www.ehlibeyt-aka.com
5
peyğəmbərlər, səmavi kitablar və mələklərə iman gətirmək məsələsindən
öncə xatırlayaraq belə buyurmuĢdur:” Ey Allaha iman gətirənlər, Allaha və
Onun peyğəmbərinə, peyğəmbərinə nazil etdiyi kitaba və bundan öncə
nazil etdiyi kitaba (bunların hamısına) iman gətirin. Ey dillə iman gətirmiĢ
kəslər, (səmimi qəlbdən) iman gətirin! Ey imanları gerçəkləĢmiĢ kəslər,
onun qorunmasında möhkəm olun. Kim Allaha və Onun mələklərinə,
(səmavi) kitablarına, göndərdiyi peyğəmbərlər(in)ə və axirət gününə kafir
olsa,
həqiqətən, uzun-uzadı bir azğınlığa düĢmüĢdür.”
2
Qeyb aləminə iman müttəqilərin ən birinci xüsusiyyətlərindəndir.
Allah-taala buyurur: “Əlif, Lam, Mim. Barəsində heç bir Ģəkk-Ģübhə
olmayan bu uca məqamlı kitab pəhrizkarlar (aĢağıdakı beĢ xüsusiyyəti
fitrət və ya peyğəmbərlərin dəvəti yolu ilə əldə etmiĢ kəslər) üçün hidayət
mənbəyidir. O kəslər ki, qeybə (Allah, vəhy, mələklər və məad kimi
hissiyyatın dərk edə bilmədiyi Ģeylərə) inanır, namaz qılır (haqqın
müqabilində boyun əyir) və ruzi olaraq verdiyimiz Ģeylərdən (Allah
yolunda) xərcləyirlər. O kəslər ki, sənə nazil edilənə və səndən əvvəl (olub
keçmiĢ peyğəmbərlərə) nazil edilənlərə imanları və axirət (Qiyamət)
gününə yəqinlikləri vardır. Məhz onlar (Quranın hidayətindən qabaq)
Allahları tərəfindən (fitri və əqli) bir hidayətdədirlər və nicat tapanlar da
onlardır.”
3
Beləliklə, Əhli-beyt məsumları haqqında söhbətin də həmin
müqəddimələrə ehtiyacı vardır. Çünki onların Ģəxsiyyətləri və həyatlarını
əhatə edən qeybi xüsusiyyətlər haqqında söhbətin həmin rəhmani
feyzlərdən insan ruhuna damızdırılması üçün qəlbin hüzuruna, nəfsi
rəğbətə, düĢüncə və təfəkkürə ehtiyacı vardır.
2
Nisa surəsi, 136-cı ayə
3
Bəqərə surəsi, 1-ci ayədən 5-ci ayəyə qədər