676-Sakların Dili Ve Edebiyyatı (Bextiyar Tuncay)



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə14/51
tarix17.11.2018
ölçüsü0,63 Mb.
#80567
1   ...   10   11   12   13   14   15   16   17   ...   51

Göylər haray salırdı,nida qalxırdı yerdən,
Onların arasında dayanmışdım təkcə mən.
Bir də bir adam vardı,tutqun idi üz-gözü,
Mən fırtına quşuna bənzətdim onu,dü zü.
İti caynağı vardı, qartal kimi qanadı,
Saçımdan yapışaraq göz açmağa qoymadı.
Onu vurdum,tullanıb tez sıçradı kənara,
Sonra o məni vurdu, o dəm sağaldı yara.
Sonra vəhşi öküz ki mi yeriyib məni yıxdı.
Ağır məngənə kimi başımı bərk sıxdı.
Dedim “Məni xilas et!” Sən xilas edəmmədin,
Onunla vuruşmağa, qorxdun, gedə bilmədin.
O mənə toxunaraq, məni quşa çevirdi,
Qanad taxtı çiynimə,adəti quş qanadı.
Üzümə baxdı,baxdı, sonra məni apardı,
İrkallanın evinə-zülmət evinə vardı.”
(51.60-61).
Folklorşünas alim B.Abdullayev yazır:
“Qədim zamanlarda ölənin yaxın adamları saçlarını yolub onun üstünə qoyarmışlar.
Saçın insanın həyatını,ömrünü təmin edən,hətta öləndən sonra onu dirildən vasitələrdən
olması barədə miflər var.” (81.112).


Əbdürrəhim bəy Haqverdiyev vaxtilə yazmışdır:
“Qədim Azərbaycanda ölən qəhrəmanlar üçün ağlamaq bir adət olmuşdur. Həmin
günü camaat bir yerə toplaşardı.Bu toplaşmaya “yuq” deyirdilər. Toplananlar üçün qonaqlıq
düzələrdi,xüsusi dəvət olunmuş yuğçular isə ikisimli qopuz çalıb,oynayardılar.Yuğçu əvvəlcə
qəhrəmanın igidliyindən danışıb,onu tərifləyirdi.Sonra isə qəmli havaya keçib şanlı qəhrəman
üçün ağı deyərdi.Toplaşanlar da hönkür-hönkür ağlayardı…Ölünü ağlamaq,cənazəsi üstündə
saç yolmaq adət halını almışdı.”(82.392).
Maraqlıdır ki,qəhrəmanın cənazəsi üstündə ağlayaraq saç yolmaq adətinin də ən azı 5
min il yaşı olduğunu söyləmək üçün əldə təkzibedilməz fakt mövcud-dur. Əlbəttə ki,söhbət
“Bilqamıs dastanı”nda söylənilənlərdən gedir:
“ O  kəslər ağlayar ki,qədi m adamlar kimi
səninlə öyünərdi,
O kəslər ağlayar ki,sənə öz süfrəsində
bir vaxt çörək verərdi.
Ayağına ətir-yağ çəkən kəniz ağlayar,
Sənə şərab içirən qulun göz yaşı axar,
Canına zeytun sürtən yava qadın ağlayar,
Sənin məsləhətinlə özünə arvad tapıb,
Nigah otağına ilk qədəm basan ağlayar,
Qardaşların ağlayar,bacı kimi hay salar,
Yaslara batar tamam,nalə çəkib saç yolar!” (51.64).
Nəsir Rzayevin yazdığına görə,Tunc və dəmir dövrü üçün xarakterik olan abidələrdən söz
açarkən, dolmenlərdən də söhbət etmək lazımdaır.Dolmenlər daşların şaquli vəiyyədə yerə
basdırılması nəticəsində yaranmış.hər tərəfi bağlı düzbucaq qəbirlərdir.Onların üstü sal daşla


örtülür.Dolmenləin qurulmasında 10 ton ağırlığı olan nəhəng daşlardan istifadə edilmişdir.Bu
qəbirlər tək,ikimərtəbəli və koridorla birləşən qəbirlər sırası şəklində olur.Belə abidələrə
Avopa, İran, Hindistan,Yaponiya, Koreya, Krım, Qara dəniz sahilləri və Azərbaycanda rast
gəlmək olur.Fransız alim Jak de Morqan Lənkəran rayonunun Körükdi kəndi yaxınlığında
ikimərtəbəli dolmenlər aşkarlamış və ilk dəfə onların tarixi və dini mahiyyəti barədə məlumat
vermişdir. Xocalıda da dolmenlər üzə çıxarılmışdır:
“Dolmenlərin yaradılması üçün əsas olmuş axirət dünyası ideyası və ruhun
ölməzliyinə inam ənənəvi olaraq zamanəmizə qədər gəlib çıxmışdır.Buna misal olaraq
Şamaxıdakı “Dədə Günəş”pirini ziyarət edənlərin balaca daşlardan evlər tikməsini
göstərmək olar.Guya bu evlər xəstələrin öləndən sonra axirət dünyasında yaşamasına xidmət
edəcəkmiş.
Bu pirin adı təsadüfi olaraq “Dədə Günəş” adlandırılmamışdır.Günəş Azərbaycanın
ən qədim kultlarındandır.Bu kult Tunc dövründə çox böyük tərəqqi tapmışdı.”
(63.13).
Günəş kultundan söhbət düşmüşkən Qobustandakı gəmi təsvirlər ini də unutmamaq
lazımdır.Şumer gəmilərinin prototipi olan bu gəmilərin uclarındakı günəş təsvirləri diqqəti
çəkməkdədir.Şumer mifologiyasında bu qayıqlar günəş tanrısı Utu ilə əlaqəli təsəvvür
edilmişdir.Şumerlər inanıdılar ki,ölən insanlar ölülər dünyası na belə qayıqlarda
yollanırdılar.Bunun üçün onlar Kur çayını keçməli idilər.Sonradan bu mifiloji təsəvvür qədim
sami və yunan mifologiyalarına da keçmişdir.Onun izlərinə hətta Amerika hindularının
əfsanələrində də rast gəlin-
məkdədir.Maraqlıdır ki,qədim yunan tarixçisi Herodot iskit xaqanlarını Kür çayının yuxarı
axrında kurqanlarda basdırmaq adətindən söz açmışdır.
Görünür,şumelərin bu dünya ilə o biri dünyanı bir-birindən ayıran Kur,yə -ni Kür çayı
barədə,eləcə də ölüləin bu çayı günəş qayıqlarında keçmə si barədə təsəvvürləri əski
vətənlərindəki real hadisənin yeni vətəndə əfsanələşdirilməsi ilə meydana gəlmişdir.Hər halda
belə düşünməyə ciddi əsaslar vardır.Əvvəla,Qobus -tanın gəmi təsvirləri və Herodotun iskit
xaqanlarının dəfni ilə bağlı verdiyi məlumat ,eləcə də Kür çayının yuxarı axarında son Eneolit
dövrünə aid Soyuqbulaq kurqanlarının aşkar edilməsi bu versiyanın ciddi bir versiya


olduğunu göstərir.Deyilənlərə kurqanlaın “şüa sistemi”nə uyğun yerləşdiyini də əlavə etmək
lazımdır.
Tunc dövründə insanların dünyagörüşündə baş verən köklü dəyişikliklər Qobustanın
həmin dövrə aid qayaüstü təsvirlərindən çox aydın hiss edilir.Əvvəlki dövrlərdən fərqli
olaraq,bu dövrdə artıq öküz təsvirlərinə rast gəlinmir.Bu isə o deməkdir ki,onlar artıq sitayiş
obyekti olmaqdan çıxmışdılar.Bunu o fakt da təsdiq edir ki,əgər Mezolit və Neolit dövrü
insanlarının rasionun nümayiş etdirən heyvan sümükləri arasında öküz sümüklərinə rast
gəlinmirdisə, Eneolit və ilk Tunc dövrünə aid məskənlərdən tapılan sümük qalıqlar ı içərisində
iribuynuzlu malqaraya aid sümüklərə də rast gəlinir. Bu isə o deməkdir ki,həmin dövrlərdən
etibarən öküzləri yeməyə başlamışlar.Çünki artıq onları müqəddəs varlıq hesab etmirdilər.Bir
sözlə,öküz kultu yerini tədricən günəş kultuna vermişdir.
Tunc dövründə günəş kultunun öküz kultunu üstələməyə başlamasını və hətta həmin
dövrdə öküzün kəsilərək günəşə qurban verildiyini yazılı mənbələr də təsdiq etməkdədir.Bu
baxımdan şumer ədəbiyyatının şah əsəri hesab edilən “Bilqamıs dastanı”nda təsvir edilən bir
olay deyilənlərə ən gözəl sübutdur:
“ “Dostum,mən də görürəm buğada çılğınlığı,
Bizi qorxuda bilməz onun bu azğınlığı.
O buğanı ikimiz bir yerdə öldürərik,
Mən onun ürəyini çıxardaram yerindən,Utuya apararam.
Buynuzuna zeytun yağı doldurub ,Luqalbandaya çatdıraram.
Sən onun quyruğunun yapış yoğun yerindən,
Alnına,peysəinə xəncər vuracağam mən.”
Enkidu hərləyərək onun dalınca qaçdı,
Quyruğunun lap yoğun yerindən o yapışdı.
Bilqamıs öz dostunun igidliyini gördü,


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə