35
qəzasında 1906-cı ildə – 4621 nəfər, 1907-ci ildə – 3749 nəfər,
1908-ci ildə – 893 nəfər, 1909-cu ildə – 6575 nəfər və 1910-cu
ildə 5476 malyariyalı xəstə qeydə alınmışdı.
Malyariya xəstəliyinin gedişi haqqında verilən
məlumatların birində xəstəliyin törətdiyi ağırlaşmalar
xarakterizə edilərək göstərilir ki, malyariyanın təsirindən
hamilə qadınlarda tez-tez uşaqsalma və vaxtından əvvəl doğuş
hadisələri baş verir, habelə zahılıq dövrü yüksək temperatur,
daxili cinsiyyət üzvlərinin müxtəlif səbəblərdən ağırlaşması ilə
nəticələnir ki, bu da çox vaxt zahı qadının ölümünə səbəb
olurdu.
Müəllif
qeyd edir ki, xroniki malyariya nəticəsində
qanazlığı müşahidə edilən qadınların bir neçəsində illərlə
aybaşı olmur
1
.
Kənd həkimi Kantakuzinin müşahidəsinə əsasən 1909-
cu ildə malyariya epidemiyası zamanı Naxçıvan şəhərində
uşaqsalma və vaxtından qabaq doğuşdan sonra ağırlaşmış,
uzun sürən uşaqlıq qanaxması və s. səbəblər üzündən 100-dən
çox qadın (çoxusu cavan yaşlarda) ölmüşdür.
Beləliklə, öz-özlüyündə aydın olur ki, inqilabdan,
qabaqkı Naxçıvanda əhalinin təbii artımının son dərəcə
azalması, ölümün, xüsusən uşaq ölümünün çoxalmasına səbəb
– yuxarıda göstərildiyi kimi – xəstəliklərin geniş surətdə
yayılması, yaşayış şəraitinin aşağı səviyyədə olması idi.
«Naxçıvan MSSR»-i kitabının müəllifi A.Nadirov bu barədə
haqlı olaraq yazır: «Sovet hakimiyyəti qurulmamışdan əvvəl
Naxçıvan MSSR-nin hazırki ərazisində əhalinin təbii artımı
son dərəcə aşağı idi. Bunun əsas səbəbi, hər şeydən əvvəl, o
zaman əhalinin ən geniş kütlələrinin iqtisadi vəziyyətinin
olduqca ağır olması, habelə malyariya, səpgili yatalaq və başqa
bu kimi ağır xəstəliklərin yayılması… idi.
2
_________________
1
Həkim Malyujenko M. Irəvan quberniyasının 1912-ci ilə aid yaddaş
kitabı,
VII fəsil, Irəvan, 1912, səh.35
2
A.Nadirov. Naxçıvan MSSR (iqtisadi-coğrafi oçerk), Bakı, 1959,
səh.39.
6-cı cədvəl
36
1904-1910-cu illərdə Naxçıvan və Şərur qəzalarında
əhalinin təbii artıb-əksilməsi haqqında məlumat
1
Doğulanların
sayı
Ölənlərin sayı
Təbii artım
Ill
ər
Ə
halinin
say
ı
Mütl
əq
rə
qə
ml
ərl
ə
H
ər 1000
nə
fə
rə
gör
ə
Mütl
əq
rə
qə
ml
ərl
ə
H
ər 1000
nə
fə
rə
gör
ə
Mütl
əq
rə
qə
ml
ərl
ə
H
ər 1000
nə
fə
rə
gör
ə
1904 152865 3880 25,4 3428 22,4 452 3,0
1906 153769 3185 20,7 2614 17,0 571 3,7
1908 154911 4543 29,3 3382 21,8 1161 7,5
1910 157232 4864 30,9 3269 20,8 1594 10,1
Elə illər də olmuşdur ki, (1904-cü ildə), hər 1000
nəfərə düşən təbii artım 3-ə, ölüm 22,4-ə, doğum isə 25,4-ə
çatmışdır. Deyilənləri daha düzgün başa düşmək üçün
Naxçıvan və Şərur qəzalarında 1910-cu ildə əhalinin hər 1000
nəfərinə düşən doğumu, ölümü və təbii artımı Azərbaycan SSR
və Naxçıvan MSSR-in 1962-ci ilə aid göstəriciləri ilə
müqayisə edək:
Doğum Ölüm Təbii artım
Keçmiş Naxçıvan (1910-cu ildə 30,9 20,8 10,1
Naxçıvan MSSR (1962-ci ildə) 47,7 7,8 39,9
Azərbaycan SSR (1962-ci ildə) 40,3 7,4 32,9
SSRI (1962-ci ildə) 22,5
7,5
15,0
________________
1
Bu cədvəli tərtib edərkən Irəvan quberniyasının 1904-1910-cu illərə
aid yaddaş kitabından istifadə edilmişdir.
37
Ağır iqtisadi vəziyyət və çar hökumətinin Naxçıvan
əhalisinə etinasızlığı nəticəsində yüksək xəstələnmə və ölüm
halı ilə yanaşı əlillik də artırdı. Belə hadisə 1897-ci ildə Rusiya
imperiyasının əhalisinin birinci siyahıya alınmasında qeyd
edilmişdir.
7-ci cədvəl
1897-ci ildə əhalinin siyahıya alınmasında əlillik
haqqında məlumat
Əlillərin sayı
Qəzalar və şəhərlər
Əhalinin
sayı
Korlar
Kar və
lallar
Ağıldan
kəm
Cəmi
Naxçıvan şəhəri 8790 26 4 5 35
Ordubad şəhəri 4611 8 - 1 9
Naxçıvan qəzası
(şəhərlə birlikdə)
100771 304 73 68 445
Şərur qəzası
38269 101 30 20 151
Hər iki qəzada
CƏMI
139040 405 103 88 596
Məlumatdan aydın olur ki, əhalinin hər 1000 nəfərinə
düşən əlillərin sayı belə olub:
Naxçıvan şəhəri üzrə – korlar 2,9; kar və lallar – 0,4;
ağıldan kəmlər – 0,6; cəmi əlillər – 3,9;
Ordubad şəhəri üzrə - korlar 2,7; ağıldan kəmlər – 0,2;
cəmi əlillər – 1,9;
Naxçıvan qəzası üzrə (şəhərlərlə birlikdə) - korlar 0,3;
kar və lallar – 0,7; ağıldan kəmlər – 0,7; cəmi əlillər – 4,4;
Şərur qəzası üzrə - korlar 2,6; kar və lallar – 0,8; ağıldan
kəmlər – 0,5; cəmi əlillər – 3,9;
Hər iki qəza üzrə - korlar 2,9; kar və lallar – 0,7; ağıldan
kəmlər – 0,6; cəmi əlillər – 4,2.
Çar hökumətinin devrilməsinə qədər Naxçıvanda
səhiyyə işlərinin kədərli tarixi belə olmuşdur.
1917-ci il fevral inqilabından sonra Naxçıvanda
müvəqqəti hökumətin və Xüsusi Cənubi Qafqaz Komitəsinin
yerli hakimiyyət orqanları formal olaraq yaradıldı. Bu yeni
38
hakimiyyət əslində devrilmiş çar üsuli-idarəsindən çox az
fərqlənirdi.
1917-20-ci illərdə Naxçıvan və Şərur qəzaları
daşnakların və onların ingilis – amerikan ağalarının əlində idi.
Bu ağalar Naxçıvan və Şərur qəzalarında yaşayan xalqları bir-
biri ilə salışdırır, onlar arasında qırğın törədirdilər. Onların
yeritdikləri düzgün olmayan siyasətin nəticəsində yüzlərlə
adam milli qırğınların qurbanı oldu.
Ölkədə olan bu acınacaqlı vəziyyəti görən həkim və orta
təhsilli tibb işçiləri öz şəxsi təhlükəsizliklərini təmin etmək
üçün qəzanı tərk edirlər. Beləliklə, 1917-1920-ci illərdə
əhaliyə göstərilən tibbi xidmət son dərəcə xarablaşır. Təkcə
bunu göstərmək kifayətdir ki, 1920-ci ildə hər iki qəzada bir
həkim və bir neçə orta təhsilli tibb işçisi var idi.
Bu illərlə statistik məlumatlar saxlanılmadığından
əhaliyə göstərilən tibbi xidmət haqqında məlumat yoxdur.
Amma bir sıra materiallardan aydın olur ki, həmin illərdə
xəstəliklər və aclıq nəticəsində gündə 40-50 adam ölürmüş.
1918-22-ci illərdə Naxçıvanda həkim işləmiş (1920-ci
ildə o, ilk səhiyyə komissarı olmuşdur) Əli Abbas oğlu
Abbasov 1918-20-ci illərdəki həkimlik fəaliyyətindən
danışarkən qeyd edib ki, «o illərdə Naxçıvanda səhiyyə işləri
olduqca acınacaqlı vəziyyətdə idi.» O, təkbaşına işləmək
məcburiyyətində olub. 1918-ci ildə Naxçıvana gələndə burada
1910-cu ildən həkimlik edən, əhali arasında yaxşı mütəxəssis
kimi qiymətləndirilən, böyük təcrübəyə malik olan K.Qilneri
və E.Şenqelini görür. Az vaxt içində onlar, bütün orta tibb
işçiləri və yeganə mama şəxsi təhlükəsizliklərini qorumaq
məqsədilə qəzanı tərk edirlər. Bu səbəbdən Ə.Abbasov
müraciət edən xəstələrə tək başına, qəbul otağında, kömək
göstərir. Ağır xəstələrə isə evlərdə yardım edir. O illərdə
dərman çatışmayıb, peyvənd materialının olmaması üzündən
uşaqlar arasında çiçək xəstəliyi günü-gündən artırmış. Xüsusilə
qaçqınlar arasında ağır xəstələrin sayı daha çox olmuşdur.
Beləliklə, göstərilən, hətta az-maz materiallardan məlum
olur ki, 1917-20-ci illərdə səhiyyənin vəziyyəti dözülməz
dərəcədə pisləşib. Olub-qalan tibb şəbəkəsi dağıdılıb, tibbi
kadrlar ölkəni tərk edib, yerlərdə sanitar vəziyyəti kəskin