Dərsliklə bağlı tqdk-ya daxil olan və açıq müzakirələrdə bildirilmiş qeydlər, iradlar və təkliflər əsasında hazırlanmış



Yüklə 137,51 Kb.
Pdf görüntüsü
tarix04.02.2018
ölçüsü137,51 Kb.
#24178
növüDərs


 

 



 

 

 



 

 

 



 

Respublikanın ümumtəhsil məktəblərinin 8-ci 

sinifləri üçün “Azərbaycan Respublikasının

 

 



fiziki coğrafiyası” dərsliyi

 

 



 

 

 



 

Müəlliflər:   Budaq Budaqov 

Yaqub Qəribov 

Şəfiqə Hümbətova

 

 



 

 

 



 

Bakı: Təhsil, 2011.

 

 



 

 

 



 

Dərsliklə bağlı TQDK-ya daxil olan və açıq müzakirələrdə 

bildirilmiş qeydlər, iradlar və təkliflər əsasında hazırlanmış

 

 



 

 

 



YEKUN RƏY

  

 



 

 

 



 

 

 



 

 

 



 

 



        Yekun rəy aşağıdakı meyarlar əsasında formalaşmışdır:

 

 



1.

 

Məzmun baxımından;  

 

2.

 

Dizayn və bədii tərtibat baxımından.  

 

 



1. Məzmun baxımından

 

 



Dərslik hazırda respublikanın ümumtəhsil məktəblərində qüvvədə olan tədris 

proqramı əsasında hazırlanaraq, giriş, 7 bölmə və 32 paraqrafdan ibarətdir.

 

 

Giriş özündə 1 paraqrafı, 1-ci bölmə 4 paraqrafı, 2-ci bölmə 3 paraqrafı, 3-cü 



bölmə  8  paraqrafı,  4-cü  bölmə  4  paraqrafı,  5-ci  bölmə  3  paraqrafı,  6-cı  bölmə  3 

paraqrafı, 7-ci bölmə isə 6 paraqrafı əhatə edir.

 

 

Dərsliyin sonunda verilmiş proqramda hər bölmənin həcmi nəzərə alınmaqla, 



2-3 praktik işin, “Şagirdlər bilməlidirlər” və “Şagirdlər bacarmalıdırlar”ın

 

 



verilməsi təqdirəlayiqdir.

 

 



 

 

 



Hər  bir  mövzunun  əvvəlində

 

düşündürücü



 

sualların

 

və  onun


 

ardınca


 

istiqamətləndirici  mətnin  verilməsi

 

şagirdlərin  təfəkkürünü



 

öyrənilən

 

mövzuya


 

yönəldir.

 

 

 



 

 

Dərsliyin bəzi paraqraflarının sonunda mövzunu möhkəmləndirmək məqsədilə



 

verilən cədvəllər şagirdlərin müstəqil

 

düşünmə qabiliyyətlərinin  daha da artmasına



 

kömək göstərir.

 

 

 



 

 

 



Dərslikdə olan bəzi səhvlər haqqında düzəliş dərsliyin sonunda öz əksini tapıb. 

Qeyd edilənlərlə yanaşı, dərslikdə bir sıra nöqsanlar, qeyri-dəqiq izahatlar,

 

 

texniki qüsurlar, redaktə xarakterli səhvlər, düzgün tərtib olunmayan suallar və s. 



mövcuddur. Bəzi mövzularda mətnlərin izahına aid xəritə, sxem, şəkil, diaqram və 

s. illüstrativ materiallar az verilib. İradların bir hissəsi tövsiyə xarakterlidir.

 

 

Səhifə  3-də  Azərbaycanda  coğrafiya  elminin  inkişafında  böyük  xidmətləri 



olan alimlər haqqındakı məlumatların bir qədər geniş verilməsi məqsədəuyğundur.

 

 



Həmin səhifədə 4-cü abzasdakı 2-ci cümlənin 37 sözdən ibarət olması onun 

dərk edilməsini çətinləşdirir.

 

 

Səhifə 4-də istiqamətləndirici mətndə “Azərbaycan Ön Asiyada yerləşir və



 

 

Qafqaz  dağlarının  cənub-şərq  hissələrindən  Urmiya  gölünün  cənubuna  qədərki 



dağlıq əraziləri əhatə edir” cümləsində Azərbaycanın hansı dövründən danışıldığı

 

 



 

 

2



 


məlum deyil. Bu sərhədlərin Azərbaycanın hansı dövrünə aid olduğu göstərilsə, 

yaxşı olar.

 

 

Həmin səhifədə 1-ci abzasda “Qədim Azərbaycan ərazisi 200 min km



2

-dən 

artıq sahəni tutmuşdur” cümləsində Qədim Azərbaycan dedikdə hansı tarixə aid 

olması  göstərilsə,  onun  sahəsi  haqqında  verilmiş  (200  min  km

2

)  rəqəmə  də 



aydınlıq gətirilmiş olar.

 

 



Yenə həmin səhifədə 2-ci abzasda “Azərbaycan torpağına Böyük Qafqazın 

cənub-şərqi, Kiçik Qafqazın şərqi, onların arasında yerləşən geniş Kür-Araz 

ovalığı,  cənubda  Talış,  Savalan,  Qaradağ,  Bozquş  silsilələri  bütövlükdə  İran 

yaylasının şimal-qərb hissəsi aiddir” cümləsi verilib. “Aiddir” sözündən məlum 

olur  ki,  Azərbaycanın  indiki  dövründən  danışılır.  Amma  göstərilən  ərazilər 

(Savalan,  Qaradağ,  Bozquş  silsilələri  bütövlükdə  və  İran  yaylasının  şimal  qərb 

hissəsi)  Azərbaycanın  indiki  sərhədləri  daxilində  yerləşmədiyindən,  bu  cümlənin 

Tarixi  Azərbaycan  torpaqlarına  Böyük  Qafqazın  cənub-şərqi,  Kiçik  Qafqazın 

şərqi, onların arasında  yerləşən geniş Kür-Araz  ovalığı,  cənubda  Talış, Savalan, 

Qaradağ, Bozquş silsilələri bütövlükdə İran yaylasının şimal-qərb hissəsi aiddir 

kimi yazılması daha düzgün olardı.

 

 

Səhifə 7-də  4-cü  abzasda  “Ovalıqlar,  yəni  yüksəkliyi 200 m-ə  qədər  olan 



sahələr ərazinin 40%-ni tutur. Ovalıqların 18%-i dəniz səviyyəsindən aşağıda 

yerləşir”, səhifə 10-da 3-cü abzasda isə “Ovalıq ərazisinin 40%-ə qədəri okean 

səviyyəsindən  aşağıda  yerləşir”  yazılır.  Bu  faktlar  bir-birinə  ziddir  və 

aydınlaşması məsləhətdir.

 

 

Səhifə  11-də  2-ci  abzasda  “Tektonik  qalxma  sahələrində  qırışıq,  qırışıq-



qaymalı  dağlar  yaranır”  yazılsa  da,  qırışıq-qayma  dağlar  haqqında  əvvəlki 

dərsliklərdə heç bir məlumat verilməyib. Qırışıq-qayma dağlar haqqında məlumat 

verilsə, daha yaxşı olar.

 

 



Yenə  həmin  səhifədə  3-cü  abzasda  “...və  Talış  dağlarında  bu  proses  zəif 

gedir”  cümləsi  əvəzinə,  ...və  Talış  dağlarında  bu  proses  nisbətən  zəif  inkişaf 

edir yazılsa, daha yaxşı olar.

 

 



Səhifə 13-də 4-cü paraqrafda başlıqda “Geoloji quruluş. Tektonik zonalar” 

yazılsa  da,  mövzunun  içərisində  əvvəlcə  Tektonik  zonalardan  sonra  isə 



Geoloji  quruluşdan  bəhs  edilib.  Mətndə  əvvəlcə  “Geoloji  quruluş”,  ardınca 

Tektonik  zonalar”  haqqında  izahat    mətn  daxilində  hər  bir  mövzunun 

yarımbaşlığı verilsə, yaxşı olar.

 

 



3

 



Səhifə 14-də “morfostruktur”  “meqaantiklinoriumu” terminləri yazılsa 

da, bu terminlər haqqında əvvəlki dərslik və bölmələrdə məlumat verilməyib. Bu 

terminlərin qısa izahının verilməsi məsləhətdir.

 

 



Səhifə  19-da  2-ci  abzasda  “Lakin  Muradxanlı  yatağındakı  neft  Mezozoy 

erasının vulkan süxurlarında aşkar edilmişdir” cümləsində “vulkan süxurları”

 

 



əvəzinə,  “vulkanik-çökmə süxurları” yazılsa daha doğru olar.

 

 



Yenə  həmin  səhifədə  5-ci  abzasda  “Bu  kompleksdə  kalium,  vanadium  və 

başqa nadir metallar da vardır” yazılsa da, məlum olduğu kimi, “kalium” nadir 

metallara aid deyil. Buradan “Kalium” sözünün çıxarılması məsləhətdir.

 

 

Yenə həmin abzasda axırıncı cümlədə “Polimetal filiz yataqları Gümüşlüdə



 

 

(Naxçıvan  MR),  Mehmanada  (Qarabağ),  Filizçaydadır  (Balakən  rayonu)”  yazılıb. 

Bu cümlə “Polimetal filiz yataqları Naxçıvan MR-da (Gümüşlü), Ağdərədə 

 

 



ya  Yuxarı  Qarabağda

 

(Mehmana),

 

Balakən  və  Zaqatalada

 

(Filizçay)”  kimi

 

verilərsə, daha yaxşı olar.



   

 

 



Həmin səhifənin sonunda,  çərçivədəki cümlənin  “Zəylik

 

alunit  yatağının

 

potensial  ehtiyatına  görə  Azərbaycan

 

Avropada  1-ci  yerdə

 

durur”  əvəzinə,

 

Zəylik



 

alunit  yatağının

 

potensial  ehtiyatına  görə  Azərbaycan  Avropada  1-ci,

 

dünyada Çindən sonra 2-ci yeri tutur cümləsi yazılsa, daha yaxşı olar.

 

Səhifə 21-də sual və

 

tapşırıqlarda  2-ci sual “Faydalı qazıntılar xəritəsinə



 

əsasən

 

hansı faydalı qazıntıların  həm düzənlik, həm də dağlıq ərazilərdə, hansı

 

 

faydalı  qazıntıların  yalnız  düzənliklərdə  və  yalnız  dağlıq  ərazilərdə  yayıldığını 



müəyyənləşdirin”  cümləsi  çox  uzun  olduğundan  şagirdlər  tərəfindən  başa  düşülməsi 

çətinləşir. Bu cümlədəki fikirlər ayrı-ayrılıqda qısa şəkildə verilərsə, daha yaxşı olar.

 

 

Səhifə  29-da  7-ci  paraqrafda  “Atmosfer  yağıntıları”  mövzusunda  verilən 



rəqəmlər bir qədər azaldılsa, yaxşı olar.

 

 



Dərsliyin bəzi mövzularında cümlələr və faktlar təhrif olunub.

 

 



Məsələn, səhifə 32-də 4-cü abzasda “Qışı mülayim, yayı quraq isti keçən 

yarımsəhra və quru çöl iqlimi” kimi;

 

 



Səhifə 33-də 10-cu şəkildəki şəkilaltı 1-ci yazıda və səhifə 89-da 2-ci abzasda 

bu cümlə “Yayı quraq keçən yarımsəhra və quru çöl iqlimi” kimi;

 

 

Səhifə 92-də 2-ci abzasda bu cümlə “Qışı mülayim yarımsəhra və quru-çöl 



iqlimi” kimi;

 

 



Səhifə 93-də 5-ci abzasda həmin cümlə “Qışı mülayim keçən yarımsəhra 

və quru çöl iqlimi” kimi;

 

 



4

 



Səhifə  95-də  axırıncı  abzasda  və  səhifə  97-də  9-cu  abzasda  bu  cümlə

 

 



“Yarımsəhra və quru çöl iqlimi”  kimi;

 

 



Səhifə  98-də  3-cü  abzasda  həmin  cümlə  “Yayı  quraq  keçən  yarımsəhra 

iqlimi” kimi yazılıb.

 

 



Göründüyü  kimi,  32,  33,  89,  92,  93,  95,  97,  98-ci  səhifələrdə  eyni  iqlim 

yarımtipindən  bəhs  edilsə  də,  onların  adları  müxtəlif  verilib.  Bunların  eyni  cür 

verilməsi məsləhətdir.

 

 



Həmçinin  səhifə  32-də  5-ci  abzasda  verilən  “Qışı  soyuq,  yayı  quraq  isti 

(kontinental)  yarımsəhra  və  quru  çöl  iqlimi”  yarımtipi  aşağıdakı  səhifələrdə 

göstərilən iqlim yarımtipləri ilə uyğunlaşmır. Məsələn:

 

 

Səhifə 33-də 10-cu şəkildəki şəkilaltı 2-ci bənddə həmin cümlə “Qışı soyuq 



keçən yarımsəhra və quru çöl iqlimi” kimi;

 

 



Səhifə  108-də  axırıncı  abzasda  həmin  cümlə  “Qışı  soyuq,  yayı  isti-quraq 

keçən yarımsəhra və quru-çöl iqlimi” kimi;

 

 



Səhifə 110 7-ci abzasda “Yayı quraq keçən soyuq yarımsəhra və quru-çöl 

iqlimi” kimi yazılıb.

 

 



Göründüyü  kimi,  32,  33,  108,  110-cu  səhifələrdə  eyni  iqlim  yarımtipindən 

bəhs  edilsə  də,  həmin  iqlim  yarımtiplərinin  adı  müxtəlif  yazılıb.  Onların  bir 

formada verilməsi məsləhətdir.

 

 



Səhifə  37-də  3-cü  abzasda  Vəlvələçay  üzərindəki  şəlalənin  adı  “Afurca 

yazılmalıdır.

 

 

Səhifə  39-da  3-cü  abzasda  “Sel  ocaqları”  haqqında  məlumatın  verilməsi 



məqsədəuyğundur.

 

 



Səhifə  40-da  bir  səhifədə  16-17  ədədin  verilməsi  şagirdlər  üçün  çətindir.

 

 



Ədədlərin sayının azaldılması məqsədəuyğundur.

 

 



Səhifə 41-də  3-cü  abzasda “Böyük Qafqazın şimal-şərq yamacı ilə axan

 

 



çaylar  (Qusarçay,  Qudyalçay,  Qaraçay,  Vəlvələçay,  Gilgilçay,  Ataçay)  qar, 

buzlaq,  yağış  və  yeraltı  sularla  qidalanır”  yazılıb.  Bunun  əvəzinə,  Qusarçay, 

Qudyalçay  və  Qaraçayın  qidalanmasında  qar  və  buzlaq  suları;  Vəlvələçay, 

Gilgilçay,  Ataçayın  qidalanmasında  isə  yağış  və  yeraltı  sularının  üstünlük  təşkil 

etməsi” yazılsa, daha düzgün olar.

 

 



Səhifə  49-da  4-cü  abzasda  verilmiş  “Ən  mühüm  yarımadaları  Abşeron,

 

 



Mangistau,  Buzaçi  (Qazaxıstan),  Çələkən,  Türkmənbaşı,  başlıca  adaları  Bakı  və 

Abşeron arxipelağı, Çeçen (Rusiya), Oqurçınski (Türkmənistan), Kulalı, Suiti

 

 



5

 



(Qazaxıstan),   əsas   körfəzləri   Qızılağac,

 

Bayıl   buxtası,   Qaraboğazgöl,

 

Türkmənbaşı, Türkmən,  Mangistau, Qazax

 

və  s-dir”   cümləsininredaktə

 

edilməsi məsləhətdir.



 

 

 



Həmçinin yenə həmin səhifədə axırıncı abzasda verilmiş  “Şimaldan Rusiya

 

 



ərazisindən Volqa,   Qazaxıstan,  Ural, Emba  çayları,  qərbdən Terek, Sulak,

 

 



Samur

 

 

Azərbaycanın

 

bütün    çayları,    cənub-şərqdən    Atrek

 

 

(Türkmənistandan),  cənubdan  –  İran  ərazisindən  Qızılüzən  (Səfidrud)  və 



başqa çaylar tökülür” cümləsinin də redaktə edilməsi yaxşı olar.

 

 



Səhifə  55-də  axırıncı  sətirdə  “çimli”    “yumşaq  çimli”  dağ  çəmən 

torpaqlarının  yayıldığı  qeyd  olunub.  Burada  “çimli”  terminin  açıqlanması  və  bu 

torpaqların  çürüntü  maddələri  (humus)  ilə  zəngin  olması  (5-6%-dən  16%-dək) 

barədə məlumat verilməsi yaxşı olar.

 

 

Səhifə  56-da  qəhvəyi  dağ-meşə  torpaqlarında  humusun  miqdarının  10-12% 



olduğu  qeyd  olunub.  Elmi  coğrafi  ədəbiyyatda  isə  bu  torpaqların  üst  qatında 

humusun  miqdarının  5%-dən  11-12%-dək  dəyişdiyi  göstərilib.  Ona  görə  də  bu 

faktın dəqiqləşdirilməsi məsləhətdir.

 

 



Səhifə  57-də  şorakətli  boz-qonur  torpaqlar  haqqında  qısa  məlumat  verilib. 

Burada  “şorakət”  anlayışının  qısa  izahına  və  onun  “şoran”  anlayışından 

fərqləndirilməsinə  ehtiyac  yaranır.  Həm  də  13-cü  şəkildəki  11-ci  şəkilaltı  yazıda 

şorakətli boz-qonur torpaqlar “şorakətvari boz-qonur” torpaqlar kimi yazılıb. Bu 

torpaqların eyni adla verilməsi daha yaxşı olar.

 

 



Yenə həmin səhifədə 3-cü abzasda boz-qəhvəyi torpaqların 2 yarımtipinin (açıq və 

tünd)  olduğu  qeyd  olunub.  Ancaq  elmi  ədəbiyyatda,  torpaqların  genetik  təsnifat 

sxemində bu torpaqların 3 yarımtipi – açıq, adi və tünd yarımtipləri qeyd edilib.

 

 



Yenə  həmin  səhifədə  boz-qəhvəyi  torpaqların  400-800  m  yüksəkliklər  arasında 

yayıldığı və humusun miqdarının 4-6%-ə çatdığı qeyd olunub. Elmi ədəbiyyatda isə bu 

torpaqların Böyük Qafqazda 200-300 m-dən 500-600 m-dək hündürlükdə

 

 



yayılması  və  tünd  boz-qəhvəyi  torpaqda

 

humusun



 

miqdarının

 

3%-dən  5%-dək



 

dəyişməsi göstərilib.

 

 

 



 

 

Dərslikdə  torpaqların  coğrafi  yayılmasını  daha



 

yaxşı   mənimsəmək

 

üçün


 

konkret  coğrafi  obyektlər  istiqamətində

 

torpaqların  şaquli



 

yayılmasına

 

aid


 

 

çalışmaların  da verilməsi faydalı olar.



 

 

Səhifə 67-də 1-ci abzasda 3-cü cümlədə 27 sözün olması şagird üçün çətinlik 

yaradır. Cümlənin redaktə olunması məsləhətdir.

 

 



6

 



Səhifə  71-də  3-cü  abzasda  “Bir  sıra  sahələrdə  1600-2200  m  yüksəkliklərdə 

meşə-çəmən landşaftına rast gəlmək mümkündür” cümləsi yazı lıb. Ancaq səhifə 68-

də 15-ci səkildə “Azərbaycan Respublikasının landşaftlarının xəritə-sxemi”ndə  9-

cu  şəkilaltı  yazıda  “meşə-çəmən”  landşaftı  200-500  m  yüksəkliklərə  qədər  olan 

ərazilərdə göstərilib. Bunun dəqiqləşdirilməsi məsləhətdir.

 

 



Səhifə 83-də 1-ci abzasda Böyük Qafqazın cənub yamacında İlisu, İsmayıllı, 

Qəbələ  dövlət  təbiət  qoruqlarının  adları  çəkilib.  Qəbələ  dövlət  təbiət  qoruğunun 

olması dəqiqləşdirilməlidir.

 

 



Səhifə  85-86-da  “Orta  Araz  və  Lənkəran  vilayətlərindən  başqa  digər 

vilayətlər  yarımvilayətlərə  bölünür”  cümləsi  yazılıb.  Bölgüdə  “yarımvilayət” 

ifadəsi mövzunu çətinləşdirir. 8-ci sinif şagirdlərinin yaş səviyyəsinə uyğun deyil. 

Fiziki-coğrafi  rayonlaşdırılmaya  aid  mövzularda  izahat  vilayət  və  fiziki  coğrafi 

rayonlar üzrə aparıldığına görə “yarımvilayət” termini çıxarı lsa, yaxşı olar.

 

 

Səhifə  103-də  31-ci  paraqrafın  başlığında  “Ön  Asiya  ölkəsi.  Lənkəran  vilayəti” 



yazılıb.  Lakin  Azərbaycanın  B.Ə.  Budaqov  və  M.A.  Müseyibov  tərəfindən  tərtib 

olunmuş və qəbul edilmiş fiziki-coğrafi rayonlaşma sxeminə görə Lənkəran

 

 

vilayəti  Qafqaz  fiziki-coğrafi  ölkəsinə



 

aiddir.  Bu  yanlışlığın  aradan  qaldırılması

 

məsləhət görülür.



 

 

 



Səhifə  104-də

 

1-ci  abzasda



 

“Talış  dağları  Neogen  yaşlı  vulkan

 

 



süxurlarından ... təşkil olunmuşdur” fikri qeyd olunub. Amma səhifə 16-da 3-cü

 

 



şəkildə verilmiş xəritə-sxemdə Talış dağlarında Paleogen yaşlı süxurların üstünlük 

təşkil etdiyi göstərilib. Bu ifadələrə aydınlıq gətirilməsi yaxşı olar.

 

 

Dərslikdə  verilən  qabardıcı-xüsusiləşdirmə  mətnlərin  bəziləri  əsas  mətndə



 

 

verilənlərin təkrarıdır. Məsələn,



 

səhifə 25, 29 və s.

 

 

Dərsliyin   rus   dilində   olan   variantında   da  bəzi  qüsurlar   var.   Bunlar



 

aşağıdakılardır:

 

 

 



 

Səhifə  4-də  3-cü   abzasda  verilmiş

 

çərçivədə  “Клавдий



 

Птоломей”

 

deyil,  “Клавдий Птолемей” yazılmalıdır.



 

 

 



Səhifə   7-də   3-cü   abzasda   “около   половины   территории  занято

 

равнинами”  deyil,    около

 

половины

 

территории  занята

 

равнинами

 

yazılmalıdır.



 

 

 



 

 

Səhifə  16-da  5-ci  abzasda  “В  1902  году  в  Шамахы  в  результате 



страшного землетрясения город был полностью разрушен” deyil, В 1902

 

 



 

 

7



 


году в результате страшного землетрясения город Шамахы был полностью 

разрушен ...” yazılmalıdır.

 

 



Səhifə  27-28-də  “Зимой  эти  воздушные  массы  создают  холодные, 

морозные,  с  малым  количеством  снежных  осадков,  погодные  условия” 

deyil, “Эти воздушные  массы зимой создают холодные, морозные погодные 



условия с небольшим количеством снега” yazılmalıdır.

 

 



Səhifə  28-də  2-ci  abzasda  “...эти  воздушные  массы  создают  ветреные, 

холодные,  с  осадками,  погодные  условия”  cümləsi  ...эти  воздушные  массы 

создают ветреные, холодные погодные условия с осадками kimi yazılmalıdır.

 

 



Həmin  səhifədə  3-cü  abzasda  “При  проникновении  в  зимнее  время  на 

территорию  республики…”  deyil,  “При  проникновении  на  территорию 

Азербайджана в зимние месяцы…” yazılmalıdır.

 

 



Həmin  səhifədə  4-cü  abzasda  “...часто  выпадают  осадки”  deyil,  “часто 

выпадают дожди” yazılmalıdır.

 

 



Səhifə  29-da  2-ci  abzasda  “…увеличивается  скорость  ветра  и 

возрастает  облачность”  deyil,  “...дуют  сильные  ветры,  увеличивается 

облачность yazılmalıdır.

 

 



Səhifə  32-də  1-ci  abzasda  “…Приаразских,  Самур-Девечинских 

равнинах годовое количество возможной испаряемости…” deyil,

 

 



…Приаразских  равнинах  годовое  количество  возможного  испарения…” 

yazılmalıdır.

 

 

Səhifə  38-də  3-cü  abzasda  “К  территории  Азербайджана  относится  и 



ряд…” deyil, На территорию Азербайджана входят ряд…” yazılmalıdır.

 

 



Səhifə  39-da  2-ci  abzasın  axırıncı  cümləsində  “…из-за  острой 

недостаточности влаги…” deyil, “…из-за нехватки влаги…” yazılmalıdır.

 

 



Səhifə  56-da  axırıncı  abzasda  “...с  коэффициентом  увлажнения  выше 

1…” deyil, “с коэффициентом увлажнения больше единицы…” yazılmalıdır.

 

 



Səhifə 58-də 7-ci abzasda “…коэффициент увлажнения составляет ниже

 

 



1.” deyil, “…коэффициент увлажнения бывает меньше единицы” yazılmalıdır.

 

 



Səhifə  59-da  1-ci  abzasda  “...юго-востоке  Самур-Девечинской 

низменности” deyil, юго-востоке Самур-Девечинской (Шабранской)

 

 



низменности” yazılmalıdır.

 

 



Səhifə  62-də  4-cü  abzasda  “Здесь  растут  держидерево…”  deyil,  “Здесь 

растут держи-дерево…” yazılmalıdır.

 

 



8

 



Səhifə 63-də 1-ci abzasda  “…70 видов эндемических деревьев…” deyil,

 

 



“…70 видов эндемичных деревьев…” yazılmalıdır.

 

 



Səhifə 64-də 6-cı abzasda 7 növ iynəyarpaqlı ağac olduğu qeyd olunub, lakin 

4-nün adı göstərilib.

 

 

Həmin    səhifədə    7-ci   abzasda    “...долголетнее   дерево…”   deyil,



 

 

“...многолетнее дерево…” yazılmalıdır.



 

 

Səhifə  65-də  3-cü  abzasda  “...насороги…”  deyil,  “…носороги…” 

yazılmalıdır.

 

 



Səhifə  66-da  4-cü  abzasda  “...является  “местом  стоянки”  для 

перелетных  птиц”  deyil,  “…является  естественным  пристанищем  для 

перелетных птиц yazılmalıdır.

 

 



Səhifə 68-də landşaftın təsnifatında dəqiqlik gözlənilməyib.

 

 



Həmin  səhifədə  3-cü  abzasda  “...на  карту-схему…”  deyil,  “…на 

картосхему...” yazılmalıdır.

 

 



Səhifə   73-də   4-cü   abzasda   “…Лянгебизского   хребтов…”   deyil,

 

 



“…Лянгябизского хребтов…” yazılmalıdır.

 

 



Səhifə 74-də 1-ci abzasda “...около 25-30%поверхности почвы покрыто 

растениями  deyil,  …около  25-30%  поверхности  почвы  покрыта 

растениями yazılmalıdır.

 

 



Səhifə  75-də  2-ci  cümlədə  “yulgun”  –  ağacın  adı  tərcümə  edilməyib   

“тамариск” yazılmalıdır.

 

 

Səhifə  76-da   1-ci  abzasda   “...территория  вдоль  реки  Куры”  deyil,



 

 

“…территория вдоль Куры” yazılmalıdır.



 

 

Səhifə  91-də  5-ci  abzasda    “Загатальско-Лагичский  район…”  deyil,

 

 

Загатала-Лагичский район…” yazılmalıdır.



 

 

Səhifə 98-də 1-ci abzasda  “Кюдри-Ширванский район…” deyil, Кюдрю-

 

 

Ширванский район…” yazılmalıdır.



 

 

 



2. Dizayn və bədii tərtibat baxımından

 

 



Səhifə 11-də ekzogen mənşəli relyef formalarından bəhs edilib. Həmin relyef 

formalarına  aid  sxem  və  şəkil  nümunələri  verilsə,  mövzu  şagird  üçün  asan  və 

maraqlı olar.

 

 



Səhifə  20-də  4-cü  şəkildə  “Faydalı  qazıntıların  xəritə-sxemi”ndə  verilən 

faydalı qazıntıların şərti işarələri ilə xəritədə verilən şərti işarələr bir-birinə uyğun

 

 

9



 


gəlmir. Belə ki, şərti işarələrdə verilmiş xromit filizinin işarəsi xəritə-sxemdə həm 

Kiçik  Qafqazda,  həm  də  Abşeronda  göstərilib.  Şərti  işarələrin  rənglərində 

qarışıqlıq var. Bunlara aydınlıq gətirilsə, yaxşı olar.

 

 



Həmin xəritə-sxemdəki materiallar mövzuda verilən materiallarla  uyğunlaşmır.

 

 



Məsələn, həmin səhifədə 3-cü abzasda Kəlbəcərdə Şorbulaq, Ağyataq, Löhçay və 

Laçın  rayonunda  Naxçıvanda  çoxlu  sayda  civə  yatağının  aşkar  edilməsi  barədə 

məlumat verilsə də, xəritə-sxemdə yalnız bir yerdə civənin şərti işarəsi göstərilib.

 

 



Səhifə  24-də  6-cı  şəkildə  “Yanvar  ayı  üçün  havanın  orta  aylıq 

temperaturunun (

0

C) xəritə sxemi”ndə xəritədəki rənglərin soyuq havaya uyğun 

göy rəngin çalarları ilə verilməsi məsləhətdir.

 

 

Səhifə  33-də  10-cu  şəkildə  “İqlim  tiplərinin  xəritə-sxemi”ndə  Talış 



dağlarının  yüksək  əraziləri  üçün  verilən  iqlim  yarımtipləri  –  (“Qışı  soyuq  keçən 

yarımsəhra  və  quru  çöl  iqlimi”,  “Yayı  quraq  keçən  soyuq  iqlim”  və  “Qışı  quraq 

keçən soyuq iqlim”) şəkilaltı yazılarda və xəritədə göstərilsə də, həmin mövzuda 

Talışın yüksək dağlıq ərazilərinin iqlim yarımtiplərinə istinad edilməyib. Həm də 

aşağıda  göstərilən  səhifələrdə  həmin  ərazinin  iqlim  yarımtiplərinin  adları  və  sayı 

müxtəlif cür yazılıb. Məsələn, səhifə 104-də 1-ci abzasda Talış dağlarının yüksək 

sahələrinə  yalnız  “Qışı  soyuq  yarımsəhra  və  quru  çöl  iqlimi”  verilib.  Səhifə 

106-da 6-cı abzasda kiçik sahədə - “Yayı quraq keçən soyuq iqlim, yarımsəhra 

 quru-çöl iqlimi” kimi yazılıb. Göründüyü kimi, eyni ərazi üçün verilən iqlim 

yarımtiplərinin sayı və adı müxtəlif verilib. Bunların dəqiqləşdirilməsi məsləhətdir.

 

 

Səhifə  35-də  11-ci  şəkildə  “Azərbaycan  Respublikasının  əsas  çaylarının 



xəritə-sxemi”ndə  Kür  və  Samur  çayından  çəkilmiş  kanalların  işarəsi  düzgün 

verilsə  də,  Araz  çayından  çəkilmiş  kanalların  işarəsi  bunlara  uyğun  gəlmir. 

Həmçinin  burada  Araz  çayı  üzərindəki Mil-Muğan  su  qovşağından  başlayan  Baş 

Mil  kanalının  da  verilməsi  yaxşı  olar.  Həmin  şəkildə  tranzit  çayların  respublika 

sərhədlərindən  kənarda  olan  hissəsi  göstərilməyib.  Bu  da  şagirdlərdə  həmin 

çayların  təyin  edilməsi  işini  çətinləşdirir.  Tranzit  çayların  respublikadan  kənarda 

olan hissəsinin xəritə-sxemdə göstərilməsi yaxşı olar.

 

 



Yenə  həmin  səhifədə  verilmiş  xəritədə  Naxçıvan  MR-in  ərazisində  Parağaçayın 

hansı əsas çayın qolu olması göstərilməyib. Əsas çayın adı yazılsa, yaxşı olar.

 

 

Səhifə 37-də 5-ci cədvəldə “Azərbaycanın tranzit çayları” verilib.  “Tranzit



 

 

çay” termini haqqında dərslikdə  məlumat verilsə, yaxşı olar.

 

 

 



 

10

 




Səhifə 38-də 6-cı cədvəldə Dəmiraparançayın qidalanmasının 50%-ni qar və 

buzlaq,  Türyançayın  qidalanmasının  isə  61%-ni  yeraltı  suların  təşkil  edildiyi 

yazılıb.  Dəmiraparançay  Türyançayın  əsas  qolu  olduğu  üçün  bunların  qidalanma 

mənbələrində belə böyük faiz fərqinin olması dəqiqləşdirilsə, yaxşı olar.

 

 

Həmin  cədvəldə  qar  və  buzlaqlarla  qidalanan  çaylara  Oxçuçayın  əlavə 



edilməsi məsləhətdir.

 

 



13-cü  paraqrafda  su  qovşaqlarının  su  anbarlarından  fərqli  cəhətləri  izah 

olunsa, yaxşı olar.

 

 

Dərsliyin torpaq xəritəsi ilə 8-ci sinif “Coğrafiya” atlasındakı torpaq xəritəsi 



arasında  xeyli uyğunsuzluq vardır.  Bu, mövzunun öyrənilməsini  çətinləşdirir.  Bu 

uyğunsuzluq aradan qaldırılsa, yaxşı olar.

 

 

Həmçinin torpaqların yüksəklik qurşaqları üzrə coğrafi paylanmasını əks etdirən



 

 

köməkçi



 

bir  qrafik  və  ya

 

sxemin  verilməsi  tədris  materiallarının   daha  asan



 

mənimsənilməsinə kömək göstərə bilər.

 

Səhifə 56-da 13-cü şəkildə “Torpaq xəritə-sxemi”ndə 3-cü şəkilaltı yazıda və

 

xəritədə



 

Naxçıvan MR-in

 

yüksək dağlıq əraziləri üçün verilən dağ-çəmən bozqır



 

 

torpaqlarına  həmin mövzuda istinad edilmir.



 

 

Səhifə 58-də sual və tapşırıqlarda verilən cədvəlin 1-ci qrafasındakı “Qonur 



və  qəhvəyi  torpaq”  ifadəsi  əvəzinə,  Qonur  dağ-meşə    qəhvəyi  dağ-meşə 

torpaqları cümləsi yazılsa, yaxşı olar.

 

 



Dərslikdə  dağ-cəmən, dağ-meşə və düzən torpaqlarının profilinin (kəsiminin)

 

 



verilməsi  (cəmi  3  profil)  illüstrativ

 

material  kimi  əyaniliyi



 

 



mövzunun

 

mənimsənilməsini artırar.



 

 

 



 

Səhifə  60-da  xəritə-sxemdə  12-ci  şəkilaltı  yazıda  verilən  “Şorangəli  və

 

efemerli yarımsəhralar”da “şorangəli” anlayışı dəqiqləşdirilsə, yaxşı olar.

 

Səhifə  60–61-də  dağ-bozqır  və

 

dağ-kserofit   bitkilərinin



 

yayıldığı  ərazilər

 

 

haqqında geniş məlumat verilsə də, səhifə 60-da 14-cü şəkildəki xəritə-sxemdə və 



7-ci şəkilaltı yazıda bu bitkilər ancaq dağ-kserofit bitkiləri kimi göstərilib. Xəritə-

 

 



sxemdə dağ-bozqır bitkilərinə istinad edilməyib. Talış dağlarında və

 

Naxçıvanda



 

dağ-kserofit  bitkilərinin  yayıldığı  ərazilərdə   verildiyi  rənglə  digər

 

dağ-kserofit



 

 

bitkilərinin  rəngi  üst-üstə  düşmür.  Xəritədə  Naxçıvanda  həmin  bitkilərin  aid 



olduğu ərazilərdə “7” rəqəmi yazılsa, yaxşı olar.

 

 



11-ci paraqrafda əsas çayların hidroloji xüsusiyyətlərini əks etdirən cədvəl verilsə, 

mətn yığcam olar və şagirdlərin cədvəl üzrə müstəqil işləmə imkanları artar.

 

 

11



 


11  və  13-cü  paraqraflarda  cədvəl,  sxem  və  şəkillərin  olmaması  mövzunun 

mənimsənilməsini şagirdlər üçün çətinləşdirir . Həmin paraqraflarda cədvəl, sxem və

 

 

şəkillərin verilməsi yaxşı  olar.



 

 

Səhifə  82-də  18-ci  şəkildə  “Qoruq,  yasaqlıq  və  milli  parklar”  xəritə-sxemində 

Qarayazı qoruğu Kür çayının hər iki sahilində verilib. Amma 8-ci sinfin atlasında Kür 

çayının sol sahilində göstərilib. Bunların dəqiqləşdirilməsi məsləhətdir.

 

 

Səhifə 86-da  20-ci şəkildə  “Böyük Qafqaz  dağlarının  iqlim  göstəriciləri” 



diaqramında Qırız, Əlibəy, Muğanlı məntəqələrini şagirdlərin yaxşı tanıması üçün 

yerləşdiyi inzibati rayonların adının göstərilməsi məsləhətdir.

 

 

Dərslikdəki bəzi paraqraflarda (1, 3, 11, 12, 13, 19, 23, 25) və səhifələrdə (19, 



53,  54,  57,  87,  91,  93,  99,  100,  108,  109)  heç  bir  illüstrativ  material  yoxdur. 

İllüstrativ materiallar minimum zəruri həcmdən (40%) az olmamalıdır. İllüstrativ 

materialların artırılması şagirdlərin dərsliyə marağını daha da artırar.

 

 



Paraqraf və bölmələrin sonunda şagirdlər üçün yeni olan söz və anlayışların 

izahı verilsə, yaxşı olar.

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



12

 

 



Document Outline

  • page5
  • page7
  • page9
  • page11
  • page13
  • page15
  • page17
  • page19
  • page21
  • page23

Yüklə 137,51 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə