676-Sakların Dili Ve Edebiyyatı (Bextiyar Tuncay)



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə18/51
tarix17.11.2018
ölçüsü0,63 Mb.
#80567
1   ...   14   15   16   17   18   19   20   21   ...   51

yerlərinin döşəmələrinin altında və ya evlərin həyətində i di.Yəni Eneolit dövrü insanları
ölüləri bilavasitə öz evlərində basdırardılar.” (40.135).
Rəşid Göyüşov bildirir ki, Eneolit dövründə hətta dəfn adətlərindən də danışmaq
olar.Məsələn,Kür çayının orta axarında yaşayan əhali öz ölülərini yaşayış yerlərindən xeyli
kənarda,Azərbaycanın cənub rayonlarında yaşayan əhali isə bilavasitə yaşayış yerlərinin
özündə-evlərin arasında,döşəmənin altında və yaxud da həyətdə dəfn etmişdir.Çox vaxt ölü
tək və bükülü vəziyyətdə basdırılmışdır,ancaq az da olsa kollektiv dəfn adətinə rast gəlmək
mümkündür.1-ci Kültəpədə olduğu kimi,Babadərviş və Əliköməktəpə abidələrində də
qəbirlərdən oxra tapılmışdır.” (4.30).
Nəcəf Müseyiblinin bildirdiyinə görə,son Eneolit dövrünə aid olan kurqan qəbirlər böyük
maraq kəsb etməkdədir.Biz bu kurqanları 2004 –cü ildə,neft və qaz kəmərlərinin 432-ci
kilometrində,Ağstafa rayonu ərazisində,Soyuqbulaqdan bir kilometr aralıda təsbit etdik.Bir
vaxt çox sayda kurqanın bulunduğu böyük bir sahədə onların yalnız bir hissəsi
qorunmuşdur.Onların sayı otuza qədərdir:
“Elmi ədəbiyyata Soyuqbulaq kurqanları kimi düşən bu kurqanlar təkcə Qafqazda
deyil,eyni zamanda bütün dünyada məlum olan ən qədim kurqanlardır. Onların tarix
səhnəsinə çıxışı yerli əhalinin dini dünyagörüşündə baş verən dəyişikliklər ilə bağlı
olmuşdur.” (40,135).
Tarixçi alim Q.Qoşqarlı deyir:
“2004-2005-ci illərdə Bakı-Tiflis-Ceyhan neft və Bakı-Tiflis-Ərzurum qaz kəmərlərinin
marşrutu boyunca aparılan arxeoloji qazıntılar zamanı son Eneolitdən orta əsrlərə qədərki
geniş bir dövrü əhatə edən otuzdan artıq qədim yaşayış və məzar yeri tədqiq edilmişdir.2002 -
2003-cü illərdən fərqli olaraq qazıntılar daha çox ən qədim maldarlıq və əkinçilik
mədəniyyətlərinin izlərinə sahib Kür boyu ərazilərdə aparılırdı.Sözügedən marşrut üzrə
aparılan qazıntılar zamanı tapılan xro-noloji baxımdan ən qədim məskənlər Eneolit dövrünə
aid məskənlər olmuşdur ki, onlar Böyük Kəsik 1,Böyük Kəsik 2, Poylu 1,Poylu 2 və Ağılı
Dərədən üzə çıxmışdır.Bunla rın içərisində daha geniş tədqiqatlar Böyük Kəsik 1 ərazisində
aparılmışdır.Bu bölgənin Şomutəpə və Leylatəpə mədəniyyətləri ilə eynilik təşkil edən mədəni
qata sahib olduğu məlum idi.Fəqət yeni qazıntılar buradakı Əl -Übüeyd və erkən Uruk


mədəniyyəti ilə eyni olan mədəni təbəqələr barədəki biliklərimizi daha da artırmış oldu.”
(41.74).
Tarixçi alim F.Quliyev isə yazır:
“Ağstafa rayonunun Böyük Kəsik qəsəbəsində 1,5 kilometr aralıda 60-70 metr
radiusunda çox sayda saxsı qab qalığı tapılmışdır.Bu qalıntılar yer səthindən 80 santimetr
aşağıda yerləşən mədəni təbəqədən aşkar edilmişdir.Tapılan keramika nümunələri bir neçə
tipə bölünür.Onlar küp,nimçə,su qabı və müxtəlif qablardır.Buradakı ker amika ilə Uruk
keramikası arasındakı eynilik etnik birlikdən xəbər verməkdədir.”(42.82).
Məlumat üçün bildirək ki, “Əl-Übeyd mədəniyyəti” adı ilə məşhur olan mədəniyyət
qədim Messopatamiyanın,yəni bugünkü İraq ərazisində, Dəclə və Fərat cayları ar asında Nuh
tufanından öncə yaşamış insanların yaratdıqları və tufan zamanı onu yaradanlarla birlikdə
məhv olmuş mədəniyyətin adıdır. “Erkən Uruk mədəniyyəti” kimi tanınan mədəniyyət isə
tufandan sonra Messopatamiyaya köçərək orada böyük bir sivilizasiyanın əsasını qoymuş
xalqın-şumerlərin yaratmış olduqları zəngin mədəniyyətin adıdır.Tədqiqatçılar Əl -Übeyd
mədəniyyətinin şumer,yəni erkən Uruk mədəniyyətinin sələfi olduğunu,ikincinin birincisinin
üzərində ucaldığını söyləyirlər.Fəqət Messopatamiya ərazisində bu iki mədəniyyəti bir-
birindən Nuh tufanının nəticəsi olan qədim və qəlın lil qatı ayırır.Azərbaycanda isə bu iki
mədəniyyət iç-içədir və onlar arasında qırılma müşahidə edilmir.Bu isə şumer mədəniyyətinin
Azərbaycanda formalaşdığını və qədim şumerlərin Azərbaycan ərazisindən Messopatamiyaya
köçdüyünü sübut edir. Görünür, elə bu səbəbdən də şümerlər istilaçı akkadlardan qoruna
bilmək üçün məhz Azərbaycanın ən qədim sakinlərindən olan kutilərə müraciət etmişdilər.
Şumerlərdən dövrümüzədək ulaşan ən maraql ı sənədlərdən biri İkiçayarasında tufandan öncə
və sonra hakimiyyətdə olmuş sülalələrin və onların hökmdarlarının adlarının və hakimiyyət
illərinin qeyd edildiyi sənəddir ki, bu sənəddə kuti hökmdarlarının da adları və hakimiyyət
illəri qeyd olunmuşdur. Ku tilərin yerli şumer əhalisi tərəfindən özünkülər kimi qəbul
edildiyinin anlaşıldığı bu sənəddə diqqəti çəkən ən önəmli məqam kuti hökmdarlarının
hakimiyyət müddətlərinin öncəki sülalələrin hakimiyyət müddətlərindən fərqli olaraq,
müəyyən nizama tabe olması və bir sistem təşkil etməsidir (7.151).
Firidun Ağası oğlu bu halı tam haqlı olaraq, qədim türk-oğuz El (dövlət) sistemi ilə izah
edərək yazmışdır:


“Quti dövlətinin El quruluşu çağdaş tarixçilərin bilgi meyarına uyğun gəlmir, qəbul olunmuş
ölçüyə sığmır. Ona görə də İ.M.Dyakonov qutilərin ibtidai icma quruluşunda yaşadığını
deyir. Azərbaycan tarixçiləri isə quti elbəylərini (çarları-nı) icma şurası tərəfindən seçilən
tayfa birliyi adlandırır və qutilərin guya dövlət qurmaq astanasına gəldiyini, lakin
İkiçayarasında idarəetmə işlərinə qoşulub alış -madıqları üçün böyük dövlətçilik təcrübəsi
qazana bilmədiklərini yazırlar. Halbuki, Quti elinin 1 əsr boyu tabeliyində olan dövlət və
ölkələri göz önünə gətirəndə və Quti Elinin bütün hüdudlarını nəzərə alanda düny ada ilk
imperiyalardan biri sayıla biləcək qədər onun böyük dövlət qurumu olduğunu görürük.
İbtidai icma quruluşunda yaşayan bir uruq (qəbilə) belə nəhəng dövlət qura bilərdimi?
Əlbəttə, qutilərə belə münasibət qədim türk gələnəklərini nəzərə almamaqdan irəli gəlir.
Şumer, Elam və Akkaddan fərqli olaraq, Quti elbəyi allik (hərbi demokratiya) dövründən
qalan gələnəklə, quti törəsinə uyğun müəyyən müddətə seçilirdi, vaxtı tamam olanda toyda
(qurultayda) seçilən yeni elbəyi hakimiyyətə keçirdi. Elbəyin hakimiyyət müddəti barədə
(2,3,6,7 il) toyda qərar qəbul olunurdu. Quti sülaləsinin 21 elbəyindən 5-i onlara ayrılmş
hakimiyyət müddətini yarımçıq başa vurmuşlar. bunlardan sonuncu-Tirikan devrilmiş, digər
4-ü isə, görünür, ya vəzifə-də ikən ölmüş, ya da növbəti toyda quti bəyləri tərəfindən
vaxtından əvvəl hakimiyyətdən uzaqlaşdırılmışlar…” (7.150-151).
Alimin aşağıdakı sözləri ilə razılaşmamaq mümkün deyildir:
“Qədim dilimizdə xalq və dövlət anlamlarının bir sözlə – “El” sözü ilə ifadə olunmasıda türk
etnosunun demokratik ruhundan yaranmışdır. Demokratik quruluşlu dövlətdə hakimiyyət
qurumu geniş xalq kütləsinin iradəsini təmsil edən azad seçki ilə formalaşır, vətəndaşların
haqq və hüquq bərabərliyi təmin edilir. Azərbaycanda və ümumiyyətlə, müsəlman Şərqində ilk
demokratik dövlət olan Azərbaycan Demokratik Cümhuriyyəti (1918-1920) hesab olunur,
lakin Qədim Dünya tarixindən öyrənirik ki,Azərbaycanda 4 min 200 il (!) əvvəl demokratik
dövlət qurulmuşdur.” (7.147-148).
Əslində, bütün mütəxəssislərin diqqətini çəkən, fəqət nədənsə kutilərin “pri-mitivliyi” kimi
dəyərləndirilən bu möhtəşəm fakt bir yandan ölkəmizin gerçəkdən də demokratik dövlətçilik
və idarəçilik ənənələrinin təməlinin qoyulduğu məkan olduğunu sübut etməkdə, digər tərəfdən
isə kutilərin qədim oğuzla r olduğunu söy-ləyən elm adamlarının haqlı olduğunu
göstərməkdədir. Məsələ burasındadır ki, seçkili idarəçilik sistemi islamım qəbuluna qədər


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə