Atletika I kurs 200 test (Azərbaycan bölməsi) Atletikanın tədrisi metodikası


Qaçaraq uzunluğa tullanmanın təhlili və tədrisi metodikası



Yüklə 95,02 Kb.
səhifə6/7
tarix13.03.2023
ölçüsü95,02 Kb.
#102424
1   2   3   4   5   6   7
Atletika-200

6. Qaçaraq uzunluğa tullanmanın təhlili və tədrisi metodikası
149. Qaçaraq uzunluğa tullanmda uçuş trayektoriyası asılıdır:
1.Təkan bucağından
2.Havanın temperaturadan
3.Ətrafların və sərbəst qıçın hərəkət istiqamətindən
4.Enmə sektorunun sahəsindən
5.Sərbəst qıçın vəətrafların hərəkət sürətindən
6.Qaçış yolunun mayilliydən
A)) 1,3,5
B) 2,4,6
C) 3,5,6
D) 1,4,5
E) 1,2,3

150. Qaçaraq uzunluğa tullanmada yerə enmə fazasının qarşısında duran vəzifə nədən ibarətdir?


A) İrəli cəld əyilmək, qolları yuxarı qaldırmaq
B)) Dabanlar yerə toxunduqdan sonra, arxaya yıxılmadan yayınmaq. Hər iki qolun irəliyə və fəal hərəkəti, çanağın vədizin irəli sürətli hərəkəti
C) Yana yıxılmaq, dizləri bükmək, irəli əyilmək
D) İrəli əyilmək, dizləri düzəltmək, yana yıxılmaq
E) Qıçların paralel vəziyyət alır, önəəyilir, yana yıxılır

151. Qaçaraq uzunluğa tullanmanın “uçuş fazasında” aşağıdakılardan hansılar nəticənin yaxşı olması vacibdir?


1.Sərbəst qıç aşağı arxaya fəal düzəldilir
2.Qıçlar paralel olaraq olaraq düzəlir
3.Qollar irəli dairəvi hərəkət edir
4.Sərbəst qıç yana açılır
5.Sərbəst qıç tam düzəlmiş vəziyyətə gətirilir
6.Baş arxaya və yanlara həərəkət edir
7.Sərbəst qıç bükülür
8.Təkan qıçı cəld irəliyə aparılır
9.Qollar yanlara açılır
A) 1,5,6,8,9
B) 2,4,6,8,9
C)) 1,3,5,7,8
D) 3,5,6,8,9
E) 2,4,6,8,9

152. Uzunluğa tullanmada təkan zamanı pəncə dayağa necə qoyulmalıdır?


A) Fəal və cəld
B) Fəal və cəld, yuxarıya qalxmaqla
C)) Fəal və cəld, “aşağıya-geriyə” hərəkətlə
D) Sürətli yuxarı
E) “Geriya-aşağıya” hərəkət

153. Atletikanın tullanmalar bölməsi neçə yerə ayrılır və hansılardır?


A)) 2-üfüqi, şaquli
B) 3-şaquli, aşma, üç təkanla
C) 4-uzunluğa, üfiqi, şüvüllə, frontal
D) 3-yerindən, üç təkanla, horizontal
E) 2-horizontal, diaqonal

154. Bütün tullanmalarda yaxşı qaçışın əlamətlərini göstərin:


1. qüvvə
2. sürət
3. dəqiqlik və ardıcıllıq
4. Sıçrayış
5. uçuş fazasının ideal trayektoriyası
6. güclü təkana idmançının hazırlanması
A) 1,3,5
B)) 2,3,6
C) 4,6,8
D) 2,3,4
E) 3,5,6

155. Tullanmalar texnikasında aşağıdakılardan biri yolverilməzdir:


A) qövsvari qaçış
B) plankadan düzgün təkan
C) istənilən tullanma üsulunun seçilməsi
D) qaçış məsafəsinin seçilməsi
E)) qaçışın sonunda sürətin azalması

156. Uzunluğa tullanmanın faza xüsusiyyətlərnin tərkib hissəsinə hansı aiddir?


A) əsas məqsəd sona qədər qaçmaqdır
B)) təkan fazasında idmançı şaquli sürət yaradır və sürətin itirilməsini minimuma endirir
C) qaçış fazasında addımların uzunluğu əsas götürülür, təkan əhəmiyyətli deyil
D) təkan fazasında idmançı üfiqi sürət yaradır və sürətin itirilməsinə təsir edə bilmir
E) bütün variantlar doğrudur

157. Təkan fazasında şaquli sürəti artırmaq və üfiqi sürətin itirilməsinin azaldılması xüsusiyyətlərini sadalayın:


1. pəncənin dayağa qoyulması fəal və cəlddir
2. pəncənin dayağa qoyulması qeyri fəaldır
3. təkan vaxtı minimuma endirilir, təkan qıçı minimal bükülür
4. sərbəst qıçın budu üfiqi vəziyyətdə hərəkət etdirilir
5. bilək-dirsək, çiyin oynaqları tullanma zamanı çox mütəhərrikdir
6. pəncə-baldır, diz və çanaq-bud oynaqları tam düzəldilir
A) 3,4,5
B) 2,3,5,6
C)) 1,3,4,6
D) 2,4,5
E) 1,2,3,4

158. Qaçaraq uzunluğa tullanmanın “bükülərək” üsulunda səmərəli yerəenməyə hazırlıq texnikasının xüsusiyyətlərini göstərin:


1. hər iki qol təkan anında arxaya gedir
2. sərbəst qıç təkan vəziyyətində ləngiyir
3. bədən şaquli vəziyyətdə qalxmaqda davam edir
4. sərbəst qıç təkan anında arxaya gedir
5. hər iki qıç yerə enmə üçün irəliyə düzəldilib
6. uçuş fazasında bədən yerə parallel olur
A)) 2,3,5
B) 1,2,3
C) 1,3,5
D) 2,4,5
E) 4,5,6

159. Qaçaraq uzunluğa tullanmanın yerəenmə fazasının əsas məqsədi nədən ibarətdir?


A) qum həndəyini tez tərk etmək
B) sektordan kanara düşmək
C)) uçuş trayektoriyasının itkisini minimuma endirmək
D) uçuş fazasında olarkən bədəni qruplaşdırmaq
E) maneəni dəf etmək

160. Qaçaraq uzunluğa və üç təkanla tullanmalarda nəticə necə ölçülür?


A) qaçış yerindən quma qədər
B)) qum üzərindəki təkan yerinə yaxın nöqtəsindən təkan xəttinə kimi
C) təkan yerindən quma qədər
D) təkan yerindən qumun axırına kimi
E) hakim qırmızı bayrağı qaldıranda

161. Aşağıdakılardan hansılar şaquli tullanmalara daxildir?


A) aşma üsulu ilə tullanma, qayçıvari
B) üç təkanla tullanma, hündürlüyə tullanma
C) şüvüllə hündürlüyə tullanma, qaçaraq uzunluğa tullanma
D) yerindən uzunluğa tullanma, qaçaraq hündürlüyə tullanma
E)) qaçaraq hündürlüyə tullanma, şüvüllə hündürlüyə tullanma

162. Qaçaraq uzunluğa və üç təkanla tullanmada küləyin sürətini ölçən cihaz harada qurulur?


A) baş hakimin əlində
B) təkan yerinin yanında
C) idmançının qaçışa başladığı yerdə
D) qumla doldurulmuş sektorun axırında
E)) təkan yerindən 20m məsafədə qaçış yolundan 2m sağ tərəfdə

163. Qaçaraq uzunluğa tullanmada idmançı qayçıvari üsulla tullandıqda uçuşda əsasən neçə addım edir?


A) 3–5
B) 1.5–4.5
C)) 1.5–3.5
D) 3.5–6.5
E) 0–1.5

164. Aşağıdakı variantların hansında qaçaraq tullanmada hərəkətin icra ardıcıllığı düzgün göstərilmişdir?


A) təkan, yerəenmə, uçuş
B)) qaçış, təkan, uçuş, yerəenmə
C) qaçış, havada qruplaşma, təkan
D) uçuş, qaçış, təkan, yerəenmə
E) yerəenmə, təkan, qaçış

165. Qaçaraq uzunluğa tullanmada qaçış üçün neçə metr tövsiyyə olunur?


A) 15 metr
B) 55 metr
C) 65 metr
D) 25 metr
E)) 45 metr

166. Uzunluğa tullanmada hərəkətin qaçış hissəsinin məqsədi nədən ibarətdir?


A) yerəenmənin səmərəli təşkilini təmin etmək
B) fəzada uçuş amanı bədəni daha tez qruplaşdırmaq
C) sürət qabiliyyətinin inkişaf etdirilməsi və daha çox uzaq məsafəyə tullanmaq
D)) təkanın icrasınadək optimal sürətlənmə və təkan üçün effektli şərait yaratmaq
E) takan brusokuna dəqiq düşməni təmin etmək və optimal bucaq altında uçuş fazasına qalxma

167. Uzunluğa tullanmada təkan fazasının məqsədi nədən ibarətdir?


A) sürət-güc, sürət, qüvvə kimi hərəki qabiliyyətlərin inkişafı
B) təkan anında qolların gücü hesabına yuxarıya doğru daha güclü təkan vermək
C) bədənin çəkisinin ayaqlara az təsiri məqsədi ilə daha çox sürət yığmaq
D)) bədənin ÜAM-i hərəkət istiqamətini yuxarıya-irəliyə yönəltmək
E) üfiqi tullanmanı təmin etmək

168. Uzunluğa tullanmada uçuş fazasının müddəti nədən asılıdır?


A)) ilkin uçuş sürətindən, hərəkət tryektoriyasından, uçuş bucağından, mühitin müqavimətindən
B) hərəkət tryektoriyasından, vaxt intervalından, məşqçinin göstərişindən
C) tamaşaçıların dəstəyindən, uçuş bucağından, havanın temperaturundan
D) mühitin müqavimətindən, qaçış zamanı məsafə və sürətdən, cəhdlərin sayından
E) küləyin gücü və istiqamətindən, bədənin çəkisindən, ümumi fiziki hazırlıqdan

169. Qaçaraq uzunluğa tullanmada icra üsullarının səmərəlilik dərəcəsini göstərin:


A) “arxaya əyilərək”, “aşma”
B)) “qayçıvari”, “arxaya əyilərək”,“qıçları bükərək”
C) “aşma”, “qayçıvari”
D) “addımlama”, “qıçları bükərək”
E) “dalğavari”, “arxaya əyilərək”, “qıçları bükərək”

170. Qaçaraq uzunluğa tullanmada təkan brusokundan (təkan yerindəki taxtadan) qum xəndəyinə qədər olan məsafə neçə metrdir?


A)) 2-3 metr
B) 4-5 metr
C) 4-6 metr
D) 3-5 metr
E) 2-5 metr

171. Qaçaraq uzunluğa tullanmada qum xəndəyinin ölçülərini göstərin:


A) 9-11m x 4,25-5m
B) 6-7m x 4-6,35m
C)) 9m x 2,75-3m
D) 8-10m x 2,50-2,75m
E) 5-7m x 2,70-3m

172. Qaçaraq uzunluğa tullanmada ayaqların amortizasiyası nəyə xidmət edir?


A)) güclü təkana, təhlükəsizliyə
B) sıçrayışa, qaçışa
C) tullanma üsuluna
D) ümumi və xüsusi hazırlığa
E) yalnız uçuş trayektoriyasına

173. Tullanmalar əsasən hansı hərəki qabiliyyətin inkişafını təmin edir?


A) çeviklik
B) dözümlülük
C)) sürət-güc
D) sürət
E) qüvvə

174. Qaçaraq uzunluğa tullanmanın hansı üsullarından istifadə edilir?


A) “aşma”, “qayçıvari”
B) “dalğavari”, “arxaya əyilərək”, “qıçları bükərək”
C)) “qıçları bükərək”, “arxaya əyilərək”, “qayçıvari”
D) “addımlama”, “qıçları bükərək”
E) “arxaya əyilərək”, “aşma”

175. Aşağıdakılardan hansılar üfiqi tullanmalara daxildir?


A) üç təkanla tullanma, hündürlüyə tullanma
B) yerindən uzunluğa tullanma, qaçaraq hündürlüyə tullanma
C) şüvüllə hündürlüyə tullanma, qaçaraq uzunluğa tullanma
D)) qaçaraq uzunluğa tullanma, üç təkanla tullanma
E) qayçıvari tullama, aşma üsulu ilə tullanma

175. Tullanmalarda nəticəyə müsbət təsir göstərən amillər hansılardır?


1. optimal uçuş bucağı
2. tamaşaçıların dəstəyi
3. təkanın gücü
4. yorğunluq
5. səmərəli yerəenmə
6. küləyin gücü
A) 2,4,5
B)) 1,3,5
C) 4,6,8
D) 1,4,5
E) 2,5,6

176. Ümumtəhsil məktəblərinin fiziki tərbiyə dərslərində şagirdlərin “aşağı ətraflarının sürət-gücü”-nü hansı hərəkətlərin hesabına inkişaf etdirmək olar?


A) tullanaraq topu səbətə atmaq, tək ayaq üzərində oturub-qalxma, qaçaraq uzunluğa tullanma
B) ayaqların köməyi ilə kəndirə dırmanma, yerindən uzunluğa tullanma, estafet qaçışı
C)) yerindən uzunluğa tullanma, qaçaraq uzunluğa tullanma, qaçaraq hündürlüyə tullanma
D) tullanaraq topa zərbə vurma, qaçaraq top atma, məkikvari qaçış
E) tək ayaqla tullanma, təkanla turnikdə dartınma, cüt ayaqlarla tullanma

177. Qaçaraq uzunluğa tullanmanın öyrədilməsi zamanı təkan bucağını artırmaq üçün istifadə ediləcək üsulu göstərin:


A) idmançıya qışqırmaq
B)) təkan yerindən sonra hündür olmayan planka qoymaq
C) idmançını qorxuzmaq
D) idmaçıya xahiş etmək
E) idmaçıya yalvarmaq

Yüklə 95,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə