Adam Smit-əlifba



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə18/22
tarix04.11.2017
ölçüsü0,57 Mb.
#8216
1   ...   14   15   16   17   18   19   20   21   22

www.azadliqciragi.org 

37 


yanaĢmağı üstün tuturuq. Amma Smit iddia edir ki, gerçək xeyirxahlıq sərhəd tanımır. Ġnsanlıq 

hər  hansı  bir  fərddən  daha  mühüm  olduğuna  görə,  həqiqi  mükəmməl  insan  “dünyanın  böyük 

marağı” naminə Ģəxsi qurbanlar verməyə hazır olmalıdır.  

    


Mükəmməl cəmiyyətin quruluşu 

 

Həqiqətən, təbiət fərdləri Ģəxsi qurbanlar verməyə təhrik edir və biz insanları belə hərəkətlər 



etməyə  imkan  yaradan  təmkinə  heyran  qalırıq.  Ancaq  insanlar  özlərini  yaxĢı  səbəblərə  görə 

qurban verdikləri kimi, pis səbəblərə görə də qurban verməyi bacarırlar. Bir qəhrəmanın təmkini 

bir fanatikin polad qətiyyətinə çevrilə bilər.  

BəĢəriyyətə bağlılıq bizim dövlətimizə bağlılıqla  eyni deyil. O, ölkənin qurulması və təĢkili 

üçün hörmət və ehtiram, o cümlədən, bizim vətəndaĢlarımızın xöĢbəxt olması üçün istək  tələb 

edir. Adətən, onlar ikisi də uyğun gəlir. Ancaq zamanla siyasi çaxnaĢmalardan onlar toqquĢa da 

bilər. 

Belə  Ģəraitlərdə  siyasətçilər  islahat  üçün  irəli  sürülən  əhatəli  planlara  müraciət  edə  bilərlər. 



Smit  deyir  ki,  onlar  mövcud  institutların  devrilməsini  irəli  sürürlər,  hətta  o  köhnə  institutların 

verdiyi  faydalardan  asılı  olmayaraq.  Onlar  bunun  əvəzinə  “rasional”  alternativ  irəli  sürürlər. 

Amma bu, insan təbiətindən fərqlənir: 

“Ġnsan sistemi onun öz təkəbbürü ilə çox uyğundur; və insan çox zaman öz ideal hakimiyyət 

planının    fərz  edilən  mükəmməlliyinə    aĢiqdir  ki,  özü  bunun  hər  hansı  hissəsinin  kiçicik  bir 

təzahüründən  belə əziyyət çəkmir. O,  elə  görünməyə çalıĢır ki,  böyük bir cəmiyyətin üzvlərini, 

elə  asanlıqla    təĢkil  edə  bilər  ki,  sanki  bir  əl  müxtəlif  fiqurların  hissələrini  Ģahmat  taxtası 

üzərində  yerləĢdirir.  O  nəzərə  almır  ki,  insan  cəmiyyətinin  nəhəng  Ģahmat  taxtasında,  hər  ayrı 

hissənin, bütünlüklə o müxtəlf hissələrin öz hərəkət prinsipi var ki, onun üzərində təsir vasitəsini 

yalnız qanunverici  seçə bilər.”  

Təbiət  və  azadlıq  fəaliyyətdə  olan  cəmiyyətin  həmahəngliyinin  yaradılmasına  etibarlı 

bələdçidir, nəinki fanatikin və ya xəyalpərəstin təkəbbürlü ağlı. 




www.azadliqciragi.org 

38 


SMİTİN MÜHAZİRƏLƏRİ VƏ BAŞQA YAZILARI 

 

Smit göstəriĢ vermiĢdi ki, onun çap olunmamıĢ yazılarının çoxu ölümündən sonra yandırılsın 



(bu,  zamanında  tam  normal  xahiĢ  idi.  O  zaman  yazıçılar  öz tamamlanmıĢ  iĢləri  haqqında  fikir 

söylənməsini  istəyirdilər,  nəinki  əlyazma  halındakı  qaralamaları  haqqında).  Belə  ki,  “Xalqların 

sərvəti”  və  “Əxlaqi  duyğular  nəzəriyyəsi”ndən  sonra  onun  yazılı  iĢlərinin  az  hissəsi  salamat 

qalıb.  Lakin  qalanlar  Smitin  bilik  və  maraqları  ilə  geniĢ  əhatəli  dünyagörüĢündən  xəbər  verir: 

Samuel  Consonun  “Lüğət”inin  rəyi,  Avropada  intellektual  cərəyanlar  haqqında  və  dillərin 

mənĢəyi  haqqında  məqalələr;  rəssamlıq,  dram,  musiqi  və  rəqs  daxil  olmaqla,  sənətlər  haqqında 

oçerklər;  ingilis  və  italyan  poeziyası  haqqında  qeydlər;  qədim  fəlsəfə  və  fizika  tarixi  haqqında 

yazılar və “Astronomiya tarixi” adlı 70 səhifəlik dissertasiya.  

XoĢbəxtlikdən,  bizdə  də  onun  “Ritorika  haqqında  mühazirələr”indən,  “Bellesin 

məktubları”ndan, “Hüquq sistemi haqqında mühazirələri”ndən tələbələrinin qeydləri var. Bunlar 

Smitin  əlyazma  variantı  olmasa  da,  bizə  onun  Qlazqouda  intellektual  inkiĢaf  yolu  haqqında 

qiymətli fikirlər verir və bir çox bəndlər yenidən “Xalqların sərvəti”ndə əks olunur.  

 

Birləşmiş mövzular 

 

Çox  müxtəlif  mövzuları  əhatə  edən  bu  müxtəlif  mühazirə  və  yazılar  Smitin  yanaĢması 



haqqında mühüm bir amili aĢkara çıxarır. 

Smit sosial psixoloq olduğu kimi, çox böyük iqtisadçı və ya moralist, tarixçi və ya qrammatist 

deyil. O anlamağa çalıĢır ki, insan ağlı dünya və baĢqa insanlarla necə keçinir və bu münasibətlərdən 

böyük Ģeyləri necə yaradır. Ona görə, elm gerçəklik haqqında insan ağlının onu özü üçün analiz  və 

yerbəyer etdiyindən daha az məlumat verir. Dil, əxlaq və iqtisadiyyat hamısı gərəkli ictimai struktur-

lardır ki,  hansı yollasa fikirlərin görüĢündən meydana gəlir. Hüquq və ədalət  insanlara dinc yanaĢı 

yaĢamağı təmin emək üçündür.  

Onun Ģərhlərini biz bu gün “təkamül” adlandırırıq. Təbiət bizə təbii meyllər verib ki, necə olur-

olsun gücləri birləĢdirməklə, onları ümumi mənfəət üçün böyük sosial institutlara çevirsin. Biz baĢa 

düĢməyə bilərik ki, bizim Ģəxsi cəhdlərimiz necə uzlaĢır, əlaqələnir və ya baĢqaları ilə iqtisadiyyat, 

dil  və  ya ədalət  prinsipinin ümumi  və dəyərli sistemini  yaratmaq üçün   necə  bir araya gəlir: ancaq 

onlar bunu edirlər. 

Həqiqətən,  əgər  onlar  bunu  etməsəydilər  və  dağıdıcılıq  olsaydı,  cəmiyyət  yaĢaya  bilməzdi. 

Beləliklə,  Smitin  göstərmək  istədiyi  odur  ki,  bu  fərdlər  bütövlüyə  münasibətdə  necə  fəaliyyət 

göstərir. 

 

Smit elmin fəlsəfəsi haqqında 

 

Buna  görə  də,  “Astronomiya  tarixi”nin  ulduzlardan  münəccimlik  hekayəti  danıĢmaqdan  daha 



dərin  məqsədi  var.  Bu  fikirlər  “Astronomiya  tarixi”ndən  “Fəlsəfi  məsələləri  irəli  aparan  və 

istiqamətləndirən prinsiplər” adlı tam baĢlıqla ifadə olunmuĢ hissədən götürülüb. Həqiqətən də, insan 

zəkası  və  bizim  onu  necə  analiz  etdiyimiz,  kateqoriyalaĢdırdığımız  və  dünyanı  necə  anladığımız 

haqqındadır. Belə bir sualla baĢlayır ki, bizi elmi nəzəriyyələrə nə aparır. Sonra göstərir ki, nəzəriy-

yələr  necə  irəli  sürülür,  sınaqdan  keçirilir,  aradan  çıxarılır  və  araĢdırmağa  baĢlayır  ki,  “yaxĢı” 

nəzəriyyə  nə  edir,  məsələn  Ġsaak  Nyuton  nəzəriyyəsini  istifadə  etməklə  nəyə  nail  olur.  Elmə  “ger-

çək”lik  haqda  deyil,  insan  psixologiyası  və  interpretasiyası  haqqında  dünya  modeli  kimi  baxmağa 

cəhd edir ki, bu da gözlənilməz dərəcədə müasirdir. 

 

 



Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə