Avqust benton



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə15/101
tarix21.02.2022
ölçüsü1,74 Mb.
#83973
1   ...   11   12   13   14   15   16   17   18   ...   101
Benton PDF.çapı

Dənizə  yetişmə
.  Yağışlı  havadan  sonra  dəniz,  yam-yaşıl 
əkinlər,  gözəl  və  lətafətli  hava  olduqca  ürəkoxşayan  idi.  Tasos 
adasını və Atos qalasını seyr etmək zehnimizdə bir çox xatirələrin 
(
bildiklərimizin-tərcüməçi
)  canlanmasına  səbəb  oldu.  Bundan 
başqa, dənizə çatmağımız, tezliklə mənzil başına yetişəcəyimizin 
müjdəsini verirdi. Bütün bunlar bizi sevindirir və bizə xoş anlar 
yaşadırdı. Tezliklə Kavalaya çatdıq. Bura xristianlıq tarixində bö-
                                                           
17
 1807-ci ilin fevral ayında türklər fransızların köməyi ilə ingilislərin İstanbula 
hücumunun qarşısını müvəffəqiyyətlə almışdılar.  
18
 Kavala-Makedoniyada Egey dənizinin sahilində bir limandır. 


30 
yük şöhrətə sahibdir. Çünki Sant Paul Makedoniyaya səfəri za-
manı burada gəmidən düşmüşdü. Uca qayanın üstündə qədim qa-
la vardı, onun ətrafındakı arx rumlulardan qalmışdı. İndi də şəhə-
rin bulaqlarına su çatdırılmasında ondan istifadə olunurdu.  
Biz burada azca dayanandan sonra atlarımızı dəyişərək yolu-
muza davam etdik, dənizin kənarındakı çox məhsuldar əkinlərdən 
və  otlaqlardan  keçərək,  Neapolun  8  fərsəngliyində  Qarasu  adlı 
böyük bir çaya yetişdik. Bu məntəqənin çaylarının çoxu iti axır 
və  zaman-zaman  məcralarından  çıxırlar.  Deyilənə  görə,  qarasu 
“qara”  və  ya  “qorxulu  sular”  deməkdir.  Qədimdə  bu  çayın  adı 
Nestus olmuşdur. Yeni xəritələrdə o, Nestu kimi göstərilir. Ceni-
za adlı balaca və gözəl şəhərdən keçəndən sonra çöl yolundan çıx-
dıq.  Burada  yolkəsənləri  məhv  etməyə  gedən  bir  dəstə  əsgərlə 
rastlaşdıq. Bəzən belə əsgərlərlə rastlaşmaq yolkəsənlərlə rastlaş-
maqdan daha pis olur. 
Az sonra şirin sulu bir çayın kənarından keçdik və Giromiji-
naya çatdıq. O, təqribən 200 ailədən ibarət  yunan şəhəridir. Bu-
rada at olmadığına görə məcburən bir müddət gözləməli olduq.   

Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə