Atletika I kurs 200 test (Azərbaycan bölməsi) Atletikanın tədrisi metodikası


Orta məsafəyə qaçış texnikasının təhlili və tədrisi metodikası



Yüklə 95,02 Kb.
səhifə4/7
tarix13.03.2023
ölçüsü95,02 Kb.
#102424
1   2   3   4   5   6   7
Atletika-200

4. Orta məsafəyə qaçış texnikasının təhlili və tədrisi metodikası
94. Orta məsafəyə qaçışda “Fartlek” nə deməkdir?
A)) sürətlə oynamaq
B) müxtəlif təyinatlı estafetlər
C) müxtəlif çəkili alətlər
D) müxtəlif tullanma hərəkətləri
E) müxtəlif komandalı qaçış oyunları

95. Sürət dözümlülüyü nədir?


A) atmalarda küləyin sürəti və istiqaməti
B) kross qaçarkən məsafəni sona qədər qaçmaq
C) qaçış zamanı küləyin sürəti və istiqaməti
D)) ixtisaslaşma növündə maksimal qaçış sürətini saxlamaq bacarığı
E) uzunluğa tullanma zamanı pəncənin təkan brsokuna sürətlə qoyulması

96. Orta məsafəyə qaçış texnikası neçə fazadan ibarətdir?


A)) 4 faza
B) 3 faza
C) 5 faza
D) 6 faza
E) 7 faza

97. Orta məsafəyə daxil olan klassik növlər hansılardır?


A) 1 mil (1609m), 3000m
B) 1000m, 5000m
C)) 800m, 1500m
D) 400m, 800m
E) yarım marafon, 3000m

98. Orta məsafələrdə hansı startdan qaçışa başlayırlar?


A)) yuxarı startdan
B) sağ ayağı irəlidə olmaqla
C) sol ayağı irəlidə olmaqla
D) bir əl yerdə olmaqla
E) aşağı startdan

99. 800m məsafəyə qaçışda idmançılar starta necə düzülür?


A) ümumi qaçış yolu ilə
B)) hər bir idmançı öz qaçış yolu ilə
C) qövsvari xəttin arxasından
D) hamı 1-ci yoldan
E) hamı qrup (topa) şəklində

100. 800m məsafədə idmançılar nə vaxt ümumi (1-ci) yola keçə bilərlər?


A) 1-ci döngənin əvvəlindən
B)) 1-ci döngənin sonundan
C) startdan çıxan kimi
D) keçməyə ehtiyac qalmır (çünki hamı ümumi yoldadır)
E) rəqibi ötüb keçmək istədikdə

101. Yorulmaya qarşı dayanmaq bacarığı hansı hərəki qabiliyyətə xas olan xüsusiyyətdir?


A)) dözümlülük
B) sürət-güc
C) əyilgənlik
D) qüvvə
E) sürət

102. Enişli-yoxuşlu yerdə keçirilən qaçış yarışları necə adlanır?


A) səmti müəyyən etmə
B) dağ turizmi
C)) kross qaçışı
D) maneəli qaçış
E) universal qaçış

103. Dözümlülüyün neçə növü var və hansılardır?


A) 3-sürət, qüvvə, ümumi
B)) 2-ümumi, xüsusi
C) 4-xüsusi, statik, dinamik, şəxsi
D) 3-dinamik, sürət, fərdi
E) 2-ümumi, şəxsi

104. Dözümlülük qabiliyyətini inkişaf etdirən hərəkətləri göstərin:


1. estafet qaçışı
2. sprint qaçışı
3. kross qaçışı
4. üzü küləyə doğru qaçış;
5. fasiləsiz və uzunmüddətli qaçış
6. sürətli qaçış
7. sədlərlə qaçış
8. 1500m
A) 2,6,7
B) 2,5,7
C) 4,6,8
D) 1,3,5
E)) 3,5,8

105. Dözümlülük növlərində ixtisaslaşan idmançıların məşq prosesində daha çox istifadə olunan metodları göstərin:


A)) “rəvan”, “dəyişkən”, “təkrar”, “interval”
B) “təkrar”, “təkrar-seriyalı”, “interval”
C) “dəyişkən”, “rəvan”, “dairəvi”
D) “dairəvi”, “təkrar”
E) “interval”, “dairəvi”, “dəyişkən”

106. Stayer hansı idmançılara deyilir?


A) marafon qaçan idmançılara
B) qısa məsafə qaçan idmançılara
C)) orta və uzaq məsafələrə qaçan idmançılara
D) stardan tez çıxan idmançılara
E) estafet qaçan idmançılara

107. Aerob rejimli qaçış dedikdə nə nəzərdə tutulur?


A) oksigen tələbatı artan qaçış rejimi
B)) oksigen tələbatı ödənilən qaçış rejimi
C) enerji sərfiyyatı artan qaçış rejimi
D) havada süzmə qabiliyyəti
E) artan enerji sərfiyyatı azalan qaçış rejimi

108. Ümumi dözümlülük hansı icra rejimində inkişaf etdirilir?


A)) aerob rejimdə
B) qarışıq rejimdə
C) intensiv rejimdə
D) anaerob rejimdə
E) fasiləsiz rejimdə

109. Xüsusi dözümlülük hansı icra rejimində inkişaf etdirilir?


A) yarış zamanı
B)) intensiv interval rejimdə
C) qış yarış mərhələsində
D) təkrar metodla
E) yay yarış mərhələsində

110. Orta məsafəyə daxil olan 1 mil neçə metrdir?


A) quruda 1750m, suda 1900m
B)) quruda 1609m, suda 1852m
C) quruda 1500m, suda 1500m
D) quruda 2100m, suda 2200m
E) quruda 1450m, suda 1650m

111. Orta və uzaq məsafələrə qaçışda ayağın hansı hissəsi birinci yerə toxunmalıdır?


A)) pəncənin xarici hissəsi
B) daban
C) ayağın altı bötövlükdə
D) pəncənin daxili hissəsi
E) barmaqların ucu

112. Yuxarı start zamanı ağırlıq hansı ayağın (ayaqların) üzərinə düşür?


A) hər iki ayağın
B) sağ ayağın
C)) irəlidəki ayağın
D) arxadakı ayağın
E) sol ayağın

113. Orta və uzaq məsafələrə qaçışda məşq zamanı nəbz vurğusunun ölçülməsinin məqsədi nədən ibarətdir?


A) bərpaedici hərəkətlərin müəyyən edilməsi
B) intensiv rejimin təyin edilməsi
C) yarışda iştirak edəcəyi növün təyin edilməsi
D) anaerob rejimdə yükün düzgün bölüşdürülməsi
E)) aerob rejimdə yükün düzgün bölüşdürülməsi

114. Hərəkətdən dərhal sonra nəbz necə ölçülür?


A)) 10 san ölçmə x 6 dəfəyə
B) 15 san ölçmə x 4 dəfəyə
C) 10 san ölçmə x 4 dəfəyə
D) 30 san ölçmə x 3 dəfəyə
E) 60 san ölçmə x 2 dəfəyə

115. Nəbz vurğusu əsasən hansı nahiyədən ölçülür?


A) qol və ya qıç
B)) bilək və ya boyun
C) yuxarı və ya aşağı ətraf
D) diz və ya dirsək
E) barmaq və ya çiyin

116. Uzaq məsafələrin klassik növləri hansı variantda göstərilmişdir?


A) 800m, 1500m
B) 1500m, 3000m, 42.195km
C)) 5000m, 10000m
D) 10000m, 21.98km, 42.195km
E) 5000m, 10000m, saatlıq kroslar

117. Klassik orta və uzaq məsafəyə qaçış yarışlarının daha uzaq məsafələrdən fərqi nədən ibarətdir?


A)) stadionda keçirilməsi
B) dağ şəraitində keçirilməsi
C) dəniz səviyyəsinin müəyyən olunması
D) meşə və ya parklarda keçirilməsi
E) dəniz kənarında keçirilməsi

118. Orta və uzaq məsafələrdə ən mühüm məşq metodu hansılardır?


A)) fasiləsiz və interval
B) yarış və nəzarət
C) təkrar və intensiz
D) təkrar seriyalı
E) zərbə

119. Orta və uzaq məsafələrə qaçış üzrə ilk rəsmi yarışlar neçənci ildən etibarən keçirilməyə başlanmışdır?


A) 1905-ci il
B) 1901-ci il
C) 2000-ci il
D)) 1896-cı il
E) 2004-cü il

120. 800m məsafəyə qaçışda yarış zamanı bir qaçış qrupunda neçə idmançı iştirak edir?


A) 7 nəfər
B) 6 nəfər
C) 10 nəfər
D)) 8 nəfər
E) 12 nəfər

121. 1500m məsafəyə qaçış stadionda necə ölçülür?


A) 4 dairə qaçışdan sonra 100m çıxılır
B)) 3 dairə+300m
C) 3 dairə qaçışdan 5 dəq sonra 300m keçirilir və toplanınlır
D) 1000m+500m
E) göstərilən hər bir variantda mümkündür

Yüklə 95,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə