Adam Smit-əlifba



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə15/22
tarix04.11.2017
ölçüsü0,57 Mb.
#8216
1   ...   11   12   13   14   15   16   17   18   ...   22

www.azadliqciragi.org 

30 


Dövlət borcları 

 

Smitin dövlətin rolu haqqında məyyən fikirləri onun ümumi prinsipləri ilə fərqli göründüyü 



halda, onun siyasi  “reseptlər”i  də  həmiĢəki dəqiqliyi  ilə  düĢünülmüĢ görünmür.  O qeyd edir ki, 

hökumətlərin  adamların  cibindən  boĢalda  biləcəklərindən  də  artıq  xərcləməyə  meyli  var. 

Beləliklə,  o,  “Xalqların  sərvəti”ni  belə  bir  xəbərdarlıqla  sona  çatdırır  ki,  böyük  dövlət  borcu 

xüsusi olaraq zərərlidir.  

Borc  verməklə  hökumətlər  kapitalı  sərmayə  və  artımdan  yayındırır  və  onu  hökumət 

fəaliyyətləri formasında hazır istehlak istiqamətinə aparır. Bu, o deməkdir ki, inkiĢaf büdrəyərək 

əsaslı Ģəkildə  geri qalır. Bundan  baĢqa, hökumətin borc verməsi  xalqdan daha artıq vergi tələb 

etmədən, siyasətçilərə daha çox funksiyalar əldə etməyə imkan yaradır və onların Ģəxsi hakimiy-

yətini gücləndirir. Və onlar əsasən ödəmələrdən, necə olursa olsun,  yayınmaq üçün yollar tapır. 

Bu səbəblərə görə, dövlət borcu ancaq bir qrupdan baĢqasına zərərsiz ötürmə deyil. Bu azadlığa 

real təhlükədir və demək ki, inkiĢafa, çiçəklənməyə də real təhlükədir. 



www.azadliqciragi.org 

31 


“Xalqların sərvəti” bu gün 

 

Smitin dövrü bizim yaĢadığımız dövrdən çox fərqlidir, Ģübhəsiz, Sənaye Ġnqilabından əvvəlki 



hər  Ģey  dəyiĢib.  O,  bu  gün  kapitalizmin  əsasında  dayanan  Ģərik  müəssisələrə  Ģübhə  edirdi, 

mübahisə  edirdi  ki,  “böyük  sayda  sahibkar”  onları  heç  zaman  mərkəzləĢdirilmiĢ  halda  saxlaya 

bilməz.  Bəlkə  də,  o,  haqlı  idi.  O,  birləĢmiĢ  güclərin  artmasını,  sənaye  tullantıları  ilə  bağlı 

problemləri,    kağız  pulların  infliyasiyasını  və  bu  gün  iqtisadçıları  narahat  edən  bir  çox  baĢqa 

məsələləri proqnozlaĢdırmamıĢdı.        

“Xalqların sərvəti” hələ də iĢləmək, ticarət aparmaq, qənaət etmək və sərmayə qoymaq üçün 

birbaĢa  hakimiyyətə  ehtiyac  duymadan  azadlıq  və  təhlükəsizliyin  bizi  necə  irəli  apardığını 

göstərməklə,  içinə  düĢdüyümüz  ən  ağır  iqtisadi  problemlərin    güclü  həll  yollarını  verir.  Azad 

iqtisadiyyat çevik və adaptasiya olunan bir sistemdir ki, yeni gələn bir sistemin zərbəsinə dayana 

bilər və hər hansı gələcək sistemlərin də öhdəsindən gələr.   

 

 



www.azadliqciragi.org 

32 


“ƏXLAQİ DUYĞULAR NƏZƏRİYYƏSİ” 

 

“Əxlaqi duyğular nəzəriyyəsi” 1759-cu ildə, Adam Smit 35 yaĢında olan zaman nəĢr olunub. 



Əsər onun Qlazqou Universitetində “Etika” haqqında mühazirə kursu əsasında yazılıb. Bu asan 

oxunan bir kitab deyil. Smit “Ədəbi və ritorik üslub” üzrə də  mühazirə oxuyurdu  və əsərin dili 

bu  günün  filosoflarının  qısaldılmıĢ  elmi  nəsrlərindən  çox  qəlizdir.  Həqiqətən,  Smitin  dostu 

Edmund  Burke  bu  əsəri  “yazıdan  çox  rəssamlıq”  kimi  təsvir  edirdi.  O,  aramla  oxunmağı  tələb 

edir. 

 

Kitabın əsas ideyaları 



 

Ancaq  “Əxlaqi  duyğular  nəzəriyyəsi”  real  elmi  nailiyyət  idi.  O  göstərir  ki,  bizim    əxlaqi 

fikirlərimiz  və  fəaliyyətlərimiz,  sosial  varlıq  kimi  gerçək  təbiətimizin  məhsuludur.  Əsər  iddia 

edir ki, bu sosial psixologiya əxlaqi fəaliyyət üçün ağıldan daha yaxĢı göstəricidir. O, cəmiyyətin 

yaĢaması  üçün  tələb  olunan  sayıqlıq  və  ədalətin  təməl  qaydalarını  müəyyənləĢdirir  və  onun 

inkiĢafını təmin edən əlavə, faydalı  fəaliyyətləri aydınlaĢdırır. 



 

Şəxsi maraq və rəğbət 

 

Fərd  kimi  bizim  özümüzün  öz  qayğımıza  qalmaq  kimi  təbii  meylimiz  var.  Bu  sadəcə 



tədbirlilikdir. Və ancaq sosial varlıqlar kimi – Smit izah edir – bizə baĢqalarına münasibətdə təbii 

rəğbət hissi də verilib. (Bu gün o söz baĢqa mənalarda qəbul olunub və “şəfqət” sözü bu anlayıĢı 

daha  yaxĢı  izah  edərdi).    Biz  baĢqalarını  fəlakət  içində  və  ya  xoĢbəxt  görən  zaman,  onların 

hisslərinə  az  da  olsa  Ģərik  çıxırıq.  Bənzər  olaraq,  baĢqaları  da  bizə  Ģəfqətlə  yanaĢır  və  bizim 

dərdimizə Ģərik çıxır. Amma onların hissləri xüsusilə güclü olan zaman, Ģəfqət hissi onları təhrik 

edir ki,  bizim təsirsiz reaksiyalarımızla  uyğunlaĢmaq üçün  hisslərini  cilovlasınlar. Tədricən, biz 

uĢaqlıqdan  yeniyetməliyə  doğru  böyüdükcə,  hər  birimiz  öyrənirik  ki,  baĢqa  adamlar  üçün  nə 

qəbulolunandır, nə yox. Mənəviyyat bizim sosial təbiətimizdən gəlir.  

 

Ədalət, xeyriyyəçilik və ləyaqət 

 

Bu,  ədalət  yaradır.  Biz  mənfəətpərəst  olsaq  da,  yenə  baĢqaları  arasında  onlara  zərər 



vurmadan  yaĢamaq  məsələsini  həll  etməliyik.    Bu,  cəmiyyətin  mövcudluğu  üçün  önəmli  bir 

minimumdur. Əgər adamlar uzağa gedir və təqdir olunan yaxĢı əməl – xeyriyyəçilik edirsə, biz 

onu alqıĢlayırıq, ancaq biz bu hərəkəti, ədalət tələb etdiyimiz kimi tələb edə bilmərik.   

          



Ləyaqət 

 

Sayıqlıq,  ədalət  və  xeyirxahlıq  önəmlidir.  Lakin  ideal  odur  ki,  hər  hansı  bitərəf  real  və  ya 

xəyali  Ģəxs- Smit  onu  “bitərəf seyrçi”  adlandırır  –  bizim  hiss  və  əməllərimizə  tam Ģərik olardı. 

Bu özünüidarə tələb edir ki, onda həqiqi ləyaqət var. 

 

Təbii şəfqət hissi ləyaqətin əsası kimi 

 

Smitin  dövründəki  filosoflar  döğru  və  yanlıĢ  hərəkətlərin  nədən  yarandığının  rasional 



izahlarını axtarırdı. Ancaq Smit düĢünürdü ki, bizim mənəviyyatımız heç də hesablanan deyildir. 

Əksinə, bu, bizi sosial varlıqlar kimi formalaĢdıran təbii bir Ģeydir. Bizim hər birimiz baĢqalarına 




Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə