Atletika I kurs 200 test (Azərbaycan bölməsi) Atletikanın tədrisi metodikası


Ümümtəhsil məktəblərində “Fiziki tərbiyə”



Yüklə 95,02 Kb.
səhifə7/7
tarix13.03.2023
ölçüsü95,02 Kb.
#102424
1   2   3   4   5   6   7
Atletika-200

Ümümtəhsil məktəblərində “Fiziki tərbiyə”
178. Ümumtəhsil məktəblərində fiziki tərbiyənin proqramına nələr daxildir?
A) atletika, gimnastika, idman oyunlarının tətbiqi
B) qiymətləndirmənin meyarlarının müəllim və ya rəhbərlik tərəfindən tərtibi və keçirilməsi
C) dövlət tərəfindən tələb olunan forma və üsulların tətbiqi
D)) standartlar, məzmun xətləri, tədris vahidləri, test normativləri, qiymətləndirmə meyarları
E) hərəki qabiliyyətlərin inkişası konsepsiyası

179. “Fiziki tərbiyə”-nin tədris vahidləri nələr hesab olunur?


A) fiziki yüklər
B) fiziki hərəkətlər
C)) hərəki qabiliyyətlər
D) psixoloji məsələlər
E) motivləşdirmə

180. Ümumtəhsil məktəblərində atletika növləri daha çox hansı qabiliyyətlərin inkişafında istifadə edilmişdir?


A) cəldlik, qüvvə, əyilgənlik
B)) sürət, sürət-güc, dözümlülük
C) sürət-güc, çüviklik, elastiklik
D) elastiklik, çeviklik, dözümlülük
E) çeviklik, əyilgənlik, qüvvə

181. Məktəbdaxili qiymətləndirmənin neçə növü var və hansılardır?


A) 5-gündəlik, aylıq, illik, böyük summativ, kiçik summativ
B) 4-rüblük, aylıq, gündəlik, illik
C)) 4-diaqnostik, formativ, summativ, yekun
D) 4-fərdi, qrupalar üzrə, davamiyyət
E) 3-təlim-tərbiyə, summativ, yekun

182. Diaqnostik qiymətləndirmənin məqsədi nədir?


A)) şagirdinlərin funksional və fiziki hazırlığının müəyyənləşdirilməsi
B) kontrol normativlərin götürülməsi
C) şagirdlərin bilik səviyyəsinin yoxlanılması
D) test qiyçətləndirilməsi
E) şagirdlərin davamiyyətlərinin qiymətləndirilməsi

183. Formativ qiymətləndirmənin məqsədi nədir?


A) davamiyyətin izlənilməsi
B)) əldə olunmuş gündəlik fəaliyyətin dəyərləndirilməsi
C) yarımilin sonunda verilən qiymət
D) ilin sonunda verilən yekun qiymət
E) ilkin bilik və bacarıqların qiymətləndirilməsi

184. Kiçik summativ qiymətləndirmənin məqsədi nədir?


A) irəliləmə və geriləmələrin izlənilməsidir
B) fənn olimpiyadalarına şagirdərin seçilməsi
C) gündəlik qiymətləndirmə aparmaq məqsədi ilə
D)) tədris vahidlərinin məzmun xətləri üzrə qiymətləndirilməsi
E) şagirlərinilkin bilik və bacarıqların qiymətləndirilməsi
185. Summativ qiymətləndirmənin hansı növləri vardır?
A)) kiçik, böyük, yekun
B) rüblük, yekun, illik
C) kollokvium, normativlər
D) balaca, böyük, yekun
E) illik, yarımil, rüblük

186. Hər bir tədris vahidindən sonra keçirilən qiymətləndirmə necə adlanır?


A) cari qiymətləndirmə
B) böyük summativ qiymətləndirmə
C)) kiçik summativ qiymətləndirmə
D) yarımillik qiymətləndirmə
E) yekun qiymətləndirmə

187. Böyük summativ qiymətləndirmədən nə vaxt keçirilir?


A) gündəlik
B)) yarımilliklərin sonunda
C) tədris vahidlərin sonunda
D) hər dərs və ya bir neçə dərsdən bir
E) illiyin sonunda

188. Yekun summativ qiymətləndirmə hansı məqsədlə aparılır?


A) şagirdlərin ilkin göstəricilərini müəyyənləşdirmək
B) belə bir qiymətləndirmə növü yoxdur
C) gündəlik fəaliyyətlərin qiymətləndirilməsi
D)) şagirdin illik qiymətinin çıxarılması
E) hər tədris vahidinin sonunda verilən qiymətdir

189. “Fiziki tərbiyə” dərsləri neçə hissədən ibarətdir və hansılardır?


A) 5-motivasiya, isinmə hərəkətləri, hazırlayıcı hissə, əsas hissədə oyunlar, qiymətləndirmə
B) 2-başlanğıc, son
C)) 4-giriş, hazırlayıcı, əsas, tamamlayıcı
D) 1-fəal dərsin mərhələləri
E) 3-hazırlayıcı, əsas, tamamlayıcı

190. Aşağıdakılardan hansılar fiziki göstəricilərə aiddir?


A)) boy, çəki, boy-çəki indeksi
B) hündürlüyə tullanma
C) 3x10m, yerindən uzunluğa tullanma
D) 60m qaçış, top atma
E) sinir sisteminin fəallığı

191. Fiziki tərbiyə fənni üzrə iş formalarını göstərin:


A) induktiv, kollektiv, frontal
B)) kollektiv, qrup, cütlərlə, fərdi
C) tək-tək, bütün siniflə, sinifdənxaric
D) iki-iki, kiçik qruplarla, fartlek
E) idman formaları, dərsin tipləri

192. Dərsin “giriş hissəsi”-nin məqsədi nədən ibarətdir?


A) belə bir hissə yoxdur
B) şagirdləri tamamlayıcı hissəyə hazırlamaq
C)) dərsin mövzusu haqqında məlumatlar, bilik və motivasiya
D) bədəni hazırlayıcı hissəyə hazırlamaq
E) dərsin əsas hissəsinə hazırlıq

193. Dərsin “hazırlayıcı hissəsi”-nin məqsədi nədən ibarətdir?


A) əzələlərin işini gücləndirmək
B)) dərsin əsas hissəsində icra edilən fiziki yüklərə hazırlıq
C) mövzu haqqında məlumatlar
D) dözümlülüyün artırılması
E) sürətli dərsin təşkili və keçirilməsi

194. Dərsin “əsas hissəsi”-nin məqsədi nədən ibarətdir?


A) basketbol elementlərini mənimsəmək
B)) dərsin məqsədinin reallaşdırılması
C) qaçış texnikasını öyrətmək
D) idman oyunlarını öyrətmək
E) qüvvənin inkişaf etdirilməsi

195. Dərsin “tamamlayıcı hissəsi”-nin məqsədi nədən ibarətdir?


A)) əsas hissədəki fiziki yüklərdən sonra orqanizmin bərpası
B) dərsin məqsədlərini izah etmək
C) əsas hissəyə hazırlıq
D) hazırlayıcı hissəyə hazırlıq
E) şagirdlərə informasiya vermək

196. “SIRA” nədir?


A) şagirdlərin yan-yana düzülüşüdür
B) əsas çıxış vəziyyətidir
C)) şagirdlərin düz xətt üzərində bir-birinin boyun arxasında yerləşməsi ilə düzülüşüdür
D) xüsusi çıxış vəziyyətidir
E) şagirdlərin dairəvi düzülüşüdür

197. “CƏRGƏ” nədir?


A) diaqanal düzülüşdür
B) şagirdlərin bir-birinin ardınca düzülüşüdür
C)) şagirdlərin düz xətt üzərində çiyin-çiyinə yerləşməsi ilə düzülüşüdür
D) qövsvari düzülüşdür
E) heç biri düz deyil

198. “İNTERVAL” nədir?


A) kəsiklər üzrə düzülüş
B) zalın eni boyu düzülən əşyaların sayıdır
C)) cərgədə düzülüşdə olan şagirdlər arasında məsafədir
D) müəllimlə şagirdlər arasında münasibətlər
E) şagirdlərin topu səbətə atmaq ardıcıllığı

199. “MƏSAFƏ” nədir?


A)) sırada düzülüşdə olan şagirdlər arasındakı məsafədir
B) müəllimin şagirdlərlə münasibətində məsafə saxlamasıdır
C) bir cərgədən iki cərgəyə keçərkən şagirdlərin yerdəyişməsi xəttidir
D) zalın hündürlüyü, eni və uzunluğudur
E) şagirdlərin bütün dərs zamanı qət etdiyi yolun uzunluğudur

200. “Rəvan metod” ümumtəhsil məktəblərində hansı məqsədlə istifadə olunur?


A) qısa məsafələrə qaçış üçün
B) uzaq məsafələrə qaçış üçün
C) maksimal sürətlə qaçış üçün
D) orta və uzaq məsafələrə qaçış üçün
E)) dözümlülük qabiliyyətinin inkişafı üçün
Yüklə 95,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə