51. Siyasi şüur 52. Siyasi mədəniyyət


Siyasi ideologiyanın formaları və funksiyaları



Yüklə 3,41 Mb.
səhifə2/5
tarix08.01.2022
ölçüsü3,41 Mb.
#82726
1   2   3   4   5
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyas1

54.Siyasi ideologiyanın formaları və funksiyaları

İdeologiya mürəkkəb struktura malik mənəvi qurum olub, sosial həyatın bir çox sahələrində fəaliyyət göstərir. İdeologiyanın çoxcəhətli məzmunu onun həm fəaliyyət sferalarının və funksiyalarının, həm də təzahür formalarının rəngarəngliyini şərtləndirir.

İdeologiyanın aşağıdakı fəaliyyət səviyyələri göstərilə bilər: 1. İdeologiyanın nəzəri-konseptual səviyyəsi. Bu səviyyədə ideologiyanın əsas daşıyıcısı olan sosial qrupun mənafelərini ifadə edən ideyalar formulə edilərək vahid ideoloji sistem halına salınır, başlıca mənəvi dəyərlər və ideallar işlənib hazırlanır. Burada ideo- logiya əsasən nəzəri müddəalar və postulatlar şəklində ifadə olunur. Nəzəri-konseptual səviyyədə ideologiya fəaliyyət miqyaslarına görə məhdud xarakter daşıyır. Başqa sözlə, bu mərhələdə ideologiya mənafeyi ideoloji sistemin obyekti kimi seçilmiş sosial qrupun ən qabaqcıl hissəsinin və ya sadəcə olaraq ideoloqların fəaliyyətində təzahür edir. Yeni ideyaların ictimai fikrə təsiri, insanların zehninin yeni baxışlarla yüklənməsi prosesi ideologiyanın meydana gəlməsi və fəaliyyətinin bu mərhələsi qarşısında duran vəzifələrdir. 2. İdeologiyanın proqram-siyasi səviyyəsi. Bu mərhələdə birinci mərhələdə formulə edilmiş prinsiplər və müddəalar bilavasitə praktik- siyasi fəaliyyəti hazırlamaq və həyata keçirmək üçün konkret proqram və göstərişlər halına gətirilir. Sonuncuları fərqləndirən cəhət odur ki, dəyərlərdən, ideya və baxışlardan fərqli olaraq onlar normativ xarakter daşıyır, siyasi fəaliyyətdə iştirakçıların davranışı forma və metodlarını müəyyənləşdirir. 3. İdeologiyanın kütləvi yayılma səviyyəsi. Xarakter və təbiətindən asılı olmayaraq hər bir ideoloji sistem kütlələr arasında yayılmaqla qarşısında duran məqsədlərə nail olur. Buna görə də, ideologiyanın məzmununu təşkil edən ideya və prinsiplər, norma və dəyərlər insanlar tərəfindən mənimsənilir, onların siyasi davranışına sirayət edir. İdeologiyanın yayılma səviyyəsi, insanların davranışına təsir göstərməsi dərəcəsi müxtəlif ola bilər. Əvvəla, sosial həyatın ideologiya tərəfindən əhatə olunması miqyasları ilə əlaqədar olaraq ideologiya bütün cəmiyyəti öz təsiri altına ala və ya cəmiyyətin müəyyən qismi arasında yayıla bilər. İnsanların sosial təfəkkürü prinsiplərini müəyyənləşdirmək, dünyanın sosial mənzərəsini dəyişmək imkanlarına malik olan və bu səbəbdən də kütləvi surətdə yayılan ideologiyaları K.Manheym "total" ideologiyalar adlandırır. Dini ideologiyalar, marksizm, faşizm bu qəbildən olan ideologiya sistemləri hesab edilir. Siyasi sistemin, idarəçilik formalarının, hakimiyyət haqqında təsəvvürlərin dəyişdirilməsini nəzərdə tutan ideya və baxışların məcmusu kimi təzahür edən ideologiyalar isə "xüsusi" ideologiyalar sayılır.


Yüklə 3,41 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə