Atletika I kurs 200 test (Azərbaycan bölməsi) Atletikanın tədrisi metodikası


Yadro itələmənin təhlili və tədrisi metodikası



Yüklə 95,02 Kb.
səhifə5/7
tarix13.03.2023
ölçüsü95,02 Kb.
#102424
1   2   3   4   5   6   7
Atletika-200

5. Yadro itələmənin təhlili və tədrisi metodikası
122. Atmalarda nəticə hansı hallarda sayılmır?
1. idmançıya verilən vaxtdan tez yerinə yetirəndə
2. alət atma sektorundan kənara düşdükdə
3. idmançı qəbul olunmuş icra qaydalarını pozduqda
4. atma alətinin konstruksiyasında uyğunsuzluq aşkarlandıqda
5. idmançı 3 cəhddən 2-sini icra etdikdə
6. final səyindən sonra sektorda gözlədikdə
7. idmançı aləti atıb zədələndikdə
A) 4,5,6
B) 2,5,7
C)) 2,3,4
D) 1,3,5
E) 2,6,7

123. Atmalarda nəticə necə ölçülür?


A) təkan yerindən hakimlərə qədər
B) sektor məhəcərəsinin daxili tərəfindən alətin izinin atma sektoruna uzaq tərəfinə kimi
C)) alətin atma sektoruna yaxın izindən atma sektorunun məhəcərənin daxili tərəfinə qədər
D) atma sektorundan alətin dayandığı yerə kimi
E) sektor məhəcərəsinin xarici tərəfindən alətin izinin atma sektoruna yaxın tərəfinə kimi

124. Aşağıdakılardan hansıları atma alətlərinin uçuş məsafəsinə təsir göstərir?


A)) qaçış və ya fırlanmada alətə qüvvə sərfi məsafəsi, atma bucağı, alətin aerodinamikliyi
B) alətin çəkisi, quruluşu, atma bucağı
C) hava şəraiti, alətin aerodinamikliyi, alətin çəkisi
D) küləyin sürəti, qaçış və ya fırlanma hissəsində alətə qüvvə sərfi
E) optimal uçuş bucağı, yorğunluq

125. Atletikanın atmalar bölməsinə hansı alətlər daxildir?


A) tennis topu, disk, çəkic, nüvə
B) kamandan oxatma, yadro, nizə
C) qumbara, nizə, lövhə, balta
D)) lövhə, çəkic, nizə, yadro
E) nizə, çəkic, balta, ox

126. Atmalarda istifadə olunan alətlərin xüsusiyyətləri dedikdə nələr nəzərdə tutulur?


A) uzunluq, en kəsiyi, tərkibi
B) süzmə qabiliyyətinə malik olması, rahat istifadəsi
C) atma alətləri yalnız yarışda istifadə olunur
D) hazırlandığı metal, oxşar alətlər
E)) ölçü, çəki, aerodinamika

127. Atmalarda əsas məqsəd nədir?


A) hamıdan uzağa ataraq qalib olmaq
B)) alətin ölçülməsi mümkün olan maksimal məsafəyə atılması
C) havanın rütubətliliyini nəzərə almaq, küləyin sürəti və istiqaməti
D) alətin mümkün olan maksimal hündürlüyə atılması
E) final səyində alətin ən ideal anda icrası

128. Alətin atılması üçün dairənin diametri 250sm olan alətlər hansılardır?


A)) lövhə
B) lövhə və yadro
C) çəkic və balta
D) nüvə və nizə
E) nizə və lövhə

129. Ətraf mühitin hansı amilləri atmalarda nəticəyə təsir edir?


A) iqlim qurşaqları, fəsillər, yüksəklik
B) yağış, qar, külək
C) havanın temperaturu, azarkeşlərin təsiri
D)) külək, havanın sıxlığı (dəniz səviyyəsi)
E) günəşin ultrabənövşəyi şüaları

130. Atmalarda dayanma fazasında idmançının məqsədi nədir?


A) heç bir variant doğru deyil
B) maksimal sürəti yığaraq aləti atır və atma sektoruna doğru qaçış sürətini azaldır
C)) hərəkət sürətini azaltmaq və yıxılmanın qarşısını almaq
D) heç bir hərəkət etmədən yerində dayanır
E) tormozlanma fazasına çekir

131. Atmalarda hansı yolverilməzdir:


A)) alət atıldıqdan sonra yerə düşməmiş idmançı arxasını sektora çevirə bilməz
B) idmançı çağırıldıqda çıxış üçün gəlməsin
C) 3 dəfə cəhdi icra etsin
D) qoyulmuş alətlərdən istədiyini götürüb atsın
E) istədiyi texnika ilə icra etsin

132. Aşağıdakılardan hansı xətti üsulla yadro itələməyə aiddir?


A) dairə daxilində qaçış, sıçrayış
B) dairə daxilində fırlanma, yadronun itələnməsi
C) dairə daxilində dönmə, sıçrayış və yadronun itələnməsi
D)) dairə daxilində sıçrayış, dönmə və yadronun itələnməsi
E) dairə daxilində dönmələr, yadronun yerindən itələnməsi

133. Yadro itələmədə hərəkət texnikasını göstərin:


A)) 2-xətti, fırlanaraq
B) 3-dönərək, düz irəli, sıçrayaraq
C) 4- xətti, yuvarlanaraq, açılaraq, təkanla
D) 3-fırlanaraq, sıçrayaraq, dönərək
E) 2-düz irəli, təkanla

134. “Dönərək” yadro itələmə texnikasının üstünlükləri nədən ibarətdir?


A) alətə verilən ilkin hərəkət sürətindən
B) itələmə zamanı hərəkət trayektoriyasının uzunluğunda
C) fırlanma zamanı hərəkət sürətinin kiçikliyi
D)) alətin ilkin hərəkət sürətinin böyük olması, alətə qüvvə sərfi məsafəsinin uzunluğu
E) final səyi zamanı idmançının iki dayaqlı vəziyyətindən

135. Yadro itələmə sektorunda hərəkətin icrası üçün dairənin diametri nə qədərdir?


A) 250sm
B)) 213,5sm
C) 212,5sm
D) 240sm
E) 215,3sm

136. Yadro itələmədə sıçrayışın texnikasının fazalarını göstərin:


A)) hazırlıq, sıçrayış, alətin buraxılması, dayanma
B) isinmə hərəkətləri və hazırlıq işləri, aləti itələmə, müvazinəti saxlamaq
C) çıxış vəziyyəti, sıçrayış, durma-dayanma, əks əlaqə
D) təkan, irəli 2 sürətli addım, aləti atma, tormozlanma
E) tullanma, aləti itələmə, dayanma-durma, sektoru tərk etmə

137. Yadro itələmədə alətin tutulma qaydasını göstərin:


1. baş aşağıya doğru yönəldilir
2. dirsək baş səviyyəsində qaldırılır
3. yadro əl aynası və barmaqlar üzərində yerləşir
4. yadro yalnız körpücük sümüyü üzərində yerləşdirilir
5. barmaqlar bir-birinə paralel və bir az bir-birindən aralı tutulur
6. Yadro ovucun içərisində tutularaq çiyin üzərində saxlanılır
7. yadro boynun önündə yerlədirilir
8. dirsək yana aparılır
A) 1,3,7,8
B) 1,4,5,7
C) 2,4,5,6
D)) 3,5,7,8
E) 4,5,6,7

138. Yadro itələmədə təkan fazasında sıçrayışa hazırlığın mənimsənilməsi məqsədi ilə verilən texniki xüsusiyyətləri göstərin:


1. bədən yerə paralel olaraq əyilmişdir
2. sərbəst qıçın dabanı kürəyə dəyir
3 sıçrayış hərəkətindən sonra aləti fırlatmaq
4. Alət olan əlin çiyni itələmə sektoruna tərəfdir
5. bədən tək dayaq üzərində balanslaşdırılıb
A)) 1,5
B) 3,4,5
C) 1,2,4
D) 2,3,4
E) 3,4

139. Yadro itələmə seqment nəyə xidmət edir?


A) idmançının ələti itələməsinə
B) idmançının təhlükəsizliyinə
C)) idmançının dayanmasına
D) idmançının sürəti artırmasına
E) idmançının qaçmasına

140. Yadro itələmə sıçrayış fazasında pəncənin dayağa qoyulması zamanı əsas məqsəd nədən ibarətdir?


A)) final səyinə hazırıq, sürətlənməni öyrətmək
B) dayaq gücünün artırılması
C) pəncənin dayağa qoyulması
D) dayaq sahəsinin genişləndirilməsi
E) tormozlanma fazasına xidmət

141. Yadro itələmədə sıçrayışın texnikasının fazalarını göstərin:


A) təkan, irəli 2 sürətli addım, aləti atma, tormozlanma
B) isinmə hərəkətləri və hazırlıq işləri, aləti itələmə, müvazinəti saxlamaq
C)) çıxış vəziyyəti, dönmə, alətin buraxılması, dayanma
D) tullanma, aləti itələmə, dayanma-durma, sektoru tərk etmə
E) çıxış vəziyyəti, sıçrayış, durma-dayanma, əks əlaqə

142. Atletikada atmalara nələr daxildir?


A) daş atma, lövhə
B)) nizə, çəkic, lövhə atma, yadro itələmə
C) içi doldurulmuş toplar, nizə
D) qumbara atma, çəkic
E) top atma, yadro itələmə

143. Atletikanın atmalar bölməsi alətlərin aerodinamik xüsusiyyətlərinə görə neçə yerə ayrılır və hansılardır?


A) 3-süzən, dayanan, süzməyən
B)) 2-süzən, süzməyən
C) 4-sıçrayan, iz buraxan, süzən, tormozlanan
D) 3-süzən, tormozlanan, süzməyən
E) 2-tormozlanan, dayanan

144. Süzən alətlərə hansı alətlər daxildir?


A)) lövhə, nizə
B) çəkic, lövhə, yadro
C) disk, yadro
D) disk, nüvə, çəkic
E) çəkic, nizə, lövhə

145. Süzməyən alətlərə hansı alətlər daxildir?


A) lövhə, nizə
B) nizə, yadro, lövhə
C) yadro, disk, çəkic
D)) yadro, çəkic
E) çəkic, lövhə, yadro

146. Ümumtəhsil məktəblərinin fiziki tərbiyə dərslərində top və qumbara atmanın məqsədi nədən ibarətdir?


A) şagirdlərin çeviklik qabiliyyətinin inkişaf etdirilməsi
B) şagirdlərin aşağı ətraf əzələlərinin sürət-güc qabiliyyətinin inkişaf etdirilməsi
C)) şagirdlərin yuxarı ətraf əzələlərinin sürət-güc qabiliyyətinin inkişaf etdirilməsi
D) şagirdlərin yuxarı ətraf əzələlərinin qüvvə qabiliyyətinin inkişaf etdirilməsi
E) şagirdlərin əyilgənlik qabiliyyətinin inkişaf etdirilməsi

147. Alətlərin xüsusiyyətlərinə görə optimal atma bucağı nəyə xidmət edir?


A) daha çox qüvvətli atılmasına
B)) daha çox uzaq məsafəyə atılmasına
C) daha çox güclü atılmasına
D) daha çox sürətli atılmasına
E) daha çox yuxarı məsafəyə atılmasına

148. Yuxarı ətrafların sürət-güc hazırlığı dedikdə nə nəzərdə tutulur?


A) yuxarı ətraf əzələlərinin mümkün qədər qısa vaxt ərzində maksimum sürət təzahür etdirməsidir
B) yuxarı ətraf əzələlərinin mümkün qədər qısa vaxt ərzində maksimum dözümlülük təzahür etdirməsidir
C) yuxarı ətraf əzələlərinin mümkün qədər qısa vaxt ərzində maksimum çeviklik təzahür etdirməsidir
D) yuxarı ətraf əzələlərinin mümkün qədər qısa vaxt ərzində maksimum güc təzahür etdirməsidir
E)) yuxarı ətraf əzələlərinin mümkün qədər qısа vахt ərzində mаksimum qüvvə təzahür etdirməsidir

Yüklə 95,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə