676-Sakların Dili Ve Edebiyyatı (Bextiyar Tuncay)



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə2/51
tarix17.11.2018
ölçüsü0,63 Mb.
#80567
1   2   3   4   5   6   7   8   9   ...   51

2. Ön Asiya üzərində 28 illik hakimiyyətdən sonra iskitlərin böyük bir hissəsi Qafqaz
dağlarının şimalına geri döndükdən (belə hesab edilir ki, iskitlər Ön Asiyadan Quzey Qafqaza
e.ə. 584-cü ildə dönmüşlər) sonra onların bir qismi cənubda , əsasən Sakasena ərazisində
qaldılar və məskunlaşdılar. Bu fikrin sahibi B. Qafurova görə, Albaniya sakları irandilli
iskitlərdir, Sakasena iskit xaqanlığının tərkib hissəs i olmamışdır, saklarsa “qalan iskitlərdir”.
3. Üçüncü fikir də mövcuddur. Həmin fikrə görə saklar Güney Qafqaza müstəqil surətdə, e.ə.
Vl əsrdə Dərbənddən keçərək gəlmişlər. Bu mülahizənin müəllifi V.Struvedir. O, Strabonun
Sakasena barədə söylədikləri ilə bağlı yazmışdı ki, saklar Kür-Araz ovalığına iskitlərdən
müstəqil surətdə Ənəmənilər dövrünün başlarında gəlmişlər. Əgər onunla razılaşsaq və
sakların iskitlərdən ayrı və başqa bir vaxtda gəldikləri ehtimalını qəbul etsək, o zaman
Sakasenanı iskit xaqanlığının bir hissəsi kimi qəbul etmək məntiqi olmaz.” (55.84-86).
AZƏRBAYCAN VƏ KİMMER -İSKİT-SAK XAQANLIĞI
Azərbaycan tarixşünaslığında son dövrdə qəbul edilmiş, möhkəmlənmiş və özünə çox sayda
tərəfdar toplamış bir fikrə görə, “iskitlər Şimali Qara dəniz sa hillərinə və Ön Qafqaza e.ə. Vlll
əsrin ikinci yarısında gəlmişlər. Herodot və Diador iskitlərin Araz çayı sahillərindən
gəldiklərini söyləyirlər. Herodota görə, iskitlər Asiyada yaşayırmışlar və massagetlər onları
bu yerlərdən qovmuşlar. İskitlər Araz çay ını keçərək Şərqi Avropaya, Qara dənizin şimalına
gəlmiş, kimmerlərlə döyüşdə qələbə çalmış və onların bir qismini əsarət altına almışdılar.
Kimmerlərin digər böyük bir qismi isə Ön Asiyaya qaçmışdı. Herodotun məlumatına görə,
iskitlər kimmerlərin arxasınca düşmüş, lakin yolu azaraq Dərbənd keçidi vasitəsi ilə Ön
Asiyaya çatmış, Ön Qafqaza və şimali İrana yayılmışlar. Beləliklə, iskitlər Araz çayı
sahilindən şimala doğru hərəkət etmiş oraya gəlmə hesab edilirlər. Burada məskunlaşdıqdan
sonra onların bir qismi kimmelərin ardınca Ön Asiyaya hərəkət etmişlər.
Saklar iskit tayfası hesab olunurlar. Strabon yazırdı ki, iskitləri həmçinin sak adlandırırlar.
Onlar da geniş ərazidə təmsil olunmuşdular. İlk dəfə “sak” adı e.ə. Vll əsrin ortalarına aid
Assur (Aşşur) mixi yazılarında, sonra isə Vl əsrin sonunda Bisitun kitabəsində çəkilmişdir.
Sakların bir qismi Azərbaycan ərazisində məskunlaşmışdı.” (1.103).
Qeyd edək ki, yuxarıdakı sözlərin sahibi Yusif Yusifovdur. Onun sözlərinə görə, iskitlər
Qərbi Azəbaycanda, Urmiya gölünün qərbində və şimalında məskən salmışdılar. Alim mixi
qaynaqda qeyd edilən ”İskitlər Manna ölkəsinin vilayətində yaşayırlar” sözlərinə istinadən


iskitlərin Urmiya gölünə qədər geniş ərazidə məskunlaşdıqları fikrini əsaslandırır və bildirir
ki, kimmerlər də Mannanın hüdudlarına gəlmişdilər. Bu fikrini isə o, e.ə. 715 -ci ilə aid Aşşur
mənbəsində qeyd edilən “Kimmerlər Manna ölkəsini tərk edib, Urartuya gəldilər” sözlərinə
istina-dən vurğulayır:
“Kimmer, iskit və sakların Azərbaycanda məskunlaşması yer adlarında öz əksini tapmışdır.
Mixi qaynaqlarda antik mənbələrin” kimmer” adı “qimiraya” (qimirə mənsub) şəklində əks
olunmuşdur. Azərbaycanın müasir toponomiyasında Qımır və Qımırlı (Zaqatala” rayonu) yer
adları qalmışdır. Saklar əsasən Azərbay-canın Urmiya gölünün şimalına qədər uzanan
ərazisində və Urmiya gölü hövzəsində məskunlaşmışdılar. Burada “şiş papaq” saklar
yaşayırdılar. Həmin yerdən şimalda Araz çayının Kürə qovuşduğu çay arasında da saklar
təmsil olunmuşdular. Erkən orta əsr qaynaqları buranı Balasaqan (türk. bala “çöl,düzən”;
mənası “Sak düzü”) adlandırır. Beləliklə, e.ə. Vlll əsrin sonu -Vll əsrin əvvəllərində Qafqaz
dağarını keçib Ön Asiyada yayılmış kimmer və sak tayfaları qədim Azərbaycan ərazisində də
məskunlaşmışdılar.” (1.103-104).
Qeyd edək ki, elmi ədəbiyyatda kimmer-iskit-sak mövzusu ətrafında böyük bir qarmaqarışlıq
yaranmışdır və ədalət xatirinə bildirməliyik ki, bu qarmaqarışıqlıq müəyyən dərəcədə ilkin
mənbələr arasındakı ziddiyyətlərdən qaynaqlanmaqdadır. Alimlər iskit -sakların Azərbaycana
e.ə. Vlll-Vll əsrlərdə kənardan gəlmə olduqları barədə yekdil fikir sərgiləsələr də, bu məsələ
şübhəlidir və qədim mənbələrin söylədikləri və arxeolji qazıntıların nəticələri ilə üst-üstə
düşmür. Sözügedən xalqların etnuk mənsubiyyəti və dili barədə söylənilənlər isə bir-birinə
daban-dabana ziddir. Bir sözlə, mövzu ətrafında əməlli -başlı xaos hökm sürməkdədir. Odur
ki, məsələni yenidən və diqqətlə incələməyə böyük ehtiyac duyulmaqdadır.
Qiyasəddin Qeybullayev haqlı olaraq yazır ki, iskitşü naslıqda “iskit” adına münasibətdə açıq-
aşkar tam sərbəst bir yanaşma hiss edilir:
“İskit və sak ilk dövrlərdə (Sak və İşquz adlarının Midiyanın ayrı -ayrı əyalətlərinin adları
kimi qeyd edildiyi Aşşur mənbələrindən də göründüyü kimi) bir-biri ilə, çox güman ki, qohum
olan ayrı-ayrı etnik qrupların adları olmuşlar. Fəqət antik mənbələrdə bu etnonimlər əsasən
ümumiləşdirici adlar kimi çıxış etməkdədir. Əgər iskit və sak etnonimlərinin hansı halda
konkret etnik qrupların adları, hansı halda isə ümumiləşdirici adlar kimi çıxış etdiyini
müəyyənləşdirmək çətindirsə, o zaman Albaniya saklarını Qara dəniz sahilinin iskitləri ilə


qarışdır-maq lazım deyildir. İskitlərin və sakların eyniləşdirilməsi antik müəlliflərin
məlumatlarının şərhlərindəki qarmaqarışıqlığın ə sas səbəbi olmuşdur.” (55.84-85).
Alimin sözlərinin təsdiqi kimi qeyd edək ki, Mahmud İsmayıl yazılarında iskit əvəzinə hər
yerdə “işquz” (137.7-19), Firidun Ağasıoğlu isə “sak” etnonimini “saqa” və “saqat”
formasında yazmış (7.96-126) və onsuz da elmdə mövcud olan qarmaqarışıqlığı daha da
çözülməsi çətin hala gətirmişlər. Doğrudur, sözügedən müəlliflər belə edərkən, müəyyən
məntiqə əsaslanmışlar. Məsələn, Mahmud İsmayıl “işquz” formasından istifadə edərkən
elmdə mövcud olan və “iskit” termininin Aşşur mix i yazılarındakı “işquz” etnonimindən
törədiyi məntiqini əsas götürən fikrə (132.242-243) əsaslanmışdır. Bu metod ilk baxışdan
doğru görünsə də, əslində uğurlu deyil. Çünki Aşşur mənbələrindəki “işquz” etnonimi konkret
bir etnik qrupu ifadə edir və bu qrup saklardan fərqləndirilir. “İşquz” terminindən törədiyi
söylənilən “iskit” terminini isə Herodot və digər antik müəlliflər ümumiləşdirici mənada
işlətmiş və bir çox qohum etnik qrupları, o cümlədən sakları, ilk növbədə isə “skolot”
adlandırdıqları Qara dəniz iskitlərini bu terminlə adlandırmışlar. Alim kimmerlərdən isə Aşşur
mənbələrinə istinadən “qimmir” kimi söz açır:
“Herodot yazır ki, qimmirlər (kimmerlər) Asiyada yaşayan işquzlar (iskitlər) tərəfindən şərqə
doğru sıxışdırılmışlar, işquzları isə öz növbəsində massagetlər sıxışdırdılar.” (137.8).
Firidun Ağasıoğlunun işlətdiy “saqat” termininə gəlincə, qeyd edək, bu dilçi alim “sak”
etnonimini “saqa” kimi yazıb-oxumağın daha doğru olacağını düşünməkdə, “iskit” terminin
də “saqa” və “at”(ut) cəm şəkilçisin in birləşməsindən yarandığını, “iskit” əvəzinə “saqat”
(saqlar) termininin işlədilməsinin məqsədəuyğun olduğunu hesab etməkdədir. Alim elmdə
qəbul edilmiş “kimmer” termininin əvəzinə də daha doğru olan “qamər” yazmağı lazım
bilmişdir:
“Miladdan öncə Vlll əsrdə Qara dənizlə Azaq (Azov) dənizi yaxalarından qalxıb, Güney
Qafqaza gələn və burada dövlət quran, uzun müddət ətraf ölkələrin şahlarını rahatsız edən,
sonra yenidən Azaq yaxalarına qayıdaraq, orada yeni dövlət quran saqa (sak) boyundan
söhbət açmışdıq. Burada isə saqa və qamər (kimmer) boylarının Azərbaycanla bağlı maraqlı
tarixi səhifələri üzərində dayanmaq nəzərdə tutulub.” (7.96).


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə