51. Siyasi şüur 52. Siyasi mədəniyyət


Müasir dövrün başlıca ideoloji cərəyanları



Yüklə 3,41 Mb.
səhifə3/5
tarix08.01.2022
ölçüsü3,41 Mb.
#82726
1   2   3   4   5
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyas1

55.Müasir dövrün başlıca ideoloji cərəyanları

Müasir dövrün ideya-siyasi mənzərəsi rəngarəngliyi və mürəkkəbliyi ilə fərqlənir. Bir-biri ilə az və ya çox dərəcədə rəqabət aparan, hətta barışmaz münasibətlər halında olan ideoloji sistemlər dünyanın ideya-siyasi durumunu və inkişafını səciyyələndirir. Ayrı- ayrı ideoloji cərəyanların və onların daşıyıcılarının açıq ifadə olunan düşmənçiliyi və barışmazlığı xeyli müddətdir ki, öz yerini onların dinc yarışına və yanaşı yaşamasına vermişdir. Hazırda eyni siyasi sistemdə, eyni dövlət çərçivələrində müxtəlif ideya-nəzəri cərəyanların və onların əhatə etdiyi siyasi qüvvələrin yanaşı mövcudluğu adi hala çevrilib.

Müasir dövrün ideya-siyasi mənzərəsini müəyyənləşdirən cərəyanlardan biri liberalizm və onun növ müxtəlifliyi olan yeni liberalizm hesab olunur. Latın dilindən tərcümədə "azadlığa aid olan", "azad insana xas olan" məna verən liberalist cərəyanın meydana gəlməsində qədim yunan mütəfəkkirləri Lukretsinin və Demokritin ideyalarının xüsusi rolu olmuşdur. Lakin onun bir müstəqil cərəyan kimi səhnəyə çıxması 17-18-ci əsrlərin burjua inqilabları dövrünün, xüsusilə də ingilis maarifçiləri C.Lokkun. T.Hobbsun, A.Smitin siyasi fəlsəfəsi ilə birbaşa əlaqədardır. Liberalizm meydana gəldiyi gündən böyük təkamül yolu keçmişdir. O, A.Smitin klassik liberalizmindən Con Stüart Millin burjua-liberal islahatçılığına, sonra keynsiançılığa, müasir dövrdə isə yeni liberalizm halına keçməklə xeyli dəyişikliklərə məruz qalmışdır. Liberalizm cərəyanı içərisində baş verən bu təkamül prosesinin əsasında dövlətin sosial-iqtisadi roluna münasibət məsələsi dururdu.

Liberalizm ideologiyasının əsasını şəxsiyyətin azadlığı, insane hüquqları və xüsusi mülkiyyətçilik prinsiplərinin əlaqələndirilməsi zəminində azad rəqabət, azad bazar və sahibkarlıq ideyaları təşkil edir. Bununla əlaqədar olaraq, liberalizmin başlıca prinsipləri vətəndaşların hüquq bərabərliyi, dövlətin müqavilə əsaslarında təşkili və s. olmuşdur. Son dövrlərdə liberalizm belə bir qənaətə gəlmişdir ki, bir-biri ilə rəqabət aparan peşə qruplarından, iqtisadi, dini, siyasi qruplar və birliklərdən heç biri digəri üzərində mənəvi üstünlüyə malik olmamalıdır.



Liberlizmin ənənəvi prinsiplərinin əksinə olaraq dövlətin roluna diqqətin artırılması, onun ənənəvi dəyərlərinin 20-ci əsrin ikinci yarısının siyasi və iqtisadi reallıqlarına uyğunlaşdırılması yeni liberalizmin meydana çıxması ilə nəticələndi.


Yüklə 3,41 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə