Adam Smit-əlifba



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə16/22
tarix04.11.2017
ölçüsü0,57 Mb.
#8216
1   ...   12   13   14   15   16   17   18   19   ...   22

www.azadliqciragi.org 

33 


münasibətdə rəğbət (və ya Ģəfqət) hiss edirik ki, bu hiss açıq, səmimi, xeyirxah və təbiidir. Biz 

təxəyyülümüzdə  özümüzü  baĢqalarının  yerində  görürük.  Biz  kiminsə  hücuma  məruz  qaldığını 

görürüksə,  səksənirik;

 

nə  zaman    gözümüzü  kəndiri  dartan  icraçıya    zilləyirik,  onlarla      əzab 



çəkirik

Amma biz adamları xöĢbəxt və ya qəmli görəndə, biz də xoĢbəxt və ya qəmli oluruq. 



Eynilə,  biz  insanların  təqdir  etmədiyimiz  yollarla  hərəkət  ediyini  görən  zaman  da  onların 

halına  acıyırıq.  Həqiqətən,  biz  baĢqalarınım  fikir  və  hisslərini  bölüĢməkdən  səmimi  zövq 

duyuruq.  Və  nə  zaman  biz  baĢqalarının  hisslərini  bölüĢmürük  və  ya  onların  hərəkətlərini 

qiymətləndirmirik, bu qarĢılıqlı olaraq bədbəxtlikdir. 

Bununla  belə,  Smit  deyir  ki,  bizim  təsirləndiyimiz  hisslər  özü  o  qədər  də  çox  deyil,  amma 

Ģərait onun artmasına  imkan  yaradır. Biz  acıqlı  Ģəxs görən zaman, daha çox qəzəbin potensial 

qurbanları olmaq qorxusuna yaxınıq, nəinki  onu bölüĢməyə. Ən azı, o vaxta qədər ki, hadisənin 

səbəblərini öyrənək və öz mühakiməmizi verək ki, bu qəzəb nə dərəcədə əsaslıdır. Əgər biz hiss 

etsək ki, adamlar müəyyən hadisəyə həddindən artıq dərəcədə reaksiya verib, onlar bizim Ģəfqət 

hissimizdən məhrum olurlar.  

 

Fikir ayrılığı və təmkinlilik 

 

Smit  qeyd  edir  ki,  biz  adi  seyrçilər  kimi  baĢqalarının  hisslərinin  sərtliyini  tam  bölüĢə 



bilmərik.  Məsələn,  haqsız  olan  kiminsə    sərt  qəzəbini,    ağır  itki  üz  vermiĢ  birinin  dərin  kədər 

hissini. Bizim Ģəfqət hissimiz, səmimi olmasına baxmayaraq, istər-istəməz zəifdir. Ancaq baĢqa 

insanlar  da  bizim  hisslərin 

seyirçiləridir, necə  ki,  biz  onların.  Bu  hallarda olduğu kimi, onlarla 

bizim  hisslərimiz  arasında  ayrılıq  olarsa,  onlar  kədərlənəcəklər.  Bu  öz  növbəsində,  onları  öz 

çətin  vəziyyətlərini  bizim  düĢüncəmizlə  uzlaĢdırmaq  üçün  təbii  hisslərindən    yaranan  hiddətə 

təmkinlə yanaĢmağa vadar edəcək.

  

Biz  yaĢamımız  boyunca  öz  yolumuzu  müəyyənləĢdirdiyimizə  görə,  bu  təmkinliliyi  öyrənirik. 



Təbiət  etibarilə,  biz  hadisələri  baĢqa  adamların  baxıĢ  nöqtəsindən  görürük    və  öyrənirik  ki,  hədsiz 

qəzəb, kədər və  ya baĢqa hisslər onları  bədbəxt edir. Beləliklə, biz hisslərimizi baĢqalarının hissləri 

ilə  uzlaĢdırmaq  üçün  onları  cilovlamağa  çalıĢırıq.  Həqiqətən,  biz  onları  elə  bir  nöqtəyə  qədər 

yüngülləĢdirməyi nəzərdə tuturuq ki, orada hansısa səciyyəvi, qərəzsiz Ģəxs – Smitin dediyi “bitərəf 



seyirçi” – bizim hisslərimizə Ģərik çıxır. 

Bənzər  olaraq,  biz  baĢqa  adamlara  qayğı  göstəririksə,  bilirik  ki,  bitərəf  seyirçi  onu 

dəyərləndirəcək və ondan məmnun qalacaq. Bitərəf seyirçi real və ya xəyali ola bilər, ancaq hələ 

bizə  təlimat  verir  və  təcrübə  vasitəsilə  biz  tədricən  davranıĢ  normaları  sistemini  –  mənəviyyatı 

qururuq. Bu, cəmiyyətin çiçəklənməsinə kömək edir ki, onun kökü Ģəfqətdədir:  

“Və  beləliklə,  bu,  o  hissdir  ki,    bizim  xudpəsəndliyimizi  məhdudlaĢdırmaq,  baĢqaları 

haqqında çox, özümüz haqqında az düĢünmək və bizim xeyirxahlıq meyllərimizə imkan vermək 

üçün  insan  təbiətinin  mükəmməlliyini  formalaĢdırır  və  xüsusi  olaraq,  insanlığa  bütünlükdə 

onların mərhəmət və düzgünlüyünü təĢkil edən hiss və həyəcanlar harmoniyası təmin edə bilir.”  

 

Mükafat, cəza və cəmiyyət 

 

Smit  aclıq,  sevgi,  mərhəmət  və  qəzəb  kimi  müxtəlif  hisslərin  uyğunluğunu  nəzərdə  tutur, 



sonra belə bir sual qoyur ki, hansı davranıĢ mükafat və ya cəzaya layiqdir.    

O  bildirir ki, bu məsələdə mühakimə  yürütmək üçün, bizə motivlərin ayrıca nəticələri lazımdır. 

Əgər  bir  Ģəxs  baĢqasının  faydalı  hərəkətindən  xeyir  əldə  edirsə,  vasitəçi  bizim  qane  olduğumuz 

məqsədlərdən  çıxıĢ etməyincə,  biz  benefisiarların tam  minnətdarlığını  hiss edə  bilmərik. Nə də  biz 

kiminsə  ziyanlı  hərəkətindən  doğan  qəzəbinə  Ģəfqət  hissi  ilə  yanaĢa  bilərik,  əgər  o  hərəkət  bizim 

bəyənmədiyimiz motivlərə əsaslanırsa.Yalnız faydalı hərəkət nə zaman müsbət məqsədə əsaslanırsa, 

biz inanmalıyıq ki, o, mükafata layiqdir; o  zaman ki, zərərli hərəkət  mənfi  məqsəddən yaranır, biz 

inanırıq ki, o cəzaya layiqdir.  




www.azadliqciragi.org 

34 


Cəza  və  mükafatların  mühüm  sosial  funksiyası  var.  Biz  cəmiyyətin  mənafeyinə  olan 

hərəkətləri təqdir edir və mükafatlandırır, ona zərər vuran hərəkətləri bəyənmir və cəzalandırırıq:  

”Cəmiyyətin uzun  yaĢamı tələb edir ki,  cəzaya  bərabər olmayan və  fitnəkarlıqla edilməmiĢ pis 

hərəkətə görə xüsusi cəzaların qarĢısı alınsın və nəticə etibarilə,  o cəzaları təyin etmək üçün tam 

uyğun və haqq edilmiĢ hərəkət olmalıdır.”  

Bu proses qeyri-iradidir:  biz dəqiq  bilməyə  bilərik  ki,  fərdi  hərəkətlər cəmiyyətə  necə  xeyir 

və  ya  zərər  gətirir,  bizim  ağlımız  dəyiĢkən  bələdçidir.  Ancaq  Allah  və  ya  təbiət  bizi  iĢtaha  və 

nifrətlə o məqsədlə təmin edib ki, həqiqətən  bizim cəmiyyətin və cins müxtəlifliyimizin inkiĢafı 

davam  etsin.  Həqiqətən,  baĢqa  cür  davransaydıq,  cəmiyyət  dağılardı  və  tezliklə  sosial  varlıqlar 

kimi mövcudluğumuzu dayandırardıq. 

Nə  zaman  Smit  “görünməz  əl”  və  daha artığı  haqqında danıĢır  –  nə  zaman aydınlaĢdırır ki, 

bizim hərəkətlərimiz yaxĢı bir ictimai quruluĢun fəaliyyətinin yaranmasına necə xidmət edir, bu, 

onun düĢüncəsində bir neçə məsələ ilə bağlı olan bir nümunədir, hətta baxmayaraq, biz fəaliyyət 

göstərəndə belə, nəticə  bizim  məqsədimiz deyil. Məsələn, Smit göstərir ki, saat  əqrəbləri  vaxtı 

göstərmək üçün birlikdə iĢləyir. Ancaq onlar bunu bilmirlər: bu, saatsazın məqsədidir. Həmçinin, 

nə  zaman  bizim qeyri-iradi  hərəkətlərimiz cəmiyyətə yardım etmək üçün  iĢləyir, biz təkəbbürlə 

bunu öz ağlımıza aid edə bilərik, ancaq həqiqətdə  bunu Allaha və ya təbiətə aid etməliyik. (Nə 

zaman o, bu fenomeni insan planından deyil, insan hərəkətindən yaranıb fəaliyyətdə olan ictimai 

quruluĢ kimi müzakirə edir, Smit Allah, Təbiət və ya Təbiətin Yaradıcısı terminlərini demək olar 

ki, eyni mənalı ifadələr kimi istifadə edir. Ancaq onun bizim öz hərəkətlərimiz vasitəsilə düĢün-

mədən  necə  ictimai  harmoniya  yaratdığımız  haqda  Ģərhi  sistemli  yanaĢmadır,  teoloji  yanaĢma 

deyil. O  nə  Allahlığa cəsarət edir, nə  də ona qarıĢmağa ehtiyac duyur. Təbiət və  ya  bu gün  biz 

dediyimiz kimi, təkamül əla Ģəkildə eyni nəticəni verə bilər.)    

Bu bizi geriyə,  motivlər məsələsinə qaytarır. Zərər vurmağı nəzərdə tutan hərəkətlər əslində 

onu etməyə də bilər; baĢqa, heç bunu nəzərdə tutmayan hərəkətlər də real zərər vura bilər. Onda 

motivlər,  yoxsa  nəticələr  cəzalandırılmalıdır?  Smit  cavab  verir  ki,  biz  insan  qəlbini  görə 

bilmərik:  əgər  yalnız  pis  motivləri  cəzalandırsaq,  heç  kəs  Ģübhədən  qurtulmuĢ  olmazdı.  Amma 

yenə  təbiət  bizi  daha  qəti  həll  variantına  aparır:  biz  yalnız  o  hərəkətləri  cəzalandırırıq  ki,  çox 

zərərli və ya nəzərdə tutulmuĢ olur. 

 

Ədalət təməl kimi 

 

Cəmiyyətin  yaĢaması  üçün  onun  fərdi  üzvlərinin  bir-birinə  zərər  vurmasının  qarĢısını  alan 



qaydalar olmalıdır. Smitin Ģərh etdiyi kimi, cəmiyyət üçün oğru və qatillərin də mövcud olması 

mümkündür,  ancaq  o  həddə  ki,  onlar  bir-birindən  oğurlamaqdan  və  bir-birini  öldürməkdən 

imtina edirlər. Bu o qaydalardır ki, biz ədalət adlandırırıq. 

Əgər  insanlar  yaxĢı rəftara nail olmaq  və  ya  yanlıĢ hərəkətdən geri  qayıtmaq üçün baĢqalarına 

kömək  etmirlərsə,  biz  onları  mərhəmətsiz  və  ya  nankor  adlandıra  bilərik.  Amma  biz  adamları 

yaxşılıq  etməyə  məcbur  etmək  üçün  cəzalandıra  bilmərik.  Yalnız  o  hərəkətlərə  görə  cəzalandıra 

bilərik ki, onlar zərərə real və ya düĢünülmüĢ hərəkətlərdir. Biz yalnız onları məcbur edirik ki, ədalət 

qanunlarına tabe olsunlar, çünki əks halda cəmiyyət yaĢaya bilməzdi. 

Ədalət  yaxĢılığı  artırmaq  üçün  deyil,  zərərin  qarĢısını  almaq üçündür. Məsələn,  biz  insanlara 

baĢqalarından  nəsə  oğurlamağa  icazə  vermirik,  sadəcə  ona  görə  ki,  bu  daha  çox  onların  özünə 

xeyir  ola  bilər.    Hər  kəs  öz  maraqlarının  baĢqalarından  daha  mühüm  olduğunu  düĢünməyə 

üstünlük  verdiyinə  görə,  əgər  biz  oğurluğa  icazə  versəydik,  hamımız  baĢqalarının  sonsuz 

qarətlərinə  məruz  qalardıq.  Ədalət  odur  ki,  cəmiyyət  özünü  zərərdən  müdafiə  edir  və  əhəmiy-

yətlidir  ki,  təbiət  bizə  onun  qorunub  saxlanması  üçün  güclü  instinktlər  verib.  Bizim  ədalətsizliyi 

qəbul etməməyimiz elə güclüdür ki, bu, onun günahkarı olan adamlarda dərin utanc və peĢmanlıq 

hissi doğurur. 

 



Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə