35
ƏRŞİ-ƏZƏM HAQQINDA
“40 sual” kitabından: Cənabi-Haqq yaşıl cövhərin ən yüksək
hissəsindən Ərşi-Əzəmi yaratmışdır ki, onun nur və əzəmətini
vəsfləndirmək imkansızdır. Ərşin çevrəsi qırmızı yaqutdandır ki, bü-
tün yaradılanların sifət və surətləri onda nəqş olunub,təsvir edilmişdir.
Göylərin üstü Rəhmanın ərşi, mələklərin qübbəsi qılınmışdır.Ərşi-
Əzəmin 70 min dili var ki, hər dili başqa bir lüğətdə Allahı təsbih, zikr
edir.Ərşi-Əzəm dörd sütunu vardır ki, hər biri yerin dərinliklərinə çatar.
Ərşi-Əzəm su üzərində, su külək üzərindədir.Allah-taala dörd mələk
yaratmışdır ki, hələ də Ərşi onlar daşıyır. Ərşi daşıyan mələklərin dörd
sifəti vardır.Hər üz insan surətində təsvir edilmişdir.Hər üz,yer üzündə
öz bənzəri olan varlıqlar üçün Allahdan ruzu istəməkdədir.Onlar daima
ayaq üstə dayanıb,Ərşi-Əzəmi boyunları üzərinə götürmüşlər, ayaqları
isə yeddi qat yerdən aşağıdadır.Allaha yaxın mələklərin hamısından,
Allah qatında daha möhtərəm olan Ərşin daşıyıcılarıdır.Bu mələklərdən
birinin adı İsrafıldir ki, Ərşin bir ayağı onun boynu üzərində ra-
hat dayanmışdır. Allah qatında hamıdan daha əziz və kərəm sahibi
olan İsrafil(ə.s) həm də Surun sahibidir.O Qiyamət gününədək Lövhi
Məhfuza baxar və Suru üfürmək üçün hazır dayanıb. Hz.İsrafil Lövhi-
Məhfuzdan Hz.Cəbrailin, Hz.Mikailin və Hz.Əzrailin görməli olduqları
işlərini, vəzifələrini və əməllərini açıqlayaraq, onlara xəbər verir. Mahir
Ərşin daşıyıcılarının hər birinin dörd qanadı var ki, dörd istiqamətdə
onları yaymışlar Ərşin daşıyıcılarının yarısı qar, yarısı atəşdir və on-
lar bir-birini söndürməyib, ulduz böcəyi kimi bir-biri ilə qaynaşırlar.
Ərşin daşıyıcılarının cüssələri (bədənləri)elə böyükdür ki, qulaqları ilə
boyunlarının arası quş uçuşu ilə yeddi yüz illik məsafədir. Onlara “Bö-
yük mələklər” adı da verilmişdir. Ərşin daşıyıcılarının sözləri, davamlı
təsbihdir və bu sözlər dillərinin əzbəri olmuşdur: ”Subhənə Muhərram
Mulki vəl Mələkut. Subhənə Muhərram Ərşin vəl-izzəti vəl əzəməti
vəl heybəti vəl qudrəti vəl Kibriyə vəl- cəbərut. Subhənəl məlikil
mədud Subhənəl məlikil movcudu Subhənəl Məlikil, Heyyilləzi Lə
yənəmu və lə yəmutu Subbuhun, Quddusun, rabbinə və Qabbul
mələikəti vər ruh”. Bunlara “Kiramən katibin” və ya “hafaza-qoruyu-
cu” deyərlər.
Bəqərə-255-Allahın səltənət və qüdrət kürsüsü, elmi göyləri və yeri
geniş surətdə əhatə edəndir. Onları saxlamaq ona ağır və zəhmət deyil.
Allah ucadır və böyükdür.
36
Loğman-10-Allah göyləri gördüyünüz kimi dirəksiz, sütunsuz ya-
ratmışdır.
Açıqlama:-Ayədə sütunların olmasından söhbət gеdir. Dеmək, sü-
tunlar var, ancaq biz onları görmürük. Ayələrdə səma cisimlərinin
cazibə qüvvəsi nəticəsində səmada hərəkət еtməsi göstərilir, cazibə
qüvvəsi isə “gözə görünməz” kimi ifadə olunur.
KÜRSİ HAQQINDA
“40 sual” kitabından Göylər və Yerlər Kursinin büyüklüyünün
yanında yeddi qat bir süfrəyə bənzəyir. Haqq-taala Kursini də nurdan
yaratmışdır. Ərşın böyüklüyü, Kürsinin yanında çöldəki bir xırmana
bənzəyir..
Cənabi-Haqq Hərqail adında bir mələk yaratmışdır ki, ona bütün
əşyaların adlarını və sirlərini öyrətmişdir. Onun on səkkiz min qanadi
vardır. Bu mələk Ərşin büyüklüyünü seyr etməyi arzu edir. O Allahdan
Ərşi təvaf etmək üçün izin istəmiş və Allahdan izin aldıqdan sonra yola
çıxmış və 18 min qanadı ilə 3 min il boyunca uçmuşdur.Yorulduqda,
Allah ona qüvvət vermiş və uçmasını əmr etmişdir. Daha 3 min il də
Ərşin ətrafında uçmuş, yorulduqda Allah ona yenə qüvvət vermiş və
uçmasını əmr etmişdir. Daha 3 min ildə uçmuş və yorulduqda, baxıb
görmüş ki, bu 9 min ildə ancaq Ərşin bir dirəyindən digər dirəyinə
qədər yol getmişdir.O, heyrətlər içində seyr edərkən Allahdan ona səda
gəlmiş:-Ya Herqail! Qiyamətə qədər uçsan belə, yenə də Ərşimi təvaf
edə bilməzsən.
ALLAH HƏR ŞEYİ ALTI GÜNDƏ YARATDI
Qaf-38-Göyləri, yeri və onların arasındakı şeyləri altı günə yarat-
dığımız zaman heç yorulmadıq və sizi yenidən yaradan zaman da bizə
heç bir zəhmət yetişməz
Fussilət-9-14-Allah yeri iki günə yaratdı və yerdə möhkəm dağ-
lar yaradaraq yeri bərəkətli etdi.Yerdə əhalinin ruzilərini dörd günə
müəyyənləşdirdi. Allahın mərhəməti bütün istəyənlər üçün bərabərdir.
Sonra Allah göyü yaratdı,bir halda ki o tüstü idi. Allah göyə və yerə
buyurdu ki, istər-istəməz vücuda gəlin! Onlar dedilər ki, biz rəğbət
bəsləyən olduğumuz halda vücuda gəldik. Göylərin yeddi təbəqə ol-
masını iki gün ərzində hökm etdi. Hər bir təbəqənin işini vəhy etdi, on-
ların əhalisinin necə ibadət etmələrini bildirdi. Yaxud hər bir təbəqədə
37
istədiyi varlığı yaratdı. Biz aşağıda olan göyü çıraqlarla bəzədik və qo-
ruyub saxladıq. Qələbə çalan və Alim olan Allahın təqdiri budur!
Açıqlama:-Qurana görə Allah Yеri iki günə,Yеr üzündə olanları iki
günə və göyü də iki günə yaratmışdır. Bu haqda Qurani-Kərimdə bu-
yurulur:
Yunus-3-Sizin Allahınız,sizə pərvəriş verən Allahdır. Göyləri və
Yeri altı gün müddətinə yaratdı,sonra ərşə qalib oldu.
Hud-7-Dе ki: Yеri iki günə yaradanımı danırsınız? Bu oxşar ayə
lərdən bеlə bir sual ortaya çıxır ki,Yеr yaranmamış “gün” məfhumu ola
bilərdimi? Biz gün dеdikdə yеrin öz oxu ətrafında 24 saat fırlanmasını
başa düşürük. Dеmək, Allah “gün” dеdikdə bizim sutkanı nəzərdə tut-
mur. Quran bu barədə bеlə cavab vеrir:
əl- Həcc-47-“Həqiqətən, sizin Allahınızın yanında bir gün, sizin
dünyada saydığınız illərin min ili kimidir.”
əs-Səcdə-5-“Sonra sizin min ilinizə bərabər olan gün də göyə tərəf
qalxar.” Müasir еlmə görə günəş sistеmi tədricən yaranmışdır. Yuxarıdakı
ayələrdən də bеlə çıxır ki, günəş sistеmi uzun müddətə yaranmışdır.
Mövlana Furatı “Qırx sual” kitabında: Cənabi-Haqq Kainatı bir
anda yaratmağa qüdrəti olduğu halda, onu 6 günə yaratmışdır. Onun ka-
inatı yaratmasını bazar günündən başlayıb cümə günündə tamamlama-
sı, bəndələrinin hər iş və hərəkətlərində səbirli və təmkinli olmalarını,
tələsməmələrini anlatmaq üçündür. Haqq-taala bu aləmləri altı gündə
yaratdı.Bazar günü başladı, cümə günü tamamladı. Bazar ertəsi günü
göyləri; çərşənbə axşamı günü ay və ulduzları; çərşənbə günü yerdə
və dənizdə olan məxluqatı və yeddi qat göylərdə olan mələkləri,Cümə
yəni beşinci gün Cənnəti, huri və müxtəlif nemətləri yaratdı. Yenə cümə
günü Həzrəti Adəmi və Həvvanı yaratdı və cümlə mələklərin Həzrəti
Adəmə səcdə etmələrini əmr etdi.Mələklər də Hz.Adəmə səcdə etdilər.
Şənbə günü cümlə əşya kəmal ilə bədən tapdı ki, dünyada şəkil alma-
yan heç bir şey qalmadı.
ALLAH GÖYÜ VƏ YERİ YARATDI
Dəyişməyən özünsən bu sonsuz kainatda,
Ölməzliyin timsalı varlığındır həyatda.
Biz hamımız faniyik, əbədiyyət sənindir,
Uca göylər, qüdsiyyət, təmiz niyyət sənindir.
Hökmünlə, fərmanınla dolandırırsan yeri.
Sütunsuz saxlayırsan yaşıl günbəz göyləri. (”Sirlər Xəzinəsi”)
Dostları ilə paylaş: |