Allahi Razi Salan İman



Yüklə 367,03 Kb.
Pdf görüntüsü
səhifə12/16
tarix24.12.2017
ölçüsü367,03 Kb.
#17764
1   ...   8   9   10   11   12   13   14   15   16

41

İbranilərə Məktubun başqa bir yerində “təsdiq etdiyimiz ümidi 



möhkəm  qoruyub  saxlayaq,  axı  vəd  verən  Allah  sadiqdir

[118]


 

deyə yazılmışdır. Burada biz yenə təsdiq etdiyimizi (amma bu dəfə 

imanı deyil ümidi) möhkəm qoruyub saxlamaq barədə oxuyuruq. 

Demək, bu ümidimizi, bu imanımızı itirə bilərik ki, onu qoruyub 

saxlamaq vacibdir. Bu ayə ən önəmli həqiqəti yadımıza salır: Vəd 

verən Allah sadiqdir! Bilirsiniz, bu nə deməkdir? Bu deməkdir 

ki, siz Allahı axtarsanız, Allahla görüşmək üçün Onu səsləsəniz, 



mütləq sizinlə görüşəcək! Siz tam etimadla Allahın hüzuruna 

daxil olmağa çalışsanız, Allahın hüzurundan başqa bir yerə 



düşməyəcəksiniz! Vəd verən Allah sadiqdir! Onun vədi nədir? 

Əbədi həyat, Ən Müqəddəs yerə aparan yolun açıq olması, Müqəddəs 

Ruhun verilməsi və s. Allah sizə vəd verib ki, siz Onu yaxından 

tanıyacaqsınız!

Sadiq olan Allahımız bizə təsdiq etdiyimiz imanı qoruyub 

saxlamağqda kömək olacaq, amma biz də gərək Ona imanla tabe 

olaq. O bizə Onunla ünsiyyətdə olmağı öyrədir, lakin eyni zamanda 

başqa imanlılarla ünsiyyətdə olmağı da buyurur. Oxuduğumuz 

parçanın davamı belədir: “Bir-birimizi  məhəbbətə  və  xeyirxah 

əməllər  etmək  üçün  necə  həvəsləndirmək  haqqında  fikirləşək. 

Bəzi  adamların  vərdiş  etdiyi  kimi  birgə  yığışmağımızı  tərk 

etməyək.  Lakin  qiyamət  gününün  yaxınlaşdığını  gördükcə  bir-

birimizi daha çox ruhlandıraq

[119]


. Demək, Allaha yaxınlaşarkən 

unutmayaq ki, O bizə Tövrat, Zəbur və İncildə yazılmış Kəlamı 

vasitəsilə və eləcə də başqa imanlıların dili ilə danışır.

Yaşadığımız indiki şər dövrdə yeganə ümid işığı, Müqəddəs 

Kitabda yazılan peyğəmbərlik sözləri, Allahın vədləridir: 

Peyğəmbərlərin  sözləri  bizim  üçün  daha  inandırıcıdır.  Bu 



sözlərə  diqqət  verirsinizsə,  yaxşı  edirsiniz.  Onlar  səhər  açılıb 

dan  ulduzu  ürəklərinizdə  doğana  qədər  qaranlıq  yerdə  işıq 

saçan  bir  çırağa  bənzəyirlər

[120]


. Bu vədlər “müəyyən  vaxt 

üçündür,  başa  çatmağa  tələsir  və  yalan  deyil.  Sanki  gecikir, 

[118]


  İbranilərə 10:23

[119]


  İbranilərə 10:24–25

[120]


  2-ci Peter 1:19


42

amma  gözləyin,  çünki  hökmən  gələcək,  gecikməyəcək.  Budur, 

məğrurların niyyətləri düzgün deyil, amma saleh adam imanı ilə 

yaşayacaq...

[121]


 Həmin vədlərin ən böyüyü, Məsihin ikinci gəlişi, 

dünyanın axırı və “salehliyin sakin olacağı yeni göylər və yeni 



yer”dir

[122]


. Məhz buna görə İbranilərə Məktubda Habaqququn bu 

qədim peyğəmbərliyi təkrarlanır: “Bir az müddətdən sonra Gələn 



gələcək, gecikməyəcək. Amma saleh adamım imanla yaşayacaq. 

Əgər  geri  çəkilsə,  ondan  razı  qalmayacağam

[123]


. İnanın, vaxt 

az qalıb, ancaq “Allahın iradəsini yerinə yetirib vəd olunan şeyi 



almaq üçün sizin tab gətirməyə ehtiyacınız var

[124]


. Bir az da bu 

dünyada imanla yaşayaq, şərə, haqsızlığa, əziyyətlərə dözək. Hər 

şeyə qadir olan və hər şeyi bilən Allah bizə deyir ki, O nə etdiyini 

bilir və hər şey yaxşı olacaq. Biz də Ona ümid bağlayacağıq, sadiq 

olduğuna axıradək tam əmin olacağıq. Vəd Edəni sadiq sayanlar 

xilas, saymayanlar isə həlak yolundadırlar. Bu kitabı yazmaqda əsas 

məqsədim budur ki, biz İbranilərə Məktubun müəllifi ilə birlikdə 

elan edək: “Biz isə geri çəkilib həlak olanlardan deyilik



iman edib canlarının xilasına nail olanlardanıq

[125]


.

[121]


  Habaqquq 2:3–4

[122]


  2-ci Peter 3:13

[123]


  İbranilərə 10:37–38

[124]


  İbranilərə 10:36

[125]


  İbranilərə 10:39


43

İmanla yeni həyata doğru

Budur, Mən təzə bir şey edirəm...

[126]


İmanla yaşamaq istəyiriksə, həmişə yeni şeylərə hazır olmalıyıq. 

Bizim Allahımız qeyri-məhduddur, möcüzələri də təkraredilməzdir. 

Əsrlər boyu yaşamış mömin insanlar Allahın etdiyi təzə şeylərin 

şahidi olmuşlar. Biz Allahın keçmişdə gördüyü işlərin eynisini bu 

gün edəcəyini gözləməməliyik. Allahın bizim dövrümüzdə, bizim 

həyatımızda, bizim nəslimiz üçün yeni şeylər edəcəyini gözləməliyik.

Xanoka qədər bütün insanlar ölmüşdü, Xanok isə diri-diri Allahın 

yanına aparıldı. Nuh Xanok kimi Allahı sevən saleh adam olsa da, 

Xanok kimi ölməyəcəyini gözləmədi. O, Allahın şəxsən ona dediyi 

sözə diqqət yetirib gəmi tikdi və ailəsi ilə birlikdə xilas oldu. Bəlkə, 

İbrahim də Xanok kimi ölmədən Allahın yanına gedəcəyini və ya 

Nuh kimi bir gəmi tikəcəyini zənn edə bilərdi. Lakin o, bunu etmədi, 

əksinə, Allahdan təzə vədlər, təzə əmrlər, təzə iman aldı.

İman, Allahın əvvəl heç vaxt olmamış təzə şeylər edəcəyinə 

inanmaq deməkdir. İmanımız bizi Allahdan yeni, qeyri-adi şeylər, 

inanılmaz möcüzələr, indiyədək insanın ağlına gəlməmiş işlər 

edəcəyini gözləməyə vadar edir.

İsa dedi: “Sizə doğrusunu deyirəm: əgər siz yolunuzdan dönüb 



uşaqlar  kimi  olmasanız,  Səmavi  Padşahlığa  əsla  daxil  ola 

bilməzsiniz.  Beləliklə,  kim  bu  uşaq  kimi  özünü  aşağı  tutarsa, 

Səmavi  Padşahlıqda  ən  böyüyüdür

[127]


. Əziz qacı-qardaşlarım, 

imansızlıq, qorxu və şübhədən əl çəkin! Rəbbin sözlərini uşaq kimi 

qəbul edin! Saf ürəklə Rəbbə inanın! İnanın ki, Rəbb sizin vasitənizlə 

Öz qüdrətini göstərəcək və siz Onun fövqəltəbii işlərinin şahidi və 

hətta iştirakçısı olarsınız. Bunun üçün dua edin, oruc tutun, Allahı 

axtarın, Ona yaxınlaşın; O sizə bir şey buyuranda və yol verəndə, 

[126]

  Yeşaya 43:19



[127]

  Matta 18:3–4




Yüklə 367,03 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə