676-Sakların Dili Ve Edebiyyatı (Bextiyar Tuncay)



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə1/51
tarix17.11.2018
ölçüsü0,63 Mb.
#80567
  1   2   3   4   5   6   7   8   9   ...   51


SAKLARIN DİLİ VƏ
ƏDƏBİYYATI
BƏXTİYAR TUNCAY
Turuz-Tebriz-2012


ÖN SÖZ
Azərbaycan xalqının etnogenezində yaxından iştirak etmiş xalq lardan biri də saklar olmuşdur.
Təsadüfi deyil ki, xalqımızın soykökünə dəyərli əsərlər həsr etmiş, demək olar ki, bütün
müəlliflər saklardan da bu və ya digər dərəcədə söhbət açmışlar. Bu baxımdan Qiyasəddin
Qeybullayev (55.82-102,321-329), Mirəli Seyidov (133), Mahnud İsmayıl (137.7-19), Yusif
Yusifov (1.102-105), Firidun Ağasıoğlu (7.96-111) və digər görkəmli Azərbaycan alimlərinin
adını xüsusi vurğulamaq lazımdır.
Ön Asiya və Qafqazda yaşamış iskit və saklarla bağlı mövzuya V.V. Struve, Q.A. Melikaşvili ,
İ.M. Dyakonov, V.İ.Abayev, B.B. Piotrovski, E.İ.Krupnov, B.A. Litvinski, V.F. Minorski,
E.A. Qrantovski, M.İ. Poqrebova, A.M. Xazanov, B.V. Terexov, A.N. Terenojkin, İ.V.
Pyankov, O.A. Vişnevskaya s. xarici ölkə alimləri də toxunmuş, son dərəcə maraqlı f ikirlər
söyləmişlər (55.82).
Yuxarıda adı çəkilən alimlərdən İ.V. Pyankov (130) və B.A. Litvinov (131) qədim fars
kitabələrində adları çəkilməkdə olan sakların yerləşdikləri coğrafyanın müəyyənləşdirilməsi
istiqamətdə geniş tədqiqatlar aparmış və belə qəra ra gəlmişlər ki, Azərbaycan ərazisi də Ön və
Orta Asiya, eləcə də Quzey Qafqaz əraziləri ilə birlikdə sözügedən coğrafi areala aiddir.
Doğrudur, onlar sakları Orta Asiya və Qazaxıstanın avtoxton əhalisi hesab etmiş və onların
Azərbaycana gəlişini sonrakı d övrlərə aid etmişlər. Məsələn, B.A. Litvinov yazır ki, saklar
Orta Asiyanın Son Tunc dövrü tayfalarının birbaşa varisləridir və bunu keramika qalıqlarının
və dəfn adətlərinin eyniliyi sübut etməkdədir (131.156). Alimin fikrincə, bu xalq məhz həmin
ərazidən, Qafqaz dağlarını keçərək, Ön Asiya və Azərbaycan ərazisinə miqrasiya etmişdir.
Azərbaycanda sakların yaşayış arealından söz açan bütün tədqiqatçılar ilk növbədə tarixi
mənbələrdə “Sakasena” və ya “Şakaşen” kimi qeyd olunan ərziyə işarə etmşlər. İ.M.
Dyakonovun İran dilləri materialına istinadən “şaka şuana”, yəni “saklar ölkəsi” kimi şərh
etdiyi “Sakasena” adına ilk dəfə l əsr müəllifi Strabonun əsərinin dörd yerində rast
gəlinməkdədir (60.17,24,30). İ.M. Dyakonov sözügedən ərazini Gəncə və ətrafına şamil


etmişdir (132.250). Qiyasəddin Qeybullayevin fikrincə, ilk dövrlərdə bu əraziyə erməni
mənbələrində Sisakan (Sünik) adlandırılan Zəngəzur ərazisi də daxil olmuşdur (55.83).
Strabonun yazdığına görə, Sakasena Kür və Araz çayları arasında yerləşir və Arakse nadan
sonra gəlir:
“Bu düzənlikdən sonra Albaniya və Kür çayı ilə sərhəddə yerləşən Sakasena başlayır, bir
qədər sonra Qoqarena gəlir.” (60.30).
Mütəxəssislər ilk dəfə 371-ci ildə baş vermiş hadisələrlə əlaqədar Favst Bu -zand tərəfindən
adı “Şakaşen” kimi çəkilən məkanla Sakasenanın eyni ərazinin bir qədər fərqli səslənişli
adları olduğu fikrində yekdildirlər və bu halda da söhbətin məhz Gəncə və ətrafından
getdiyini bildirirlər (55.83). Alimlər bu fikirlərini Gəncənin əsasının Şakaşen ərazisində
qoyulduğunu yazmış Musa Kağankatlının sözləri (66.lll kitab, XXl fəsil) ilə əsaslandırırlar və
şübhəsiz ki, haqlıdırlar. Bu fikri XVl əsrdə Gəncə yaxınlığındakı çaylardan birinin Şəkiçay
adlanması faktı da (134) təsdiq etməkdədir.
Antik müəlliflər ölkəmizin ərazisində yaşamış sakları bəzən sakasanlar, bəzən isə sakapanlar
kimi yad etmişlər. ll əsr müəllifi Arrian isə Qavqamela döyüşü ilə bağlı məlumatında albanlar
və sakesinlərin eyni cəbhədə döyüşdüklərini yazmışdır. (55.83). Arrianın bu məlumatını şərh
edən İ. Dyakonov (132.444) və İ. Əliyev (135.139) bildirirlər ki, sözügedən döyüşdə albanlar
və Sakasenanın sakinləri olan sakasinlər midiyalıların müttəfiqi kimi çıxış etmişlər.
Maraqlıdır ki, əsərində Sakasena haqqında dörd dəfə məlumat verən Strabonun
məlumatlarından ikisində sözügedən ölkə barədə Araz çayından cənubda, yəni Güney
Azərbaycan ərazisində, Qirkaniyadan aşağıda yerləşən ölkə kimi söhbət açılır (60.17,24).
Uzun müddət tədqiqatçıların diqqətindən kənarda qalmış bu məsələyə ilk dəfə münasibət
bildirən Qiyasəddin Qeybullayev (136) olmuşdur.
İ. Dyakonov və İ Əliyevin fikrincə, Herodotun ortokoribantiləri ilə Kür və Araz hövzəsinin
Sakasenasının əhalisi, eləcə də, tiqraxauda saklar-qədim fars mənbələrinin şişpapaqlı sakları
eyni şeydir. Bu fikirlə razılaşmayan Qiyasəddin Qeybullayev yazır:
“R. Fray öz əsərinin bir yerində yazır ki, tiqraxauda saklar Midiya ərazisində, X satrapiyada
məskun idilər.Biz burada adlarına qədim fars mənbələrində rast gəlinən bütün sak
qruplarının mübahisəli məskunlaşma məsələsinə tox unmayacağıq. Yalnız onu qeyd edək ki,


“tiqraxauda sak” Kür və Araz çayları arasında deyil, Midiya ərazisində yaşayan sak
qrupunun farsca adıdır. Strabonda Midiya ərazisində məskun olan sakların yaşadıqları ərazi
də Sakasena adlanır.” (55.84)
Sakların Azərbaycanın avtoxton əhalisi deyil, gəlmə xalq olduğu barədə rus alimlərinin
fikrinə şərik çıxan Mahmud İsmayıl bunun e.ə. Vll yüzillikdə baş verdiyini düşünməkdədir:
“Hələ lap qədim zamanlarda Azərbaycanda yerli soylarla yanaşı, uzaq yerlərdən, xüsusən
Orta Asiyadan keçib bu yerlərə gəlmiş soylar da yaşamışlar. Bu soylardan ən çox saylısı sak -
massagetlər olmuşdur. Tarix ədəbiyyatında onları işquzlar da adlandırırlar.
Həmin soyların hələ miladdan əvvəl Vll yüzillikdə qədim Azərbaycan torpaqlarına gəlmələri
barəsində bizə ilk məlumatı miladdan qabaq V yüzillikdə yaşamış, “tarixin atası” çağırılan
Herodot vermişdir. XlX yüzilliyə qədər Heodotun bu əsəri Rusiya və Avropa alimlərinin
nəzərini çəkmişdi. Keçən son iki yüzillikdə isə bu əsərdə verilən külli miqdard a məlumat
barəsində yüzlərlə müxtəlif, bəzən bir-birinə zidd fikirlər söylənmişdir. İşquz-saklar
probleminə həsr olunmuş əsərlərin böyük əksəriyyətində, mütəxəssislərin özlərinin etiraf
etdikləri kimi, hadisələrin şərhinə obyektiv yanaşılmamış, “gündəlik s iyasətə” tabe
edilmişdir.” (137.7-8).
Yusif Yusifov da saklardan gəlmə xalq kimi bəhs etmiş və o da bu xalqın ölkəmizin ərazisinə
e.ə. Vll əsrdə köç etdiyini vurğulamış, onların şimaldan gəldiyini qeyd etmişdir:
” E.ə. Vll əsrin birinci rübündə şimalda yaşayan kimmer, iskit və onların tərkibində sak
tayfalarının Ön Asiyaya böyük bir axını başlanır. Bu tayfaların bir qismi qədim
Azərbaycanda məskunlaşır.” (1.102).
Mövzu ilə bağlı Qiyasəddin Qeybullayev yazır:
“Ədəbiyyatda sakların mənşəyi və Albaniyaya gəlm ələri barədə müxtəlif fikirlər vardır.
1. Saklar e.ə. Vlll-Vll əsrlərdə Ön Asiyaya, o cümlədən Midiyaya gəlmiş iskitlərdir və yaxud
onların bir hissəsidir. Kür və Araz çayları arsında yerləşən Sa -kasena Ön Asiya iskit
xaqanlığının özəyi olmuşdur. Bu fikri İ.Dyakonov, E.Krupnov, K.Trever, İ.Əliyev, V.Minorski,
A.Xazanov və digər alimlər dəstəkləmişlər…


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə