Atletika I kurs 200 test (Azərbaycan bölməsi) Atletikanın tədrisi metodikası


Estafet qaçışının təhlili və tədrisi metodikası



Yüklə 95,02 Kb.
səhifə3/7
tarix13.03.2023
ölçüsü95,02 Kb.
#102424
1   2   3   4   5   6   7
Atletika-200

3. Estafet qaçışının təhlili və tədrisi metodikası
56. Atletikada komandalı növ hansıdır?
A) tullanmalar
B)) estafet qaçışı
C) çoxnövçülük
D) atmalar
E) idman yerişi

57. Estafet çubuğunun ötürülməsi neçə fazaya bölünür və hansılardır?


A) 4-20m ötürmə dəhlizi, 10m sürətlənmə zonası, komandalı, daxili ötürmə
B) 3-aşağıdan, düz irəli, yuxarıdan
C) 2-vizual, qeyri-vizual
D)) 3-hazırlıq, sürətlənmə, ötürmə
E) 2-qandikap nişanlarının qoyulması, 10m sürətlənmə zonası

58. Estafet sözünün mənası nə deməkdir?


A)) ötürmə
B) aparma
C) gətirmə
D) çatdırma
E) qəbul etmə

59. Estafet qaçışında nəticə hansı halda ləğv edilə bilər?


A) ağacsız sonadək qaçmaq
B)) digər komandanın qaçış yoluna keçərək mane olduqda
C) yıxılan idmançının ayağa durub davam etməsi
D) finişdən sonra ağacın hakimə verilməsi
E) finiş xəttini keçərkən qışqırarsa

60. Atletikanın klassik estafet yarışlarında hər komandanın neçə üzvü olmalıdır?


A)) 4 nəfər
B) 3 nəfər
C) 2 nəfər
D) 5 nəfər
E) 6 nəfər

61. Estafetin ötürülməsinin neçə üsulu var və hansılardır?


A) 4-mərkəzi, soldan, sağdan, daxili
B) 2-yuxarıdan, aşağıdan
C)) 3-daxili, xarici, qarışıq
D) 3-xarici, düz irəli, çiyin üzərindən
E) 2-çarpaz, qarışıq

62. Estafetdə qeyri-vizual ötürmə hansı növdə olur?


A) 4x1500m
B) 4x1200m
C) 4x800m
D) 4x400m
E)) 4x100m

63. Vizual ötürmə nədir?


A)) ötürməni görərək icra etmə
B) ötürməni görmədən icra etmə
C) çubuğu komanda yoldaşına çatmadan tullama
D) çarpaz ötürmə
E) dioqonal ötürmə

64. Vizual ötürmə hansı estafet növlərində istifadə olunur?


A) 100mx4
B)) 400m və ondan böyük
C) 50mx4
D) 60mx4
E) 80mx4

65. Estafetin ötürülməsinin öyrədilməsi ardıcılığını göstərin:


1. Yerində estafetin ötürülməsinin imitasiyası
2. Tullanaraq estafetin ötürülməsi
3. Yerışdə estafetin ötürülməsi
4. Əyilərək estafetin ötrürülməsi
5. Asta qaçışda estafetin ötürülməsi
6. Mayallaq aşaraq estafetin ötürülməsi
7. Düz qaçış yolunda maksimal sürətlə estafetin ötürülməsi
8. Maneədən keçərək estafetin ötürülməsi
9. Böyük radiuslu döngələrdə estafetin ötürülməsi
10. Estafeti ataraq ötürmə
11. Kiçik radiuslu dönqələrdə estafetin ötürülməsi
12. Maksimal sürətlə estafetin ötürülməsi
A) 2,4,6,8,10,12
B)) 1,3,5,7,9,11
C) 12,8,6,4,2,10
D) 10,12,6,2,3,8
E) 2,7,4,8,10,12

66. Klassik estafetlər hansılardır?


A) 4x1500m, isveç estafeti
B) 4x50m, 4x800m
C)) 4x100m, 4x400m
D) 4x100m, 4x200m
E) 4x400m, 4x800m

67. Estafet yarışlarında (4x100m, 4x400m) neçə ötürmə baş verir?


A)) 3 ötürmə
B) 2 ötürmə
C) 4 ötürmə
D) 5 ötürmə
E) 6 ötürmə

68. Estafet qaçışlarında idmançılar hakimin hansı komandaları ilə qaçışa başlayırlar?


A) starta, diqqət, qaç
B)) starta, diqqət, marş
C) starta, qalx, marş
D) starta dur, diqqət, qaç
E) starta dur, qalx, marş

69. Aşağıdakı variantlardan hansında 4x100m məsafəyə qaçışın sürətlənmə və ötürmə məsafələri düzgün verilmişdir?


A)) 10m+20m
B) 10m+30m
C) 20m+10m
D) 20m+25m
E) 25m+15m

70. Ötürmə zamanı yerə düşmüş estafet çubuğunu kim qaldırmalıdır?


A) hakim
B) estafet ağacını qəbul edən idmançı
C)) estafeti ötürən idmançı
D) katib
E) referi

71. Estafetin ötürülmə texnikasını göstərin:


A) 2-yuxarıdan, aşağıdan
B)) 3-yuxarıdan, aşağıdan, düz irəli
C) 4-yuxarıdan, aşağıdan, düz irəli, soldan sağa
D) 5-yuxarıdan, aşağıdan, düz irəli, soldan sağa, sağdan sola
E) 6-yuxarıdan, aşağıdan, düz irəli, soldan sağa, sağdan sola, çarpaz

72. Estafetdə qandikap nişanları nəyə xidmət edir?


A)) estafeti ötürən və qəbul edənin sürətlərinin uyğunlaşdırılması üçündür
B) 20 metrlik ötürmə dəhlizinin qeyd olunan xətləridir
C) döngədə qaçışın xüsusi xətləridir
D) estafetdə qəbul edən idmançının ötürmə zonasıdır
E) döngədən düz yola çıxışın xüsusi xətləridir

73. Estafet yarışlarında hansı hallarda komandanın nəticəsi sayılmır?


1. estafeti ötürmə zonasında ötürəndə
2. estafeti sürətlənmə zonasında (qandikap)
3. ötürmə zonasında kənarda ötürüldükdə
4. komanda qaçış yolunu dəyişdikdə
5. iştirakçı digər komanda üzvünə bilərəkdən maneəçilik törətdikdə
6. estafet çubuğu yarış qaydasına uyğun ötürülmədikdə
7. komanda üzvləri təyin olunmuş yolda qaçdıqda
A) 5,6,7
B) 2,3,4
C) 1,2,3
D) 3,4,5
E)) 4,5,6

74. Estafet qaçışında idmançı hansı startdan qaçışa başlayır?


A)) aşağı start
B) orta start
C) yuxarı start
D) irəli start
E) ayaq üstə start

75. Ötürmədə yerə düşmüş estafet ağacını kim götürməlidir?


A) estafet ağacını qəbul edən idmançı
B)) estafeti ötürən idmançı
C) hakim
D) katib
E) referi

76. Kombinə edilmiş estafetlər hansı estafetlərə deyilir?


A) hərəkətlərin şagirdlər tərəfindən təşkili və keçirilməsi
B) hərəkətin icrası zamanı bədən temperaturunun daha çox yüksəlməsi
C)) bir neçə ardıcıl maneənin və ya mərhələnin dəf edilməsi
D) idman zalında kombi istilik sisteminin hərəkətlərin icrasına müsbət təsiri
E) komanda üzvlərinin sayının məhdud olması

77. Qeyri-klassik estafet növlərini göstərin:


A)) 4x200m, 4x800m, 4x1500m
B) 4x150m, 4x100m, 4x1250m
C) 4x350m, 4x400m, 4x 900m
D) 4x200m, 4x100m, 4x400m
E) 4x1500m, 4x1000m, 4x400m
78. Estafet qaçışında (4x100m) sürətlənmə və ötürmə zonaları neçə metrdir?
A) 20m
B)) 30m
C) 10m
D) 35m
E) 40m

79. Estafet qaçışında (4x400m) hansı mərhələnin idmançısı 1-ci yola keçir?


A) 3-cü mərhələnin, 2-ci döngədən sonra
B) 1-ci mərhələnin, 2-ci döngədən sonra
C)) 2-ci mərhələnin, 1-ci döngədən sonra
D) 2-ci mərhələnin, 2-ci döngədən sonra
E) 3-cü mərhələnin, 1-ci döngədən sonra

80. Estafet ağacının standart ölçüləri nə qədərdir?


A)) uzunluğu 28-30 sm, çəkisi 50qr
B) uzunluğu 15-25 sm, çəkisi 20qr
C) uzunluğu 40-50 sm, çəkisi 70qr
D) uzunluğu 30-40 sm, çəkisi 60qr
E) uzunluğu 50 sm, çəkisi 50qr
81. 4x100m estafet qaçışının 2-ci və 3-cü mərhələsində qaçan idmançıların mümkün maksimal qaçış məsafəsi nə qədər ola bilər?
A) 90m
B) 100m
C) 80m
D)) 120m
E) 110m

82. Klassik estafet növləri üzrə, kişilər arasında ilk rəsmi yarışlar neçənci ildə keçirilmişdir?


A)) 1912-ci il
B) 1922-ci il
C) 1942-ci il
D) 1955-ci il
E) 1900-ci il

83. Klassik estafet növləri üzrə, qadınlar arasında ilk rəsmi yarışlar neçənci ildə keçirilmişdir?


A) 1928-ci il 4x100m, 1990-cı il 4x400m
B) 1935-ci il 4x100m, 1940-cı il 4x400m
C) 1900-cü il 4x100m, 1969-cu il 4x400m
D)) 1928-ci il 4x100m, 1969-cu il 4x400m
E)1975-ci il 4x100m, 1979-cu il 4x400m
84. Estafet qaçışında nəzarət nişanı ilə sürətlənmə zonasının arasında olan məsafə nə qədər olmalıdır?
A) 10-20m
B)) hər idmançı üçün fərdidir
C) 20m-dən çox
D) 10 pəncə
E) belə zonalar yoxdu

85. 4x100m estafet qaçışının hazırlığında əsasən atletikanın hansı növünün hazırlığından istifadə olunur?


A)) sprint qaçış növlərindən
B) tullanma növlərindən
C) orta məsafəyə qaçış növlərindən
D) atma növlərindən
E) bütün növlərdən

86. 4x100m estafet qaçışının məşq hazırlığında istifadə olunan ən vacib fiziki qabiliyyətləri göstərin:


1. Sürət
2. Dözümlük
3.Qüvvə
4. Cəldlik
5. Elastiklik
6. Güc-dözümlüyü
7. Sürət-dözümlüyü
A) 1,2,3
B) 7,5,6
C)) 1,4,7
D) 4,5,6
E) 2,3,4

87. Estafet qaçışının sürətlənmə fazasında ötürən idmançının vəzifəsi nədən ibarətdir?


A) idmançıya estafet ağacının ötürülməsindən
B) sürətli qaçmaq və ötürməkdən
C) sürətlənməni düzgün yerinə yetirməkdən
D) ağacı ötürmək üçün düzgün komandanın verilməsindən
E)) maksimal sürəti saxlamaq və ağacı ötürmək üçün düzgün komandanın verilməsindən

88. Estafet qaçışının hazırlıq fazasında estafeti ötürən idmançının vəzifələrini göstərin:


1. Qaçış fazasında, baxışlar estafeti qəbul edən idmançıya yönəlib
2. Nəzarət nişanına tərəf addım tezliyinin artırılması
3. Estafetin qəbulu maksimum 2-3 addımda başa çatır
4. Qaçış yolunu tərk etmədən sürətin azalması
5. Estafetdə ötürən idmançı nə qədər bacarırsa sürətli qaçmaq
A)) 1,2
B) 2,3,4
C) 4,5
D) 3,4
E) 5,4,1

89. Estafet qaçışının hazırlıq fazasında estafeti qəbul edən idmançının vəzifələrini göstərin:


1. Nəzarət nişanını müəyyən etmək
2. Qaçışda sürətin tədricən azaldıb, artırılması
3. Çıxış vəziyyəti almaq
4. Vaxtla dəqiq hesablanmış starta hazırlaşmağa başlamaq
5. Ötürmədə zəruri məsafəyə çatdıqda siqnal vermək
6. Tam sürətlə qaçmaq
A) 1,4,6
B) 2,5,6
C) 3,5,6
D)) 1,3,4
E) 3,4,5

90. Estafet qaçışının qaçış fazasında estafeti ötürən idmançının məqsədini göstərin:


A) dəqiq vizual riaksiya, startdan qaçışın başlanğıcı
B)) estafeti qəbul edən idmançıya tərəf düz xətli qaçış, komanda yoldaşına 2 uzadılmış qol məsafəsi qədər yaxınlaşmaq
C) qol siqnal üzrə tam sürətdə geriyə uzadılır
D) uğurlu ötürmədən sonra qaçışın davam etdirilməsi
E) komanda yoldaşına yaxınlaşıb sonra da sürəti azaldım ötürməni yerinə yetirmək

91. Estafet qaçışının qaçış fazasında estafeti qəbul edən idmançının məqsədini göstərin:


A)) vaxtla dəqiq hesablanmış maksimal sürətlənmə ilə start, qaçış yolunun zəruri tərəfi ilə qaçmaq
B) baxışlar estafeti qəbul edən idmançıya yönəlib
C) qaçış yolunun zəruri tərəfi ilə qaçmaq
D) estafetin ötürülməsinin tez başa çatması
E) vaxtla dəqiq hesablanmış sürətlənmə və ötürmə

92. Estafet qaçışının ötürülmə fazasında estafeti ötürən idmançının vəzifəsini göstərin:


A) estafet ağacını düz ötürməyə maqsimal çalışmaq
B) sərbəst hərəkətlə qaçır və ötürməni icra edir
C) qol boşalmış vəziyyətdə olur, sürətli qaçıb ötürür
D) uğurlu ötürmədən sonra qaçışı davam etdirmək
E)) estafet ağacını mümkün olan maksimal qaçış sürətində və mümkün maksimal dəqiqlikdə ötürülməsi

93. Estafet qaçışının ötürülmə fazasında estafeti qəbul edən idmançının vəzifəsini göstərin:


A)) estafet ağacını inamla tutulması, ötürülmənin başa çatması anının vaxtına düzgün hesablanmasına diqqət yetirmək
B) qəbul etdikdən sonra qaçmaq
C) estafet aşacını inamla tutulması
D) ötürülmənin başa çatması anının izləmək
E) estafet qaçışının ötürülmə fazasında ayığ olmaq



Yüklə 95,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə