Adam Smit-əlifba



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə20/22
tarix04.11.2017
ölçüsü0,57 Mb.
#8216
1   ...   14   15   16   17   18   19   20   21   22

www.azadliqciragi.org 

41 


Smit hökumət və dövlət siyasəti haqqında 

 

Smitin  “Hüquq  sistemi  haqqında  mühazirələri”    yenə  də  yalnız  tələbələrinin  qeydlərində 



qalıb.  O  bildirir  ki,  hüquq  sistemi,  “hökumət  və qanunun  ümumi  prinsiplər  nəzəriyyəsi”  və  ya 

“mülki  hökumətlərin  istiqamətləndirməli  olduğu  qaydalar”dır.  Bir  daha,  mühazirələr  sosial 

psixologiyada məĢğələ, insanın qarĢılıqlı təsir əsasında hüquq və hökumət institutlarının əsasının 

qurulmasına necə səbəb olmasının izlənməsi cəhdi kimi görünə bilər.  

BaĢlanğıc  bölmə  “Ədalət”  adlandırılıb,  ancaq  müxtəlif  səpkili  geniĢ  məsələləri  əhatə  edir. 

Hökumətin  mənĢəyi  və  inkiĢafı,  konstitusiyalar,  yerli  hüquq,  köləlik,  mülkiyyət  hüququ, 

məhkəmələr  və  cinayət  məhkəməsi  məsələləri  daxil  olmaqla.  BaĢqa  bir  əsas  bölmə,  siyasət 

haqqında daha çox Smitin qiymətlər, pul, ticarət və əmək bölgüsü ilə bağlı fikirlərini əhatə edir 

ki, bu, on il keçməmiĢ onun “Xalqların sərvəti” əsərində əksini tapacaqdı



 



Ədalət, dövlət və hüquq 

 

Bir  daha,  Smit  təkamül  baxıĢını  götürür.  Ovçuluq  sistemi



 

köçəri  çobanlar  dövrünə,  sonra 

sabit kənd təsərrüfatı və biznes dövrünə  yol verdikcə, bu iqtisadi quruluĢları  möhkəmləndirmək 

üçün müxtəlif dövlət və hüquqi sistemlər  tələb olunurdu. (Bir əsr sonra Karl Marks razılaĢacaq: 

istehsal münasibətləri ictimai münasibətləri formalaĢdırır.)    

Dövlət, Smit “Xalqların sərvəti”ndə dəqiq Ģərh etdiyi kimi, mülkiyyətin qorunması məqsədi 

əsasında yaranmıĢdır, hansı ki, çoban və fermerlər dövründə çox mühüm əhəmiyyətə malik oldu. 

Bu  quruluĢun  açıq  üstünlüyü  bizim  təbii  insan  meylinin  hakimiyyətə  hörməti  əsasında 

möhkəmləndirildi,  o  deyir.  Amma  bu,  bazar  iqtisadiyyatı  idi  ki,  demokratiyanın  meydana 

gəlməsinə  səbəb  oldu.  Ġlkin  vaxtlar,  bütün  hakimiyyət  yerli  rəhbərdə  idi.  Ġqtisadi  mübadilədə, 

istehsalçılar əvəzində diqqəti daha çox öz müĢtəriləri olan saysız-hesabsız sadə insanlara yönəlt-

dilər. Beləliklə, tipik dövlətin toxumları səpildi.  



 

Əmək və mübadilə 

 

BaĢqa bölmələr göstərir ki, Smit “Xalqların sərvəti”ni hətta 1760-cı illərin ortalarında  davam 



etdirirdi.  “Bu,  əmək  bölgüsüdür  ki,  ölkənin  sərvətini  artırır”,  o  deyir.  Burada  da  sancaq 

fabrikinin  və  yun  paltonun  istehsalı  misalı  var  ki,  münlərlə  fərdin  əməkdaĢlığını  əhatə  edir  və 

cəmiyyət  vasitəsilə  əmək  fəaliyyətini  geniĢləndirir.  Və  biz  belə  deyirik:  ”Sən  qəhvəçiyə  və  ya 

qəssaba pivə  və  mal  əti üçün müraciət edərkən,  bunlara özlüyündə  nə qədər ehtiyac duyduğunu 

izah etmirsən, müəyyən qiymət müqabilində sənə o məhsuldan nə qədər düĢdüyünü soruĢursan”. 

”Sən qəti olaraq onun insanpərvərliyinin deyil, özünəvurğunluğunun obyektisən. (Bəlkə də bunu 

qeyd edən tələbə Smitin əsl sözlərinin  Ģeiriyyətini sadəcə tuta bilməyib.)  

Uyğun  olaraq, biz görürük ki, Smit  o merkantilist  baxıĢlarına hücum edir ki,  o baxıĢa görə 

sərvət puldur və onun qorunması üçün ixrac məhdudlaĢdırılmalıdır.  “Bu haylı-küylü yaĢayıĢla,” 

–  o  qeyd  edir,  “bir  zəngin    bədxərc  kapitalı  israf  edə  bilər-hansı  ki,  bu  istehsalı  və  inkiĢafı 

sarsıdır, hətta baxmayaraq ki, dövriyyədən pul itmir”. Sərvət və pul, həqiqətən də, eyni Ģey deyil.  

 “Xalqların  sərvəti”ndə  baĢlanğıc  götürən  mühazirələr  iqtisadi  ideyaları  “Əxlaqi  düĢüncələr 

nəzəriyyəsi”ndə inkiĢaf etdirir.  O təkid edir ki, bizim maddi inkiĢafımızın hərəkətverici qüvvəsi 

bizim ehtiyaclarımız deyil, bizim istəklərimizdir və belə deyir:

 

”Ġnsanın tələbatı elədir ki, heç nə 



onu  qane  etmir.  Biz  yedizdirildikdən,  qeyindirildikdən  və  evlə  təmin  olunduqdan  sonra  da 

iqtisadi  inkiĢaf dayanmaz.” Bizim təkmilləĢmə axtarıĢımız heç vaxt bitmir  və  nə  istehsalda,  nə 

sənayedə, nə də elmdə və sənətlərdə inkiĢaf ondan ayrılmır. 

 

 




www.azadliqciragi.org 

42 


Bacarıqsız hökumət 

   


Əgər  istehsal,  mübadilə  və  kapital  yığımı  maddi  tərəqqiyə  gedən  yoldursa,  bunu  əngəlləyən 

nədir?  Smit deyir ki, tez-tez təsadüf olunan fakta görə, bu, bacarıqsız hökumətdir. Kapital yığımı 

vaxt aparır. Əgər insanlar düĢünürsə ki, hökumət onları oğurluqdan qoruya bilməz və azad ticarət 

etməyə buraxmaz, onların çalıĢqan və qənaətcil olmağa meyli az olacaq. 

“Hüquq sistemi haqqında mühazirələr” heç zaman nəĢr üçün nəzərdə tutulmamıĢdı və Smitin 

hökumətin bacarıqsızlığı  və  müdaxiləsinə  hücumu  “Xalqların  sərvətinə” nisbətən burada  bir az 

yumĢaqdır.  Ancaq  onun  çox  yaxın  məqsədləri  var:  insanları  iĢ  dəyiĢikliklərindən  qoruyan 

müqavilə  qanununda  qüsurlar,  torpağa  sahiblik  və  onun  ilk  statusu  haqqında  köhnə  qanun, 

hökumət subsidiyaları, istehsalçılara verilən monopoliyalar, imtiyazlar və uzun təlimlər, köləlik 

və baĢqa qaydalar və s.   

Ağır vergilər baĢqa bir yolkəsicilikdir. Mühazirələrdə o artıq vergilərin səmərəliliyi haqqında 

düĢünməyə  baĢlayıb:  torpaq  vergilərini  əmtəə  vergilərinə  qədər  artırmaq  olar,  çünki  onları 

toplamaq asandır. Və burada, o düĢünür ki, dövlət və səlahiyyətli torpaq sahiblərindən daha çox 

mərkəzi  planlaĢdırma  var.  Adamlar  yuxarıdan  yönəldilməyən  bazarlara  və  ticarət  azadlığına 

ehtiyac duyurlar.  

Belə  müdaxilələr  labüd  olaraq  ictimai  rifahı  aĢağı  salır.  Adamlar  könüllü  mübadilələrə 

gedirlər, çünki hər iki tərəf bundan faydalanacağına inanır. Bu insan sərvətinin mənbəyidir. “Nə 

zaman  iki  nəfər  öz  arasında  ticarət  edir”  o  düĢünür  ki,  “bu,  Ģübhəsiz  olaraq  hər  ikisinin 

qazancıdır. ” Və o, merkantilistlərə deyir: ”Vəziyyət iki xalq arasında da tam eynidir.” 

 

Azadlıq və inkişaf 

 

Onun siyasət ”reseptlər”i eyni dərəcədə sağlamdır:  



“Yuxarıdakı fikirlərdən görünür ki, Britaniya bütün mənalarda azad liman olmalıydı ki, orada 

xarici  ticarət  üçün  hər  hansı  maneə  olmasın.  Əgər  hökumətin  xərclərini  baĢqa  üsulla  ödəmək 

mümkün olsaydı,  bütün borclar,  gömrük rüsumları  və aksizlər  ləğv edilməliydi  ki, belə sərbəst 

ticarət və azad mübadilə bütün xalqlara və hər Ģeyə Ģamil edilməliydi.” 

Və  eyni  düĢüncəylə,  “mübadilə  azadlığı”  bütün  millətlərin  daxilində    də  hər  Ģeyə  Ģamil 

edilməliydi. 

Smit kimi dövrünün bəzi alimləri də güman edirdilər ki, inkiĢaf qarĢısıalınmazdır. Hər halda, 

onların  dünyası  həqiqətən  inkiĢaf  etməkdəydi.  Smit  çox  da  nikbin  deyildi.  ĠnkiĢaf  qayda  və 

təhlükəsizlik,  azadlıq  və  ədalət  çərçivəsi  tələb  edir.  Əks  təqdirdə,  adamlar  əməksevər  olmaq 

səbəblərini  itirirlər.  Bütün  bunların  qorunub  saxlanmasında  dövlətin  Ģəksiz  rolu  var.  Amma  bu 

da sərvət  yaranması prosesinin  yolunu kəsməməlidir, çünki  o  mənafelər hakimiyyətə  onu təhrif 

etmək  üçün  verilməyib.  Bu  yolu  sərbəst  buraxmaqla,    insanların  daha  yaxĢı  Ģəraitə  olan  təbii 

arzusu inkiĢafın ən güclü hərəkətverici qüvvəsidir. 



Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə