50 yashinda men Layout 1



Yüklə 5,53 Mb.
Pdf görüntüsü
səhifə15/85
tarix22.07.2018
ölçüsü5,53 Mb.
#58456
1   ...   11   12   13   14   15   16   17   18   ...   85

SİYAVUŞ MUSTAFAYEV: Bu gün mənim həyatımda, demək
olar ki, ikinci bir doğum günümdür. Bu gün mən 8 ildən sonra azad‑
lığa çıxacağam. O cümlədən bu gün əfv olunan 95 nəfər məhkumun
hamısının şad günüdür. Bu gün onların yenidən həyata qaytarılması
günüdür. Hörmətli Prezidentimiz böyük humanizm göstərərək bizim
cəzamızın qalan hissəsini əfv edibdir. Qeyd etmək istəyirəm ki, cəzamı
çəkdiyim müddətdə də, cəzadan sonrakı həyatımda da bir əmələ xid‑
mət etmişəm və edəcəyəm. Vətənimə, torpağıma xəyanət etmiş adamı
mən heç vaxt bağışlaya bilmərəm və bağışlamayacağam.
Özüm üçün təhqir hesab edirəm ki, bu gün mənimlə yanaşı, elə
bu həbsxanada cəza çəkən rəhimlər, isgəndərlər, əlikramlar kimlə‑
rinsə sayəsində “siyasi məhbus” adını özlərinə götürmək istəyirlər.
Hətta, bəyan edirəm ki, mən onlarla birlikdə siyasi məhbus olmaq
belə, istəmirəm. Mən adımın siyasi məhbus kimi onlarla birlikdə çə‑
kilməsindən imtina edirəm. Onlar Azərbaycanın dövlətçiliyinə bir‑
başa xəyanət etmiş adamlardır, Azərbaycan dövlətini parçalayan,
dövlətçiliyimizə qarşı çıxan, qiyam edən, Azərbaycanı başqa ölkələrə
satmaq istəyən adamlardır. Onların bəzi himayədarları bu gün Av‑
ropa Şurasında və başqa beynəlxalq təşkilatlarda canfəşanlıq edirlər.
Bir vaxt, səhv etmirəmsə may ayında buraya gəlmişdilər, özlərinin
“siyasi məhbus” hesab etdikləri adamları burada qəbul edirdilər.
Mən orada ancaq Rəhim Qazıyevi, Əlikram Hümbətovu gördüm.
Mən həmin vaxt müalicə olunurdum. Mənimlə qonşu palatada
Surət Hüseynov yatırdı. Avropa Şurasından gəlmiş qrupun üzvləri
Surət Hüseynovla görüşdülər. Mən pəncərədən onlara ingilis di‑
lində müraciət etdim. Dedim ki, əgər siz Avropa Şurasından gəlmi‑
sinizsə, mən sizinlə görüşmək istəyirəm. Siz nə üçün öz dövlətini
satan, torpaqlarını başqasına verən, dövlətçiliyinə qarşı çıxan, qiyam
edən Surət Hüseynovla, Rəhim Qazıyevlə, Əlikram Hümbətovla gö‑
rüşürsünüz, amma mənimlə görüşmək istəmirsiniz. Onlara dedim,
M A H İ R   Q A B İ L O Ğ L U
60


mən sizə sübut edərəm ki, Rəhim Qazıyev də, Surət Hüseynov da,
Əlikram Hümbətov da cinayətkardırlar. Onlar Azərbaycan dövlət‑
çiliyinə ən böyük xələl gətirmiş cinayətkarlardır. Onlara “siyasi
məhbus” adı verməklə nə qazanmaq istəyirsiniz? Bunlara nə üçün
“siyasi məhbus” donu geydirirsiniz? Onda bütün dünyanın bir
nömrəli terrorçu adlandırdığı Üsamə Ben Laden də “siyasi məh‑
bus”dur? O gün ABŞ‑da törətdiyi terror əməlinə görə bir nəfərə
ölüm cəzası verdilər. Elədirsə, onda o da “siyasi məhbus”dur? Necə
olur ki, onlara cinayətkar deyirsiniz, bizim torpaqlarımıza xəyanət
edənləri isə “siyasi məhbus” adlandırırsınız. Mən bunları qəbul et‑
mirəm.Mən əfv olunmağım barədə Prezidentimizə müraciət etdim,
məni bağışlamağı ondan xahiş etdim.
MÜXBİR
(Mahir Qabiloğlu):  – Siz beynəlxalq təşkilat‑
lara müraciət etmədiniz?
SİYAVUŞ MUSTAFAYEV: – Mən Rəhim Qazıyevi, Surət
Hüseynovu, Əlikram Hümbətovu siyasi məhbus hesab edən təşki‑
lata müraciət etmək, onlarla birlikdə siyasi məhbus olmaq istəmirəm.
Mən onlarla birlikdə heç azadlığa da çıxmaq istəmirəm. Mən öz Pre‑
zidentimizə müraciət etdim. Xahiş etdim ki, məni əfv etsin.
Bu gün Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün
danışıqlar gedir. Prezident də deyibdir ki, əgər münaqişənin həlli
sülh yolu ilə mümkün olmasa, bu problem döyüş vasitəsilə həll edi‑
ləcəkdir. Mən əsgərəm və Prezidentimizin, Ali Baş Komandanın
müharibə etmək əmri olacaqsa, onun bütün əmrlərini yerinə yetir‑
məyə, hətta özümü tankın altına atmağa hazıram. Mən torpağımı,
millətimi sevirəm. Mən bu torpağın oğluyam. Doğma torpağımızda
mənim həbsxanada və yaxud azadlıqda olmağımın fərqi yoxdur. Ali
Baş Komandanımızın hər hansı bir əmrini yerinə yetirməyə hazıram
və döyüş bölgəsində düşmənə qarşı vuruşda tapşırıqlara canla‑başla
əməl etməyə, ölümə getməyə hazıram.
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
61


Mənə etimad göstərdiyinə, məni əfv etdiyinə görə hörmətli Pre‑
zidentimizə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Çox şağ
olsun ki, mənim atamı, anamı, dayımı, gözəl tanıyır. Onların göz
yaşlarını qurutmaq üçün məni əfv edibdir. Ona görə mən dövləti‑
mizin başçısına minnətdarlıq edirəm”.  AZƏRTAC
(müəllif:  ix‑
tisarla verilib).
Sonra rəisin otağına keçdik. Aydın Qasımov ona azadlığa
çıxmasıyla bağlı arayış təqdim etdi. Siyavuş Mustafayev çıxıb
getdi.
HAŞİYƏ: Mərd adam. Bu adı hər adama layiq görmürlər.
Çox qəribə bir sözdür‑ MƏRDLİK. Nədənsə ilk və son dəfə
sifətini 2001‑ci ildə gördüyüm Siyavuş Mustafayev haqqında
14 ildən sonra bu sözü işlətdim. Bilirsinizmi niyə? Çünki əfv
olunandan sonra xarici səfərlərində birində Heydər Əliyevə
yaxınlaşıb müraciət etdi. Niyə? Yolunu kiminsə basqısı ilə,
bilməyərəkdən azmış məhbus, amma vətənpərvər silahdaş‑
larının bağışlanmasını xahiş etdi. Özü azadlıqda idi. Dostla‑
rının məhbəsdə qalmasını özünə sığışdırmadı. Və Heydər
Əliyev onun bu müraciətini müsbət cavablandırdı, müra‑
ciətdə adı yazılan 39 nəfəri əfv etdi. (SON)
Sonra otağa qara rəngli məhbus paltarı geyinmiş, 55‑60
yaşlarında, saçları ağarmış bir nəfər girdi. Daha doğrusu gə‑
tirdilər. Onu dərhal tanıdım. Bu, 1993‑1994‑cü illərdə Milli
Təhlükəsizlik naziri vəzifəsində çalışmış, 12 fevral 1996‑cı
ildə Vətənə xəyanət maddəsiylə ölüm cəzasına məhkum edil‑
miş, general‑mayor rütbəsi geri alınmış, daha sonra isə ölüm
hökmü ömürlük həbs cəzası ilə əvəz edilmiş Nəriman İmra‑
M A H İ R   Q A B İ L O Ğ L U
62


Yüklə 5,53 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə