288
hiddətləndirmişdi. O, 1950-ci ilin oktyabr ayında Moskvada Sülh tərəfdarlarının II
Ümumittifaq konfransının çağırılması münasibətilə mətbuatda yazmışdı: «...Amerika
cahangirləri 30 milyonluq Koreya xalqını qana qəltan eləyir. Onlar həyasız bir üzlə
Çin torpağına basqın hazırlayır... Dünyanı atom bombalarının dəhşəti ilə qorxutmaq
istəyən cənablar bilməlidirlər ki, bütün bombalara üstün gələn xariqüladə bir
qüvvə vardır». (136, 199)
Şair bilirdi ki, Çin xalqının öz azadlıq mübarizəsini zəfərlə başa çatdırması,
Vyetnamda alovlanan azadlıq yürüşü, başqa ölkələrin öz istiqlaliyyətləri uğrunda
apardıqları mübarizələrin genişlənməsi ayrı-ayrı dairələri narahat edir. Münaribəni
özləri üçün gəlir mənbəyinə çevirən bu mənfəətpərəstlər Koreyada müharibəni
qızışdırırdılar. «Axı, Koreya xalqının axıdılan hər bir damla qanı bangirlərin
seyflərində yeni-yeni dollar deməkdir». (136, 228)
S.Vurğunun «Qoca Şərqə günəş doğur» (1950) şeri həmin mövzuda qələmə
alınmışdır.
Şair oxucunu Koreya ilə tanış edir. Avqust ayı bu diyarın gül fəslidir. Böyük
çəməndəki çiçəklərin, lalələrin sayı yoxdur. Gəlin donlu yasəmənlər, yaşıl zəmilər
Koreya kəndlisinin əməyinin nəticəsidir. Kəndli hələ öz məhsulunun barından
dadmamışdır.
Birdən-birə mənzərə dəyişir:
Koreyanın göylərinə divan tutur təyyarələr
Şəhərlərə bomba yağır.
Yerdə işıq görünməyir, göy üzündə səyyarələr;
Qara torpaq ağır-ağır
Od içində nəfəs alır,
Cəbhələrə gedir kəndli,
Dən-dən olmuş bərəkətli
Göy zəmilər yetim qalır. (132, 253)
Şair qırğını törədənlər barədə məlumat verir və insan qanına
289
susayanları ittiham edir. Bu cür qudurğanlığın insan kamalına sığmadığını göstərir:
Trumen də allah sevir, kilsələrdən gəlir səsi,
Dua verir səhərlərə.
Elə bu vaxt Koreyada Vaşinqton təyyarəsi
Bomba tökür şəhərlərə... (132, 254)
Bu misralarda «allah donu geyib» xalqları qan dəryasında üzdürənlər ifşa
edilmişdir.
Şair bədxah əməllərin nəticəsi olan belə bir lövhə yaratmışdır:
Göz qoyuram göy çəməndə həlak olmuş bir gəlinə,
Qucağında körpəsi var.
Üç axşamdır matəm qurur o gözəlin heykəlinə.
Göydə yanan ağ ulduzlar.
Damla-damla düzüldükcə
Göz yaşı tək süzüldükcə,
Anasının döşlərini gəzir tifil öz əlilə.
O bilməyir ölüm nədir...
Ana nə tez vidalaşdı öz bəxtinin əzəlilə!
Bügün dünya fikirdədir.
Fikirdəydik sən də, mən də,
O tifil də... O çəmən də... (132, 255)
Professor Cəlal Abdullayev bu lövhə barədə yazır: «Burada qüvvətli poetik
təsvirlər, obrazlı ifadələr bir yana qalsın, əhvalatın özü çox fəcidir ki, onun adi nəsrlə
ifadəsindən də adam mütəəssir olmaya bilmir. Lakin bu faciə Vurğun şerinin qüdrəti
ilə bir qədər də yüksəyə qalxır». (3, 73)
Əsərin son hissəsində Vurğun poeziyasına məxsus nikbin bir ruh hakimdir. Qoca
Şərq haqq və ədalət naminə ayağa qalxmışdır. «Qana batmış köynəyini bayraq tutan
qəhrəmanlar» alovlar-
290
dan keçərək od parçasına dönür, alışan sərv ağacları məşəl kimi fədakar qəhrəmanlara
yol göstərir. Şərq xalqlarının azadlıq mübarizəsi şairi də sevindirir.
S.Vurğunun «Zəncinin arzuları» poemasının əsasını da xalqların sülh və azadlıq
uğrunda mübarizəsi təşkil edir.
«Zəncinin arzuları» şairin 1948-ci ildə Sülhü müdafiə edən mədəniyyət
xadimlərinin Ümumdünya konqresində şahidi olduğu bir hadisə ilə əlaqədar qələmə
alınmışdır. Həmin konqresin iştirakçılarından biri, görkəmli tacik şairi M.Tursunzadə
yazmışdır: «Konqres Polşanın Vrostlav şəhərində keçirilirdi. Mən Səməd Vurğunla
yan-yana oturmuşdum. Madaqaskarlı bir zənci tribunaya çıxıb dedi: «Mən insanam».
Səməd Vurğun məni dümsükləyib dedi:
- Bir bax. Şərq, doğrudan da oyanmışdır. Görürsənmi, əsrlər boyunca yatmaq
ona da faydalı olmuşdur.
Zəncinin nitqi Səməd Vurğuna çox dərin təsir elədi və o, elə buradaca, mehman-
xanada «Zəncinin arzuları» poemasını yazmağa başladı...» (114, 85-86)
S.Vurğun konqreslə əlaqədar yazdığı məqaləsində zəncinin sözlərini sitat gətir-
mişdir: «Mən bir rəssamam, özüm də amerikalıyam. Ağ dərili bir rəssam ilə bərabər
səviyyədə yaşamaq istəyirəmsə, təbiət məni o zaman zənci deyil, dərisinin rəngi ağ
olan bir adam yaratmalı idi. Mən öz qabiliyyətimdə ağ dərili bir rəssam ilə bərabər
olsam da, normal bir həyat keçirmək imkanlarından məhrumam, bunun səbəbi də
dərimin qara olmasıdır. Lakin mən öz sifətimin qaralığı ilə fəxr edirəm. Çünki hər bir
həqiqi insan öz irsiyyəti ilə fəxr etməlidir!» (136, 131)
S.Vurğun amerikalı zənci rəssamın çıxışına istinad edərək göstərirdi ki, onun bir
rəssam kimi öz vətəni Amerikanı görməyə ehtiyacı vardır, lakin zənci olduğuna görə
Amerika şəhərlərində ona yaşamaq üçün yer verilmir, yemək istədikdə ye-
məkxanalara buraxılmır, çünki qanun böyük şəhərlərdə yaşamağı ona qadağan edir.
«Natiq Amerikada yaşayan zəncilərin hissinə tərcüman
291
olub: «Bizim azadlıq qatarımız sürətlə irəliləyir, əgər mənim ağ saçlı doğma nənəm
də bu qatarın altında qalsa, mən bu azadlıq qatarını bir an belə dayandırmayacağam!»
– dedi». (136, 131)
Şair həmin konqresdən aldığı təəssüratı belə ümumiləşdirmişdir: «Mən bu
nəticəyə gəldim ki, dünya oyanmış, Avropa, Asiya və Şərq xalqlarının gözü
açılmışdır». (136, 133)
«Zəncinin arzuları» poemasında da məhz bunlar – zəncilərin hüquqsuzluğu və
onların azadlıq mübarizəsi öz əksini tapmışdır.
Şair konqresdəki hadisələri incəliklərinə qədər duymuş, burada öz qanuni
haqqını tələb edən insanlarla birgə yaşamış və bundan sonra poemanı qələmə
almışdır. Şübhəsiz ki, şair konqresdə eyni məzmunlu çıxışlardakı əsas fikri zəncinin
simasında cəmləşdirmiş, istismar olunan və öz azadlığı uğrunda mübarizəyə qalxan
xalqların ümumiləşmiş obrazını yaratmışdır.
Bu zənci kimdir?
- Mən zənciyəm, həm də rəssam!
Otuz ildən bir az da çox övladıyam bu sənətin,
Məni yalnız insan deyil, bir də şair doğmuş anam. (133, 359)
Deməli o, rəssam və şair, «həm də filosofdur, fəlsəfi təfəkkür sahibidir», (106,
67) yüksək mənəviyyata malik bir insandır.
Zəncinin çıxışından məlum olur ki, o, aciz bir nökər deyildir. Dövrünün
gözüaçıq, yüksək mədəniyyətli adamlarından biridir. O, böyük arzularla yaşayır:
mənsub olduğu xalqa azadlıq, istiqlaliyyət istəyir. Öz yurdunu müqəddəs bir
məhəbbətlə sevir. Yaratdığı tablolarda yurdunu tərənnüm edir.
Lakin zəncinin öz vətənində – Amerikada yaşamağa haqqı yoxdur. Məhz zənci
olması, irqi mənsubiyyəti onu evsiz-eşiksiz qoymuşdur. Zənci böyük bir xalqı təmsil
edir. Amerikada yaşayan bu xalq ən kiçik insani hüquqlardan belə məhrumdur:
Dostları ilə paylaş: |