A zərbaycan türklərinin



Yüklə 19,52 Mb.
Pdf görüntüsü
səhifə8/226
tarix26.08.2018
ölçüsü19,52 Mb.
#64801
1   ...   4   5   6   7   8   9   10   11   ...   226

 

17 


Atlı türklər kimi saqa boylarının ilk köçləri II minilin ortalarından 

başlansa da, onların aktiv siyasi tarix səhnəsinə çıxması, sözün hərfi mə-

nasında, dəmir dövrü ilə başlanır. Konkret bir dövrü deyil, III minildən 

İslamaqədərki çağları əhatə edən «Oğuz zamanında» deyimi hər dəfə iş-

ləndiyi konteksdə müəyyən tarixi dövrə aid olur. Türklərdə Oğuz xanın 

İbrahim peyğəmbər çağında yaşaması inancı vardı

.

24

 



Lakin Oğuz obrazı 

bir məqamda Ayın oğlu (onu Ay-kağan doğdu) kimi verilib, III minilin 

ilk yarısında yaşamış ökuz (oquz) epitetli Bilqamıs ilə eyni (Zülqərneyn) 

obrazdırsa, başqa bir konteksdə Kara-xanın oğlu kimi, oğuz boylarının 

soybabasıdır. Bu baxımdan, Dədə Qorqud hekayələrində  oğuzlar dövrü 

anlamında işlənən «ol zaman» deyimində arxaik qat II minilin ortalarına, 

sonrakı qatlar isə bir-birini əvəz edən Saqa, Hun, Xəzər və Səlcuqlar ça-

ğını əhatə edir və «Koroğlu» eposunda olduğu kimi, «Oğuznamələr» də 

bu müxtəlif tarixi qatlara aid olayları eyni tarixi müstəvidə təqdim edir. 

Ona görə  də, eyni oğuz bahadırı  həm arxaik qatda, həm də islamlaşma 

çağı olaylarında iştirak etməli olur

.

 



Türklərin dövlətçilik tarixində önəmli rolu olmuş müxtəlif çeşidli 

dini inancların

 

da

 



ayrı-ayrı

 

zamanlarda ortaya çıxdığını



 

görmək olur.

 

Belə 


ki,

 

III



 

minildən İslamaqədər

 

davam edən



 

«bir tanrı» inamlı Tanrıçılıq

 

ilə 


yanaşı,

 

bəzi bölgələrə başqa etnosların gətirdiyi



 

zərdüşti, məzdəki, mani, 

musəvi (yəhudi) və xristian dinləri də olmuşdur.

25

 



Azərbaycanda bir çox 

türk boyu əsas türk dini olan Tanrıçılığı (Gök-Tanrı) saxlasa da, bəzi türk 

boylarının, daha doğrusu, hun, alban, aran, ermən, xəzər, qıpçaq boyları 

içində bəzi ailə və

 

soyların m.s.



 

I minildə musəvi,



 

xristian dinlərini

 

qəbul 


etməsi bəllidir, lakin azər türklərinin zərdüşti, məzdəki və mani dininə ta-

pınması


 

haqqında


 

tarixi


 

bəlgə yoxdur.

26

 

İslamlaşma çağında



 

ulu


 

peyğəmbə-

rimiz Məhəmmədin (s.ə.s.) dinini qəbul etmiş türklər tanrıçı,

 

musəvi



 

və 


xristian türklərlə iç-içə dini tolerantlıq mühitində

 

yaşamışlar. Xəzər dövlə-



                                                 

24

 KCN, I. 11; Bü görüşün arxeoloji bəlgəsi kimi, II minilin ortalarında meqalit tikililər, 



Oğuz qalaçaları diqqəti çəkir. 

25

  Dədə Qorqud hekayələrində  təkur (xan) və  məlik (bəy) titulları ilə adı keçən Qara-



Tikan, Sunu-Sandal, Qıpçaq,  Şöklü, Qara-Aslan, Qara-Təkur, Buğacıq, Baybecan bəy 

və onların boyu xristianlığı qəbul etmişdilər. 

26

 Yerli Od kultu və Asar tanrıya inama dayanan, lakin pers mühitində formalaşdığı üçün 



türk gələnəyindən fərqlənən zərdüştilik, zərdüştiliyə dayanıb, atəşpərəstliyi önə çıxaran 

və mal-mülk bərabərliyi, hətta arvadları bölüşdürmək adətini təbliğ edən  məzdəki  dini 

də türklər üçün yad idi. Çünki etnik kökü baxımından, Məzdək fars (əcəm) idi və bunu 

Nizamülmülk xüsusi qeyd edir: «Məzdək əcəmdir» (Siyasətnamə, 158). 




 

18

tində dörd dinə tapınan ayrı-ayrı türk boylarının bir yerdə yaşaması bunun 



bariz nümunəsidir. Tolerantlıq «din ayrı qardaş» deyimində də qalmışdır. 

Əvvəlki minilllərdə daha sadə görkəmi olan Misir məbədləri artıq 

m.ö.

 

I minildən başlayaraq möhtəşəmliyi ilə seçilir və idarəçilikdə onun 



funksiyasının genişlənməsi görünür. Artıq hər beş adamdan biri, əkilən 

torpağın isə üçdə biri məbədə aid idi. Çoxtanrılı Roma-Yunan tapınaq və 

məbədləri də böyük imtiyaza malik idi. Bu durum xristianlıq çağında 

Bizans


 

dövlətinin

 

məbədlərə



 

verdiyi


 

böyük


 

önəmlə


 

daha


 

da

 



artmışdı.

 

Türk 



toplumundan fərqli olaraq, bu dövlətlərdə dini institutlar başqa dinlərə 

qarşı barışmaz mövqe tutur və sadə xalqı yox, oliqarx və hakim zümrəni 

müdafiə edirdi. Türklərin yeni-yeni ölkələr fəth etməsində başqa etnik 

boylara və başqa dinlərə tolerant münasibəti də öz bəhrəsini verirdi, hətta 

475-də rumlu çinovnik və feodalların talançı xislətinin artıq dözülməz hal 

almasından bəhs edən yepiskop Salvian Marselli qeyd edirdi ki, rumlular 

belə «varvarların (türklərin) zəbt etdiyi torpaqlara qaçır». 

Dövlətçilik baxımından Ön Asiya xalqlarından xeyli geridə qalan 

Avropa xalqlarında boy-soy qurumundan dövlət qurumuna keçid və haki-

miyətin irsi ötürülməsi m.ö. I minildə gerçəkləşdi. Aqressivliyilə seçilən 



Asur, aqressiv olsa da, işğal etdiyi ölkələrdə tikinti aparıb, kanallar çəkən 

Urartu  və  həmin minilliyin ortalarına qədər  mədəniyət mərkəzi sayılan 

Babil dövlətindən uyğun bölmələrdə bilgi verilmiş və bu dövlətlərdə irsi 

hakimiyət olması göstərilmişdir. Aşırı  şovinizmi ilə seçilən  Əhəmənilər 

və bir neçə əsr sonra onu təqlid etməyə çalışan Sasanilər də hakimiyəti 

seçimlə deyil, irsi yolla varisə verirdi: «Ərdəşir Babəkandan başlamış 



əcəm şahlarının axırıncısı olan Yəzdgürdün dövrünə qədər şah oğlu şah 

ola bildiyi kimi, vəzir oğlu da vəzir olmalı idi».

27

 Sosial qurumu dövlət 



quruluşuna transfer edərək insan azadlığına önəm verən türklərin dövlət-

çilik fəlsəfəsinin  əsasında seçim dururdusa, Yunan-Roma dövlətlərinin 

yaranmasında da ailə (klan) və boy qurumları önəm daşımış  və Bizans 

çağında bu gələnək hakimiyətin irsi ötürülməsi şəklində davam etmişdir. 

Müasir genetika, geneologiya terminlərinin kökündə dayanan «soy» 

anlamlı genos (yunan), gens (latın) sözü «qadın» anlamı ilə bağlıdır.

28

 Ol-


sun ki, qədim türkcənin  kün (xalq) sözünə  bənzəsə  də, german dillərin-

                                                 

27

 Siyasətnamə, 142; Bu sözləri yazan Nizamülmülk həmin gələnəyin türk dövlətçiliyinə 



gətirilməsində həm də şəxsi marağı vardı: özü bir neçə türk hökmdarının baş  vəziri ol-

muşdu və özündən sonra bu vəzifənin oğluna keçməsi üçün çalışırdı. 

28

 Müqayisə et: gine (yunan), gin (hay), jena (rus), zənən (fars). 




Yüklə 19,52 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   226




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə