Allahi Razi Salan İman



Yüklə 367,03 Kb.
Pdf görüntüsü
səhifə13/16
tarix24.12.2017
ölçüsü367,03 Kb.
#17764
1   ...   8   9   10   11   12   13   14   15   16

44

belə fürsətlərdən istifadə edin. Fəal olun! Hərəkət edin! Hələ neçə-

neçə “Qırmızı dənizlər” sizin önünüzdə yarılacaq, neçə-neçə “quru 

səhralarda” sular axacaq, kor gözlər açılacaq və qoxumuş “Lazarlar” 

qəbirlərindən çıxacaqlar!

Əvvəlki  şeyləri  yada  salmayın,  köhnə  hadisələr  barəsində 



düşünməyin. Budur, Mən təzə bir şey edirəm, O artıq baş verir, 

məgər  siz  bunu  başa  düşmürsünüz?  Bəli,  Mən  çöllükdə  yol 

salacağam, quru torpaqda çaylar yaradacağam... Bu xalqı Mən 

Özüm üçün yaratdım ki, Mənə həmdlər söyləsin...

[128]


[128]

  Yeşaya 43:18–21




45

Müasir iman qəhrəmanları

Allahın  kəlamını  sizə  danışan  rəhbərlərinizi  yada  salın. 

Onların  həyat  tərzinin  nəticəsinə  baxıb  imanlarını nümunə 

olaraq götürün

.  İsa  Məsih  dünən,  bu  gün  və  əbədi  olaraq 

eynidir

[129]


. İsa Məsih Nuhun, Musanın, Həvarilərin dövrlərində 

olduğu kimi, indiki dövrdə də eynidir və əbədi olaraq eyni olacaqdır. 

İsanın iman yolunu tutan, bizə nümunə olan iman qəhrəmanları 

təkcə keçmişdə yaşamamışlar, indi də yaşayırlar. Buna görə də bu 

kitabın son hissəsini bizim dövrümüzdə, yəni keçən əsrdə yaşamış 

iman qəhrəmanlarına həsr edirəm. Onlardan bəziləri indi, XXI əsrin 

ilk illərində hələ də yaşayırlar. Müxtəlif ölkələrdə anadan olmuş, 

ayrı-ayrı məsihçi məzhəblərinə mənsub olan bu insanların bir ümumi 

xüsusiyyəti Məsihə iman edərək Allaha yaxınlaşması və Allahı şəxsən 

tanımasıdır. Mən çoxlu müasir iman qəhrəmanlarının həyatı barədə 

oxumuşam, lakin bir neçəsi məni dərindən təsir etmişdir. Burada 

mən XX əsrdə xidmət etmiş və XXI əsrin ilk illərində dünyasını 

dəyişmiş baptist rus imanlısı Mixail Xorev, lüteran rumıniyalı pastor 

Riçard Vurmbrand və şəxsən tanımaq şərəfinə nail olduğum, hələ 

də sağ olan misirli presviterian ağsaqqal doktor Menis Əbdünnurun 

həyatından bir neçə səhifə yazacağam. Biz bu imanlı qardaşların 

həyat tərzinin nəticəsinə baxıb” imanlarını nümunə olaraq götürə 

bilərik. Bizdən əvvəl iman yolunda yerimiş bu imanlıların estafeti 

bizə keçir, onların bizə ötürdükləri “iman məşəlini” gələcək nəslə 

layiqincə ötürməkdən biz məsuliyyət daşıyırıq. Gəlin, onlardan iman 

dərsi götürək:

1. Mixail Xorev və atası

Həvari Paul Timoteyə “Səndəki riyasız imanı yadıma salıram. 

Əvvəlcə nənən Loida və anan Evnikinin saxladığı bu imanı, əminəm 

ki, sən də saxlayırsan

[130]


 — yazmışdır. Rus baptist cəmiyyətinin 

[129]


  İbranilərə 13:7–8

[130]


  2-ci Timoteyə 1:5


46

üzvü Mixail Xorev də öz atasının saxladığı imanı saxlayıb, onun 

tutduğu yolu tutub. Atasının bu dünyada ömrü nisbətən qısa oldu. 

İmanla yaşayan bu adam ölümü də imanla qarşıladı. 1939-cu ildə 

Rusiyanın Sverdlovsk vilayətinin Tavda şəhərindəki həbsxanada 

vəfat etdi.

O dövrdə Stalin rejimi möminləri təqib edirdi. Mixail Xorevin 

ata-anasının pasportlarını əllərindən aldılar. Dörd uşaq atası olan 

bu adam Rəbbə saf ürəklə etibar edərək çətin vaxtlarda dəfələrlə 

Rəbbin möcüzəli köməyinin şahidi olmuşdu.

Dörd uşağın ən kiçiyi olan Mixail doğulanda həkimlər onun 

gözlərinin çox zəif görəcəyini, yaxud tamamilə kor olacağını 

söylədilər. Bunu öyrənən ata körpəni qucağına götürüb dedi:

 

— İndi biz Rəbbin ailəmizə verdiyi bu gözəl hədiyyəyə görə şükür 



edəcəyik!

Ana etiraz etdi:

 

— Düzdür, amma bir yandan bu bizim üçün sevinc deyil, kədərdir. 



Axı oğlumuz xəstədir... Hələ bilmək olmur, bəlkə kor oldu!

 

— Əzizim, sən razısanmı ki, Rəbb heç vaxt səhv etməz?



 

— Sözsüz. Səhv etməz, amma...

 

— Doğrudan, bizim oğlumuz başqa uşaqlar kimi sağlam deyildir, 



lakin xəstəliyi istisnadır. Elə deyil?

 

— Elədir, amma...



Ata ananın etiraz etməsinə imkan vermirdi:

 

— Əgər Allahın iradəsi olmadan başımızdan bir tük belə düşmürsə, 



onda bu işdə də Allahın bir planı var. Biz də bu gözəl planına görə 

Allahımızı izzətləndirəcəyik.

Mixailin valideynləri diz çöküb dua etdilər, gözəl planı üçün Allaha 

şükür etdilər. Mixailin atası İvan Xorev imanla gələcəyə baxıb 

oğlunun həyat yolu üçün şükür etdi.



47

Mixail Xorev hələ balaca ikən atasının etdiyi bir söhbət ürəyində 

dərin iz buraxmışdır. Onlar Leninqrad (hazırda Sankt-Peterburq) 

şəhərində yaşayırdılar. Bütün imanlı rəhbərlər və fəal xidmətçilər 

həbs edilmişdilər. Mixailin atası da gec və ya tez həbs ediləcəyini 

gözləyirdi. O, Rəbb İsa Məsihin yolunda əzablara və ölümə hazır idi. 

Bir gün o, uşaqlarına belə dedi:

 

— Uşaqlar, mən uzaq yola çıxıram. Evə qayıdıb-qayıtmayacağımı 



da bilmirəm. Yalnız Rəbb bilir, bu yolda məni nə gözləyir. İndi bu 

yola çıxmamışdan qabaq sizinlə danışmaq istəyirəm ki, harada 

görüşəcəyik. İstəyirəm, biz bir-birimizi itirməyək, həmişə birlikdə 

olaq. İnsanlar univermağa, bazara, vağzala, yaxud başqa bir 

izdihamlı yerə gedəndə əvvəlcədən danışırlatr ki, işdir, bir-birini 

itirsələr, harada görüşəcəklər. Misal üçün, bazarın girişində, vağzalın 

məlumat bürosunun yanında və sairə. Güman ki, biz də qısa müddət 

üçün bir-birimizi itirərik. Buna görə mən təklif edirəm, “Ağ Taxt”ın 

yanında görüşək. Səmavi Yerusəlimə girən kimi İsa Məsihin oturduğu 

Ağ Taxtın yanına gəlin. Orada mən sizi gözləyəcəyəm. Biz orada 

görüşəndən sonra artıq heç vaxt bir-birimizdən ayrılmayacağıq.

O söhbətdən üç-beş gün keçmiş onların evlərinə Rusiyanın “Daxili 

işlər xalq komissarlığı”ndan (NKVD) adamlar gəldilər və Mixailin 

atasını apardılar. O getməmişdən əvvəl ailəsi ilə birlikdə son dəfə 

dua etdi:

 

— Ya Rəbb, mən həyat yoldaşımı və uşaqlarımı çox sevirəm. Ailə 



ocağım mənə çox əzizdir. Amma dünyada ən çox Səni sevirəm

ona görə də əzablı dar yolu seçmişəm. İndi öz ailəmi, onların bütün 

ehtiyaclarını Sənə tapşırıram. Allahım, Sən sadiqsən, vədlərini 

həmişə yerinə yetirirsən. Bu qürbətimin vaxtı sona çatandan sonra 

Sənə izzət vermək üçün Sənin taxtının qarşısında duracağam və 

ailəmi də orada görəcəyəm. Bu gün mənə verdiyin bu ümidə görə 

Sənə şükür edirəm. Qoy bu ayrılığımızda Sənin adın izzətlənsin!

Bundan sonra uşaqlar öz atalarını bircə dəfə gördülər. Sovet 

hökuməti onların həbsxanada ataları ilə qısa görüş keçirmələrinə 

icazə verdi. Dörd uşaqla ana həbsxanaya çatanda anaya belə dedilər:




Yüklə 367,03 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə