A zərbaycan türklərinin



Yüklə 19,52 Mb.
Pdf görüntüsü
səhifə11/226
tarix26.08.2018
ölçüsü19,52 Mb.
#64801
1   ...   7   8   9   10   11   12   13   14   ...   226

 

23 


uzaqlaşdırılırdı.

 

Bu səbəbdən,



 

elitadan tutmuş qara camaata qədər bütöv 

əhalinin nəzarəti altında olan böyükbəy fikrini sərbəst deyə bilən bəylə-

rin,


 

xalq təmsilçilərinin

 

(toyquların)



 

istəyinə uyğun hərəkət etməyə məc-

bur idi.

 38


 

Sonrakı mərhələdə ellik və el adlanan bodunlar birliyi artıq klassik 

anlamda dövlət quruluşu olub, əvvəlki qurumlardan köklü şəkildə fərqlə-

nirdi. Elin başında hamının hörmət və itaət etdiyi qanuna (törə) əsasən, 

cəmiyət tərəfindən dəstəklənib,

 

müəyyən müddətə seçilən



 

elbəyi

 

dururdu. 



Ağıllı vəzir olan bilginlərin daşıdığı bilgə titulu şərəfli sayıldığından bu 

ünvanı layiqli hökmdarlara da verirdilər. Dini məsələlərə başqam və ya 



qamata rəhbərlik edirdi. Elin dövlət atributlarından sayılan tuğ, yay, gerb 

səviyəli damğa, ordu və müəyyən çağlarda keçirilən toy qurumu, ağsaq-

qallar məclisi olurdu. Elbəydən (kağandan) sonra müəyyən hakimiyət gö-

rəvlisi və savaş vaxtı ordu hissələrinə başçılıq edən yabqu, şad, tarxan, 

eltəbər titullu dövlət adamları və ayquçi, elçi, tudun, inancu, buyuruq və 

sair ünvanlı dövlət məmurlarının varlığı el qurumunun xarakterik cəhə-

tidir. Bu qurumda elbəyin xatunu yincu da dövlət işlərində  iştirak edir, 

oğlu tegin bir boya və ya qoşuna rəhbər təyin olunanda ona şad ünvanı 

verilirdi. Dövlət törənlərində hər kəsin protokola uyğun öz yeri, hökmdarın 

hüzurunda sağ, sol, qarşı, arxa duruşların sıralanma protokolu vardı.

 

 

Göründüyü kimi, əsl dövlət quruluşu El qurumunda özünü göstərir 



ki, bu da sağlam demokratiya prinsipinə əsaslanan oliqarxiya və monar-

xiya yönümlü iki əsas növə ayrılır. Hər növün öz üstün və zəif cəhətləri 

vardı. Belə ki, İslamaqədərki çağlarda türk xalqları Avrasiyanın müxtəlif 

guşələrində  dəfələrlə  hər iki el növünü sınaqdan keçirmişlər. Azərbay-

canda isə qədim qut, saqa boy və bodunlarının qurduğu el mana, mada, 

alban bodunlarının qurduğu eldən fərqlənmişdir. 

Deyilənlərdən aydın olur ki, qədim çağlara aid işlətdiyimiz «dövlət» 

sözü bir-birindən qabarıq  şəkildə  fərqlənən anlamları bildirir. Ona görə 

də onun ümumi anlamını özündə saxlamaqla, digər məna çalarlarını  və 

ümumiyətlə,

 

dövlət


 

qurumu ilə

 

bağlı


 

terminologiyanı

 

uyğun


 

sözlərlə


 

ifadə 


etmək lazım gəlir. Çünki dövlətin özəyi sayılan  ailə qurmundan dövlət 

                                                 

38

 

Qədim türk dövlət adlarının əsasında qut-i, man-a, mad-a, saq-a, xəz-ər (azər), sub-



ar, hun (kun), tur-uk (türk) və sair bu kimi boy adlarının durması da göstərir ki, ayrı-

ayrı boylar birləşib dövlət quranda dövlətin adı konfederasiyaya öndərlik edən boyun 

adı ilə adlanırdı. Diqqəti çəkən məsələlərdən biri də budur ki, Çin qaynaqları hun döv-

lətçiliyində görünən lulu, küti sözlərini titul kimi təqdim edir. 




 

24

quruluşunacan mövcud olmuş tarixi-siyasi qurumların hüquqi-idarə for-



maları, coğrafiyası, etnik bazası  və digər ictimai-inzibati atributları bir 

çox halda bir-birindən fərqli özəlliyə malik olur, lakin çağdaş dövlətçilik 

terminologiyası  nəinki bunu dəqiq  əks etdirə bilmir, hətta bəzi hallarda 

yanlış təsəvvür yaradır. Bunu açıq görmək üçün ərəb dilindən alıb işlət-

diyimiz tayfa və qəbilə sözlərinin «Azərbaycan dilinin izahlı lüğəti»ndə 

verilmiş şərhinə baxmaq kifayətdir: 



 Tayfa  -  1.

 

Sinifli cəmiyətdən əvvəlki



  

birlik;

  

qövm;   

2.



 

Xalq, millət;   

3. Qohumqəbilə, qohum-əqrəba;   

4. Danışıqda «tacir, şofer tayfası» kimi işlənən qrup, dəstə;   

 Qəbilə -  1. İbtidai cəmiyətdə: bir soydan törəmiş və bir rəisin idarəsi al-

tında birlikdə yaşayan  köçəri tayfa, nəsil, əşirət, oymaq;    

2. Məcazi mənada: tayfa, xalq, millət

Verilən örnək çox aydın göstərir ki, belə alınma terminlərin əksəri 

turk dövlət qurumunun özəlliyini ifadə etmək gücündə deyildir. Qədim 

türk dövlətçilik terminləri isə  həm işarə etdiyi məfhumun qavranılması 

üçün anlaqlı,

 

həm



 

 



leksik anlam baxımından çox aydındır.

 

Ona görə də, 



ailə, nəsil, qəbilə, tayfa, xalq, millət, şəhər, vilayət, məmləkət, hökmdar, 

şah, çar, canişin, satrap, vali, sərkərdə, dövlət, hakimiyət və sair bu kimi 

alınma sözlərlə yanaşı, burada ocaq, otaq, soy,



 

bod (boy), bodun, el,

 

ellik, 

oba, yurd, bölgə, ölkə, elçi, elbəy, bəy, qalabəyi, bəylərbəyi, xan, xaqan, 

xatun, tegin, şad, yabqu, tarxan, buyruk, törə, tuğ, bitikçi və sair qədim 

türk sözlərinin də işlənməsinə geniş yer verilmişdir. 

Türklərin

 

dövlətçilik



 

gələnəyində

 

işlək


 

olmuş


 

terminologiyanın, heç 

olmasa,

 

imkan daxilində öyrənilməsi bir sıra məsələlərə



 

aydınlıq gətirər. 

Belə ki, dövlətçilik kontekstində təkcə el sözünün daşıdığı «xalq», «ölkə» 

və «dövlət» mənaları qədim türk dövlətçilik gələnəyinin başqa xalqların 

dövlət sistemindən köklü şəkildə  fərqləndiyini aydın göstərir. Ona görə 

də el sözünün terminoloji tutumunu başqa dillərə bir sözlə tərcümə etmək 

çətinlik yaradır. Eyni durum ata, baba, dədə  və bu qəbildən olan qan 

qohumluğu ilə yaranıb sonralar sosial və dövlət qurumlarının ortaya çıx-

ması ilə yeni mənalar qazanmış sözlərdə  də özünü göstərir. Necə ki, 

ilkin anlamı ilə ailə başçısını bildirən ata sözü sonralar Qorqut-ata, Qam-

ata, ata-man və ata-bəy sözlərində «övliya», «baş kahin», «komandan», 

«tərbiyəçi» anlamı ilə  işlənmişdir.  Şəxs adlarındasa bu sözün sadalanan 

mənaları yoxdur: Ata, Atakişi, Ataxan və sairə. 



Yüklə 19,52 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   226




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə