Aqata Kristi Baş nazirin oğurlanması


      Həkim  A.C.Kronin  artıq  öz  ölkəsinin  hüdudlarından  kənarda  da



Yüklə 97,12 Kb.
Pdf görüntüsü
səhifə30/42
tarix14.06.2018
ölçüsü97,12 Kb.
#49027
növüYazı
1   ...   26   27   28   29   30   31   32   33   ...   42

 
 
 
94 
    Həkim  A.C.Kronin  artıq  öz  ölkəsinin  hüdudlarından  kənarda  da 
məşhurlaşmışdı. Belə ki, yazıçının “Gənclik illəri”, “İspan bağbanı”, 
“Səlibçiyə  abidə”,  “Cib  dolusu  çovdar”  və  s.  kimi  romanları  ona 
dünya şöhrəti qazandırmışdı. 
    
 
 
 
 A.C.Kronin  1981-ci  il,  yanvar  ayının  6-da  vətəndən  uzaqda-
İsveçrədə vəfat etdi.  
     A.  C.  Kronin  “İki  veronalı”  hekayəsinin  adını  V.  Şekspirin  eyni 
adlı  pyesindən  götürmüşdür.  Amma  bu  hekayədə  yazıçı  ağır  işlər 
görən,  bütün  əzablara  dözərək,  çətin  şəraitdə  öz  xəstə  bacılarını 
sağaltmaqdan  ötrü  pul  qazanan,  mübariz  iki  oğlan  surəti 
yaratmışdır. 
 
                                      
 
                    
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
 
95 
 
 
 
 
 
 
 
 
 
 
                   İki  veronalı 
 
 
     Biz İsveçrədən İtaliyanın qədim, gözəl şəhərlərindən  biri olan 
Veronaya  gəlirdik.  Şəhərin  kənarında  bizi  iki  oğlan  saxlatdırdı. 
Onlar  çiyələk  satırdılar.  Oğlanların  səbətlərindəki  yaşıl  yarpaqlı 
çiyələklər bizim xoşumuza gəldi. 
-  Onları almayın! - sürücümüz dilləndi. - Siz Veronada bundan 
da yaxşı çiyələklər tapacaqsınız, hələ bu oğlanları demirəm. 
     Sürücünün  sifətindən  aydınca  duymaq  olurdu  ki,  bu 
oğlanların  xarici  görünüşü  onun  xoşuna  gəlməmişdi.  Əlbəttə, 
onların  paltarları  çirkli  və  nimdaş  idi,  amma  biz  bu  iki  zəif 
uşağın səliqəsiz saçlarına və ciddi qara gözlərinə baxdıqda onları 
daha  yaxından  tanımaq  istəyini  artırırdı.  Dostum  oğlanlarla 
söhbətindən  bildi  ki,  onlar  qardaşdırlar.  Nikolanın  on  üç, 
Cəkopun isə on iki yaşı var idi. 
     Biz  onların  çiyələklə  dolu  olan  ən  böyük  səbətini  aldıq  və 
Veronaya yolumuzu davam etdirdik. 
     Səhərisi  biz  mehmanxanadan  çıxanda  həmin  iki  oğlanı 
yenidən  gördük.  Onlar  meydandakı  fəvvarənin  yanında  dayanıb 
buradan  keçənlərin  ayaqqabılarını  təmizləyirdilər.  Onlar  çox 
məşğul  idilər,  amma  oğlanlar  bizi  görən  kimi  köhnə  tanışlartək 
salam verdilər. 


 
 
 
96 
-   Məncə, siz çiyələkləri satmısınız? 
-    Biz  çox  şeylər  edirik,  cənab,  -  deyə  Nikola  ciddi  bir  tərzdə 
cavab verdi. O bizə baxdı: 
-   Biz bəzən adamları şəhərin görməli yerlərilə də tanış edirik. 
-  Daha  yaxşı,  -  deyə  gülümsədim.  –Siz  bizi  şəhərlə  tanış 
edərsiniz. Gəlin gedəyin. 
    Onlar  bizi  şəhərlə  tanış  etdikcə  mən  bu  oğlanları  daha 
yaxından  tanımağa  başlayırdım.  Onlar  uşaq  idilər  və  etdikləri 
bəzi  hərəkətlərində  də  uşaqlıq  əlamətləri  duyulurdu.  Amma 
oğlanların sifətində öz yaşlarına uyğun olmayan və heç bir kiçik 
uşaqlarda görünməyən ciddi bir görkəm var idi. 
   O  biri  həftə  də  Nikola  və  Cəkopu  gündə  bir  neçə  dəfə 
görürdük.  Əgər  bizə  Amerikan  siqareti,  ya  opera  üçün  bilet,  ya 
da  yaxşı  bir  restoran  tapmaq  lazım  olurdusa,  Nikola  və  Cəkop  
həmişə kömək edirdilər. 
   Onlar  bütün  günü  yayın  qızmar  günəşi  altında  ayaqqabı 
təmizləyir,  meyvə  və  qəzet  satır,  adamları  Verona  ilə  tanış 
edirdilər.  Onlar  həmişə  kömək  etməyə  hazır  idilər,  həmişə 
məşğul idilər. 
    Bir  axşam  mən  onları  şəhər  meydanında  gördüm.  Nikola 
fəvvarənin yanında oturmuşdu. Cəkop isə başını qardaşının qolu 
üstünə qoyaraq şirin yuxuya getmişdi. Artıq gecə yarı olmuşdu. 
-  Bəs niyə evdə yatmırsınız? - soruşdum. 
   Nikola mənə baxdı. Onun baxışlarında nifrət var idi. 
- Biz axırıncı avtobusu gözləyirik. Avtobus gələndən sonra bütün 
qəzetlərimizi satacağıq. 
-  Siz həmişə beləmi işləyirsiniz? İkiniz də yorğun görünürsünüz. 
- Hələ ki şikayətlənmirik, cənab. 
   Nikola  bunu  çox  nəzakətlə  dedi;  daha  ona  sual  vermədim, 
oğlana “gecən xeyrə qalsın” deyib mehmanxanaya qayıtdım. 
   Ertəsi gün Nikola ayaqqabılarımı təmizləyəndə dedim: 
-  Siz  çox  işləyirsiniz.  Nə  yaxşı  yeyə  bilirsiniz,  nə  də  əyninizə 
geymək  üçün  paltar  ala  bilirsiniz.  Deyin  görüm,  pulu  necə 
xərcləyirsiniz? 


 
 
 
97 
  Oğlan dinmədi. O, fəvvarə və izdihamlı meydana baxdı. Sonra 
Nikola ciddi bir tərzdə cavab verdi: 
- Bizim planlarımız var, cənab. 
-Yaxşı,  biz  bazar  ertəsi  Veronanı  tərk  edirik.  Getməzdən  əvvəl 
bəlkə sizin üçün bir şey edə bildik. 
   Nikola buna etiraz etmək istədi, amma Cəkop onu saxladı. 
-  Biz  hər  bazar  günü  Veronanın  yaxınlığındakı  kəndə  gedirik. 
Oraya  həmişə  avtobusla  gedirik.  Cənab,  bəlkə  sabah  siz  bizi 
oraya öz maşınınızla aparasınız. 
   Bazar günləri sürücüm işləmirdi, amma mən cavab verdim: 
-  Mən sizi özüm oraya aparacağam. 
   Həmin bazar Veronadan çıxanda düşündüm ki, kənddə bir neçə 
kasıb  evin  qarşısında  dayanacağıq.  Bunu  böyük  maraqla 
gözləyirdim.  Hündür,  daş  hasarlı  binanın  yanına  çatanda 
Cəkopun  “zəhmət  olmasa  burada  saxlayın,  cənab”  deməsi  düzü 
məni çox hirsləndirdi, amma  bunu biruzə vermədim. 
-  Biz  burada  çox  ləngiməyəcəyik,  cənab.  Bir  saatdan  çox 
çəkməz.  Əgər  istəyirsinizsə,  kənddəki  kiçik  restoranda  bizi 
gözləyə bilərsiniz. 
   Oğlanlar bunu deyib hasarın arxasında gözdən itdilər.  
    Mən  bir  az  gözlədim,  sonra  onların  arxasınca  getdim.  Giriş 
qapısını tapıb döydüm. Bir az gözləməli oldum. Qapıya bir qadın 
yaxınlaşdı və gördüm ki, o, tibb bacısıdır. 
-  Bağışlayın, mən indicə bura iki oğlan gətirdim. 
-  A...  a,  bəli.  Nikola  və  Cəkop.  Buyurun  içəri,  -  deyə  qadın 
gülümsədi. 
    Biz böyük və səliqəli otaqlarla gedirdik. Mən indi tamam əmin 
oldum  ki,  bura  xəstəxanadır.  Bir  otağın  qapısına  çatanda  tibb 
bacısı  məni  dayandırdı,  gülümsədi  və  məndən  sakit  olmağımı 
xahiş  etdi.  Biz  otağa  baxdıq.  Oğlanlar  çarpayıda  uzanmış  bir 
qızın  yanında  oturmuşdular.  Qızın  iyirmi  yaşı  olardı.  O,  əyninə 
gözəl  ipək  bir  jaket  geymişdi.  Qız  bu  balaca  oğlanların 
danışığına  qulaq  asırdı.  Onların  arasındakı  səmimi  söhbətdən 
aydın  olurdu  ki,  qız  onların  bacısıdır.  Qız  oğlanlara  daha  çox 


Yüklə 97,12 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə