51. Siyasi şüur 52. Siyasi mədəniyyət


Xarici siyasətin mahiyyəti və məzmunu



Yüklə 3,41 Mb.
səhifə4/5
tarix08.01.2022
ölçüsü3,41 Mb.
#82726
1   2   3   4   5
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyas1

56.Xarici siyasətin mahiyyəti və məzmunu





57. Xarici siyasətin məqsəd və vəzifələri







58.Azərbaycan dövlətinin xarici siyasət fəaliyyəti



59.Beynəlxalq münasibətlər anlayışı formaları və nəzəriyyələri

60.Beynəlxalq münaqişələr və onların həll yolları

Münaqişə sosial həyatın mühüm elementidir. İnsanların, onların müxtəlif xarakterli birliklərinin həyatında rəqabət, fikir ayrılığı və münaqişə subyektin özünüreallaşdırma vasitələrindən biri kimi önəmli rol oynayır. Müxtəlif səviyyələrdə təzahür edən sosial proseslərin, o cümlədən siyasətin daxili ziddiyyətliliyi, münaqişəli xarakteri onların inkişafını şərtləndirən və istiqamətləndirən amil keyfiyyətində çıxış edir. Alman alimi R.Darendorfun təbirilə deyilsə, insan azadlığı və siyasi yol seçmək azadlığı yalnız münaqişələrlə tənzim olunan mühitdə mümkündür. İnsanların bütün siyasi birlikləri (o cümlədən dövlətlər) onların qarşılıqlı fəaliyyəti və rəqabəti şəraitində formalaşır və mövcud olur. Buna görə də politoloqlar belə bir yekdil rəy ifadə edirlər ki, siyasi münaqişə hakimiyyət səlahiyyətləri və sərvətlər uğrunda mübarizə aparan iki və daha çox tərəfin (qrupun, birliklərin, dövlətlərin) rəqabət mahiyyətli qarşılıqlı fəaliyyətidir. Siyasi münaqişə çox müxtəlif formalarda təzahür edir. Onun ən geniş yayılmış növlərindən biri beynəlxalq münaqişələrdir. Beynəlxalq münaqişələr beynəlxalq münasibətləri daim müşayiət edən hadisə kimi qavranılır. Onun məzmununun və 12 xarakterinin təhlili ilə bağlı iki əsas baxış mövcuddur. Beynəlxalq münasibətlərin tədqiqatçıları və politoloqların böyük əksəriyyəti beynəlxalq münaqişələri ümumi münaqişə nəzəriyyəsi çərçivəsində nəzərdən keçirməyə üstünlük verir. Bu halda, haqqında söhbət gedən sosial hadisə təbii olaraq, ümumiyyətlə, münaqişə anlayışına daxil edilir və onun növ müxtəlifliyi kimi qiymətləndirirlər. Münaqişə ilə beynəlxalq münaqişə anlayışları arasında əlaqələr, oxşar və fərqli cəhətlər ümumi ilə xüsusinin nisbəti baxımından sərf-nəzər edilir. Ümumi münaqişə nəzəriyyəsi mövqeyindən çıxış etdikdə, beynəlxalq münaqişə iki və daha çox dövlət (və ya dövlət şəklində təşkil olunmuş millət) arasında nüfuz və sərvətlər uğrunda mübarizəni əks etdirən rəqabət xarakterli münasibətlərdir. Digər nöqteyi-nəzər marksist ideologiya və metodologiyaya əsaslanan beynəlxalq münaqişələr konsepsiyasında özünün əksini tapır. Bu konsepsiyaya görə, beynəlxalq münaqişələr digər siyasi münaqişələrdən köklü surətdə fərqlənir. O, özünəməxsus məzmuna, formaya, sistemə və struktura malik olan, mənşəyinə görə fərqlənən konkret beynəlxalq siyasi prosesdir. İdeoloji mülahizələri və məqsədləri kənara atdıqda, beynəlxalq münaqişələr haqqında mövcud olan nöqteyi-nəzərlər arasında bir sıra mühüm məsələlər üzrə fikir eyniliyinin olduğunu müşahidə etmək mümkündür. Beynəlxalq münaqişə beynəlxalq münasibətlər zəmi- nində meydana gələn, onun mövcudluq formalarını ifadə edən siyasi proses kimi təzahür edir. "Sosial elmlər üzrə beynəlxalq ensiklope- diya”da beynəlxalq münasibətlərlə beynəlxalq münaqişələrin mahiy- yət əlaqələri belə açıqlanır: "Beynəlxalq siyasətin mahiyyəti ümumi ali hakimiyyəti qəbul etməyən insanlar qrupu arasında münaqişə və onun nizama salınmasıdır". Beynəlxalq münaqişələrin nüvəsini dövlətlər arasında onların milli mənafelərinin, ideoloji məqsədlərinin dini, siyasi, regional xüsusiyyətlərindən irəli gələn vəzifələrin həyata keçirilməsi tələbləri ilə əlaqədar fikir ayrılığı və ziddiyyətlər təşkil edir. Beynəlxalq münaqişələrin başlıca ünsürləri, onun məzmununu təşkil edən əsas amillər aşağıdakılar hesab oluna bilər: dövlətlər arasında yuxarıda sadalanan məsələlər ətrafında formalaşan fikir ayrılığı və ya ziddiyyət: tərəflərin bu ziddiyyətlərin qiymətləndirilməsində mövqelərinin və əsaslandığı dəyərlərin müxtəlifliyi; tərəflərin öz mövqelərinin düzgünlüyünə haqq qazandırmaq üçün məqsədyönlü fəaliyyət göstərməsi; tərəflərin öz mövqelərinin üstünlüyünə nail olmaq üçün praktik diplomatik, siyasi, hərbi vasitələrə əl atması.


Yüklə 3,41 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə