7
yazdığı kitabda bu fraqmentlərin əksərindən geniş istifadə
olunmuşdur. Bunu nəzərə alaraq oxuculardan xahiş olunur ki,
bu monoqrafiyada cümlələrin, cədvəllərin, rəqəmlərin üst-üstə
düşməsinə, təkrarlanmasına rast gələndə heç də
təəccüblənməsinlər.
Bu monoqrafiya hər şeydən əvvəl tarixi əhəmiyyət kəsb
edir. Burada Naxçıvanın sovetləşməsinin ilk illərində, bərpa,
quruculuq və müharibənin ağır, acılı illərində səhiyyənin tarixi
və mərhələli inkişafı ilə bərabər respublikanın tibb
kollektivinin, xüsusən səhiyyə təşkilatçılarının fədakar əməyi,
əzmlə və səylə işə can yandırmaları da göstərilib. Onların
səhiyyənin bazasının möhkəmləndirilməsinə,
əhalinin
sağlamlaşdırılmasına, sanitar-sağlamlaşdırıcı
tədbirlərin
vaxtında həyata keçirilməsinə sərf etdikləri səmərəli əməyi,
göstərdikləri xidməti işıqlandırmağa cəhd etmişik.
Nə qədər buna nail olmuşuq, onu oxucuların
mülahizəsinə veririk.
8
I FƏSIL.
SOVET HAKIMIYYƏTININ QƏLƏBƏSINƏ
QƏDƏR NAXÇIVANDA TIBB XIDMƏTININ
INKIŞAF TARIXI (1828-1920-ci illər)
Naxçıvanın qədim tarixi var. Naxçıvanın indiki
ərazisində o vaxtlar məskunlaşan tayfalar,
maddi mədəni
qədim abidələr Neolit dövrünə (e.ə.7-6-cı minillər) aiddir.
Çoxsaylı maddi mədəni memarlıq abidələri göstərir ki,
Naxçıvan çox keçmişdə özünün yüksək mədəniyyəti ilə yaxın
şərqdə şöhrət tapmışdır.
VIII-X əsrlərdə Naxçıvan, Culfa, Ordubad iri peşə-
ticarət mərkəzi olmuşdur.
VII-XIV əsrlərdə Naxçıvan Sacilər, Səlcuqlar,
Eldənizlər, Monqollar dövlətlərinin tərkibində olmuşdur.
XV-XVI əsrlərdə Naxçıvan yarım köçəri feodal
dövlətlərin – Qaraqoyunlu, Ağqoyunlu və Səfəvilər
dövlətlərinin tərkibində olmuşdur.
1903-cü ildə I Şah Abbasın qoşunları tərəfindən
dağıdılmışdır. XVIII əsrin əvvəllərində isə Şəhər Nadir Şahın
qoşunları tərəfindən tutulmuşdur.
Özünün çoxillik tarixi ərzində Naxçıvan yadellilər
tərəfindən işğal edilmiş, dəfələrlə dağıdılmış və talan
edilmişdir.
Lakin nə yadelli qoşunların basqınları, nə əsarət altına
salmaq cəhdləri, nə də onun qarət edilməsi xalqın vətənə olan
məhəbbətini söndürə bilməmişdir. Onlar silahlanaraq öz
torpağı, ailəsi və uşaqları uğrunda vuruşdular.
XVIII əsrin ortalarında yarımmüstəqil Naxçıvan xanlığı
yaradıldı.
1826-28-ci illərdə Rusiya-Iran müharibəsi gedişində
1827-ci ilin iyununda rus qoşunları Naxçıvanı zəbt etdilər.
Türkmənçay müqaviləsinə əsasən Naxçıvan xanlığı Irəvan
xanlığı ilə birlikdə Rusiyaya birləşdirildi. Çar höküməti
Irandan və Türkiyədən minlərlə erməni ailəsini Naxçıvan
Xanlığı ərazisinə köçürmüşdür. 1828-ci ilədək azərbaycanlılar
diyarın əhalisinin 92%-ni təşkil edirdilərsə, 1897-ci ildə bu
9
66,3%-ə enmiş, ermənilərin sayı isə artaraq 32,7%-ə
çatmışdır.
1
Naxçıvan diyarı Çar hökumətinin Qafqazda apardığı
inzibati islahata (10 aprel 1840) əsasən
Gürcüstan-Imperiya
quberniyasının tərkibində Naxçıvan qəzası kimi (1841) təşkil
edilmiş, sonra isə (1849-cu ildə) Irəvan quberniyasının
tərkibinə keçirilmişdi.
Ilk əvvəl Naxçıvan ərazisində iki qəza (Naxçıvan və
Ordubad) olub, sonralar isə (1867-ci ildə) bu qəzalar
birləşdirilərək bir qəza – Naxçıvan qəzası adlanır.
1870-ci ildə Irəvan quberniyasının tərkibində növbəti
qəza – Şərur-Dərələyəz qəzası təşkil edilir. Bu iki polis
sahəsindən – Şərur (I sahə) və Dərələyəz (II sahə) ibarət olur.
Biz yalnız I sahədə (Şərur) məskunlaşan kənd əhalisinə
göstərilən tibbi xidmət haqqında tam məlumat verəcəyik. O ki,
qaldı II sahəyə (Dərələyəz), burada kənd əhalisinə göstərilən
tibbi xidmətə aid cüzi məlumat olduğundan onu təsvir etmək
mümkün olmadı. Ona görə gələcəkdə Şərur-Dərələyəz qəzası
sadəcə olaraq Şərur qəzası kimi göstəriləcək.
Beləliklə Naxçıvan diyarında, Sovet hakimiyyəti
qurulanadək, iki qəza (Naxçıvan və Şərur-Dərələyəz)
olmuşdur.
Naxçıvanın Rusiya imperiyasının tərkibinə keçirilməsi,
onu özünün ucqar müstəmləkəsinə çevirsə də obyektiv olaraq
xarici hücumlardan, ara müharibələrinin, feodal çəkişmələrinin
törətdiyi bəlalardan xilas etdi.
Azərbaycanın böyük filosofu, dramaturqu və
maarifpərvəri Mirzə Fətəli Axundov ölümündən bir il qabaq,
1877-ci ildə Azərbaycanın görkəmli maarifpərvəri və ictimai
xadimi Həsən bəy Zərdabiyə yazdığı məktublarının birində
Azərbaycanın Rusiya tərkibinə daxil olması nəticəsində onun
yadellilərin basqını təhlükəsindən qurtarmasının
əhəmiyyətindən danışaraq qeyd etmişdi: «Heç olmazsa ona
minnətdar ol ki, biz Rusiya dövlətinin
_______________
1
Naxçıvan Ensiklopediyası. «Azərbaycan Elmlər Akademiyası».
Bakı, 2002-ci il, səh. 385, 517
10
himayəsi sayəsində keçmişdə sonsuz işğalçı orduların saysız
basqın və talanlarından xilas olduq və nəhayət, rahatlıq əldə
etdik»
1
.
Bununla belə tarixi materiallar göstərir ki, Çar Rusiyası
Cənubi Qafqazı ələ keçirməkdə məqsədi öz iqtisadi və siyasi
maraqlarını əsas tutaraq müstəmləkəlik siyasətini həyata
keçirmişdir.
Naxçıvanda Sovet hakimiyyətinin qələbəsi dövrünə
qədər olan illərdə səhiyyə işlərinin vəziyyətini təsvir etmək
üçün bəzi tarixi məlumatları nəzərdən keçirək.
Naxçıvanda inqilaba qədər işləmiş həkimlərin verdiyi
məlumatlardan aydın olur ki, Rusiyanın tərkibinə daxil olana
qədər Naxçıvanda heç bir xəstəxana və həkim olmamışdır.
Əhali tibbi yardım almaq üçün ara həkimlərinə, mollalara,
seyidlərə, dərvişlərə, falçılara müraciət edirdi.
Şərur qəzasının həkimi H.Səfiyev qəzada ilk xəstəxana
açılana qədər olan dövrü təsvir edərək yazır: «…O vaxta qədər
(1889-cu ilədək, yəni ilk xəstəxana açılana qədər) əhali ancaq
ara həkimləri və dəlləklərin köməyi ilə keçinirdi…»
2
.
Insanın anatomiyası, fiziologiyası və xəstəliklərin
mahiyyəti barəsində heç bir təsəvvürü olmayan bu cür
başabəla«həkimlərin» günahı üzündən hər il yüzlərlə adam, o
cümlədən körpə uşaq onların qurbanı olurdu.
«Irəvan quberniyasında səhiyyə işlərinin müasir
vəziyyəti» adlı məqalədə aparılan türkəçarə müalicə üsulları
tənqid edilərək belə yazılır: «Ehtimal ki, bəşəriyyətin əmələ
gəlməsi ilə bir gündə yaranan xalq təbabəti hələ bu günə qədər
uşaqlıq dövründə qalmış, onda sadəlik və uşağa aid
xüsusiyyətlər çoxdur. Doğrudan da məsələn, xəstənin heyvan
dərisinə salınması, qanaxmanın peyinlə dayandırılması,
yaranın üstünə nəcisdən məlhəm qoyulması, ovsun oxunması,
cadulama və s. bu kimi
_________________________
1
«Əkinçi» qəzeti, 1877-ci il, №2.
2
Qafqaz mülki idarələrində xidmət edən həkimlərin birinci
qurultayının əsərləri, II cild, 2-ci buraxılış, Tiflis, 1916, səh.54.
müalicə üsullarını başqa cür necə izah etmək olar?…»
1
.