Adilxan bayramov səMƏd vurğUN



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə81/85
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38235
1   ...   77   78   79   80   81   82   83   84   85

 
 
292
Bəli! Qara doğmuş məni öz anam,  
Siz də yaxşı baxın, qaradır dərim...  
Bir dəniz olsa da mənim hünərim,  
Buyurun, neyləsin, zənci bir rəssam?  
Siz deyin, mənim də vətənim varmı?  
İnsan da vətənsiz insan olarmı? (133, 363) 
 
Lakin rəssam öz qara əslinə  lənət yağdırmır,  əksinə, o, mənsub olduğu xalqı 
böyük bir məhəbbətlə sevir, öz xalqı ilə fəxr edir: 
 
- Yox, yox! Unutmadım mən öz əslimi, 
Öz qara nəslimi, zənci nəslimi! 
Köksüz bir ağacın meyvəsi varmı?  
İnsan da əslini heç unudarmı? (133, 364)  
 
Zənci öz xalqının nurlu gələcəyinə inanır. O, əmindir ki, sürdüyü azadlıq qatarı 
onun səadət dünyasını yaradacaq, bu qatarın təkərləri tilsimləri  yarıb keçəcəkdir, 
çünki dünya azadlıq qatarını alqışlayır. Azadlıq qatarı son məqsədə gedib çatacaqdır: 
 
Öz arzuma yetişməmiş yarı yolda ölsəm əgər,  
Ağ birçəkli nənəmi də basıb keçsə bu təkərlər,  
Dayandıran deyiləm mən bu qatarı bir an belə... (136, 366) 
 
Poemada  şairin zənci rəssama və onun mənsub olduğu xalqa böyük məhəbbəti 
ifadə edilmişdir. Biz bunu həm rəssamın öz çıxışında, həm də müəllifin ricətlərində 
görürük. Zəncinin dili ilə deyilən sözlər elə şairin öz qəlbindən gəlir, dünyanın bütün 
əzilənlərinə məhəbbətini ifadə edir: 
 
Bir torpaq övladı, bir rəssamam mən, 
Gəlin qanunları yazaq yenidən!.. 


 
 
293
Səsimə səs versin bütün ölkələr
Qoy qılınc qurşasın müstəmləkələr. 
Xəyallar, arzular şirin olsa da, 
Bunların nəsibi yoxmuş dünyada. 
Azadlıq istəsə torpaq bir anlıq, 
Qoy qılınc qurşasın hər qəhrəmanlıq... (133, 365) 
 
Zəncinin çıxışından gətirdiyimiz bu parçada şairin özünün bəşəriyyətin gələcəyi 
barədə arzuları ifadə edilmişdir. Həm də bu, təkcə arzu deyil, sülh və azadlıq uğrunda 
mübarizəyə çağırışdır. 
Bunun üçün bütün ölkələr ayağa qalxmalı, müstəmləkələr qılınc qurşamalı, 
insanın insan tərəfindən istismarına son qoyulmalıdır. 
Zəncinin tribunadan dediyi sözlər bütün dünya məzlumlarının ittihamı kimi 
səslənir: 
 
Amerika, hər qərarı, hökmü verən zaman olur,  
Bil ki, qullar dünyasının intiqamı yaman olur. (133, 366) 
 
Bu uzaqgörənlik həmin dövrdə baş verən bir sıra ictimai-siyasi hadisələrlə 
əlaqədardır.  Şair göstərir ki, qoca Şərqin övladları, Misirin qədim ehramları oyan-
mışdır. Çinin azadlıq ordusu yeni-yeni zəfərlər qazanır. Romanın göylərində günəş 
doğur: 
 
Odur! Odur! Al bayraqlar cərgə-cərgə gəlib  keçir,  
Zülmətlərin daş qəlbini nizə kimi dəlib keçir.  
Avropanın oğulları qılıncını qoymur qına.  
Yenə dollar dünyasının lərzə düşür varlığına... (133, 368) 


 
 
294
«Zəncinin arzuları» poeması azadlıq uğrunda aparılan mübarizəyə, bu 
mübarizənin önündə gedən insanların arzu və istəklərinə həsr olunmuşdur. «Bu arzu 
və ideyalar isə böyük bir tarixi gələcəyə arxalanır. Hədəfə düzgün atılan hər bir 
güllənin səsində, hər zəfər bayrağının rəngində bu böyük tarixi gələcəyin bir səhifəsi 
yazılır. Buna görə də biz poemada bu günün hadisələrini, müasir insanın ürəyindən 
qopan arzu və istəkləri oxusaq da gözümüzün önündə böyük gələcəyin səadətli 
günləri, xoş dəqiqələri canlanır». (79, 170) 
Bu böyük gələcək bütün xalqların, millətlərin birliyi və həmrəyliyi nəticəsində 
həqiqətə çevrilə bilər. 
Göründüyü kimi, Səməd Vurğunun mövzu dairəsi geniş və əhatəlidir. Lakin şair 
hansı mövzuda yazmasından asılı olmayaraq həmişə Azərbaycan şairi və Azərbaycan 
vətəndaşı kimi çıxış edir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
295
N Ə T İ C Ə 
 
Azərbaycanın xalq şairi Səməd Vurğun bütün yaradıcılığı boyu mənsub olduğu 
xalqın keçmişini və bu gününü, arzu və istəklərini qələmə almış, onun gələcək 
taleyini düşünmüş, xalq ruhunun, xalq həyatının tərcümanı olmuşdur. «Səməd 
Vurğunun mövzu dairəsi çox genişdir, onun poeziyası yaşadığı dövrün (bütün 
mürəkkəb cəhətləri ilə birgə...) ictimai problematikasını ifadə etmişdir. Səməd 
Vurğun Reyxstaqdan da, Eduard Mazedən də, Ukrayna partizanlarından da, 
Moskvadan, Berlindən, Londondan da yazmışdır, lakin Səməd Vurğun... bütün 
bunları öz doğma xalqının dilində, həmin dilin imkan və nüanslarından ustalıqla 
istifadə edərək öz milli ədəbi  ənənələrindən qidalanaraq yazmışdır...». (42/1,7) Şair 
hansı mövzuda yazmasından asılı olmayaraq həmişə Azərbaycan şairi və Azərbaycan 
vətəndaşı kimi çıxış etmişdir. 
Səməd Vurğun Azərbaycan xalqının tarixinin öyrənilməsini bir problem kimi 
qarşıya qoymuş, tariximizin hansı səhifələrinin ilk növbədə öyrənilməsi üçün təkliflər 
vermişdir.  Şair Azərbaycan dövlətinin və dövlətçiliyinin, dövlət quruluşu 
ənənələrinin tarixinin, habelə ayrı-ayrı dövlət xadimlərinin, görkəmli  şəxsiyyətlərin 
həyat və  fəaliyyətinin ilk növbədə öyrənilməsini tövsiyə etmişdir. O, həm də tarixi 
mövzuda əsərlər yazmış, bu sahədə mövcud boşluqların doldurulmasına öz töhfəsini 
vermək istəmişdir.  Şair xalqımızın tarixinə aid əsərlər yazarkən elmi mənbələrdən 
faydalandığı kimi, folklorumuza da müraciət etmişdir. 
Səməd Vurğunun "Dar ağacı" poemasında bir sıra məqamlar, o cümlədən tarixi 
faktlar Azərbaycan tarixçilərinin  əsasən  ərəb mənbələrinə istinadən sonradan 
apardıqları araşdırmalarla  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə