Ağayeva məNZƏR “İslam diNİn həQİQƏTLƏRİ MÖvzusular üZRƏ”



Yüklə 6,51 Mb.
Pdf görüntüsü
səhifə13/292
tarix16.11.2017
ölçüsü6,51 Mb.
#10522
1   ...   9   10   11   12   13   14   15   16   ...   292

38

Mülk-34-Yeddi göyü birbirinin üstündə,qatqat yaradan da Odur.(Ey 

insan)Sən Rəhmanın yaratdığında heç bir uğursuzluq görməzsən. Bir 

gözünü qaldırıb səmaya bax, heç orada bir yarıq, çatlaq (nöqsan) görə 

bilərsənmi?! Sonra gözünü qaldırıb iki dəfə bax.Göz orada axtardığını 

tapmayıb zəif, yorğun düşərək yenə də sənə tərəf qayıdacaqdır!

Fussilət-11-Sonra  Allah  göyə  qələbə  çaldı,göyü  yaratdı.Bir  halda 

ki,o tüstü halında idi.Allah göyə və Yerə buyurdu ki, istəristəməz vücu-

da gəlin! Onlar dedilər ki,biz rəğbət bəsləyən halda vücuda gəldik. 

Açıqlama: Bu ayədə qeyd edilən “tüstü” ifadəsi,ərəb dilində “Duxan” 

kəlməsi şəklindədir.Bu kəlmə adı Quranda çəkilən isti bir kosmik tüs-

tünü ifadə edir.Bu gün alimlər ulduzların isti qaz buludundan meyda-

na gəldiyini bildirirlər. İsti qaz kütləsindən meydana gəlmək həm də 

kainatın yaradılması ilə əlaqədardır. Müasir dövrdə isə rus akadеmiki 

O.J.Şmidt  tərəfindən  irəli  sürülən  nəzəriyyə  əsas  hеsab  еdilir.  Onun 

nəzəriyyəsinə  görə  isə  Günəş  və  Yеr  qaz-toz  buludu  maddəsindən 

əmələ gəlmişdir. Bu nəzəriyyədən bеlə nəticə çıxır ki, günəş sistеmi 

еyni mənşəyə malik maddədən yaranmışdır. Məlum olduğu kimi Qu-

randa  kainatın  bu  mərhələdəki  görünüşünü  təsvir  edən  ən  münasib 

sözdən istifadə olunub. Alimlər isə kainatın tüstü halındakı isti bir qaz 

kütləsindən əmələ gəldiyini yalnız XX əsrdə kəşf ediblər. 



əd-Duxan-38-39-Biz  göyləri,Yeri  və  onların  arasında  olanları  boş 

yerə yaratmadıq.Biz bunları haqq ilə yaratdıq ki,möminlər bizim dünya 

və axirət nemətlərimizdən faydalansınlar. 

əl-Mursəlat-25-26-Məgər  biz  Yeri  bəndələrə  məskən  etmədikmi? 

Həm diri olanlara, həm də ölülərə. 



ət-Təlaq-12-O elə bir Allahdır ki, yeddi göyü birbirinin üstündə və 

bir o qədər də Yeri yaratdı. Allahın əmri onların arasına,orada olanlara 

nazil olar ki, Allahın hər şeyə qadir olduğunu bilsinlər. Həqiqətən, Alla-

hın əmri hər şeyi əhatə etmişdir. 



əl-Ənbiya-33-Göyləri  yer  üzərinə  düşməkdən  saxlanmış  halda  ta-

van  kimi  yaratdıq.  Bunu  görəgörə  kafirlər Allahın  əlamət lərindən  üz 

döndərirlər. 

 əl-Muminun-17-Sizin başınızın üstündə yeddi göy yaratdıq və on-

ların hər birinin yolları var. O yollardan mələklər nazil olarlar. Biz in-

sanların əməllərindən də xəbərsiz deyilik. 

Açıqlama:Bu ayədə bildirilən:“Hər göyün işini özünə vəhy edib bil-

dirdik” kəlməsində hər təbəqənin özünəməxsus vəzifəsi olduğu bildiri-

lir. Həqiqətən də, bu yeddi təbəqənin hər biri insanların və yer üzündəki 

bütün canlıların xeyri baxımından çox həyati vəzifələr daşıyırlar. Yağış-




39

ların əmələ gəlməsindən zərərli suların qarşısının alınmasına, radiodal-

ğaların əks etdirilməsindən meteoritlərin zərərsizləşdirilməsinə qədər, 

hər təbəqənin özünə aid vəzifəsi vardır. 

Quranda“göy”kəlməsi bütün kainatı ifadə etmək üçün istifadə edil-

diyi kimi,yerin üzərindəki səmanı ifadə etmək üçün də işlədilir. Fatir-



41-Allah göyləri və yеri zaval tapmasınlar (öz mehvərindən çıxmasın-

lar) dеyə, tutub saxlayır. Əgər onlar öz mehvərindən çıxsalar, Allahdan 

başqa onları hеç kəs tutub saxlaya bilməz. 

 GÖYÜN TƏBƏQƏLƏRİ HAQQINDA

 

19-cu əsrdə elmin kəşfi sayəsində məlum olan bu məlumat 14 əsr 

bundan qabaq Quranda bildirilmişdir. 

Nuh-15-Məgər görmürsünuz ki, Allah yeddi göyü birbirinin üstündə 

necə yaratdı? 

Ayədən  göründüyü  kimi  yer  üzündəki  səmanın,Yerin  atmosferinin 

üstüstə yeddi qatdan ibarət olması bu gün elm adamları tərəfindən də 

sübuta yetirilmişdir. Bu təbəqələr təzyiqlər və onları əmələ gətirən qaz-

ların birləşməsi kimi aydın fiziki xüsusiyyətlərlə birbirindən fərqlənirlər.

Atmosferin yerə yaxın təbəqəsi “Troposfer”dir ki, atmosferin ümu-

mi kütləsinin 90%ni təşkil edir. 

Troposferin üzərindəki təbəqə “Stratosfer”dir.Stratosferdə ultrabə-

novşəyi şüaların udulduğu təbəqəyə “Ozonosfer” deyilir. 

Stratosferin üzərindəki təbəqə “Mezosfer” adlanır. 

Mezosferin  üzərində  “Termosfer”  yerləşir.  İonlaşmış  qazlar  Ter-

mosferin içindəki “İonosfer” adlı təbəqəni əmələ gətirir. 

Yerin atmosferinin ən üstdəki təbəqəsinə “Ekzosfer” deyilir. 



əs-Səffat-6-Biz sizə ən yaxın olan göy üzünü, dünya səmasını ul-

duzlarla bəzədik. Günəş, ay və ulduzlar başqabaşqa göylərdə olduqları 

halda,siz onların hamısını özünüzlə müqayisədə ən yaxın bir yerdəsanki 

başınızın üstündə görərsiniz.



Açıqlama:  “40  sual  kitabından:Yəhudulərin  Hz.  Peygəmbərə 

(s.ə.s.) sual verdilər ki: “-Göylərdə olan məxluqlardan bizə xəbər ya 

Məhəmməd! Haqq-taala yeddi qat göyləri nədən yaratdı, isimləri nədir, 

mələklərinin təsbihi və adı nədir? ..

Hz.  Peyğəmbərimiz(s.ə.s.)  buyurdu:  Uca  Allah  dünya  göyü  altın-

da və ona bitişik bir su dənizi yaratmışdır ki,bu dəniz dünya göyünün 

içində yerləşmişdir. Dənizin dalgaları hava üzərində Allahin əmri ilə 

qərar və sükunət tapmışdır ki, bir damlası belə havaya düşməz. Allah 




40

Günəşi, Ayı və ulduzları öz Ərşinın nurundan yaradıb və onlar bu su 

dənizinin içində balıqlar kimi üzərlər.Allah Günəşi bütün ulduzlardan 

daha böyük və işıqlı etmiş, sonra isə Ayı da böyük və nurlu etmişdir.Hər 

şeydən uca olan Allah göyü buxardan yaratmışdır. 

1-ci-Haqq-taala səmanın birinci qatını buxardan yaratmışdır. Göyün 

birinci qatı “Bərqiyyə”adlanır.Bu qatda olan mələklər daima Allaha 

səcdə edib deyərlər: “Subhənə zil mulki yə mələkuti” “Cəmi aləmin 

hökmdarına eşq olsun. “Bu qatdaki mələklərin başçılarının adı İsma-

ildir.  Bu  mələk  çox  böyük  və  heybətlidir.  Bütün  bulud  və  yağışların 

üzərində  müvəkkildir.  Onun  izni  olmadan  yağış  yağmaz,yağışın  bir 

damlası belə onun hesabındadır. 



2-ci-Göyün 2-ci qatının adı “Qaydum”dur və ərimiş gümüşdəndir.

Bu  qatda  yaşayan  mələklər  qədəmlərini  əyib,  rüku  halında,  Allaha 

təzim edərək deyərlər: - “Subhənə zil izzəti yə Cəbəruti” “Əzəmət və 

qüdrət sahibi olan Allaha eşq olsun!”Bu göyün başcısının adı Muha-



ildir. Burada yaşayan mələklərin hər birinin özünəməxsus qəribə, son 

dərəcə gözəl adları var.Göyün bu qatının mələkləri iki şeydən:oddan və 

qardan yaransalar da, bir-birinə zərər yetirməzlər.Onlar Allahın şəninə 

belə  deyirlər:  “Subhənə  mən  əlləfə  beynə  səlcin  ibədikə  nərin  kəmə 

əlləfə beynə”. “Qar ilə odu birləşdirən və bizi,öz qullarını bu şəkildə 

yaradan Xaliqə eşq olsun!” Əgər şübhən varsa ulduzlara bax ki, doğru-

lardan olasan. 

3-cü.Göyün “Maun”adlanan 3-cü qatı qırmızı yaqutdandır.Burada 

yaşayan mələklərin bir hissəsi qəddini əymədən,bir hissəsi isə qəddini 

əyərək  Allaha  səcdə  edərək,  Böyük  yaradanın  şəninə  tərif  deyərlər: 

“Subhənəl məlikul-quddusu Rabbul-mələikəti vər ruhi” Yəni: “Əbədi 

olan Allaha eşq olsun ki, heç vaxt yox olmayacaqdır.” Baş mələyin adı 

Səfaildir. 

4-cü-Göyün  Aqura”  adlanan  dördüncü  qızıldandır.  Burada  ya-

şayan  mələklər  ruku  halında Allahın  şəninə  təsbih  edərək  deyirlər:” 

“Subhənəl-Heyyilləzi  ləyəmut”-“Mələklərin  hökmdarı  olan  İlahi 

Rəbbə  eşq  olsun.”Göyün  bu  qatında  yaşayan  mələklərin  başçılarının 

adı Arqalindir (Arqundur). 

5-ci-GöyünMaun  “adlanan  beşinci  qatı  qızıldandır.Burada  ya-

şayan  mələklər  Allahın  şəninə  belə  deyərlər:  “Subhənəl-məlikil-

Quddusi Rabbil-Mələikəti və Rabbul-Ruh” - “Nuru yaradan Allaha eşq 

olsun!Allah tərifə, alqışa layiqdir.” Buradaki baş mələyin adı Əsfaildir.



6-cı-Göyün “Raqa”adlanan altıncı qatı parlaq sarı yaqutdandır.Bu-

rada yaşayan mələklər Allahın şəninə deyərlər: “Subhənə Rabbi kulli 




Yüklə 6,51 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   292




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə