Allahi Razi Salan İman



Yüklə 367,03 Kb.
Pdf görüntüsü
səhifə8/16
tarix24.12.2017
ölçüsü367,03 Kb.
#17764
1   ...   4   5   6   7   8   9   10   11   ...   16

28

Bunların hamısı... özlərinin yer üzündə yad və qərib olduqlarını 



təsdiq etdilər. Axı belə sözləri deyənlər bir vətən axtardıqlarını 

göstərirlər.  Əgər  onlar  çıxdıqları  ölkə  barəsində  düşünsəydilər, 

qayıtmağa imkanları olardı. Amma əslində onlar daha yaxşı bir 

ölkəni, yəni səmavi vətəni arzu edirdilər. Buna görə Allah Özünü 

onların  Allahı  adlandırmaqdan  utanmır,  çünki  O  onlar  üçün 

şəhər hazırlamışdır

[83]


. Ey iman yolu ilə gedənlər, cəsur olun! Bu 

dünyada əziyyət çəkirsiniz, insanlar sizi başa düşmür, rədd edir, 

söyür, gülürlər, siz isə daha yaxşı bir ölkəni arzu edirsiniz. Allahdan 

utanmayın, imanla danışın, şəhadət edin! O da sizdən utanmayacaq, 

sizin haqqınızda “Mən onun Allahıyam” deyəcək. Arxayın olun! 

Rəbb sizə dünyəvi insanların yuxusunda belə görmədiyi şəhər 

hazırlamışdır!

Lazım olsa evinizi, şəhərinizi, ölkənizi tərk etməyə hazır olun. 

Dua edin, Allahın məsləhətini öyrənin. Ehtimal var ki, Allah sizi 

harasa getməyə, Müjdəsini başqa yerlərdə yaymağa çağırar. İman 

adamının çamadanı həmişə hazırdır!

İbrahim “hara getdiyini bilməyərək” yola çıxdı. Allaha yaxınlaşan 

insan çox vaxt hara getdiyini bilmir, ancaq Rəbbə inanır və Rəbbin 

göstərdiyi yerə addımbaaddım irəliləyir.

Hər kəs əmin-amanlıq arzulayır. Öz gələcəyini planlaşdırmaq, 

büdcəsini hazırlamaq, təmin olunmuş həyat sürmək arzusu 

hamımıza tanışdır. Lakin adamın təminatı olanda Rəbbə ehtiyacı 

qalmır. O, bank hesabına, iş yerinə, planlarına və s. ümid bağlayır. 

Allah isə bizimlə inam və sədaqət münasibəti qurmaq istəyir. O bizi 

bilərəkdən elə vəziyyətlərə salır ki, biz Ondan yapışaq, sədaqətinə 

inanaq, Ona ümid bağlayaq. Biz hara getdiyimizi bilməyərək İsa 

Məsihin ardınca getməyə məcbur oluruq. Allah sadiqdir. Allaha 

ümid bağlamaq olar. Elə buna görə İbrahimin həyat yoldaşı Sara 

qocalığında İshaqı dünyaya gətirməyə qadir oldu. “Sara özü sonsuz 



və yaşı ötmüş olduğu halda iman vasitəsilə nəsil yaratmaq üçün 

güc aldı, çünki vəd Edəni sadiq saydı

[84]


. İmanın sirrini açan 

[83]


  İbranilərə 11:13–16

[84]


  İbranilərə 11:11


29

“açar” bu sözlərdə tapılır: vəd Edəni sadiq saymaq. Allahı sadiq 

sayanlar, ilahi vədlərinə ümid bağlayan möminlər mütləq ehtişamını 

görürlər. Allahın sədaqətindən, vədlərini yerinə yetirəcəyindən şübhə 

edənlər isə imanla yaşaya bilmirlər və Allahın ehtişamını görmürlər.

Musa  doğulanda  anası  və  atası  iman  vasitəsilə  onu  üç  ay 



gizlətdilər. Çünki onlar uşağın gözəl olduğunu görüb padşahın 

fərmanından qorxmadılar. Musa böyüyəndən sonra firon qızının 

oğlu  adlanmaqdan  iman  vasitəsilə  imtina  etdi.  Günahdan 

müvəqqəti  zövq  almaqdansa  Allahın  xalqı  ilə  birlikdə  əzab 

çəkməyi  üstün  tutdu.  Məsih  naminə  çəkdiyi  təhqiri  Misir 

xəzinələrindən  daha  böyük  var-dövlət  saydı,  çünki  alacağı 

mükafata gözünü dikmişdi. İman vasitəsilə padşahın qəzəbindən 

qorxmayıb  Misirdən  çıxdı,  çünki  o,  gözə  Görünməyəni  sanki 

görmüş  kimi  möhkəm  dayandı.  İman  vasitəsilə  Musa  Pasxa 

qurbanının  kəsilməsini  və  onun  qanının  çilənməsini  həyata 

keçirtdi ki, ilk doğulanları öldürən məhvedici mələk İsraillilərə 

toxunmasın. İman vasitəsilə İsraillilər Qırmızı dənizdən qurudan 

keçən kimi keçdilər. Misirlilər də bunu etməyə cəhd etdilər, amma 

boğuldular

[85]


. Musa qorxmadı; Musa müvəqqəti zövq almaqdan 

imtina etdi; Musa möhkəm dayanıb böyük möcüzələr gördü. 

Niyə? Çünki “alacağı mükafata gözünü dikmişdi”. Çünki “gözə 

Görünməyəni sanki görmüş kimi” idi! Allahı razı salan iman budur.

Əziz bacı-qardaşlar, ürəyinizi yoxlayın: siz bizi yaradan gözəl Şəxsə 

zövq verməyi arzu etmisinizmi? “Ya Rəbb, Səni çox sevirəm və razı 

salmaq istəyirəm”  — deyə dua etmisinizmi? İncildən sizə aydın 

cavab verilir. Musa kimi saf ürəklə Allaha iman edin. Alacağınız 

mükafata gözünüzü dikərək bütün qorxulara qalib gəlin. Əziyyətdən 

qorxmayın, səlahiyyətli adamların qəzəbindən qorxmayın, Allahın 

dediyini cəsarətlə yerinə yetirin. Ona imanla yaxınlaşın. Gözünüzlə 

görmədiyiniz həqiqətlərə əmin olun. İnanın ki, izzətli Yaradan Özü 

sizə yaxınlaşır. Onu görmədiyiniz halda Ona imanla yaxınlaşın, sanki 

Onu öz gözünüzlə görürsünüz. Onda siz iman qəhrəmanı olacaqsınız 

və Rəbbin izzətini, inanılmaz möcüzələrini mütləq görəcəksiniz.

[85]

  İbranilərə 11:23–29




30

İman  vasitəsilə  İsraillilər  yeddi  gün  Yerixonun  ətrafında 



gəzdikdən  sonra  onun  divarları  yıxıldı.  İman  vasitəsilə  fahişə 

Raxav casusları dostcasına qarşıladığı üçün itaətli olmayanlarla 

birgə  həlak  olmadı

[86]


. Tövratda Yeşua kitabının 6-cı fəslində 

iki İsrailli casusun gizlicə Yerixo şəhərinə gələndə Raxav adında 

bir fahişənin evində qaldığını oxuyuruq. Sonra Yerixo padşahına 

İsrail xalqının casuslarının gəldikləri xəbər verildi və o, Raxavdan 

həmin adamları çıxartmağı tələb etdi. Əvvəllər özünü pula satan 

Raxav bu vaxt ona bir quruş pul verməyən casusları gizlətmişdi 

və padşahdan belə qorxmamışdı. Çünki ürəyində iman yaranmışdı. 

Raxav israilli casusları buraxmazdan əvvəl onlara belə dedi: “Mən 



bilirəm ki, Rəbb bu torpağı sizə verib. Siz bizi dəhşətə saldınız və 

bu torpağın bütün sakinləri sizin qarşınızda əsir. Çünki Misirdən 

çıxdığınız  zaman  Rəbb  Qırmızı  dənizin  sularını  qarşınızda 

necə  qurutduğunu  ...eşitmişik.  Biz  bunları  eşidəndə  ürəyimiz 

qorxuya düşdü və vahimənizdən heç kimin taqəti qalmadı; çünki 

Allahınız Rəbb yuxarıda göyün və aşağıda yerin Allahıdır...

[87]


 

Bundan sonra Raxav israillilərdən ona xeyirxahlıq etməyi xahiş etdi. 

6-cı fəsildə israillilərin Yerixo şəhərini ələ keçirdiyini və Raxavla 

ailəsindən başqa bütün xalqı məhv etdiklərini oxuyuruq.

Bütün Yerixo əhalisi israillilərin Allahı haqqında eşitmiş və qorxuya 

düşmüşdü. Lakin Raxavdan başqa heç kimin Allaha imanı olmadı. 

Heç kim İsraillilərin Allahı qarşısında diz çöküb günahlarından tövbə 

edərək İsrail xalqına təslim olmaq istəmədi. Bir yandan Raxavın 

hərəkətini xəyanət hesab etmək olar. Ancaq onun öz millətinə qarşı 

işləyən casusları qəbul etməsi şərəfsizliyindən deyil idi. Əksinə, bu 

qadın bütün millətləri yaradan Rəbbi öz millətindən üstün saydı və 

Ona sadiq qalmaq istədi. Öz xalqını, millətini sevən, onun yolunda 

canını verməyə hazır olan adam tərifə layiqdir. Lakin millətin öz 

yeri var, Allahın da Öz yeri. Millət insandır. İnsana pərəstiş etmək 

isə günahdır. Əgər xalqınızla Yaradanınız arasında seçməli olsanız, 

Rəbbə iman etdiyiniz üçün millətinizə qarşı durmalı olsanız, nə 

[86]

  İbranilərə 11:30–31



[87]

  Yeşua 2:9–11




Yüklə 367,03 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə