Adam Smit-əlifba



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə19/22
tarix04.11.2017
ölçüsü0,57 Mb.
#8216
1   ...   14   15   16   17   18   19   20   21   22

www.azadliqciragi.org 

39 


Naməlum şəxsin dərdi 

 

Smit göstərir ki, biz düĢünməyərəkdən adi Ģeyləri yardım etmək üçün götürürük. Ancaq nə 



zaman ki, yeni Ģeylər üzə çıxır, bu sürprizdir. Bizi heyrət götürür ki, onlar bizim adi dünyamıza 

necə  uyğunlaĢır.  Bir  Ģeyin  uyğun  gəlməməsi  hissi  narahatlıq  gətirir.  Amma  bizim  ağıl  və 

təxəyyülümüz,  mücərrədlik və təsnifat bacarıqlarımız bizə kontekstə yeni məna verməyə kömək 

edir.  


   Məsələn,  biz  bir  dəmir  parçasının  maqnit  tərəfindən  cəzb  olunduğunu  görəndə 

heyrətlənirik;  amma  bizim  fantaziyamız  iĢarə  verir  ki,  orada  daĢın  ətrafında  fırlanan  müəyyən 

qüvvə  var  və  o,  bu  hərəkəti  aydınlaĢdırmaqda  bizə  kömək  edir.  Bu  iĢlənməmiĢ  nəzəriyyədir, 

amma  Smit  göstərmək  istəyir  ki,  belə  nəzəriyyələr  irəli  sürülür,  sınaqdan  keçirilir  və 

təkmilləĢdirilir. 

 

Fərziyyələr və təkziblər 

 

O,  bunu  astronomiya  tarixini  illüstrasiya  kimi  istifadə  etməklə  həyata  keçirir.  Qədim 



astronomlara  görə  “sürpriz”  günəĢin,  ayın,  ulduzların  hərəkətinin  izahını  tələb  edir.  Bir  təklif 

odur  ki,  səma  bu  cisimlərin  asıldığı  günbəzə  bənzər  damdır  və  onlar  gündəlik  olaraq  Ģərqdən 

qərbə hərəkət edirlər. Təəssüf ki, bu, planetlərin davamsız hərəkətini izah etmirdi.  Beləliklə, çox 

məharətli  nəzəriyyə  meydana  çıxdı.  Orada  həqiqətən  bir  neçə  cisim  var,  biri  davamlı  olaraq 

Ģərqdən  qərbə  hərəkət  edir  və  baĢqaları  çox  davamsız  (planetlərlə  münasibətdə)  hərəkət  edir. 

Amma  bu  davamsız  hərəkət  özü  müəyyən  aydınlaĢdırma  tələb  edir.  Çox-çox  cisimlər 

postulatlaĢdırıldı,  müxtəlif  istiqamətlərdə  çək-çevir  edildi  -  o  vaxta  qədər  ki,  onlardan  72-nin 

təsəvvürü  yaradıldı.  Yeganə  narahatlıq  bu  idi:  “Bu  sistem  indi  forma  və  bağlılıq  vermək  üçün 

kəĢf olunmuĢ o göy cisimlərinin öz görünüĢləri kimi dolaĢıq və mürəkkəb olmuĢdu.” 

Sonrakı  astronomlar  planetlərin  hərəkətinə  dair  daha  sadə  izah  yolları  axtarırdılar. 

Kopernikin  sistemi  ortaya  çıxdı  ki,  cisimlərin  mərkəzində  yer  kürəsi  deyil,  günəĢ  dayanır.  Bu 

planetlərin  davamsız  hərəkətini  izah  etməyi  asanlaĢdırdı-bu  izaha  görə  yer  də  hərəkətdə  idi. 

Baxmayaraq ki, çox adam yerin kainatın mərkəzi olmaması ideyasından silkələndi,  astronomlar 

bunu faydalı hesab etdilər-ən azı onun nəticələrindən daha dəqiq mülahizələr alınana qədər.  

Amma Ġssak Nyuton da öz növbəsində sadə, ümumi izahat ilə ortaya çıxa bilər ki, planetlər 

yalnız necə deyil, həm də nə səbəbə görə dəqiq onların müĢahidə etdikləri yolla hərəkət edir. Bu 

ağırlıq  qüvvəsinin  təsiridir.  Bir  neçə  sadə  fiziki  qanun  planetlərin  elliptik  orbitlərini  və  baĢqa 

hadisələrin  görünüĢünü,  kometlər  kimi  izah  edə  bilərdi,  hansı  ki,  bu,  Kopernik  sisteminə 

uyğunlaĢdırıla bilmədi. Bu sadə, hardasa çəkici  görünürdü  və müĢahidə olunan faktlara uyğun 

idi. 


 

Elm və insan qavrayışı 

 

Smitə  görə,  onda  elmi  metod  insan  ağlına  asanca  əsaslanmaqla  kainatın  izah  olunması 



prosesidir.  Biz  həqiqətən  onun  mürəkkəbliklərini  azaldaraq  sadə  prinsiplərə  çevirməklə  anlaya 

bilərik.  Kainatın  modeli  irəli  sürülür,  sınaqdan  keçirilir,  istənilən  tapılır,  formaya  salınır  və    nə 

zaman  onlar  çox  qarmaqarıĢıq  və  ya  müĢahidələrlə  çox  fikir  ayrılıqları  olur,  o  daha  cəlbedici 

Ģərhlər üçün kənara atılır. Bu, nəzərəçarpan müasir baxıĢdır. 

Biz  nəzəriyyələrdə  müəyyən  uyğunluq  görürük  ki,  bu,  müxtəlif  Ģərhlərin  qarmaqarıĢıqlığını 

“bir neçə ümumi prinsiplər”ədək azaldır. Bu ona görədir ki, elm bizim öz əqli orqanizmimizdir. 

Smitə  görə,  bütün  elmi  modellər  -  “bütün  fəlsəfi  sistemlər”,  onun  sözlərinə  görə  -  “təxəyyülün 

açıq ixtiralarıdır.” 

 



www.azadliqciragi.org 

40 


Ünsiyyət psixologiyası 

 

“Ritorika haqqında və Bellesin məktubları” mühazirələrində Smitin mövzusunun əsasında o 



dayanır  ki,    həqiqi  insan  psixologiyası  və  inkiĢafı  ondan-əsas  ictimai  institutdan-ünsiyyətdən 

gəlir. Nümunə üçün, Smit təklif verir ki, əgər sənin rəğbətə layiq auditoriyan varsa, onlara bütün 

mesajlarını  ver,  sonra  onu  hissə-hissə  izah  et.  Əgər  aqressiv  dinləyici  ilə  rastlaĢsan,  onların 

hamısını    dərhal  öz  ziddiyyətli  qənaətlərinlə  hücuma  məruz  qoyma,  onları  mərhələlərlə  buna 

aparıb çıxar. 

Yalnız  tələbə  qeydləri  formasında  olan  mühazirələrdə  və  öz  “Dilin  ilkin  formalaĢması 

haqqında  təsəvvürlər”  məqaləsində  Smit  dili  anlamaq  yolunu  onun  necə  meydana  çıxdığını 

tədqiq  etməkdə  görür.  Yazılı  qeydlər  olmasına  baxmayaraq,  Smitin  tarixi  labüd  dərəcədə 

təxminidir və onun nümunələri bir neçə qədim və müasir Avropa dilləri ilə  məhdudlaĢır. Amma 

onun izahı təkamülə əsaslanır: o inanır ki, insan cəmiyyəti inkiĢaf etdikcə, dil bir inkiĢaf vasitəsi 

olaraq təkmilləĢir.  

 

Ünsiyyət və insan təbiəti 

 

Dil insan düĢüncəsinin məhsulu olduğuna görə, o təsdiq edir, o bizə öz təbiətimiz haqda nəsə 



deyir.  Misal  üçün,  bizim  bacarıqlarımızın  kateqoriyalaĢdırılması  artıq  “Astronomiya  tarixi”ndə 

əks  olunub.  Smit  bildirir  ki,  ibtidai  insanlar  hər  Ģeyə  fərqli  adlar  verə  bilərdilər.  O,  çox  ağır 

olardı, amma  xoĢbəxtlikdən insan ağlının mücərrədlik gücü köməyə gəlir. Biz müxtəlif Ģeylərdə 

ümumi cəhətlər görə bilir  və onların  bütövlükdə siniflərinə ümumi  söz iĢlədirik-məsələn, ağac. 

Biz  həmçinin  keyfiyyətləri  rənglər  kimi  müəyyən  edirik-yaĢıl  ağac-və  ya  münasibətlər-

mağaranın  üstündəki  ağac.  Bu  elmi  metod  üçün  mühüm  olan  bu  texnikalar  bizim  gündəlik 

həyatımızı anlamaqda az dəyərli deyil. 

Smitin  hüquqi  qaydaları  mövzulara  tətbiq  etmək  qətiyyəti    onun  “Xalqların  sərvəti”ndən 

“Ritorika  və  Bellesin  məktubları”nadək  bütün  sorğularını  birləĢdirir.  KeçmiĢdə  istehsal  və 

mübadiləni idarə edən insan hərəkətverici qüvvələrini eyniləĢdirmək və onları tərkib hissələrinə 

bölmək  tələbatı  vardı.  Sonralar,  bu  axtarıĢ  münasibətdən  irəli  gedən  psixologiyanın  aĢkar 

olunması və onun struktur və tərzinin analizi üçün aparılır. 

 

Ünsiyyət elmi 

 

Üslub, tərz, həqiqətən,  Smitin diqqətini çox  məĢğul edir.  “YaxĢı tərz,  üslub” - o, qətiyyətlə 



deyir,  “yığcam,  ədəbi  və  dəqiq  olandır”.  O,  yazıçı  və  ya  natiqin  çılğınlığından  xəbər  verir  və 

qısa,  aydın,  səlis  olmalıdır.  Qısa  cümlələr  anlaĢmaya  kömək  edir.  Və  (“Əxlaqi  duyğular 

nəzəriyyəsi”nin əsas anlayıĢı) dil hissiyyat doğurmalı və dinləyici onu qəbul etməlidir.   

Ünsiyyət  psixologiyanın  predmetidir,  Smit  iddia  edir  ki,  müxtəlif  arqumentlər  müxtəlif 

texnikalar  tələb  edir.  O,  məqsədin  təqdimatı  üçün  tələb  olunan  danıĢıq  nitqindən  tutmüĢ, 

ibrətamiz  arqumentlərlə  səbəb  və  nəticələrin  izah  olunması  üçün  tələb  olunması,  emosiyalara 

təsir etməli olan müxtəlif növ  natiqlik təqdimatlarına qədər müxtəlif məsələləri əhatə edir. Onun 

təsvirləri klassik yazıçı və tarixçilərə qeyri-adi  dərəcədə bələd olduğunu göstərir.  

Bununla belə, əsası adamlarla ünsiyyət  yaratmaqdır ki, ilk andan onları anlaya biləsən. Ġnsanlar 

təbii olaraq bu cür hissləri ilə yaxĢıdırlar, belə ki, ünsiyyət dilin inkiĢafına imkan verir. Ən ilkin və ən 

kobud  cəhdlərdən  -  ünsiyyətə,  mürəkkəb  və  yüksək  dərəcədə  faydalı  ictimai  institutlara  qədər 

yüksələrək. 

 

 



Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə