmiş,  onlar 
üzərində su anbarları tikilmişdir ki, yolçular içməli sudan əziyyət 
çəkməsinlər. Su anbarı olmayan yerlərdə isə su quyuları qazılmış-
dır. Əlbəttə, su anbarlarının tikintisi və su quyulrının qazılması 
həm də ona xidmət edirdi ki, səfərdə olan müsəlmanlar namazdan 
qabaq dəstəmaz ala bilsinlər. Belə yerlərdə qiblənin istiqamətini 
bildirən xüsusi daşlar da asılmışdı. Bu cür yerlərin salınması on-
ları tikdirənlərin dini şöhrət və hörmətlərini artırır. Müsəlmanlar 
belə su anbarları və su quyuları ilə o qədər iftixar edirlər ki, Ru-
siyaya  elan  etdikləri  müharibədə  onları  müdafiə  olunmalı  milli 
sərmayə adlandırmışlar. 
Bizə İsmayıl bəyə aid olan çoxlu yaşayış məskənləri, imarət 
və malikanələr göstərdilər. İsmayıl bəy olmayanda onu oğlu əvəz 
edirdi. O, bizi zəngin yunan tacir Dmitryus Matakunun evinə gön-
dərdi. Dmitryus bizi bəzədilmiş böyük bir salonda qarşıladı və bi-
zi bir fransalı ilə tanış etdi. Həmin fransalı top mühəndisi idi və 
İsmayıl bəyə xidmət edirdi. O, öz vəziyyətindən çox razı idi. Bu-
rada  biz  nigarançılığımıza  səbəb  olan  bir  sıra  söhbətlər  eşitdik. 
Əlbəttə, ola bilsin ki, rusların havadarları bizi narahat və nigaran 
etməkdən  ötrü  bu  şayiələri  yaymışdılar.  Ancaq  heç  kim  fevral 


29 
ayında İstanbulda baş vermiş hadisələr
17
 barədə bizə bir söz de-
mədi. Əlbəttə, bu barədə dəqiq məlumatımız olsaydı, səfərin na-
rahatçılığından o qədər də sıxılmaz, uzunmüddətli əzabdan sonra 
ilk dəfə olaraq yumşaq yataqda rahat yatardıq. Hətta ola bilsin ki, 
Selanikə gedib Fransa konsulundan məlumat alar, yunan yarıma-
dalarının sahillərini gəzərdik. Ancaq tələsdiyimizdən mənzil ba-
şına mümkün qədər tez çatmaq istəyirdik.  
Yağışlı və soyuq bir gündə yola düşdük. Yol boyu kəndlilər 
yağış altında öküzlər qoşulmuş kotanlarla yer şumlayırdılar. Fik-
rimizcə, şumlanan torpaq məhsuldar idi. Orada pambıq əkəcəkdi-
lər.  Gecənin  başlanğıcında  biz  yolu  azdıq.  Ancaq  çaparxananın 
yaşlı atının sayəsində ana yolu tapa bildik. Yorğun-arğın və taqət-
dən düşmüş bir halda Paraviçə çatdıq. Ancaq bu kənddə nə odun, 
nə yemək, nə də istirahət yeri tapa bilmədik. 

Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə