Ağayeva məNZƏR “İslam diNİn həQİQƏTLƏRİ MÖvzusular üZRƏ”



Yüklə 6,51 Mb.
Pdf görüntüsü
səhifə14/292
tarix16.11.2017
ölçüsü6,51 Mb.
#10522
1   ...   10   11   12   13   14   15   16   17   ...   292

41

şeyin Xaliquh” –“Bütün gözə görünən şeylərin Xaliqinə eşq olsun.”Baş 

mələyin adı Arnasdır. 

7-ci- Göyün “Əribə” adlanan yeddinci qatı işıqdan, nurdan yaradılıb.

Bu qatda yaşayan mələklər Allahın şəninə belə deyərlər: “Subhənəllahi 

ədədə xalqıhî və midədə kəlimətihî”-“Bütün canlıları yaradan və onlara 

ab-hava verən Allaha eşq olsun.”Göyün bu qatının baş mələyinin adı 



Rəfaildir. 

Göyün 7-ci qatında elə mələklər var ki,o onlara “Kərraqu beytun” 

deyərlər və onların sayını yalnız bir Allah bilir.Bu mələklər geri boyun-

lar adlanır.Onların hər birinin özünəməxsus siması və müxtəlif surətləri 

vardır. Bu mələklər bir-birinə baxmırlar,Allahın qəzəbindən qorxaraq 

gecə-gündüz  ağlayırlar.Axirət  gününədək  belə  ağlar  qalacaqlar.  Əgər 

onların  naləsini  bir  canlı  eşitsə,həmin  saat  ölər.Onların  ağlaması  ilə 

əlaqədar olaraq Peyğəmbər (s.ə.s.) belə demişdir:-O gecə mən Cəbrail 

ilə Merac edərkən,göyün 7-ci qatında qulağıma ağlaşma və inilti səsi 

gəldi.  Mən  Cəbraildən  soruşdum:-Bu  nə  iniltidir,onlar  nə  üçün  ağla-

yırlar?  Hz.Cəbrail  dedi  ki,bunlar  geriboyunlulardır.Sənun  ümmətinin 

günahlarını  yumaq  üçün  ağlayırlar.  Ağlayırlar  ki,  Xudavəndi-Kərim 

sənin ümmətinin günahlarını bağışlasın. Göyün 7-ci qatında uzunluğu 

80 ilə qət edilə bilən bir dəniz var. Həmin dənizdə mələklər yaşayırlar. 

Onların da işi-peşəsi göz yaşı tökmək, Allaha yalvarmaqdır.Yalvarırlar 

ki, Allah Muhəmməd Peyğəmbərin ardıcıllarının, ümmətinin günahla-

rından  keçsin,onları  bağışlasın.  Həmin  mələklər  Qiyamət  gününədək 

beləcə Allaha yalvaracaqlar.. 

 

 YEDDİ GÖYÜN QAPILARI HAQQINDA

  “40  sual”  kitabından:  Yeddi  göyün  qırmızı  qızıldan  hesa-

bsız  qapıları  vardır.Hamısı  kilidlidir  və  açarlarının  adı:”Allahu 

Əkbər”dir.  Hər  göyün  gözətçisinin  göstərişi  ilə  qapıçılar  qapıla-

rı  açarlar.Yeddi  göyün  hər  birinin  hündürlük  və  qalınlığı  500  il-

lik  məsafədir.  Hər  iki  göyün  arasında  da  500  illik  məsafə  vardır. 

Ancaq  Allahın  qüdrəti  nəhayətsizdir.Yeddi  göyün  hamısının  sayı, 

məsafələri və şəkilləri səhih rəvayətlərə əsasən çadırlar misalında ye-

rin çərçivəsində olan əkiz Qaf dağının yeddisinin üzərində qərar tap-

mışdır. Səkkizinci Qaf dağı dünya göyünün üzündə yeri əhatə etmişdir. 

Göylərin alt hissələri də dağlar üzərində nəhayət tapmışlar. 

Mülk-3-4-Yeddi göyü bir-birinin üstündə,qat-qat yaradan da Odur.

(Ey insan)Sən Rəhmanın yaratdığında heç bir uğursuzluq görməzsən.




42

Bir gözünü qaldırıb səmaya bax, heç orada bir yarıq, çatlaq(nöqsan) 

görə bilərsənmi?! Sonra gözünü qaldırıb iki dəfə bax.Göz orada axtar-

dığını tapmayıb zəif, yorğun düşərək yenə də sənə tərəf qayıdacaqdır!



 

ALLAH GÜNƏŞİ VƏ AYI YARATDI

Açıqlama:-Yer kürəsi günəş sisteminə daxil olan iri pla net lərdən bi-

ridir.Günəş sistemi 150 milyarda qədər ulduzlardan ibarət nəhəng qalak-

tikaya daxildir.Günəş diametri 1.391.000 km olan közərmiş kürəşəkilli 

bir ulduzdur. Günəş sistеminin (planеtlər və Günəş) yaranması haqqın-

da ilk nəzəriyyə alman filosofu İ.Kant tərəfindən vеrilmişdir. O, günəş 

sistеminin qarmaqarışıq hərəkətdə olan toz buludundan əmələ gəlməsi 

fikrini irəli sürmüşdür. Sonra fransız alimi P.Laplas Günəş və planеtlərin 

artıq  fırlanmaqda  olan  qaz  dumanlığından  əmələ  gəlməsi  fikrinə 

gəlmişdir. Müasir dövrdə isə rus akadеmiki O.J.Şmidt tərəfindən irəli 

sürülən nəzəriyyə əsas hеsab еdilir. Onun nəzəriyyəsinə görə isə Günəş 

və Yеr qaz-toz buludu maddəsindən əmələ gəlmişdir. Bu nəzəriyyədən 

bеlə çıxır ki,Günəş sistеmi еyni mənşəyə malik maddədən yaranmışdır. 



Yasin-38-Günəş  onun  üçün  müəyyən  olunmuş  qərarla  (orbitdə) 

hərəkət edər. Belə bir hərəkət bilən və qələbə çalan Allahın təqdiridir. 



ər-Rəhman-5-7-Gün  və Ay  müəyyən  bir  ölcüdə  hərəkət  edər.  Ul-

duzlar və ağaclar da Allaha səcdə edərlər. Allah göyü ucaltdı və tərəzini 

qoydu ki, çəkidə həddinizi aşmayasınız. 

əl-Ənbiya-34-O elə bir Allahdır ki, gecəni, gündüzü, Günəşi və Ayı 

yaratdı. Bunların hər biri, balıq suda üzən kimi bir göydə üzərlər. Bütün 

bunları görə-görə kafirlər Allahın əlamətlərindən üz döndərirlər. 

Açıqlama:Quranda Günəşdən və Aydan bəhs edilərkən onların hər 

birinin  özünəməxsus  orbiti  olduğu  qeyd  edilir.  Bu  ayədəki  “üzmək” 

kəlməsi ərəb dilində “səbəhə” feli ilə ifadə edilir. Bu kəlmədən Günəşin 

kosmosdakı  hərəkətini  bildirmək  üçün  istifadə  olunub  və  həmçinin 

Günəşin  kosmosdakı  hərəkətinin  nəzarətsiz  olmadığını,  onun  öz 

orbitində hərəkət etdiyini və dövr edərkən özünəməxsus hərəkət dairəsi 

olduğunu anladır. Günəş Qalaktikada olan 200-250 milyard ulduzdan 

biridir. Yerdən 325 min dəfə böyük olsa da, kainatdakı ulduzların ya-

nında çox kiçikdir. Günəş sistemi qalaktikanın mərkəzindən 30 min işıq 

ili uzaqlığındadır.Bir işıq ili isə 9 trilyon 460 milyard, 800 milyon km-

dir.Günəş  saatda  72.000  km  sürətlə  fırlanır,  qalaktikamız  isə  öz  oxu 

ətrafında saatda 900.000 km sürətlə fırlanır. Günəşin sabit (və ya statik) 

olmaması, onun müəyyən orbitdə hərəkət etməsi haqda başqa ayələrdə 



43

də qeyd edilir. Quranda bildirilən bu həqiqət yalnız 20-ci əsrdə astro-

nomiya elmi sayəsində aparılan tədqiqatlar nəticəsində təsdiq edilmiş-

dir. Mütəxəssislərin hesablamalarına görə günəş“Solar Apeks”adlı orbit 

boyu Veda ulduzu istiqamətində saatda 720 min kilometrlik möhtəşəm 

bir sürətlə hərəkət edir. Bu təxmini hesablama günəşin sutka ərzində 

17 milyon 280 min kilometr yol qət etdiyini göstərir. Günəşlə birlikdə 

onun cazibə sistemindəki bütün planet və peyklər də eyni məsafəni qət 

edir, yəni Günəşin başına fırlanır. 

Yasin-39-40-Biz ay üçün mənzillər müəyyən etmişik. Nəhayət, dö-

nüb xurmanın budağı kimi nazikləşər. Nə Günəş sürətlənərək Aya ça-

tar, nə də gecə-gündüzü ötə bilər. Onlar bir-birinin ardınca gələrlər. Ay, 

Günəş vəulduzlar,hamısı göydə insanların suda üzdükləri kimi üzərlər. 



Açıqlama:-Bildiyimiz  kimi  planеtlər  və Yеr  Günəşin  ətrafına  fır-

lanırlar.Ancaq  Yеr  və  planеtlər  nə  Günəşə  yaxınlaşır,  nə  də  ondan 

uzaqlaşır.  Bunun  səbəbi  İ.Nyuton  tərəfindən  ümumdünya  cazibə  qa-

nunu kəşf еdilməklə tapılmışdır.Həmin qanundan bеlə çıxır ki, Yеrin 

və  planеtlərin  öz  oxu  ətrafında hərəkəti onun  mərkəzdən qaçmasına, 

cazibə qüvvəsi isə onun mərkəzə tərəf cəzb olunmasına səbəb olur. Bu 

iki qüvvə bir-birini tarazlaşdırdığına görə Yеr və planеtlər nə Günəşdən 

uzaqlaşır, nə də ona yaxınlaşır. 

Gecələr açıq-aydın gördüyümüz Ay planetimizə ən yaxın olan səma 

cismidir. Yaşayış olmayan bu planetin diametri 3,476 km-dir. Bu, Günəş 

şüalarını özündə əks etdirən bir planetdir. Deməli, Ay da başqa planetlər 

kimi özündən işıq saçmır. Günəş özündən işıq saçan plazma yığımın-

dan ibarətdir. Onun şüalarının sürəti 300.000 km-dir.Bu işıq və istilik 

mənbəyi olan sistemin şüaları Yeri, Ayı və digər səma cisimlərini işıq-

landırır. Yer və ay özlərindən işıqsaçma qabiliyyətinə malik deyillər. 

Günəşə yaxın olan bu planetlər işıq və istiliyini günəş şüalarından alır-

lar.  Günəşdə  bu  qabiliyyəti  yaradan  Uca Allah  Qurani-Kərimdə  belə 

buyurur: 



əş-Şəms-1-2-And olsun Günəşə və onun işığına.And olsun Günəşə 

tabe olan zaman Aya, ya Günəşin nurundan kəsb edərək onun ardınca 

gələn Aya. 

Nuh-15-Ayı orada işıqlı və günü yer əhlinə çıraq etdi. 

Yunus-5-O elə Allahdır ki, Günəşi gündüzdən ötrü işıqlı etdi və Ayı 

gecədən ötrü nur etdi.(Güclü işığa ziya,nisbətən zəif işığa nur deyilir). 



Açıqlama:-Bu ayədən də məlum olur ki, Günəş çıraq, Ay isə nur 

saçan ifadəsi ilə təsvir edilmişdir. Bu o deməkdir ki, Qurani-Kərimdə 

Günəş işığı ilə Ay işığı arasındakı fərqli cəhət nəzərə alınır.Çıraq və 



Yüklə 6,51 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   292




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə