Adilxan bayramov səMƏd vurğUN



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə13/85
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38235
1   ...   9   10   11   12   13   14   15   16   ...   85

 
 
47
lir. Bu xətlərin hər ikisində tarixi təfərrüatla yanaşı müasir, fərdi-avtobioqrafik 
məqamlara da aşkar işarələr var. Nəzərə alsaq ki, «Vaqif» 1937-ci ildə yazılıb və 
1938-ci ilin 5 oktyabrında tamaşaya qoyulub, onda burada təsvir olunan XVIII əsr 
hadisələrində 1937-ci ilin «podtekstini» tapmaq çətin olmaz».(100, 311). 
«Hökmdarın hüzurunda» olmuş görüşlərdən birini xalq şairi Süleyman Rüstəm 
əlli ildən sonra belə xatırlamışdır: «1938-ci ildə Səmədlə məni yanına çağırtdırmışdı. 
(M.C.Bağırov nəzərdə tutulur – A.B.).  Getdik ki, Topuridze - NKVD-nin o vaxtkı 
rəisi də yanındadır. Səməd irəli yeriyib əl uzatdı: 
-
 
Salam, yoldaş Bağırov... 
-
 
Çək qanlı əlini! Mənə uzatma! Oturun görüm!  
Çaş-baş halda oturduq. 
- Stolun üstündəki papkaları görürsünüz? Bunlar sizin «delo»larınızdır. Sizi 
aparmaq istəyirlər. Dedim: əvvəl çağırım, özüm dindirim, sonra aparsınlar».(70). 
Həmin dövrdə S.Vurğunla bağlı hadisələrə aid maraqlı  tədqiqatlar aparmış 
filologiya elmləri namizədi Bədirxan  Əhmədov bildirir ki, M.C.Bağırovun  şairin 
salamını almaması faktı S.Rüstəmin xatirəsi ilə yanaşı, tarixin yaddaşında da yaşayır, 
özü də  fərqli  şəkildə. Tədqiqatçının üzə  çıxardığı «tarixin yaddaşı»  şairin «qələm 
dostlarından» birinin S.Vurğun haqqında verdiyi danosdur. Şairin «millətçi» olmasını 
sübuta çalışan danosçu M.C.Bağırovun ona əl verməməsi faktını da özünə 
söykənəcək, dayaq edərək yazmışdır: «...təsadüfi deyil ki, AK/b/P MK-da Bağırov 
yoldaş bir çox yazıçılarla vidalaşarkən S.Vurğuna  əl verməmiş  və bildirmişdir ki, 
Səməd buna layiq deyil...»(68). Tədqiqatçı onu da sübut edir ki, bu hadisə 1938-ci 
ildə yox, məhz 1937-ci ildə baş vermişdir.(68). 
Ömrünün ahıl çağında S.Rüstəmin, yaxud «tarixin yaddaşında» necə 
yaşamasından asılı olmayaraq söhbət «hökmdarın hüzurunda» şairin bərkə-boşa 
çəkilməsindən, «olum-ölüm» məsələlərindən gedir. Yəqin ki, bu görüş «Vaqif»in o 
zaman yaran- 


 
 
48
maqda olan səhnələrindən birinə köçmüşdür: 
 
«Vaqifi gətirirlər. 
 
Qacar 
(heyrətlə) 
Aha, baş əyməyir hüzurumda bu! 
 
Şeyx 
Yoxdur vicdanında qanun qorxusu. 
 
Qacar 
                                       (Vaqifə
          Şair, hökmdarın hüzurundasan! (134, 85). 
 
S.Vurğun bu son misranı qələmə alanda heç şübhəsiz, M.P.Vaqif və 1797-ci illə 
yanaşı, özünü və  qələm dostlarını, habelə yaşadığı 1937-ci ili də düşünmüşdü. 
M.Vəkilov həmin günləri belə xatırlamışdır: «...qələm dostlarının taleyi onu narahat 
edirdi. Səməd Vurğun ziddiyyətli düşüncələr içində hər gün, hər gecə qocalırdı. Məhz 
belə bir zamanda, od kimi yandıran iztirablar, daxili ürək çırpıntıları və tərəddüdlər 
içində o, «Vaqif»i yazdı. S.Vurğun öz taleyinə əvvəlcədən acıyaraq Vidadinin dili ilə 
deyirdi: 
 
Şairdir, qəlbi var, şirin sözü var,  
Böyük bir ölkənin onda gözü var.  
O ölsə... dağlar da dil deyib ağlar,  
Əfv edin, yaxşılıq qalır yadigar».(173, 135-136). 
 
1937-1938-ci illərin məlum hadisələri Səməd Vurğuna da ciddi təsir göstərmişdi 
və onun həbsinə hazırlıq görülürdü. Azərbaycan yazıçılarının 1937-ci il iyunun 10-
12-də keçirilmiş ümumi yığıncağı barədə  mətbuatda oxuyuruq: «M.K.Ələkbərlinin 
çıxışı  qənaətbəxş olmamışdır... ASYİ katibi Səməd Vurğun «Kommunist»də  dərc 
olunan «Averbaxçılığın kökünü kəsməli» adlı məqa- 


 
 
49
lənin  əhəmiyyətini anlamamış, partiya qrupuna verdiyi bəyanatında bu məqaləni 
partiya orqanı  tərəfindən ittifaq əleyhinə çevrilmiş bir böhtan kimi qiymətləndirmiş 
və ancaq kəskin tənqiddən sonra səhvini etiraf etməyə məcbur olmuşdur».(90). 
İclasda belə bir ittiham da irəli sürülür ki, məhz S.Şamilovun və S.Vurğunun 
«sinfi sayıqlığını itirməsi, siyasi korluğu, çürük liberalizmi sayəsində xalq 
düşmənləri, yapon-alman faşist agentləri, trotskiçi, nasional-uklonist, müsavatçı, 
pantürkist ünsürlər (Əli Nazim, Əhməd Cavad, Hüseyn Cavid, Sanılı, Yusif Vəzir, 
Seyid Hüseyn, Musaxanlı, Müşfiq, Salman Mümtaz...) Azərbaycan Sovet Yazıçıları 
İttifaqına soxulmuşlar».(90). 
Adı  çəkilənlərdən bir çoxunun taleyi artıq məlum idi. Bu yığıncaqdan bir az 
sonra S.Şamilov da həbs edilmişdir. S.Vurğunun həbsi barədə isə yazılı  qərar 
çıxarılmışdı... 
Onu da qeyd etməliyik ki, həmin dövrdə  şair eyni zamanda maddi sıxıntı 
içərisində olmuşdur. O, qızı dünyaya gələndə doğum evinin qapıçısına bağışlamağa 
bir manat tapmır, qardaşının sonuncu «üçlüyünə» papiros alırdı.(173, 135) 
 
S.Vurğunun həyat yoldaşı Xavər xanım həmin vaxtlar şairin təqib olunması barədə 
ürək ağrıdan faktlar söyləmiş və belə bir hadisə danışmışdır: «Şamaxı yolunda cəmi 
bir neçə çarpayılıq doğum evi vardı. 1937-ci il sentyabrın 9-da həmin doğum evində 
Aybəniz (şairin qızı – A.B.dünyaya gəldi. Yusifdən (şairin böyük oğlu – A.B.) sonra 
qızımız olduğundan çox sevindik. Səmədin uçmağa bircə qanadı yoxdu. Bir neçə 
gündən sonra Səmədlə birlikdə Mehdi qağa (yazıçı Mehdi Hüseyn – A.B.)  bizi 
xəstəxanadan çıxarmağa gəlmişdi. Mən qapıçıya vermək üçün Səməddən bir manat 
istədim. Səməd ciblərini yoxladı, bir şey çıxmadı. Mehdiyə: Əlini cibinə sal, gör bir 
manatın varmı? - dedi. 
- Yoxdu, hamısını yığıb fayton tutduq».(35). 
O vaxtlar həbs olunanlar işgəncələrə dözməyərək istənilən adamı, o cümlədən 
S.Vurğunu da öz ifadələrində çox asanlıqla «xalq düşməni» edirdilər. Ruhulla 
Axundov 1937-ci il aprelin 9- 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə