Allahi Razi Salan İman



Yüklə 367,03 Kb.
Pdf görüntüsü
səhifə9/16
tarix24.12.2017
ölçüsü367,03 Kb.
#17764
1   ...   5   6   7   8   9   10   11   12   ...   16

31

edəcəksiniz? Sizcə, insan ən birinci kimə sadiq qalmalıdır — xalqına, 

yoxsa Yaradanına?

Raxav eşitdi və inandı. Raxav öz xalqının faciəli aqibətini başa 

düşdü və Allahsız millətlə birlikdə məhv olmaqdansa Rəbbə təslim 

olmağı qərara aldı. Başqa yerixolular Allahın Yerixonu İsrail xalqının 

əlinə verəcəyinə əmin deyildilər. Bəlkə də, Yerixonun möhkəm 

divarlarına ümid bağlamışdılar. Raxav isə iman vasitəsilə Allahın 

hər şeyə qadir olduğuna və İsrail xalqının Yerixonu ələ keçirəcəyinə 

əmin idi. Odur ki, Raxav israillilərə qoşulub xilas oldu.

Bu qadın, fahişə olmasına baxmayaraq, Allahın ona rəhm edəcəyinə 

inanırdı. Onun hərəkətləri imanından irəli gəlirdi. İmanı onu xilas 

etdi. İndiyədək hansı günahlarınız olubsa, nə qədər əxlaqsızlıq 

etmisinizsə, hətta qatil, yaxud fahişə olmusunuzsa belə, Allah sizi 

xilas edə bilər. Bu imansız nəsillə birlikdə məhv olmalı deyilsiniz! 

Raxav kimi əxlaqsız qadın dəyişilib iman qəhrəmanı olubsa, Şaul 

kimi qatil müqəddəs həvari Paula çevrilibsə, Şimon kimi İsanı üç 

dəfə inkar edən qorxaq və imansız adam müqəddəs həvari Peter 

olubsa, siz də bütün şübhələrinizi bir kənara atıb sidq ürəkdən 

Allahın sadiqliyinə iman etsəniz, özünüzü Ona həsr etsəniz, O sizi 

xilas edəcək və müasir iman qəhrəmanlarından biri edəcəkdir!

Daha nə deyə bilərəm? Gideon, Baraq, Şimşon, İftah, Davud, 



Şamuel  və  başqa  peyğəmbərlər  barəsində  danışsam  vaxtım 

çatmaz. İman vasitəsilə onlar padşahlıqları məğlub etdilər, ədaləti 

icra etdilər, vədlərə nail oldular, aslanların ağızlarını bağladılar, 

şiddətli alovu söndürdülər, qılıncın ağzından qaçdılar, zəiflikdən 

qüvvətləndilər,  döyüşdə  güclü  oldular,  yadellilərin  ordularını 

qovdular.  Qadınlar  öz  ölülərini  dirilmiş  geri  aldılar.  Başqa 

adamlar isə işgəncə çəkəndə qurtuluşdan imtina etdilər ki, dirilib 

daha  yaxşı  həyata  nail  olsunlar.  Başqaları  da  təhqir  olunub 

döyüldülər, habelə zəncirlərə və həbslərə məruz qaldılar. Onlar 

daşqalaq  edildilər,  mişarlanıb  bölündülər,  qılıncdan  keçirilib 

öldürüldülər.  Qoyun  dərisinə  və  keçi  gönünə  bürünərək  gəzib-

dolandılar,  yoxsulluğa,  əzab-əziyyətə  məruz  qaldılar.  Dünya 

onlara layiq deyildi. Onlar səhralarda, dağlarda, mağaralarda və 


32

yeraltı oyuqlarda dolanıb gəzdilər. Onların hamısı iman vasitəsilə 

müsbət  şəhadət  aldı,  amma  vəd  edilənə  nail  olmadılar.  Çünki 

Allah bizim üçün daha yaxşı şey hazırlamışdır ki, onlar bizsiz 

kamilliyə çatmasın

[88]


. İman qəhrəmanları fəsli (İbranilərə 11) bu 

sözlərlə qurtarır. Bəli, bütün iman qəhrəmanlarından danışmağa 

vaxtımız çatmaz. Biz qədim zamanlarda yaşamış imanlılardan bir 

neçəsini nəzərdən keçirmişik və daha sonra bəzi müasir imanlılardan 

da bəhs edəcəyik. Ancaq İbranilərə Məktubun 11-ci fəslinin son 

hissəsi bizə çox mühüm bir həqiqəti öyrədir.

Bəzi şirindilli müəllimlər adamın bu dünyada imanla həmişə 

uğurlu olacağını iddia edirlər. Həqiqətən də, İbranilərə Məktubun 

11-ci fəslini oxuyanda 35-ci ayəyə qədər imanla qələbə çalan, böyük 

uğurlar əldə edən qəhrəmanların təsvir olunduğunu görürük. Ancaq 

Rəbbimiz İsaya əzab çəkdirən bu qaranlıq dünyada həmişə uğurlu 

olacağımızı və qələbə çalacağımızı düşünmək səhvdir. 36-cı ayədən 

sonra imanla yaşadıqları halda əzilən, söyülən, döyülən, əzab çəkən 

və “vəd edilənə nail olmadan” ölən Allah adamları təsvir olunur. Bu 

dünyada müharibədə qələbə çalan veteranlara qəhrəman deyildiyi 

kimi, qələbəni görmədən döyüşdə can verən şəhidlərə də qəhrəman 

deyilir. Axırda qələbə hər ikisinin qələbəsi sayılır. Biz də imanla 

yaşayırıqsa, bu dünyada zahiri qələbələr çala bilərik və eləcə də 

məğlub olmuş kimi görünə bilərik. Belə məğlubiyyət müvəqqətidir, 

İsa Məsihin çarmıx ölümünə bənzəyir. Üç gün sonra dirilmə təntənəsi 

oldu! Bu gün Məsihə sadiq qaldıqları üçün əzab çəkən və hətta şəhid 

edilən imanlılar bu dünyanın gözündə uğursuzdurlar, həqiqətdə isə 

onlar çarmıxda ölmüş Məsih kimi diriləcəklər! Elə buna görə İsa 

Məsihə “imanımızın Banisi və Kamilləşdiricisi

[89]

 deyilir. Növbəti 



bölmədə biz İsa Məsihin imanından danışacağıq.

[88]


  İbranilərə 11:32–40

[89]


  İbranilərə 12:2


33

İman yolunda kamil Nümunə İsa Məsih

Buna görə bu qədər böyük şahidlər buludu ilə əhatə olunduğumuz 

üçün biz hər bir yükü və bizi asanlıqla çaşdıran günahı tərk edib 

qarşımızdakı  yarışda  dözümlə  qaçaq.  Gözümüzü  imanımızın 

Banisi və Kamilləşdiricisi olan İsaya dikək. O, qarşısına qoyulan 

sevincə görə rüsvayçılığı heç sayıb çarmıxa çəkilməyə tab gətirdi 

və Allahın taxtının sağında oturdu. Günahkarlardan Ona qarşı 

olan  bu  qədər  düşmənçiliyə  dözən  Şəxs  barəsində  düşünün  ki, 

yorulub ruhdan düşməyəsiniz

[90]


. İmanları üçün müsbət şəhadət 

alan qədim möminlər çoxdur. Amma “Allah bizim üçün daha yaxşı 



şey hazırlamışdır ki, onlar bizsiz kamilliyə çatmasın

[91]


. Bu gün 

o qədim iman adamları bizi bir bulud kimi əhatə etsələr də və biz 

onların imanlarından nümunə götürsək də, İncil bizə həmişə başqa 

bir Şəxsə  — İsa Məsihə göz dikməyi buyurur. İsa iman yolunda 

kamil Nümunədir!

Gözümüzü  imanımızın  Banisi  və  Kamilləşdiricisi  olan 



İsaya  dikək”. Azərbaycan dilinə “bani” olaraq tərcümə olunmuş 

söz orijinalda “aparıcı, bir yerə aparan, nümunə olan” mənasına 

gəlir. “İmanımız” sözü isə orijinalda sadəcə olaraq “iman” (“-

ımız” mənsubiyyət şəkilçisini olmadan) şəklindədir. Buna görə 

imanımızın Banisi və Kamilləşdiricisi olan İsa” dedikdə İsanın 

bizə iman verdiyi, imanımızı kamilləşdirdiyi nəzərdə tutulmur. Bu 

sözlərin mənası çox sadədir: İsa bizə imanda yol göstərən kamil 

Nümunədir. O, bu dünyada yaşadığı zaman hər an imanla yaşadı 

və son nəfəsinə qədər imanda qaldı. O bizi bu yolda irəli aparır. Biz 

Ona baxıb ruhlanmalı, nümunəsindən ilhamlanmalıyıq. Həyatımız 

dözümlə qaçdığımız bir iman yarışına bənzəyir.

İsa Məsihin həyatında həm imanla qələbələri var idi, həm də 

əzabla şəhidlik. Onun imanı ondan ibarət idi ki, “O,  qarşısına 

[90]

  İbranilərə 12:1–3



[91]

  İbranilərə 11:40




Yüklə 367,03 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə